Kafedra: Mehmanxana və Restoran biznesi


Müəssisəsələrin idarə edilməsi



Yüklə 278,61 Kb.
səhifə7/21
tarix21.04.2022
ölçüsü278,61 Kb.
#85767
1   2   3   4   5   6   7   8   9   10   ...   21
Hacılı Rahul

1.1 Müəssisəsələrin idarə edilməsi

Fəaliyyət məqsədlərindən asılı olaraq müəssisələr 2 kateqoriyaya bölünür: kommersiya, qeyri-kommersiya.

Kommersiya təşkilatlarının əsas məqsədi mənfəət əldə edilməsidir.

Qeyri-kommersiya təşkilatlarının fəaliyyətində əsas məqsəd mənfəətin əldə edilməsi deyildir. Qeyri-kommersiya təşkilatları, istehlak kooperativləri, ictimai və dini birliklər, xeyriyyə və digər fondlar formasında yaradılır.



Təşkilat-hüquqi formalarına görə yeni müəssisələr aşağıdakı kimi təsnifləşdirilir:

  • Fərdi sahibkarlıq müəssisələri(treyderlər)

  • Təsərrüfat yoldaşlıqları

  • Tam yoldaşlıqlar

  • Kommandit yoldaşlıqlar

  • Təsərrüfat cəmiyyətləri

Müəssisənin böhranlı vəziyyətdən çıxarılmasında mühüm rolu idarəetmənin təşkilati quruluşunun təkmiləşdirilməsi oyna­yır. İdarəetmənin təşkilati quruluşunu müəyyən edən parametrlər aşa­ğıdakılardır:

  • müəssisənin idarəetmə sisteminin ierarxiya səviyyələrinin sayı,

  • idarəetmə funksiyaları üzrə idarəetmə heyətinin sayı,

  • xətti idarəetmə heyətinin sayı,

  • hər bir səviyyədə struktur bölmələrinin sayı,

  • idarəetmə funksiyalarının mərkəzləşdirilmə səviyyəsi.

Böhranlı vəziyyətdən asılı olaraq müəssiənin təşkilati quru­lu­şunun yenidən qurulması üç istiqamətdə aparılmalıdır:

      1. gələcək dövrdə istehsalın genişləndirilməsini təmin edən təşkilati quruluşa keçmək,

      2. operativ fəaliyyətə xidmət edən təşkilati quruluşa keçmək,

      3. səmərəli idarəetmə və nəzarəti təmin edən təşkilati quruluşa keçmək.

Hər üç istiqaməti özündə birləşdirən təşkilati quruluşu for­ma­­­laşdırmaq üçün təklif olunan doqquz qaydaya riayət etmək la­zımdır:

  1. İdarəetmənin təşkilati quruluşu imkan çərçivəsində sadə olmalıdır. Təşkilati quruluş nə qədər sadə və dəqiq qurularsa, idarəetmə heyəti də bir o qədər tez bu quruluşa alışar və aktivliklə firmanı böhran vəziyyətindən çıxarmaqda iştirak edər.

  2. İdarəetmənin təşkilati quruluşunun sxemi daha aydın və tez qavranılan olmalıdır. Bu sxemlə sanasiyanı həyata keçirən heyət tanış olmalıdır. Elə etmək lazımdır ki, təşkilati quruluşun sxemi görünən yerdə asılsın ki,hər bir işçi ona riayət etsin.

  3. Hər bir işçiyə yazılı iş təlimatları verilməlidir.Sanasiya dövründə bu təlimatlar daima dəyişdirilməlidir.

  4. Əlaqə sistemi səmərəli olmalıdır ki, informasiya dəqiq ötürülsün və əks əlaqə olsun.

  5. Tabeçilik, səlahiyyət və məsuliyyət xətti aydın müəyyən­ləş­dirilməlidir. Səlahiyyətlərin verilməsi xətti hamıya aydın olmalı və bu zaman idarəetmə səviyyələrinin sayının mini­muma endiril­məsinə çalışmaq lazımdır. Son anda bütün məsuliyyət həmişə firmanın ali rəhbərliyində qalmalıdır. Digər tərəfdən isə hər bir aşağı səviyyəli rəhbər və ya işçi öz rəisi qarşısında cavabdeh olamlıdır.

  6. Məsuliyyətlərin koordinasiyasını ali rəhbərlik həyata keçirməlidir.Bu “skalyar proses” adlanır.

  7. Hər firma üçün rəhbərliyin idarəçilik hüdudları real olmalıdır. Müəyyən idarəetmə səviyyəsindəki rəhbər 5-7 işçiyə bilavasitə rəhbərlik edə bilər (məsələn, müəssisə direktorunun 5-7 müavini olmalıdır və s.) İndiki vaxtda adətən bu qaydaya riayət olunmur.Təhli göstəririk ki,böhran vəziyyəti keçirən müəssisə rəhbərinə bilavasitə 8,10 və ya hətta 20-yə qədər subyekt tabe olur. Lakin bu düzgün deyildir.İdarəetmə diopozonu nə qədər kiçik olarsa,bir o qədər də idarəetmə səmərəli olar.

  8. Xətti rəhbərlərin və funksional şöbələrin funksiyaları dəqiq bölünməli və koordinasiya olunmalıdır.Həmişə funksional xidmətlər xətti rəhbərlərə kömək rolu oynamalıdır.

  9. Müflisləşmədən çıxmaq üçün zərərlə işləməyin qarşısını almaq üçün təşkilati quruluş çevik olmalı, daxili və xarici mühitdə baş verən dəyişikliklərə tez reaksiya verməyi bacarmalıdır.

İdarəetmənin təşkilati quruluşu müəssisənin təşkilati po­ten­sialından səmərəli istifadə etməyə xidmət etməlidir. Təşkilati potensiala idarəetmə heyəti, idarəetmə əməyinin texniki təminatı və informasiya təminatı resursları daxildir. Bu resurslar arasında elə nisbət qurulmalıdır ki, o müəssisənin maksimum mənfəət götürə bilməsini təmin etsin. Bu məqsədlə təşkilati potensialın vəziy­yəti təhlil olunmalıdır. Bunun üçün beş bal sistemi ilə resursların qiymətləndirilməsini həyata keçirmək lazımdır.


Yüklə 278,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə