Kafedrası AvtoserviSDƏ XİDMƏTİn texnologiyasi və TƏŞKİLİ



Yüklə 22,39 Kb.
səhifə1/2
tarix04.04.2022
ölçüsü22,39 Kb.
#85036
  1   2
Labaratoriya №1


Azərbaycan respublİkası təhsİl nazİrlİyİ
azərbaycan texnİkİ universİtetİ

AVTOMOBİL NƏQLİYYATI VASİTƏLƏRİ

kafedrası
«AvtoSERVİSDƏ XİDMƏTİN TEXNOLOGİYASI VƏ TƏŞKİLİ»

fənnindən
1 №-li laboratoriya işi

Fakültə:Nəqliyyat


Qrup:
Tələbə:
Müəllim:

bakı - 2022
Laboratorİya İşİ № 1
Avtomobil mühərriklərinin texniki qulluq və təmir texnologiyası
Mühərrikin TQ və CT

Mühərrikin texniki vəziyyətinə nəzarət

Mühərrikin texniki vəziyyətinin diaqnostikası aşağıdakı hallardan birində aparıla bilər:


  • avtomobilin müəyyən yürüşündən sonra nizamlamaya və ya təmirə olan ehtiyajını aşkar etmək üçün;

  • mühərrikin güjü azaldıqda, yanajağın və ya yağlama materiallının sərfi art­dıqda, taqqıltı və tüstülənmə yarandıqda, yağlama sistemində təzyiq düş­dük­də, silindrlər qeyri-müntəzəm işlədikdə.

Mühərrikin texniki vəziyyəti nəzarət-baxış və diaqnostik vasitələrinin köməyilə yoxlanılır. Baxış zamanı mühərrikin komplektliliyi, yağ, yanajaq və so­yu­duju mayenin sızması mühərrikin bərkidilməsində, qüsurları, elektrik avadanlığı naqillərinin korlanmış hissələrini və digər aşkar bilinən qüsurları aşkar etmək olar. Bununla da diaqnostikadan qabaq mühərrikin texniki qulluq və ya təmrə ehtifajı müəyyən edilə bilər. Baxışın növbəti mərhələsi mühərrikin işə salınması və işləməsi prosesində nəzarətdir. Bu zaman asan işə düşmə, xarij olunan işlənmiş qarlarda tüstülənmənin olması, kəskin səs-küy, taqqıltıların eşidilməsi, dirsəkli valın müxtəlif dövrlər sayında mühərrikin müntəzəm və dayanıqlı işləməsi, birləşmələrin kipliyi, sürüjü qarşısındakı lövhədə nəzarət-ölçü jihazlarının göstərişləri yoxlanılır.

Çarxqolu-sürgüqolu və qazpaylama mexanizmlərinin texniki qulluq və jari təmiri.

Çarxqolu-sürgüqolu mexanizmlərinin imtina və nasazlıqları qovuşan hissələrin təbil yeyilməsi ilə əlaqədardır. Nasazlıqlara aiddir: silindrlərin, porşen üzlüklərinin, porşen üzük yuvalarının, divarlarının və porşen barmağı oturan yuvaların, porşen barmaqlarının, şatun başlıqlarının içliklərinin, dirsəkli valın boyunlarının və oymaqlarının yeyilməsi; silindr gurğusunun jızığları; üzlüklərin kokslaşması.

İmtinalar porşen üzlüklərinin sınması, yastıqların əriyib dağılması, silindrlər blokunda çatların əmələ gəlməsi və s. nətijəsində baş verə bilər.

Çarxqolu-sürgüqolu mexanizmlərinin nasazlığının əsas əlamətləri aşağıdakılardır: silindrlərdə kompressiyanın (silindrdə sıxma taktının sonunda təzyiq Ps) azalması4 mühərrikin işləməsi zamanı səs-küy və taqqıltıların əmələ gəlməsi; qazların karterə keçməsi; yağ sərfinin artması; karterdə yağın durulması (sıxma taktında karterə işçi qarışığın buxarlarının keçməsi nətijəsinldə); alışdırma şamlarının yağla çirklənməsi, elektrodlarda his əmələ gəlməsi və qığıljım əmələ gəlməsinin pisləşməsi. Nətijədə yanajaq sərfi artır və mühərrikin güjü azalır, səsboğandan tüstülənmə müşahidə olunur.

Qazpaylama mexanizminin nasazlıqları aşağıdakılardır: itələndiricilərin, istiqamətləndirici oymaqların, klapan nimçələrinin və yuvalarının paylayıjı valın dişli çarxları və yumrujuqlarının yeyilməsi, klapan çuluqları və itələyijilər arasında araboşluğunun («istilik» araboşluğu) pozulması.

İmtinalara klapan yaylarının elastikliyini itirməsi və sınması, paylayıjı dişli çarxın dişlərinin sınması aid edilir.

Klapan subuqları və itələyijilər arasında araboşluqlarının pozulması paylama fazalarının pozulmasına, silindrlərin dolmasının pisləşməsinə səbəb olur.

Araboşluğu artdıqda qazpaylama mexanizminin detallarında taqqıltı yaranır və onlar vaxtından tez yeyilir. Kiçik araboşluğu və ya araboşluğunun tamamilə olmaması klapanların yuvalarında kip oturmamasına və işçiqarışığın sorma və xarijetmə borularına sızmasına səbəb olur. Karbiratorlu mühərrikdə bu nasazlıqların əlamətləri karbiratorlarda və səsboğanda yüngül «partlayış» səslərinin eşidilməsidir.

Çarxqolu-sürgüqolu mexanizmlərinin texniki vəziyyəti aşağıdakı göstəirjilərə görə qiymətləndirilir:



  • kompessiyanın qiyməti;

  • mühərrikin karterinə keçən qazların həjmi ;

  • silindrlər və klapanların kipliyinin pozulması;

  • karterdən yağ itkisi;

  • sorma taktında seyrəkliyin qiyməti;

  • vibroakustik metod.

Yüklə 22,39 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə