Kafedra: Mehmanxana və Restoran biznesi


II FƏSİL. SAHİBKARLIQ FƏALİYYƏTİNİN MÜASİR FORMALARI



Yüklə 278,61 Kb.
səhifə11/21
tarix21.04.2022
ölçüsü278,61 Kb.
#85767
1   ...   7   8   9   10   11   12   13   14   ...   21
Hacılı Rahul

II FƏSİL.

SAHİBKARLIQ FƏALİYYƏTİNİN MÜASİR FORMALARI

Müasir bazar iqtisadiyyatının formalaşması, elmi-texniki tərəqqinin və iqtisadi münasibətlərin beynəlxalq hüquqi aspektlər fonunda inkişafı sahibkarlıq fəaliyyətinin də yəni təşkilat-hüquqi formalarının meydana gəlməsinə səbəb olmuşdur. Bu baxımdan sahibkarlıq fəaliyyətinin aşağıdakı müasir formalarını fərqləndirmək zəruridir: təsərrüfat yoldaşlığı cəmiyyəti, istehsal kooperativləri, dövlət və bələdiyyə formaları, unitar müəssisələr. İqtisadi ədəbiyyatda təsərrüfat yoldaşlığının tam yoldaşlıq və kommandit yoldaşlıq formaları fərqləndirilir. Tam yoldaşlıq əsasında fəaliyyət göstərən müəssisədə müəyyən təsərrüfat fəaliyyətini birgə həyata keçirmək üçün iştirakçılar öz aralarında müqavilə bağlayırlar. Tam yoldaşlıq zamanı əmlakın formalaşma mənbələri əsas etibarilə iştirakçıların əmanətlərindən ibarət olur.

Tam yoldaşlığa əsaslanan müəssisənin yaradılması zamanı nizamnamə tələb olunmur. O, təsis müqaviləsi əsasında yaradılır və fəaliyyət göstərən təsis müqaviləsini təsərrüfat yoldaşlığının bütün iştirakçıları imzalayırlar.

Təsis müqaviləsində yoldaşlıq müəssisəsinin adı, onun yerləşdiyi ərazi, fəaliyyətin idarə olunması qaydası, yoldaşlıq müəssisəsində yığıma yönəldilən kapitalın həcmi və tərkibi, hər bir iştirakçının pul əmanətinin həcmi göstərilir. Burada həmçinin tam yoldaşlıq müəssisəsinə təqdim olunan əmanətlər üzrə öhdəliklərin yerinə yetirilmədiyi hallarda iştirakçıların məsuliyyətilə bağlı məsələlərə də toxunulur.

Tam yoldaşlıq müəssisəsində mənfəət və zərər onun iştirakçıları arasında yığıma yönəldilən kapitalda xüsusi çəkiyə görə proporsional qaydada bölüşdürülür. Hər bir iştirakçıya görə verginin məbləğini müəyyən etmək üçün onun malik olduğu gəlirin üzərinə ümumi mənfəətdən xüsusi çəkidə əlavə edilir və bu məbləğdən vergi hesablanır. Tam yoldaşlığa əsaslanan sahibkarlıq müəssisəsinin iştirakçıları öz əmlakları üzərində tam məsuliyyət daşıyırlar.

İqtisadi ədəbiyyatda və sahibkarlıq praktikasında kommandit yoldaşlığını çox hallarda qarışıq yoldaşlıq forması da adlandırırlar. Qarışıq yoldaşlıq formasının mahiyyəti və əsas xüsusiyyətləri üzərində dayanaq.

Burada yoldaşlıq adından sahibkarlıq fəaliyyətini həyata keçirən və öz əmlakına görə məsuliyyət daşıyan iştirakçılarla yanaşı bir və ya bir neçə iştirakçı da olur ki, bunları da komandidçilər adlandırırlar. Komandidçilər əslində təqdim etdikləri əmanətlərin məbləği çərçivəsində zərər üçün riskə də gedirlər. Komandidçilər yoldaşlıq müəssisəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində iştirak etmirlər.

İstər tam yoldaşlıq və istərsə də qarışıq yoldaşlıq formalarına əsaslanan sahibkarlıq qurumları heç bir nizamnaməyə malik olmur, Onlar bütün iştirakçıların imzaladıqları təsis müqaviləsi əsasında yaradılır və fəaliyyət göstərir.

Sahibkarlıq fəaliyyətinin müasir təşkilat formasından biri də təsərrüfat cəmiyyətləridir. Təsərrüfat cəmiyyətlərinin aşağıdakı növləri fərqləndirilir: məhdud məsuliyyətli cəmiyyətlər, əlavə məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətləri, asılı cəmiyyətlər. Keçmiş İttifaq respublikalarında bazar münasibətlərinə keçidin ilkin dövrlərində məhdud məsuliyyətli yoldaşlıq müəssisəsinin yaradılması geniş yayılmışdır. Bu cür cəmiyyətlər bir və ya bir neçə şəxs tərəfindən təsis edilir. Bu cəmiyyətin nizamnamə kapitalı hər bir təsisçinin kapitalının xüsusi çəkisi əsasında formalaşır MMC (Məhdud Məsuliyyətli Cəmiyyətin) iştirakçıları onun öhdəliklərinə cavabdehlik daşımır və qoyduqları əmanətin dəyiri çərçivəsində cəmiyyətin fəaliyyəti ilə bağlı zərərlilik riskini öz üzərinə götürür. Məhdud məsuliyyətli cəmiyyətdən fərqli olaraq əlavə məsuliyyətli cəmiyyətin iştirakçıları cəmiyyətin təsis sənədləri əsasında müəyyən edilmiş əmanətin dəyəri çərçivəsində istər öz əmanətləri üzrə öhdəliklər, rə və istərsə də cəmiyyətin bütün fəaliyyətinə birgə məsuliyyət daşıyır. İştirakçılardan birinin müflisləşdiyi şəraitdə onun öhdəlikləri qalan iştirakçılar arasında əmanətlərə uyğun proporsional qaydada bölüşdürülür.

Müasir şəraitdə sahibkarlığın ən geniş yayılmış formalarından biri səhmdar cəmiyyətidir. Səhmdar cəmiyyətlərinin əksəriyyəti dövlət və bələdiyyə mülkiyyətinə əsaslanan müəssisələrin özəlləşdirilməsi yolu ilə yaradılır.

Səhmdar cəmiyyəti təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və ya hüquqi şəxslərin könüllü saziş əsasında yaradılan müəssisədir.

Səhmdar cəmiyyəti qapalı, yaxud açıq tipli səhmdar cəmiyyəti formasında yaradılır. Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərin əksəriyyətinin razılığı ilə özgəninkiləşdirilən cəmiyyət qapalı tipli səhmdar cəmiyyəti hesab edilir. Səhmləri müstəqil surətdə özgəninkiləşdirilə bilən cəmiyyət açıq tipli səhmdar cəmiyyəti hesab edilir.

Dövlət əmlakına sərəncam vermək hüququna malik olan idarəetmə orqanlarının təsis etdikləri səhmdar cəmiyyəti istisna olmaqla, səhmdar cəmiyyəti azı üç fiziki və ya hüquqi şəxs tərəfindən təsis edilir. Dövlət əmlakına sərəncam vermək səlahiyyətinə malik olan idarəetmə orqanlarının təsis etdikləri səhmdar cəmiyyətinin təsisçilərinin sayı məhdudlaşdırılmır. Onlar təklikdə (təkbaşına) səhmdar cəmiyyətinin təsisçisi ola bilərlər.


Yüklə 278,61 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə