Kafedra: "İctimai elmlər" Fakültə: Humanitar Fənnlər



Yüklə 122,96 Kb.
səhifə3/7
tarix04.04.2022
ölçüsü122,96 Kb.
#85041
1   2   3   4   5   6   7
Əli tarix

1. Vergi islahatı – Vergilərin növü, miqdarı, toplanması üsulu və vaxtı barədə dəqiq qayda – qanun yaradıldı. Vergi verənlərin dəqiq siyahısı tutuldu, hər bir kəndin, şəhərin ödəyəcəyi vergi məbləği və böyük lövhələrdə həkk olunub baxımlı yerlərdə nümayiş etdirilirdi. Vergilərin nağd pulla və ya natura halında toplanılacağı və ilin hansı vaxtında yığılacağı müəyənləşdirilirdi. Qeyri – qanuni vergilərin toplanılması qadağan edildi. Vergilərin yığılması Baş divanın sərəncamına verildi və vilayət hakimlərinin bu işə qarışması qadağan olundu. Qazan xanın islahatı vergi toplanmasının icarəyə verilməsi təcrübəsini ləğv etməsə də, bu işdə ciddi qayda – qanun yaratdı; vergi toplanması 3 il müddətində icarəyə verildi. Toplanmış vergilərin məsrəfi və dövlət xəzinələrinin fəaliyyəti üzərində ciddi nəzarət qoyuldu. Vergi islahatı 1297 – 1304-cü illərdə Qazan xanın narazı qüvvələrə qarşı mübarizəsi şəraitində həyata keçirildi.

Bütövlükdə isə vergiqoyma sahəsində olan dəyişikliklər məzmunundan asılı olmayaraq vergi işinin bir yerdə dayanmayıb inkişaf etməsi və təkmilləşməsi demək idi. Bu nöqteyi-nəzərdən, Qazan xanın 1295-1304-cü illərdə vergi sahəsində apardığı islahatlar hətta monqolların Azərbaycana təsiri şəraitində olsa da belə, orta əsr vergi işi tarixinin ən yüksək nailiyyəti idi. Qazan xana qədər isə, ölkədə əvvəlki vergilərlə yanaşı, monqolların təyin etdiyi yeni vergilər toplanırdı. Əhalinin 10 yaşdan 60 yaşadək kişiləri siyahıya alınmış, 40-dan artıq vergi və mükəlləfiyyətlər müəyyən olunmuşdu. Vergi yığılmasında qayda-qanun olmadığından eyni vergi təkrarən alınırdı. Vergini verə bilməyənlərin oğul və qızları əllərindən alınır, rəiyyəti məcburi əməyə (biyara) cəlb edirdilər. Qazan xanın apardığı istər iqtisadi islahatlar, istərsə də vergi islahatları tezliklə öz müsbət nəticələrini göstərdi. Əvvəla, ölkə iqtisadiyyatında müsbət dəyişikliklər baş verdi. İkincisi, bu islahat əhalinin vəziyyətini müəyyən dərəcədə yüngülləşdirdi. Üçüncüsü, vergi islahatları dövlət xəzinəsinə vergi daxilolmalarının artmasına səbəb oldu. Nəhayət iqtisadiyyatın vəziyyəti xeyli möhkəmləndi və belə vəziyyət bir neçə onilliklər boyu davam etdi.




Yüklə 122,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə