Kafedra: İQTİsadi HÜquq iXTİsas: İQTİsadiyyatin hüquqi TƏNZİMLƏNMƏSİ kurs iŞİ



Yüklə 180,64 Kb.
səhifə1/3
tarix26.10.2017
ölçüsü180,64 Kb.
#6830
  1   2   3

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ


FAKÜLTƏ: ÜMUMİ İQTİSADİYYAT

KAFEDRA: İQTİSADİ HÜQUQ

İXTİSAS: İQTİSADİYYATIN HÜQUQİ TƏNZİMLƏNMƏSİ


KURS İŞİ
MÖVZU: BANKLARIN LİSENZİYALAŞDIRILMASININ HÜQUQİ ƏSASI
QRUP:

TƏLƏBƏ: H.İlahə

ELMİ RƏHBƏR: dos. S.Z. İsayev

BAKI – 2011

Mündəricat

Giriş.........................................................................................................................3

1.Maliyyə institutu kimi bankın ümumi xarakteristikası.........................................5

2.Bank sistemi və onun elementləri.........................................................................11

3.Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin hüquqi təminatı........17

4.Mərkəzi Bankın lisenziyalaşdırma fəaliyyəti və onun reallaşması mexanizmi....28

5.Mərkəzi Bankın fəaliyyətinin makroiqtisadi tarazlıqla əlaqəsi. ..........................32

Nəticə və təkliflər....................................................................................................36

İstifadə olunmuş ədəbiyyatlar..................................................................................38



GİRİŞ

Hər bir ölkə iqtisadiyyatında bankların rolu olduqca əhəmiyyətli hesab edilir. Beləki bankların fəaliyyət sahəsinin genişlənməsi və onların inkişaf səviyyəsi ölkənin sosial-iqtisadi inkişafına təsir göstərir. Hansı ölkədə bankların yüksək səviyyəsi müşahidə olunursa, orada yüksək mədəniyyət, sürətli iqtisadi inkişaf mövcuddur.



Banklar maliyyə bazarında çox mühüm rol oynayır. Bank fəaliyyətinin təkminləşməsi istiqamətində həyata keçirilən islahatların ilkin mərhələsində dövlət banklarının restrukturizasiyası və sağlamlaşdırılması tədbirləri həyata keçirilmiş, özəl bankların institusional formalaşması təmin edilmişdir. Bu mərhələdə kapitalla bağlı aşağı tələblər, sistemə daxil olmaq üçün son dərəcədə liberal şərtlər müəyyən olundu və bank fəaliyyətini tənzimləmək üçün yumşaq tənzimləmə alətləri tətbiq edildi. Bu proseslərin nəticəsində banklar institusional olaraq genişlənməyə və özəl bankların sayı sürətlə artmağa başladı. Banklar maliyyə bazarının özünəməxsus subyektləri olmaqla eyni zamanda mühüm vəzifələri yerinə yetirirlər. Onlar üzərilərinə düşən vəzifələri icra etməklə eyni zamanda iqtisadiyyatda xüsusi hakimiyyətə malik olan məsələlərin problemlərin həllində vacib rol oynayırlar. Bir iqtisadi subyekt kimi bankların iqtisadiyyatdakı rolu və onların yerinə yetirdikləri vəzifələr bankların mahiyyəti və funksiyaları ilə bilavasitə bağlıdır. Ona görə də bankların vəzifələri və rolunu daha dəqiq və dərindən öyrənmək üçün onun funkiyalarını nəzərdən keçirmək lazımdır. Banklar kiçik, orta, böyük borc verə bilən və borc verən fondları toplayaraq, böyük fondların yığımına xidmət edirlər. Bununla banklar böyük şirkətlərin və dövlətin kredit tələblərini ödəmək imkanına sahibdirlər. Əgər banklar olmasa idi, şirkətlərin və dövlətin kredit tələblərini ödəyə bilmək üçün yüzlərlə əmanət sahibinə müraciət edilməsi lazım gələrdi.

Qeyd etmək lazımdır ki, bankların fəaliyyyətinə dair müxtəlif fikirlərə görkəmli rus alimləri iqtisad elmləri doktorları V.M. Usoskinin, V.İ. Kolesnikovun, İ.T. Balabanovun, E.F. Jukovun, Q.N. Beloqlazovanın, O.İ. Lavruşinin və başqalarının tətqiqatlarında rast gəlmək olar. Bir sıra alimlər bankların kapitalizm mərhələsində yarandıqlarını güman edirlər. Yəni, irihəcmli kreditlərin verilməsinin lazım olduğu bir vaxtda yaranmışdır ki, onun köməyi olmadan kapitalist müəssisələri geniş fəaliyyət göstərə bilməzdi. Buradan da bazar iqtisadiyyatı da bazar münasibətlərinin inkişafı üçün lazım olan kapitalist istehsal münasibətlərinin formalaşmasında bankların rolunu və əhəmiyyətini göstərmək olar.



İlk bankaların yarandığı dövrdən indiki dövrümüzə qədər bankların fəaliyyət sferalarında müqayisəli dərəcədə dəyişikliklər baş vermişdir. Beləki ilk banklar masalarda müxtəlif pul mübadiləsini həyata keçirilən “yer” hesab edilirdi. Burada hətta pul sikkələrinin kəsilməsi ilə də məşğul olunurdu. İqtisadiyyatın davamlı inkişafı əsasında zaman keçdikcə banklar öz fəaliyyətini və yerinə yetirdiyi əməliyyatları artırmışlar. Hal-hazırda banklar iqtisadiyyatın pul və kredit ehtiyacını ödəyən qurum olaraq iqtisadiyyatın dinamik və səmərəli inkişafında böyük rol oynayırlar. Bank dedikdə, fiziki və hüquqi şəxslərin pul vəsaitlərini depozitə cəlb etmək, həmin vəsaiti müddətlilik və faizlə geri qaytarmaq şərti ilə öz adından və öz hesabına yerləşdirmək, fiziki və hüquqi şəxslərin hesablarını açmaq və müvafiq əməliyyatları həyata keçirmək üçün müstəsna hüquqa malik kredit təşkilatı başa düşülür.

Aşağıda qeyd etdiyimiz kimi Azərbaycanda ikipilləli bank sistemi tətbiq edilir: Mərkəzi Bank və kredit təşkilatları. Bank sisteminin əsasını Mərkəzi Bank təşkil edir. Mərkəzi Bank dövlətə məxsus olmaqla iqtisadiyyatın makroiqtisadi tənzimlənməsinin əsas alətidir. Mərkəzi Bank dövriyyəyə nağd pul buraxmaqla, digər kredit idarələrinin kassa ehtiyyatlarının, dövlətin valyuta-qızıl ehtiyyatlarının toplanması və saxlanılması və digər kredit inistitutlarının fəaliyyətinə nəzarətlə məşğul olur. Eyni zamanda bank sisteminin sabit işinin təşkil edilməsi məqsədi ilə bank fəaliyyəti üzrə lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını yerinə yetirir. Bank fəaliyyəti üzrə lisenziyalaşdırma “Banklar haqqında” qanuna əsasən həyata keçirilir və Mərkəzi Bank tərəfindən verilir. Bank fəaliyyəti ilə məşğul olmaq istəyən qurumlar lisenziya əldə etmək üçün lazımı sənədləri Mərkəzi banka təqdim edirlər. Sənədlərə baxıldıqdan sonra onların fəaliyyətinə mane olacaq bir səbəb olmadıqda sənəd təsdiq edilir və həmin qurumlar bank fəaliyyəti ilə məşğul olmaq hüququna malik olurlar. Beləliklə, Mərkəzi bank banklar üzərində lazımı nəzarəti təmin edərək bankların normal fəaliyyətini təmin edir və iqtisadiyyatın davamlı inkişafında mühüm rol oynayır.


1.Maliyyə institutu kimi bankın ümumi xarakteristikası

Maliyyə özünəməxsus bir anlayış olub, ictimai həyatda pul vasitələrinin hərəkəti ilə bağlı olan zəruri, iqtisadi proses, vasitə və alətdir. Maliyyənin əsas institutlarından biri banklardır.

Qədim zamanlardan bankların nə zaman yarandığı, onların hansı əməliyyatlar yerinə yetirdiyi, onların təkamülündə hərəkətverici qüvvənin məhz nəyin olduğu haqda dolğun məlumat yoxdur. Hətta iqtisadi ədəbiyyatlarda da bankaların yaranma mərhələsi belə tam müəyyən olunmamışdır. Bu heç də o demək deyildir ki, bankların yaranması haqda heç bir məlumat yoxdur, var, sadəcə olaraq o qədər dolğun və geniş deyil. İqtisad elmində bankların yaranması və inkişafına dair bir çox alimlərin tədqiqatlarına rast gəlmək olar. Bu tədqiqatlarda hələ qədim dövrlərdən, bizim eradan əvvəldən başlamış son dövrlərə kimi pulun, kreditin, emissiyanın, bankaların, bank sistemlərinin meydana gəlməsi şəraiti, onları doğuran tarixi, ictimai, iqtisadi zərurət, həmçinin onların inkişaf mərhələləri və bu kimi digər məsələlər öz əksini tapmışdır. Bu nəzəriyyələrə, alimlərin tədqiqatlarına, müxtəlif məlumatlara nəzər saldıqda bu qədər müxtəlif fikirlərin mövcudluğunun səbəbini bankın təsərrüfat fəaliyyəti ilə sıx bağlı olmasında görmək olar. Tədqiqatlar göstərir ki, bankların meydana gəlməsi və sistem kimi formalaşması çox uzun bir tarixi dövrü əhatə edir. Hələ qədim zamanlardan bank pul saxlanan bir anbar kimi təsəvvür edilirdi. Bir sıra alimlərin fikrincə ilk banklar XIV və XV əsrlərdə kapitalizmin manufaktura mərhələsində, ilk növbədə ayrı-ayrı italyan şəhərlərində (Venesiya, Genuya) yaranmışdır. Onların fikrincə bank, əmtəə təsərrüfatçılığının xüsusi institutu kimi deyil, məhz pul tədavülünü tənzimləyən və daha geniş həcmli kredit əməliyyatlarını yerinə yetirən təşkilatdır. Bank kreditin elə bir inkişaf mərhələsində yaranmışdır ki, onun köməyi olmadan kapitalist müəssisələrinin geniş fəaliyyətindən söhbət gedə bilməzdi.

Digər mütəxəsislər isə elə hesab edirlər ki, banklar daha erkən mərhələdə - feodalizm mərhələsində yaranmışdır. Onların fikrincə, hələ antik və feodal təsərrüfatı dövründə bankın ödəmələrdəki vasitəçilik funksiyasısiyasına ehtiyac var idi. Beləliklə, demək olar ki, bankların yaranması haqqınında mütəxəsislərin fikir ayrılığı bir deyil, təxminən iki minlik arasında oynayır.

Bank sözü italyan sözü olan “ banko “ sözündən götürülüb, masa mənasını verir. Bu masa-banklar orta əsrlərdə malların gur ticarəti baş verən meydanlarda qurulurdu. Məlumdur ki, həmin dövrdə vahid pul sistemi olmadığından alqi-satqı zamanı müxtəlif növ pullardan istifadə olunurdu və bu qarışıqlıqdan baş çıxarmaq üçün xüsusi peşəkarlara ehtiyac duyulurdu. Həmin şəxslərin öz vəzifələrini yerinə yetirmək üçün ticarət yerlərində xüsusi masaları olurdu. Əgər nəzərə aldsaq ki, X əsrdə İtaliya dünyanın ticarət mərkəzi hesab olunurdu, o zaman ticarət əməliyyatlarında bankirlərin iştirakının vacibliyini və onların masa-banklarının daha geniş yayılmasının səbəbini başa düşmək o qədər də çətin olmaz. Qədim Yunanıstanda isə belə ticarət məsləhətçilərinə trapezidlər deyilirdi. Onlar da İtaliyada olduğu kumi müxtəlif pul mübadiləsi əməliyyatlarını xüsusi masalarda həyata keçirirdilər. Yunan dilində trapeza “masa“ deməkdir. Qədim Şərqdə isə pul mübadiləsinin yerinə yetirildiyi yer “ticarət evləri “ adlanırdı. Ticarət evlərində müxtəlif pul əməliyyatları ilə yanaşı, həmçinin, pul sikkələrin kəsilməsi ilə də məşğul olunurdu. Belə çıxır ki, ilk banklar ticarət meydanlarında müxtəlif pulların mübadiləsi üçün nəzərdə tutulmuş mübadilə masaları əsasında yaranmıışlar.

İqtisadiyyatın inkişafı və hesablaşmaların artması ilə əlaqədar banklar öz fəaliyyətini və yerinə yetirdiyi əməliyyatları artırmışlar. Sənayenin inkişafı bankların qısamüddətli kreditləşmə əməliyyatlarının inkişafına gətirdi, sonralar əməliyyat sahəsi genişləndikcə kredit müddətlərinin artması kimi fəaliyyətin inkişafına, universal fəaliyyətə gətirib çıxardı.

Bütün bu fikirləri ümumləşdirsək deyə bilərik ki, bank finans xidmətlərini göstərən cəmiyyətin pul resurslarını profesionallıqla idarə edən və cəmiyyətdə bir sıra funksiya daşıyan təşkilatdır. Çoxları bank fəaliyyətinin yalnız əmanət cəlb etmək və kredit verilməsi ilə məhdudlaşdığını fikirləşir. Lakin bu heç də belə deyil. Bu gün inteqrasiya əlaqələrinin genişləndiyi, azad iqtisadiyyat prinsiplərinin həyata keçdiyi bir şəraitdə rəqabət qabiliyyətin saxlamaq və ictimai tələbatı ödəmək üçün banklar yeni rolları mənimsəməlidirlər.

Bank xüsusi müəssisə kimi əmtəə istehsal edir, lakin onun istehsal etdiyi əmtəə maddi istehsal sahəsinin mallarından fərqlənir. Bank sadə əmtəə istehsalı ilə məşğul deyil. O, xüsusi növ olan ödəmə vəsaiti – pul istehsal edir. Banklar pul vəsaitlərinin toplanılması, kreditin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, dövriyyə üçün kredit vəsaitlərinin emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyasısiyalarını yerinə yetirən xüsusi iqtisadi institiutlardır. Kredit idarələri sistemində əsas yer müəssisə və təşkilatların kreditləşməsi qaydalarını müəyyən edən banklara məxsusdur. Artıq məlumdur ki, iqtisadiyyatın maliyyə vəsaitlərinin çatışmazlığını hiss edən bütün subyektlərə kreditləşməni məhz banklar verir. Banklar kredit əməliyyatları həyata keçirmək üçün təkcə özünəməxsus kapitaldan deyil, eyni zamanda, cəlb edilmiş vəsaitlərdən də istifadə edir.

Bankın uğurlu fəaliyyətinin təmin olunmasında aşağıdakı strateji vəzifələrin yerinə yetirilməsi və icrası mühüm rol oynamışdır:

- müştərilərə və müxbir banklara bank xidmətlərinin yüksək səviyyədə və operativ şəkildə göstərilməsini təmin etmək və bu əsasda onların Beynəlxalq Banka olan inamını daha da möhkəmləndirmək. Bütün keyfiyyət və kəmiyyət göstəriciləri üzrə ölkə bankları arasında liderlik mövqeyini saxlamaq;

- kredit əməliyyatlarının həcmini genişləndirmək. Kredit portfelinin keyfiyyətinin artırılması və diversifikasiyasını təmin etmək. Kredit risklərinin minimuma endirilməsinə zəmin yaradan standartların tətbiqi və onlara əməl olunması;

- beynəlxalq maliyyə institutları və dünyanın tanınmış kredit təşkilatları ilə əlaqələri möhkəmlətmək və onların maliyyə resurslarını yeni yaranmış çoxsaylı özəl müəssisələrin fəaliyyətinin təşkili və inkişafı ilə bağlı layihələrə yönəltmək;

- yeni və səmərəli layihələrdə iştirak vasitəsilə, investisiya fəaliyyətini gücləndirmək, II Özəlləşdirmə Proqramı çərçivəsində ABB-nin özəlləşdirmə proseslərində iştirakının istiqamətlərini müəyyənləşdirmək;

- ABB-ni beynəlxalq prktikada qəbul olunmuş bütün bank xidmətlərinin yüksək keyfiyyətlə və geniş spektrdə göstərmək imkanına malik olan universal banka çevirmək;

- müştərilərə yeni bank xidmətlərinin, o cümlədən internet-bankinq üzrə xidmətlərin göstərilməsi;

- kredit kartları ilə əməliyyatların həcminin genişləndirilməsi.

- bank fəaliyyətinin nəticələrinə aid olan gəlirlərə görə vergi ödənilməsi;

Banklar iqtisadiyyatın xüsusi sektoru olmaqla aşağıdakıları həyata keçirir:

- lisenziyalaşdırma;

- valyuta nəzarəti;

- təşkilatlararası hesabların təmin olunması;

- təşkilatlar və fiziki şəxslərin vəsaitlərinin cəlb olunması və hərəkəti;

Banklar bank olmayan kredit təşkilatına və banklara ayrılırlar. Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.

Bank olmayan kredit təşkilatı öz vəsaiti və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.

Yerinə yetirdikləri əməliyyatlara görə bankları universal və ixtisaslaşdırılmış banklara ayırırlar. Universal banklara bütün bank əməliyyatlarını və xidmətlərini göstərmək iqtidarında olan bankları aid edirlər. Bankların universallığı dedikdə, onların məhdudiyyətsiz fəaliyyət tipi nəzərdə tutulur. Aşağıdakı sahələr üzrə fəaliyyət göstərir :

- İstehsalın ayrı-ayrı sahələri üzrə;

- Müştərilərin tərkibi üzrə;

- Kəmiyyət baxımından;

- Regionlar üzrə.

Universal banklar müxtəlif növ sahələri kreditləşdirdiyi halda, ixtisaslaşdırılmış banklar əsasən, müəyyən bir sahənin kreditləşməsi ilə məşğuldurlar. Həmçinin onu da gözdən qaçırmaq olmaz ki, universal banklar həm fiziki, həm də hüquqi şəxslərə xidmət göstərdiyi halda, ixtisaslaşdırılmış banklar yalnız ayrı-ayrı şəxslərin xidmətinə yönələn fəaliyyətlə məşğuldurlar.

Mülkiyyətinə görə banklar aşağıdakı kimi təsnifləşdirilirlər:

- Dövlət bankları;

- Səhmdar banklar;

- Kooperativ banklar;

- Xüsusi banklar;

- Qarışıq banklar.

Fəaliyyət çərçivəsinə görə bankları:

- iri;


- orta;

- kiçik banklara ayırırlar.

Dünyanın bir sıra ölkələrində kredit təşkilatları arasında xırda kredit təşkilatları da mövcuddur. Bunlara kredit kooperasiyaları, qarşılıqlı kredit cəmiyyətləri, ssuda-əmanət bankları, tikinti-əmanət kassaları və s. aiddir.

Xidmət göstərdikləri ərazilərə görə bankları:

- yerli;

- regional;

- milli;

- beynəlxalq banklara ayırırlar.

Yerli banklar dedikdə bura, əsasən yerli əhaliyə, eyni ərazinin əhalisinə xidmət göstərən bankları aid edirlər. Bura həmçinin, müəyyən bir ərazinin, şəhərin xidmətində duran bələdiyyə banklarını da aid etmək olar. Ərazi bankları bir neçə regionun tələbatını təmin edən banklardır. Milli banklar ölkə daxilində fəaliyyət göstərən və əsasən öz vətəndaşlarına xidmət edən banklardır. Beynəlxalq banklar isə ayrı-ayrı ölkələrin müştərilərinin bir-birləri ilə əlaqəsinə xidmət göstərən banklardır.

Filiallarının sayına görə bankları:

- çoxfiliallı

- filialsız banklara ayırmaq olar.

Misal olaraq ölkəmizdə fəaliyyət göstərən banklardan ATA bankı çoxfiliallı banklara aid etmək olar.

2.Bank sistemi və onun elementləri

Bank sisteminin inkişafı bazar iqtisadiyyatına keçid üçün zəruri olan şərtlərdən biridir, çünki məhz onlar son illərdə ləğv edilmiş mərkəzləşdirilmiş planlaşdırma mexanizmini əvəz etməlidirlər.

Azərbaycan Respublikasında bank sisteminin formalaşması çox da uzaq dövrə təsadüf etmir, onun tarixi böyük deyil. Azərbaycan Respublikasının bank sisteminin qurulması ilk əvvəl son dərəcə çətin bir şəraitə təsadüf edirdi – iqtisadi durğunluq, inflyasiya, resursların məhdudluğu və inhisarlaşmış qiymətlər şəraitində həyata keçirilirdi. Lakin bütün bunlara baxmayaraq aparılmış düzgün idarəetmə siyasəti nəticəsində qarşiya çıxan bütün problemlər asanlıqla dəf edilərək bank sisteminin inkişafı davam edir və artıq bu sahədə respublikada müəyyən naliyyətlər əldə edilmişdir. Respublikasının müasir bank sisteminin strukturu dörd amilin təsiri altında formalaşmışdır:

Birinci amil, kredit idarələrinin iki funksiyasının olmasıdır.Bildiyimiz kimi,banklar emissiya və kredit funksiyalarını həyata keçirirlər.Bankların ixtisaslaşması ona gətirib çıxarmışdır ki,tarixən emissiya funksiyası Mərkəzi Bankda,xalq təsərrüfatının və əhalinin kreditləşməsi isə işgüzar kommersiya banklarında cəmləşmişdir.Nəzəri cəhətdən bankların ixtisaslaşmasında belə bölgü özünü doğruldur.Buna görə də respublikada pul nisbətlərini təhlil və pul dövriyyəsini idarə edən xüsusi aparatın olması zərurəti yaranır.Belə halqa.əsas funksiyası pul dövriyyəsinin tənzimlənməsi olan respublikanın Milli Bankıdır. Bu vəziyyət kreditləşmə üzrə əməliyyatlar və respublikanın ssuda fondunun idarə olunmasını həyata keçirən kommersiya banklarına aiddir.

İkinci amil, bank sisteminin strukturuna təsir göstərən mülkiyyətin xarakteridir.Məlumdur ki, uzun illər iqtisadiyyatda dövlət mülkiyyəti üstünlük təşkil edirdi.buna görə ölkədə yalnız dövlət mənşəli banklar fəaliyyət göstərirdi. Son illlərdə mümkün olan mülkiyyyət çoxluğu müxtəlif tipli bankların yaranmasına gətirib çıxarmışdır.

Üçüncü amil, ümumi iqtisadi siyasətlə-iqtisadiyyatın idarə edilməsinin mərkəzləşdirilməsi kursu ilə əlaqədardır.Təsərrüfat təşkilatları müstəqilliyinin artması təsərrüfatların mənafeyinə uyğun gələn, təsərrüfat dəyişiklərinə operativ uyğunlaşan, təsərrüfat orqanlarının iqtisadi təşəbbüslərinə müvafiq pul resursları ilə vaxtında yardım edən bankların təsis edilməsi iqtisadi zərurətə çevrilir.

Dördüncü amil isə xərclərin ictimai zəruri səviyyəsidir. Məlumdur ki, bankların formalaşması prosesi bank işçilərinin əməyinin ödənilməsi və hesablama texnikasının alınması ilə əlaqədar xərclərlə bağlıdır.Bu kimi xərclər yeni bankın öz fəaliyyəti nəticəsində əldə edəcəyi mənfəətlə tutuşdurulmalıdır.Yeni qurulan bank zərərlə işləməməlidir. İdarəetmə sistemindəki bütün yenidənqurmalar süni surətdə idarəetməyə çəkilən xərclərin artmasına gətirib çıxarmamalı, əksinə gəlir gətirməlidir.

Keçmiş SSRİ-nin tərkibində olarkən Azərbaycanda da bütün SSRİ-də olduğu kimi mərkəzləşdirilmiş və birpilləli sovet bank sistemi fəaliyyət göstərirdi. 1990-cı ildə SSRİ Dövlət Bankı və bank fəaliyyəti haqqında qanun qəbul olundu. Bu qanunla ikipilləli bank sisteminə keçid reallaşdı. Azərbaycan Respublikasında hazırda ikipilləli bank sistemi tətbiq olunur. Azərbaycan Respublikasının bank sistemi Mərkəzi Bankdan və Respublikanın kredit təşkilatlarından ibarətdir. Bank sisteminin ən mühüm tərkib hissəsi isə, Azərbaycan Respublikası Mərkəzi Bankıdır. Mərkəzi Bank respublikanın mərkəzi bankı statusundadır. O, mərkəzi bankın vəzifələrini yerinə yetirir.

Kredit sistemində əsas mövqe Mərkəzi Bankındır. Onun əvvəllər yerinə yetirdiyi müəssisə və təşkilatların kreditləşdirilməsi və onlar arasındakı hesablaşmaların aparılması funksiyası müvafiq ixtisaslaşdırılmış banklara verildi. Burada əsas məqsəd emissiya fəaliyyətini yerinə yetirən bankı iqtisadiyyatın kreditləşdirilməsi fəaliyyətini yerinə yetirən banklardan ayırmaq idi. Kredit sahəsində iqtisadi münasibətlər sisteminin kompleks şəkildə yenidən qurulması əsas məsələlərdən biri idi. Bu proses 1988-ci ildən ilk Kommersiya banklarının yaradıldığı dövrdən həyata keçirilməyə başlanmışdır ki, bu da öz növbəsində müasir kredit sistemində bazar münasibətlərinin formalaşması və strukturunun təməli hesab olunur. Ümumiyyətlə kredit sisteminin əsas hissəsi olan bank sistemində əhəmiyyətli dəyişiklik ikipilləli bank sisteminin yaradılması ilə nəticələndi. Onun birinci pilləsində Mərkəzi bank, ikinci pilləsində isə Kommersiya bankları və ayrı-ayrı bank əməliyyatlarını həyata keçirən digər maliyyə-kredit qurumları dururdu.Beləliklə bank sistemi özündə Dövlət bankını, kommersiya banklarını, xarici bankların filialları və nümayəndəlikləri, bank olmayan kredit təşkilatlarını, kredit təşkilatları assosiasiyaları və ittifaqları, bank qrupları və holdinqləri cəmləşdirir.

Bank sisteminə malik istənilən ölkənin pul-kredit sistemlərinin əsasını mərkəzi banklar təşkil edir. Mərkəzi bank yuxarıda qeyd etdiyimiz kimi ikipilləli bank sisteminin ilk pilləsində mövqe tutur. Mərkəzi bank ilk növbədə dövlətlə iqtisadiyyat arasında vasitəçidir və vasitəçi kimi qanunvericiliklə təsdiqlənmiş qanunlar vasitəsilə pul və kredit axınını tənzimləyən bir təşkilatdır. Kredit sisteminə daxil olan 2-ci qurum kommersiya banklarıdır. Kommersiya bankları, bank qanunvericiliyinin imkan verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Bank sisteminin fəaliyyət mexanizmində əsas rol kommersiya banklarına məxsusdur. Belə ki, məhz kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir. Bu gün kommersiya bankları müştərilərə 200 növə qədər müxtəlif bank xidmətləri göstərmək qabiliyyətinə malikdir. Kommersiya bankının yerinə yetirdiyi ən əsas vəzifə pul yaratmaqdır. Borc alana kredit vermək vasitəsilə banklar əlavə ödəmə qabiliyyəti olan tələbat yaradır.

Bankların fəaliyyəti o qədər çoxşaxəlidir ki, onun mahiyyətinin açılması və iqtisadi baxımdan tam izah edilməsi heç də asan məsələ deyildir. Banklar həm iqtisadi idarəetmə orqanı kimi, həm vasitəçi təşkilat kimi, həm də kredit təşkilatı kimi xarakterizə edilir. Tarixi inkişaf bankların tədricən kredit mərkəzlərinə çevrilməsinə şərait yaratdı. Lakin bu heç də bankın kreditlə qarışması, birləşməsi deyil. Çünki bank və kredit anlayışları eyni anlayış deyillər. Kredit – borc kapitalının hərəkət formasıdır. Bu, kreditorla borcalan arasındakı borc dəyərinin qayıtması hərəkəti üzrə münasibətdir. Kredit münasibətlərində bir qayda olaraq tərəflərdən biri kreditor, digəri borcalan olur. Kreditdən fərqli olaraq bank bu münasibətlərin bir tərəfidir. Bankı və krediti müqayisə edərkən həm də onların tarixi köklərinə də nəzər salınmalıdır. Bank pul yarandıqdan sonra meydana gəlmişdirsə, kredit isə pul yaranana qədər fəaliyyət göstərirdi. Bank kreditin inkişafının nəticəsidir. Kredit bankın yaranmasının təməlini təşkil edir.

Bank sistemi özünəməxsus xüsusiyyətlərə malikdir və bu xüsusiyyətlərinə görə digər sistemlərdən fərqlənir. Hər şeydən əvvəl qeyd olunmalıdır ki, bank sistemi onun elementlərinin təsadüfi məcmusundan ibarət deyidir. Bu sistemin özünəməxsusluğu onun tərkibinə daxil olan elementlərin və onların qarşılıqlı münasibəti ilə müəyyənləşdirilir. Bank sistemi bir məqsədə xidmət edən müxtəlif hissələrin, elementlərin vəhdəti kimi təsəvvür etmək lazımdır. əgər hər hansı səbəbdən banklardan biri bağlanarsa və ya ləğv edilərsə, sistem öz fəaliyyətini dayandırmır. Onun funksiyasısiyalarını digər banklar yerinə yetirir, zərurət olduqda isə təzəsi yaranır. Beləliklə, sistemin bütövlüyü pozulmur.

Bank sistemi özünü təşkil edən və özünütənzimləyən bir sistemdir. Belə ki, ölkənin iqtisadiyyatında və iqtisadi siyasətində, eləcə də siyasi aləmdə baş verən dəyişikliklər bank siyasətinin dəyişilməsinə gətirib çıxara bilər. Əgər ölkədə qeyri-sabitlik yaranarsa, iqtisadi böhran baş verərsə, banklar istehsala uzunmüddətli investisiyaları məhdudlaşdırır, kreditləşmənin müddəti qısalır, bəzən də tam dayandırılır. Iqtisadi stabillik yaranan kimi banklar yenidən öz ənənəvi fəaliyyətlərini bərpa edirlər. Hadisələrin belə dəyişməsi anında düzgün qərar qəbul edən banklar öz fəaliyyətlərini davam etdirir, düzgün qərar qəbul edə bilməyənlər isə güclü maliyyə itkilərinə məruz qalaraq iflasa uğrayırlar.

Şərh olunanlar əsasında belə bir nəticəyə gəlmək olar ki, bank sisteminin aşağıdakı özünəməxsus əlamətləri var:



  • Bank sistemi eyni məqsədə xidmət edən elementlər məcmusudur;

  • Bank sistemi özünəməxsus xüsusiyyətlərə malikdir;

  • Bank sistemi elementlərin qarşılıqlı dəyişdirilməsi iqtidarındadır;

  • Bank sistemi dinamik sistemdir;

  • Bank sistemi qapalı sistemdir;

  • Bank sistemi idarəedilən sistemdir;

  • Bank sistemi xarici şəraitə uyğun fəaliyyət göstərir.

İndi isə bank sisteminə daxil olan digər qurumları nəzərdən keçirək:

Xarici bankın filialı - Azərbaycan Respublikasında Mərkəzi Bankın lisenziyası ilə ona icazə verilmiş bank əməliyyatlarını həyata keçirmək hüququ olan xarici bankın ayrıca bölməsidir.

Kredit təşkilatı – Mərkəzi Bankın lisenziyası əsasında Qanunda nəzərdə tutulmuş bank əməliyyatlarını həyata keçirən qurumdur.

Bank holdinq şirkəti - bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan və fəaliyyəti Mərkəzi Banklar tərəfindən tənzimlənən şirkətdir.

Bankın filialı – bankın baş ofisinin yerləşdiyi yerdən kənarda yerləşən, öhdəlikləri üçün əsas bankın özü qədər məsuliyyət daşıdığı və banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.

Bank olmayan kredit təşkilatı- öz vəsaiti və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.

İndi isə bank sisteminə aid olan bəzi terminlər ilə tanış olaq :

Bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.

Depozit –banka saxlamaq üçün köçürülən, müəyyən olunmuş şərtlər daxilində və müddəti çatdıqda qaytarılmalı olunan pul vəsaitləridir. Qaytarılmaya depozitin məbləği və qabaqcadan depozit müqaviləsinə əsasən müəyyən olunmuş faiz dərəcəsi aiddir.

Mühüm iştirak payı - səhmdar kapitalının və ya səsvermə hüququnun 10 və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblikdir.

Klirinq - hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin sistemin bir və ya bir neçə digər iştirakçısına verdiyi və ya onlardan aldığı ödəniş məbləğləri üzrə yaranan tələblərin və öhdəliklərin, onların fərqi olan bir xalis tələb və ya bir xalis öhdəliyə çevrilməsi prosesidir.

Prudensial- bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət üsuludur.

Bankın məcmu kapitalı (öz vəsaiti) - prudensial hesabatlıq məqsədləri üçün istifadə olunan kapital olmaqla, Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi I dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) cəmi və onlardan tutulmaların fərqidir

Bank sisteminin inkişafına bir sıra makroiqtisadi və siyasi amilllər təsir edir. Bu amillərə aşağıdakıları aid etmək olar:



  • əmtəə-pul münasibətlərinin inkişaf səviyyəsi

  • ictimai-iqtisadi amillər

  • qanunvericilik bazası

  • iqtisadiyyatda bankların rolu və fəaliyyəti haqda ümmumi təsəvvürlər

  • siyasi amillər

  • ölkənin iqtisadi vəziyyətindəki dəyişikliklər, həmçinin iqtisadiyyatın inkişaf səviyyəsi

  • ölkədə mövcud bankların rəqabət səviyyəsi

  • mövcud vergi siyasəti

Banklar əsasən kredit vermək və kassa-hesablaşma xidmətləri göstərilməsi ilə məşğuldur. Onlar pul alveri ilə məşğuldur. Banklar öz vəsaitlərini həm müştərilərə, həm də digər banklara satırlar. Kredit bazarında kreditin qiymətinin müəyyən edilməsi çox vacib məsələlərdən biridir. Banklar vəsaitləri aşağı qiymətlə alır və daha yüksək qiymətə sataraq gəlir əldə edir. Kreditə təyin olunan qiymət kredit fondunun faizidir. Faizlər müxtəlif amillərin təsiri altında tələb və təklifin səviyyəsinə uyğun olaraq müəəyən olunur. Hal-hazırda Azərbaycan Respublikasında kommersiya bankları yalnız bir neçə bank xidməti həyata keçirirlər. Əvvəldə qeyd etdiyimiz kimi, dünya miqyasında kredit xidmətlərinin 200-ə yaxın növündən istifadə edilir. Beləliklə, bank sistemi pul vəsaitlərinin mərkəzləşməsini və onların borc kapitalına çevrilməsini tənzimləyir.

Azərbaycanda da bank sisteminin xidmət səviyyəsindən dünya bank sisteminin xidmət səviyyəsinə çatdırılması vacibdir. Bunun üçün bank sferasında olan böhran aradan qaldırılmalı, onun işi sağlamlaşdırılmalı və təkmilləşdirilməlidir.



Yüklə 180,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə