Kafedrasi



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə10/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

 
İbrahim  Həbibov 
 
34 
 
YORULMAZ TƏDQİQATÇI, YÜKSƏK SƏVİYYƏLİ PEDAQOQ  
 
 
Məmmədova Məleykə Ağamoğlan qızı 
Qarşımda olan «Mədəni irs» qəzetini 
vərəqləyərkən gözümə «Qızıl medallı  məzun» 
yazısı sataşdı. Bu məqalədə kafedramızda uzun 
müddət dosent vəzifəsində çalışan, tələbə  və 
müəllim heyəti arasında xüsusi hörmət və ehtiram 
sahibi olan Məleykə xanım Məmmədova haqda 
böyük bir yazı verilmişdi. Məqalədəki xoş sözləri 
oxuduqca fikirləşdim ki, — görən 20 ildən 
artıq bir müddətdə  bərabər çalışdığım,  hər  gün  gördüyüm, salamlaşdığım 
həmkarım haqda nələri və necə yazardım, onun hansı xarakterik keyfiyyətlərini, 
fərqləndirici xüsusiyyətlərini açıqlayardım. Məqalənin müəllifi Xəlilov Mübariz 
müəllim bizim yoldaşımız haqda o dərəcədə isti, mehriban və  səmimi sözlər 
yazmışdı ki, mən onları  təkrarlamaqdan çəkinərək bir müddət öz fikrimdən 
daşındım. Digər tərəfdən texniki sahənin mütəxəssisi olduğumdan yazımda söz 
kasadlığının olacağından, düşündüklərimin bədii izahatının zəif və solğun 
alınacağından ehtiyat edirdim. Bütün bunlara baxmayaraq sonda yazmağı  qərara 
aldım. 
Məleykə xanımın tərcümeyi-halı mənə yaxşı bəlli olduğundan, onun həyatda 
qazandığı  uğurların, yaşadığı problem və  çətinliklərin xronologiyasını yaxşı 
bilirəm.   
Məmmədova Məleykə  Ağamoğlan qızı 17 oktyabr 1944-cü ildə Hacıqabul 
rayonunda ziyalı ailəsində anadan olmuşdur. Atası  Məmmədov Ağamoğlan 
Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. O, uzun müddət 
hakim vəzifəsində calışmış, ömrünün son illərində isə vəkillik fəaliyyəti ilə məşğul 
olmuşdur. Anası Böyükxanım evdar qadın olub. Ailənin yükü də onun çiyinlərində 
idi. Uşaqlarının təlim və  tərbiyəsi, onların sağlam və qayğısız böyüməsi üçün 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
35 
bütün çətinliklər  bu zərif xanımın gündəlik yaşayış  tərzinə çevrilmişdi. Hər iki 
valideynin ən böyük arzusu övladlarını ali təhsilli görmək idi.  
Söhbətlərimizin birində Məleykə xanım uşaqlıq illərini xatırlayaraq atasının 
- Böyüyəndə sən kim olacaqsan? - sualına, «Ata, mən professor olacağam!» cavab 
verdiyini və atasının bu cavabdan qürurlanaraq  güldüyünü söylədi.  
«Niyyətin hara, mənzilin də ora» deyib atalarımız. Elmlər namizədi 
dissertasiya işini müdafiə etdikdən sonra, akademik Azad Mirzəcanzadə ona 
alimlik diplomu təqdim edərək: - Sən bu yüksək ada layiqsən — deyəndə, Məleykə 
xanım qələbə sevincindən çox atasına verdiyi sözü yerinə yetirdiyindən rahatlıq 
taparaq gözlərinin qarşısında Ağamoğlan müəllimin çöhrəsini gördüyünü xatırladı. 
Məleykə xanım 1962-ci ildə Hacıqabul rayonundakı 5 saylı    orta  məktəbi 
qızıl medalla  bitirmişdir. Məktəb həyatından çox epizodları xatırlayan Məleykə 
xanım səmimiyyətlə onlara riyaziyyat fənnindən dərs deyən Fətixan müəllimdən, 
onun yeni mövzuları yüksək peşəkarlıqla izah etdiyindən, sonradan evdə bir daha 
təkrar öyrənməyə ehtiyac qalmadığından danışdı. Dəqiq elmlərə onda yaranan 
məhəbbətə görə  Fətixan müəllimə minnətdarlıq bildirərək, bu gün tələbələrinə 
mühazirələr oxuduqda və ya məşğələ  dərsləri apardığı zaman doğma müəllimi 
kimi olmağa çalışır.  
  
Məmmədova Məleykə IV sinifdə oxuyarkən müəllim və şagirdlərlə birlikdə 


 
İbrahim  Həbibov 
 
36 
Məleykə xanım da öz müəllimi kimi öyrətdiklərinin tələbələri tərəfindən 
mənimsənildiyini görəndə sevincini gizlədə bilmir. Dəfələrlə söhbətlərimiz 
əsnasında onun məktəb müəllimlərinin ruhuna Allahdan rəhmət diləməklə 
minnətdarlıq etdiyinin şahidi olmuşam.  
 
 
Məktəbdəki rəfiqələri ilə 
 
Məktəbdə buraxılış imtahanlarını müvəffəqiyyətlə başa vurduqdan sonra 
Məleykə xanım sənədlərini  M.Əzizbəyov adına Neft və Kimya institutuna verdi 
və arzusunda olduğu ixtisasa sahib olmaq şansını əldə etdi.  
Tələbəlik illərinin təəsüratları ilə bölüşmək təklifimə  həvəslə qoşulan 
Məleykə xanım, o illərin xoş xatirələrini yada salaraq qrup yoldaşlarından, böyük 
ehtiram bəslədiyi professor Fuad Vəliyev, professor İsa Abdullayev, dosent Babali 
İbişov, dosent Vaqif Abbasov və Eldar Abdinov haqqında xoş  təəssüratlarla 
danışdı. Qruplarındakı  tələbələrin ikisi qız, digərləri oğlan idi.  Məleykə xanım 
qrupun nümayəndəsi idi. Tələbə dostları arasında yaşanan mehribançılıq və 
qarşılıqlı hörmət uzun illərdən sonra da davam edir. Bu gün də onların çoxu 
arasında ailəvi dostluq əlaqələri vardır.  
Məleykə xanım 1968-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya 
institutunun «Qazneftmədən» fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
37 
ildə Moskvada keçirilən Beynəlxalq konfransda dünya şöhrətli akademik Azad 
Mirzəcanzadənin rəhbərliyi ilə hazırladığı «Neft yataqlarının neftvermə əmsalının 
artırılmasında polimerlərin istifadəsi» adlı diplom işinin nəticələri haqqında 
məruzə edən yeganə azərbaycanlı qız bu möhtəbər müsabiqənin qalibi olur. 
 
1988-ci ildə ADNA-nı bitirmələrinin 20 illiyi münasibəti ilə keçirilən görüş 
 
 
Onun çıxışı  və  tədqiqatlarının nəticələri yüksək qiymətləndirilir və  «Ən 
yaxşı elmi işə görə» medalı ilə  təltif olunur.  Doğma institutunda bu uğur 
qiymətləndirilməyə bilməzdi. Məleykə xanıma institutda müəllim işləmək təklif 
olunur. O, bu təklifi böyük minnətdarlıqla qəbul edərək,  əmək fəaliyyətinə 
başlayır.  
Tələbəlik skamyasından yenicə ayrılıb, müəllim kimi auditoriyaya daxil 
olmağın nə  dərəcədə  məsuliyyətli olduğunu dərk edən Məleykə xanım tələbə  — 
müəllim münasibətlərində əxlaq, qarşılıqlı hörmət kateqoriyalarını daim yüksəkdə 
saxlamağa çalışmışdır.  İlk rəhbəri olan dosent Qasım müəllim Bağırzadə haqda 
mənimlə danışanda, bir müəllim, pedaqoq kimi yetişməyində onun böyük rolu 
olduğunu xatırladı. Qasım müəllimin ilk günlər onu sakitləşdirməyindən, 


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə