Kafedra : aqrar menecment V


Marketinqin ətraf mühiti və bu haqda anlayış



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə23/123
tarix15.03.2022
ölçüsü1,56 Mb.
#84511
1   ...   19   20   21   22   23   24   25   26   ...   123
kitabyurdu org marketinqin-esaslari

Marketinqin ətraf mühiti və bu haqda anlayış.  
 
 
Marketinq  mühiti  dedikdə  firmanın  (müəsisənin,  şirkətin  və  s.)  fəaliyyət 
dairəsində  yeni,  əlverişli  və  faydalı  imkanlar  axtardığı  fəaliyyət  dairəsində 
gözlənilmədən potensial təhlükənin qarşıya çıxma qorxusunu izləyən sahələrin və 
yarım sahələrin məcmusudur. O, müəssisənin məqsədli bazarlarla bilavasitə əlaqə 
yaratmasına  və  bunların  daimi  mühafizəsinə  güclü  təsir  göstərmə  qabiliyyətində 
olan bütün qüvvələri özündə birləşdirir.  
 
Marketinq  mühitinin  araşdırılmasına  keçməzdən  əvvəl,  firmanın  özünə  və 
onunla  bilavasitə  bağlı  olan  bəzi  anlayışların  və  terminlərin  izahına  diqqət 
yetirmək.  Çünki  onları  dəqiq  bilmədən  müəssisənin  marketinq  mühitini  və 
ümumiyyətlə,  onun  təsərrüfat  fəaliyyətinin  təşkili,  planlaşdırılması  və  idarə 
edilməsinin kompleks problemlərini öyrənmək və həll etmək çətin olar.  
 
Firma  nədir?
  Firma  –  bir  neçə  uyğun  müəssisənin  istehsal  birliyidir. 
Sənaye  və  ya  ticarət  müəssisələrinin,  birliyinin  şərti  adıdır.  Bu  ad  işgüzar 
fəaliyyətə  başlayan  müəssisələrə  onları  digərlərindən  fərqləndirmək  üçün  verilir. 
Xarici ölkələrin təcrübəsində Xarici ticarət firmalarının təşkilinə xüsusi əhəmiyyət 
verilir.  
 
Bu 
istehsal, 
elmi-istehsal 
birliklərinin, 
müəssisələrin, 
təsərrüfat 
təşkilatlarının  xarici  iqtisadi  əlaqələr  üzrə  struktur  dəsti  hesab  edilir.  Onun 
nizamnaməsində  adları  ümumi  siyahıya  yazılmış  məhsullar  qeyd  olunmuş  digər 
xarici  iqtisadi  fəaliyyət  növləri  üzrə  ixrac-idxal  əməliyyatlarını  həyata  keçirir. 
Xarici ticarət firması bilavasitə müəssisənin adından və onun tapşırığı ilə iş görür. 
Bundan  əlavə,  firma  sənayenin  müxtəlif  sahələrində  də  müvəffəqiyyətlə  fəaliyyət 
downloaded from KitabYurdu.org


 
24 
göstərir.  Başqa  sözlə,  bu  bazar  iqtisadiyyatı  şəraitində  iqtisadi  fəaliyyət  göstərən 
təsərrufatçılıq  subyektlərinin  əlverişli  formasıdır.  Bazar  iqtisadiyyatı  şəraitində 
firma həmişə həm istehsalçı, həm də istehlakçıdır. İstehsal və tədavül sferalarında 
firmaların davranışı bir çox amillərlə: istehsala və tədavülə firmanın xərcləri; onun 
məhsullarının  və  xidmətlərin  faydalılığı;  daimi  və  dəyişən  kapitalının  miqdarı; 
onun  məhsullarının  qiyməti;  aldığı  xammalın  və  dəstləşdirici  məmulatların 
qiymətləri; onun məhsullarını alanların gəlirləri; bazarda rəqabət vəziyyəti; bazarın 
tarazlığı səviyyəsi və s. ilə müəyyən edilir.  
 
Firmanın  iqtisadi  və  bazar  agenti  kimi,  təhlilini  aşağıdakı  2  əsas  istiqamət 
üzrə həyata  keçirmək  zəruridir; 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə