Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə1/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
  1   2   3   4   5   6   7   8   9   ...   68



 
 
         AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
             AZƏRBAYCAN  DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 
 
                                                
 
 
                                                  
 
          KAFEDRA:            MÜHASİBAT UÇOTU VƏ AUDİT 
 
 
 
 
 
 
                                       «AUDİT» 
 
               FƏNNİ ÜZRƏ MÜHAZİRƏLƏR 
  
 
 
 
 
                                                                           
b/m.  
BABAŞİRİNOVA E.M. 
 
 
 
 
 
 
 
 
                                    
BAKI-2016  
 
 



 
I MÖVZU. AUDİTİN MAHİYYƏTİ VƏ VƏZİFƏLƏRİ 
 
1.
 
Auditin mаhiyyəti, məqsədi və vəzifələri  
2.
 
Аuditin meydаnа gəlməsi və inkişаfı  
3.
 
Auditin növləri  
4.
 
Аuditin digər idarəetmə elementləri ilə əlаqəsi
 
 
1.
 
Auditin mаhiyyəti, məqsədi və vəzifələri  
 
  Bazar  iqtisadiyyatında  müəssisələrin  fəaliyyəti  haqqında  həqiqi  informa-
siyalar  mühüm  rol  oynayır.  Bu,  ilk  növbədə  sаhibkаr  üçün  müəssisənin  fəaliy-
yətinin  inkişaf  etdirilməsi  strateqiyasının  hazırlanması  və  səmərəliliyin  yüksəldil-
məsi  metodlarının  müəyyən  edilməsi,  dövlət  orqanları  üçün  vergitutma    ilə  əla-
qədar haqda qanunveriæilik aktlarına əməl olunmasına nəzarət, banklara, digər kre-
ditorlara və sığorta şirkətlərinə müəssisənin ödəmə qabiliyyətini və kreditlərin qay-
tarılması  ehtimalının  qiymətləndirilməsi,  sığorta  riskinin  müəyyən  edilməsi  üçün 
zəruridir. Eyni zamanda malgöndərənlər, alıcılar, investorlar və təsərrüfat subyekti 
ilə  işgüzar  qarşılıqlı  əlaqələrə  malik  olan  müəssisə  və  təşkilatlar  da  informa-
siyaların dürüst olmasında maraqlıdır. 
Inkişaf  etmiş  bazar  yönlü  bütün  dövlətlərdə  mühasibat  uçotunun,  eləcə  də 
dövlət  orqanlarına  təqdim  olunan  və  nəşr  olunan  maliyyə  hesabatlarının 
düzgünlüyünə müstəqil nəzarət həyata keçirilir. Belə nəzarət audit adlanır. 
Аudit  "audio"  -  latın  sözündən  götürülmüş  və  mənası  "o,  eşidir",  auditorun 
ingilis  dilindən  tərcüməsini  "fikir  söyləyən"  olduğunu  iddia  edilir.  Belə  ki, 
məsələn,  R.Adams  auditi  nəşr  olunmuş  maliyyə  hesabatlarının  həqiqətə 
uyğunluğunun təsdiq edilməsi üçün fəaliyyət, Y.M.Utkin  isə yoxlanılan  şirkətdə 
işləməyən  müstəqil  diplomlu  mühasiblər  tərəfindən  həyata  keçirilən  maliyyə 
hesabatlarının yoxlanılması kimi səciyyələndirir. 
Audit üzrə beynəlxalq normativlərə görə audit - obyektin mənfəət əldə edib-
etməməsindən,  həcmindən  və  təşkilati  formasından  asılı  olmayaraq  nəşr  olunmuş 



