Kafedra : aqrar menecment V


Mövzu 13. Müəssisədə marketinqin idarə edilməsi



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə109/123
tarix15.03.2022
ölçüsü1,56 Mb.
#84511
1   ...   105   106   107   108   109   110   111   112   ...   123
kitabyurdu org marketinqin-esaslari

Mövzu 13. Müəssisədə marketinqin idarə edilməsi  
 
 
P L A N  
 
 
1. Müəssisənin növləri, formaları, vəzifələri və funksiyaları  
 
2. Müəssisə haqqında Azərbaycan Respublikasının qanunu  
 
3.  Müəssisənin  hüquqi  mənafelərinin  təminatı  və  müəssisədə 
məhsulun keyfiyyəti  
 
4. Müştərək müəssisələr və onların ləğv edilməsi  
 
5. Müəssisə əmlakının yaranması və əmlak hüquqlarına təminat  
 
6.  Müəssisə  fəaliyyətinin  planlaşdırılması  və  müəssisənin 
nizamnaməsi  
 
 
 
 
 
 
 
downloaded from KitabYurdu.org


 
105 
 
 
 
 
 
 
 
 
 
1. Müəssisənin növləri, formaları, vəzifələri və funksiyaları   
 
 
Müəssisədə  marketinqin  idarə  edilməsinin  əsas  problemlərinə  keçməzdən 
əvvəl,  müəssisənin  növləri,  formaları,  vəzifələri,  funksiyaları,  təsnifatı  və  s.  ilə 
ətraflı tanış olmaq zəruridir. Çünki, müəssisə ilə bilavasitə yaxud dolayı yolla bağlı 
olan və tez-tez rast gəlinən bir çox anlayışları və terminləri (müəssisənin təşkilati-
hüquqi  növlərini,  formalarını  və  xüsusiyyətlərini,  onların  yaradılması,  idarə 
edilməsi  və  fəaliyyət  prinsiplərini  və  s.  məsələləri)  bilmədən,  müəssisədə 
marketinqin  idarə  edilməsinin  xüsusiyyətlərini,  onun  elmi-nəzəri  və  praktiki 
problemlərinin həllinin metod və üsullarını öyrənmək, araşdırmaq, düzgün və elmi 
cəhətdən  əsaslandırılmış  tövsiyyələr  vermək  çətin  olar.  Odur  ki,  müəssisə  ilə 
bilavasitə  bağlı  olan  həmin  anlayışlara  və  terminlərə  bir  qədər  yaxından  nəzər 
salaq, yəni onların izahına baxaq.  
 
Müəssisə
-mülkiyyət  formasından  (dövlət,  kollektiv,  xüsusi  və  s.)  asılı 
olmayaraq,  bu  qanuna  uyğun  olaraq  yaradılır  və  ictimai  tələbatın  ödənilməsi  və 
mənfəət  əldə  edilməsi  məqsədilə  məhsul  istehsal  edərək  onu  satır,  işlər  və 
xidmətlər yerinə yetirir.  
 
Müəssisə  iqtisadiyyatın  bütün  sahələrində  (sənayedə,  kənd  təsərrüfatında, 
tikintidə,  nəqliyyatda,  rabitədə,  elmdə  və  elmi  xidmətdə,  təchizatda,  ticarət 
dairəsində  və  digər  istehsal  və  xidmət  sahələrində)  fəaliyyət  göstərən  (müstəqil 
downloaded from KitabYurdu.org


 
106 
dövlət, fərdi, xüsusi, kiçik və orta müəssisələr və ya başqa müəssisə, elmi-tədqiqat 
layihə-konstruktor təşkilatı və s). təşkilatdır.  
 
Müəssisə  hüquqi  şəxs  olan  müstəqil  təsərrüfat  subyektidir.  Hər  bir 
müəssisənin təşkilati-hüquqi forması göstərilməklə, o, xüsusi ada malik olmalıdır. 
Bütün  müəssisələrin  fəaliyyəti  bu  Qanunla  və  Azərbaycan  Respublikasının  digər 
qanunvericilik  aktları  ilə  tənzimlənir.  Xarici  ölkələrin  investisiyalarının  cəlb 
edilməsi  ilə  yaradılan  bütün  müəssisələrin  fəaliyyəti  bu  Qanunla  yanaşı,  «Xarici 
investisiyanın  qorunması  haqqında»  Azərbaycan  Respublikasının  Qanunu  və 
Azərbaycan  respublikasının  beynəlxalq  müqavilələri  ilə  tənzimlənir.  Müəssisə 
qanunvericilik  aktları  ilə  qadağan  edilməyən,  onun  Nizamnaməsində  nəzərdə 
tutulan  istənilən  növ  təsərrüfat  fəaliyyəti  ilə  məşğul  olmasına  icazə  verilir.  Lakin 
Respublika  Milli  Məclisi  tərəfindən  müəyyən  edilən  bəzi  fəaliyyət  növləri  ilə 
müəssisə yalnız xüsusi razılıq (lisenziya) aldıqda məşğul ola bilər. Əks təqdirdə bu, 
qəti qadağandır.  
 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə