Kafedra: Mehmanxana və Restoran biznesi



Yüklə 278,61 Kb.
səhifə16/21
tarix21.04.2022
ölçüsü278,61 Kb.
#85767
1   ...   13   14   15   16   17   18   19   20   21
Hacılı Rahul

Kommandit yoldaşlıqlar

Tam yoldaşlıq müəssisəsindən aşağıdakı əlamətləri ilə fərqlənir. Bu zaman yoldaşlıq müəssisəsinin fəaliyyətində iki qrup iştirakçı mövcud olur - tam şəriklər və əmanətçilər. Tam şəriklər müəssisənin adından sahibkarlıq fəaliyyətini həyata keçirir və göstərdikləri öhdəliklərə görə məsuliyyət daşıyırlar. İştirakçıların digər qrupu olan əmanətçilər (kommanditlər) yalnız öz əmanətləri ilə iştirak edirlər, müəssisənin öhdəlikləri üzrə heç bir şəxsi məsuliyyət daşımırlar. Bu təsərrüfat forması kənar şəxslərdən, kapitaldan istifadə əsasında formalaşır.

Qənaətçilər yoldaşlıq müəssisəsinin idarə edilməsində iştirak etmək və onun adından çıxış etmək hüququna malik deyildir. Amma maliyyə fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir, iştirakçılar qoyduqlan əmanətlə əlaqədar öz əmanət hüququna, əməyinə uyğun mənfəətdə pay əldə etmək, öz əmanətlərini qaytarmaqla mıiossisodən sərbəst çıxmaq, öz paylarından imtina etmək hüququna malikdirlər.

İstehsal kooperativlərinin təsis sənədi kooperativ üzvlərinin ümumi yığıncağında təsdiq edilmiş nizamnaməsidir. Kooperativ üzvlərinin sayı 5 nəfərdən az olmur. Kooperativdə mənfəət onun fəaliyyətində şəxsi əməyi ilə iştirak edən işçilər arasında bölüşdürülür.

Kooperativin yuxarı idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Kooperativ üzvləri ümumi yığıncağın qərarının qəbul edilməsində bir səsə malikdir. Onlar həm də kooperativdən könüllü olaraq çıxmaq hüququna da malikdir. İstehsal kooperativlərinin üstünlükləri aşağıdakılardan ibarətdir:


Unitar müəssisələr kommersiya təşkilatları hesab edilir, əmlakı bölünməz xarakter daşıyı. Unitar müəssisələrin nizamnaməsində bir sıra adi anlayışlarla yanaşı (adı, yerləşməsi və s.) müəssisənin fəaliyyət məqsədləri, nizamnamə yondunun həcmi və formalaşma mənbələri göstərilir. Unitar müəssisələr bir sıra xüsusiyyətlərə malidir. İlk növbədə unitar müəssisələr bölünməz mülkiyyət hüququna malikdir. Əmlakın mülkiyyətçisi adətən dövlət və bələdiyyə təşkilatlan olur.

Unitar müəssisənin əmlakı bölünməz xarakter daşıyır, o heç bir şəraitdə paylara görə bölüşdürülmür. Digər kommersiya təşkilatlanndan əsas fərqi bundan ibarətdir. Xüsusi əmlak statusuna malikdir. İdarəetmə baxımından mühüm fərqli cəhətləri yeganə rəhbərliyin olmasıdır.




Yüklə 278,61 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə