Kafedra: Mehmanxana və Restoran biznesi


Müəssisənin fəaliyyətinin tənzimlənməsində qiymətlərin rolu və funksiyaları



Yüklə 278,61 Kb.
səhifə10/21
tarix21.04.2022
ölçüsü278,61 Kb.
#85767
1   ...   6   7   8   9   10   11   12   13   ...   21
Hacılı Rahul

1.3 Müəssisənin fəaliyyətinin tənzimlənməsində qiymətlərin rolu və funksiyaları.

Planlı təsərrüfatçılıq şəraitində müəssisədə qiymətin səviyyəsi, istehsal xərcləri və rentabellik norması planlı qaydada müəyyənləşdirilirdi. Bazar münasibətləri şəraitində isə adları çəkilən bu göstəricilər müəssisə tərəfindən sərbəst şəkildə müəyyənləşdirilir. Lakin bütün bunlar müəssisələr üçün heç də asan başa gəlmir.

Bazar münasibətləri şəraitində qiymət istehsalının ən mühüm tənzimləyicisi kimi çıxış edir və onun səviyyəsinə birbaşa təsir göstərir.

Bundan əlavə qiymət vasitəsi ilə müəssisədə formalaşan mənfəətin həcminə, rəqabət mübarizəsinin xarakterinə və nəticələrinə təsir göstərilir.

Qiymətin müəyyənləşdirilməsinin birinci variantı yalnız o halda tətbiq edilir ki, əmtəəni istehsal edən firma mövcud bazarda aparıcı olmaqla, onun təssərüfat-maliyyə fəaliyyətinin nəticələri rəhbərliyi tam təmin etsin. Bu variant mənfəəti istehsalçılar arasında kifayət qədər ədalətli şəkildə bölüşdürməyə imkan verir, çünki istehlakçıya qıtlıq təşkil edən məhsul təklif edilmir.

Qiymətin müəyyənləşdirilməsinin ikinci variantında əsas həlledici amil əmtəələrə olan proqnozlaşdırılan tələb və məhsulun maya dəyəri hesab edilir.

Müəssisənin əsas vəzifəsi aşağıdakı kimi müəyyənləşdirilir:


Vəzifələrin tamamilə əks formada müəyyənləşdirilməsi də mümkündür. Belə ki:

- qiymətin hansı səviyyəsi seçilməlidir ki, məhsul satışı zərərli nəticələnməsin;

- istehsal edilən məhsulun ehtimal edilən miqdarı və onun reallaşdırıldığı bazarın müəyyənləşdirilməsi.

Qiymətin reallaşdırılmasının üçüncü variantı bazarda rəqabətin səviyyəsini nəzərə alır və tezliklə səmərəli nəticələrin eldə edilməsinə gətirib çıxarır. İstehsalçı bazarda rəqabət aparan firmanın qiymət dinamakasını öyrənir və rəqabət aparan firmalar tərəfindən anoloji məhsula qoyulacaq qiymətin səviyyəsi müəyyənləşdirilir. Bu zaman əsas diqqət xərclərin aşağı salınmasına və mənfəətin artırılmasına yönəldilir.




Yüklə 278,61 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə