Müəssisə rəhbərləri
– bu, «Müəssisələr haqqında» Qanunla tənzimlənir.
Orada göstərilir ki, müəssisənin rəhbəri işə muzdla götürüldükdə onunla kontrakt
(müqavilə, saziş) bağlanılır; həmin sənəddə qanunvericiliyə uyğun olaraq müəssisə
rəhbərinin hüquqları, vəzifələri və məsuliyyəti, onun maddi təminatı və vəzifədən
azad edilməsinin şərtləri müəyyən edilir. Qanunda qeyd edilir ki, müəssisənin
rəhbəri müəssisənin adından etibarnaməsiz fəaliyyət göstərir, onun mənafelərini
hər yerdə (bütün müəssisələrdə, idarələrdə və təşkilatlarda) təmsil edir,
müəssisənin əmlakı barəsində hüquqi sərəncamlar verir, müqavilələr (o cümlədən
əmək müqavilələri) bağlayır, etibarnamələr verir, banklarda hesablaşma hesabı və
digər hesablar açır, vəsaitləri yönəltmək hüququndan istifadə edir, idarənin icra
aparatının ştatlarını təsdiq edir, müəssisənin bütün işçilərinə şamil edilən əmr və
göstərişlər verir.
Dostları ilə paylaş: |