2. Qısa müddətə və birbaşa istifadə edilən məhsullar
. Bu qrupa bir və ya
bir neçə dəfə istifadə olunduqdan sonra tamamilə istehlak olunan, yəni öz ömrünü
başa vuran məhsullar (pivə, sabun, duz və s.) daxil edilir.
3. Xidmətlər.
Bu qrupa: hərəkətlər, faydalar yaxud ehtiyacı ödəməklər
şəklində satış obyektləri aid edilir. Məsələn, bərbərxanada saç vurdurma, təmir
işləri və s.
Müştərilərin alıcı adətlərinə uyğun olaraq geniş istehlak malları 4 əsas qrupa
bölünür.
1. Gündəlik tələbat malları
. Bu qrupa istehlakçıların adətən tez-tez,
fikirləşmədən, onların öz aralarında müqaisə etməklə, ən az səy göstərməklə aldığı
mallar daxildir. Məsələn, tütün məmulatları, sabun, qəzetlər və s.
2. Əvvəlcədən seçilən mallar
. Alıcının seçgi və bazarlıq prosesində adətən
münasiblik, keyfiyyət, qiymət, xarici tərtibat və s. göstəricilərə görə müqaisə etdiyi
mallardır. Məsələn, mebel, geyim, işlənmiş avtomobil və s.
Dostları ilə paylaş: |