 
maliyyə hesabatlarının və ya ona aid maliyyə informasiyalarının gələcək fikirlərin 
formalaşdırılması məqsədi ilə aparılan müstəqil yoxlanmasıdır.  
"Auditor  xidməti  haqqında"  AR  Qanununda  göstərilir  ki,  audit-  əmtəə 
istehsalı  və  satışı,  xidmət  göstərilməsi  və  iş  görülməsi  ilə  məşğul  olan  təsərrüfat 
subyektlərində  mühasibat  uçotunun  dəqiq  və  dürüst  aparılmasının,  mühasibat  və 
maliyyə  hesabatlarının  müstəqil  yoxlanmasıdır.  Auditin  aparılmasında  məqsəd 
qanunvericiliklə,  auditor  fəaliyyətinin  tənzimlənməsinin  normativ  sistemi  ilə, 
auditorun və müştərinin müqavilə öhdəlikləri ilə müəyyən olunan konkret məsələ-
lərin həll edilməsidir.  
Nəzarət forması kimi audit hesabat dövrü üçün aktivlərin, öhdəliklərin, xüsusi 
vəsaitlərin  və  maliyyə  nəticələrinin  əks  etdirilməsinin  dürüstlüyünü,  tamlığını, 
dəqiqliyini  müəyyən  etmək  məqsədi  ilə  təsərrüfat  subyektinin  möv-cud 
qanunvericiliyə  müvafiq  tərtib  etdiyi  illik  maliyyə  hesabatlarının  müstəqil 
yoxlanılmasıdır. Dövlətin, müəssisə rəhbərliyinin və onun sahiblərinin (payçıların, 
səhmdarların) qarşılıqlı maraqları onun əsasını təşkil edir.  
Аuditor  fəaliyyətini  yalnız  yoxlama  kimi  xarakterizə  etmək  olmaz.  Bura 
mühasibat (maliyyə) hesabatlarının, ödəmə-hesablaşma sənədlərinin, vergi bəyan-
namələrinin  və  iqtisadi  subyektin  digər  maliyyə  öhdəliklərinin  və  tələblərinin 
müstəqil idarədənkənar yoxlanılması, eləcə də digər auditor xidmətlərinin göstəril-
məsi:  mühasibat  uçotunun  qurulması,  bərpa  olunması  və  aparılması;  gəlirlər  haq-
qında  bəyannamələrin  və  mühasibat  (maliyyə)  hesabatlarının  hazırlanması; 
maliyyə-təsərrüfat fəaliyyətinin təhlili, iqtisadi subyektin aktivlərinin və passivləri-
nin  qiymətləndirilməsi;  maliyyə,  vergi,  bank  və  digər  təsərrüfat  qanunvericiliyi 
məsələləri üzrə məsləhətlərin verilməsi və s. daxildir.  
Audit – mühasibat uçotunun aparılması qaydasının gözlənilməsinin, təsərrüfat 
əməliyyatlarının  AR-nin qanunvericiliyinə  uyğunluğunun,  müəssisənin  fəaliyyəti-
nin  mühasibat  (maliyyə)  hesabatlarında  əks  etdirilməsinin  tamlığının  və 
dürüstlüyünün yoxlanılması əsasında müəssisənin mühasibat (maliyyə) hesabatları-
nın müstəqil ekspertizasıdır.  
Audit  müstəqil  təftiş  keyfiyyətinə  malik  olsa  da,  onun  fəaliyyəti  yalnız 



 
mühasibat və maliyyə hesabatlarının yoxlanması ilə məhdudlaşa bilməz. Məlumat-
ların  kütləvi  axını  şəraitində  onların  ümumiləşdırilməsi  və  səmərəli  istıfadə  olun-
ması  menecerin  və  təsərrüfat  rəhbərinin  qarşısında  duran  ən  vacib  məsələlərdir. 
Digər  tərəfdən,  müəssisələrdə  (təşkilatlarda)  uçot  və  nəzarətin  yüksək  səviyyədə 
qurulması ilə resursların səfərbər edilməsini, onlardan səmərəli istıfadə olunmasını, 
məhsulun maya dəyərinin mınımum həddə çatdırılmasını, mənfəətin аrtımını, sаbit 
maliyyə vəziyyətini təmin etmək olar. Auditin məqsəd və vəzıfələrı bu prinsiplər 
üzərində qurulur.  
Auditor  nəzarəti  üzrə  əsas  məqsədə  çatmaq  və  müştəriyə  rəyi  təqdim  etmək 
üçün auditor aşağıdakı məsələlər üzrə öz fikrini fоrmаlаşdırmаlıdır: 
  hesabatların  ümum  qəbul  edilməsi  (hesabatın  bütövlükdə  bütün  tələblərə 
cavab verməsi, yanlış  informasiyaları özündə  əks  etdirməməsi); 
  əsaslı  olması  (hesabatda  göstərilən  məbləğlərin  hesabata  daxil  edilməsi 
haqda əsasın olması); 
  qiymətləndirmə  (bütün kateqoriyaların  düzgün  qiymətləndirilməsi,  düzgün 
hesablanması); 
  təsnifləşdirmə  (hesablarda  əks  etdirilən  məbləğlərin  həqiqətən  də  həmin 
hesablara aid olmasına inanmaq üçün əsasın olması); 
 bölgğ (balansın tərtib olunması tarixinə qədər və ya bilavasitə ondan sonra 
aparılmış əməliyyatların aparılan dövrə aid edilməsi); 
 dəqiqlik (ayrı-ayrı əməliyyatlar üzrə məbləğlərin analitik uçot kitablarında 
və  jurnallarında  əks  olunan  məlumatlara  uyğunluğu,  onların  yekununun 
düzgünlğyğ, Baş kitabda verilmiş məlumatların yekun məbləğlərinə uyğunluğu); 
  açıqlanması  (bütün  kateqoriyaların  maliyyə  hesabatlarına  köçğrğlməsi  və 
hesabatlarda və onlara əlavələrdə düzgün əks etdirilməsi). 
 
2.
 
Auditin meydаnа gəlməsi və  inkişafı  
 
Auditin yaranma tarixi çox qədimdir.
 
Hələ Yaxın Şərqin qədim sivilizasiyası 
dövründə  (e.ə.  4000-ci  il)  dövlətlər  yаrаnmış,  təsərrüfat  fəaliyyəti  qurulmağa  və 
onlar  öz  gəlir  və  xərclərin  hesablamаq  üçün  hesabatların  tərtib  olunmasına 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə