Kafedra: "İctimai elmlər" Fakültə: Humanitar Fənnlər



Yüklə 122,96 Kb.
səhifə7/7
tarix04.04.2022
ölçüsü122,96 Kb.
#85041
1   2   3   4   5   6   7
Əli tarix

5. Ticarət islahatı - Qazan xan ticarətin inkişafını təmin etmək üçün bu sahədə islahat keçirdi. Qazan xanın bu islahatlarına əsasən: vahid pul sistemi yaradıldı, çəki və ölçü vahidləri sabitləşdirildi, ticarət yollarında və bazarlarda gömrük toplanması qaydaya salındı, karvanların, ticarət yollarının qorunması üçün əsaslı tədbirlər görüldü. Vahid pul sistemi yaradıldı. Çəki və ölçü vahidləri sabitləşdirildi. Ayrı-ayrı vilayətlərdə işlədilən pullar ləğv edildi. Qazan xan pul sikkələrinin üzərinə « Allah, Məhəmməd, Əli » sözlərini zərb etdirdi. Qazan xanın islahatları ilk vaxtlarda təsirli nəticələr verdi. Beləki, əhalinin vəziyyəti nisbətən yüngülləşdi, iqtisadiyyatda canlanma baş verdi, mərkəzi dövlət müvəqqəti olsa da qüvvətləndi, Hülakü dövlətinin labüd tənəzzülü bir müddət təxirə salındı. Qazan xanın varisi olan Olcaytu xan (1304 – 1316) ölkənin təsərrüfat və mədəni inkişafını davam etdirirdi. Lakin ondan sonra hakimiyyətə gələn Əbu Səidin dövründə (1316 – 1335) mərkəzi hakimiyyət zəifləyir, iri feodalların hakimiyyəti güclənməyə başlayır (1.səhifə 339). Eyni zamanda ölkə Qızıl Orda xanlarının və Misir sultanlarının bir neçə hücumuna məruz qalır. 1335-ci ildə Qızıl Orda xanı Özbək, Azərbaycana hücum edir. Əbu Səid müqavimət təşkil etməyə çalışır, lakin o döyüşdə həlak olur. Onun ölümü ilə Hülakülər dövləti tamamilə tənəzzülə uğrayır.

XIII-XIV əsrlərdə Azərbaycanda Qazan xan tərəfindən hüquq sahəsində həyata keçirilən islahatlar və onun tərəfindən verilən  fərmanlar istər ictimai-siyasi, sosial-iqtisadi, dini, istərsə də hüquqi baxımdan mükəmməlliyi ilə seçilmiş və dövrünün ən əhəmiyyətli  hüquq mənbələri olmuşdur. Azərbaycan Respublikasının müasir qanunvericiliyi və imzaladığı mühüm beynəlxalq müqavilələrin ən önəmli tələblərindən biri olan məhkəmələrin və hakimlərin müstəqilliyi və qərəsizliyi kimi prinsiplər Qazan xanın məhkəmə islahatlarının və 1300 –cü ildə “ Məhkəmə haqqında” qəbul etdiyi qanunu n ən mühüm tələbləri idi.
Yüklə 122,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə