Kafedrasi



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə11/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

 
İbrahim  Həbibov 
 
38 
auditoriyanın cazibə qüvvəsindən qorxmaması üçün hansı addımlar atması ilə bağlı 
məsləhətlərdən danışaraq fikirlərini sıralamağa çalışırdı. 
 
 
Hər dəfə institutda müəllimlik 
fəaliyyətinə çox gənc başladığından  onu 
tələbələrlə  səhv saldıqlarını xatırlayaraq 
qürur hissi ilə o günləri və o illəri tez-tez 
yada salır, ona dayaq olan müəllim dostlarına 
minnətdarlıq bildirir. 
Məleykə xanım Bauman adına 
Moskva Ali Texniki məktəbdə  dəfələrlə 
ezamiyyətlərdə olmuş  və  hər dəfə orada öz 
çıxışları ilə 
həmkarlarının rəğbətini 
qazanmışdır.  O, 1971-ci ildə Azneftkimya 
institutunun aspiranturasına daxil olur. 
1989-cu ildə  isə «Mayelərin reoloji xüsusiyyətlərinin nazik çatlarda təcrübi 
tədqiqi və  sıxışdırma  əmsalının proqnoz və hesablama metodikası» mövzusunda 
dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, SSRİ Ali Attestasiya 
Komissiyasının qərarı ilə   texnika  elmlər  namizədi  alimlik dərəcəsinə layiq 
görülür.   
Anası Böyükxanım xalanın qızının namizədlik diplomunu əlinə alarkən 
ağladığını, sonradan isə sevindiyindən güldüyünü xatırlayan Məleykə xanım 
özünün də göz yaşlarını saxlaya bilmədiyinidən danışdı. 
Yorulmaq bilməyən tədqiqatçı alimə 1993-cü ildə Azərbaycan Respublikası 
Ali Attestasiya Komissiyası  dosent elmi adı verərək ona yeni uğurlar qazanmaq 
istiqamətində yol açır. Məleykə xanım 50-dən cox elmi məqalə və 6 dərs vəsaitinin 
müəllifidir. Onun elmi işlərinin nəticələri  müxtəlif səviyyəli elmi mətbuatda, 
beynəlxalq konfranslarda və simpoziumlarda alim və  tədqiqatçıların nəzərinə 
çatdırılmışdır. Hal-hazırda doktorluq dissertasiyası  işinin yekunlaşdırılması 
üzərində çalışır. 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
39 
Elmi və pedaqoji fəaliyyəti onu ailəsindən bir dəqiqə belə ayıra bilməmişdir.   
Məleykə xanımın  bir oğlu vardır. Həyat yoldaşı  Əlipaşa Hacıyev M.Əzizbəyov 
adına Azərbaycan Neft və Kimya institutunun «Qazneftmədən» fakültəsini 
bitirmişdir. Uzun müddət Azərbaycan Neftyağ zavodunda işləmişdir.  
 
 
Əlipaşa müəllimin ailəsi 
 
Onların övladı Əliabbas ailə ənənəsini davam etdirərək, məktəbi bitirdikdən 
sonra Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olmuş  və oranı bitirərək  
aspiranturaya daxil olmuşdur. 2010-cu ildə  dissertasiya işini müdafiə edərək 
texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. O, hal-hazırda Azərbaycan 
Respublikası Dövlət Neft Şirkətinin «Neftqazelmitədqiqatlayihə» institutunda 
böyük elmi işçi vəzifəsində çalışır. Həyat yoldaşı  Cəmilə xanım Azərbaycan 
Dövlət Tibb Universitetini bitirmişdir. Onların Faiq və Sənan adlı iki övladları var. 
 
 
 
 
 
 


 
İbrahim  Həbibov 
 
40 
 
  
ADNA-nın 90 illik yubileyi 
 
Məleykə xanım öz ictimai fəallığı ilə seçilir. Uzun illərdir ki, kafedranın 
metodqrupuna rəhbərlik edir. O, tələbə elmi cəmiyyətinin aktiv üzvlərindəndir. 
Onun tələbələrinin məruzələri müxtəlif elmi cəmiyyətlərdə böyük diqqətlə 
dinlənilmiş və diplomlara layiq görülmüşdür. 
M.A.Məmmədovanın fəaliyyəti ADNA-nın rəhbərliyi tərəfindən həmişə 
qiymətləndirilmişdir. Sonuncu dəfə Akademiyanın 90 illik yubileyində 
Azərbaycan Təhsil  İşçilərinin Azad Həmkarlar  İttifaqı Respublika Komitəsinin 
Fəxri Fərmanı ilə təltif edilməsini fərəh və qürur hissi ilə yada salır. 
 
 
 
 
 
 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
41 
 
MƏQSƏDYÖNLÜ İNSAN, ETİBARLI DOST  
 
 
 
 
Mirzəyev Osman Həsən oğlu 
 
Osman Mirzəyevi tələbə olduğu 
dövrdən tanısam da, yaxın münasibətimiz 
onun kafedrada işlədiyi zamandan başlayır.  
Osman müəllim 1964-cü ildə 
Kəlbəcər rayonunun Başlıbel kəndində 
anadan olmuşdur. Orta məktəbi Başlıbel 
kəndində bitirmişdir.  
İlk müəllimi öz atası Həsən Mirzəyev olmuşdur. Həsən müəllim təcrübəli bir 
müəllimdir. Kəlbəcər rayonundan köçkün düşdükdən sonra Bakı  şəhərində  də 
müəllim işləyərək pedаqoji kollektiv arasında böyük hörmət qazanmışdır. 
 
Həsən müəllim 


 
İbrahim  Həbibov 
 
42 
Ürək yanğısı ilə doğma torpaqlarını və isti ocaqlarını, itirdiyi həmyerlilərini 
yad edərək və mənim o yerləri görmədiyimi nəzərə alaraq, hər dəfə Kəlbəcər haqda 
geniş danışmağa çalışır. Bu söhbətlərin nəticəsi olaraq, görmədiyim o məkanı 
xəyalımda çox canlandırmağa çalışmışam. Əzəmətli “Dəlidağ”ın ətəyində yerləşən 
Başlıbeli, onu iki yerə bölən “Tutqun” çayını  şəkillərdəki təsvirlərlə müqayisə 
etməklə görmək istəmişəm. 
 
 
 
Osman müəllim orta məktəbi bitirdikdən sonrakı seçimi ilə bağlı xatirələri-
nin birində danışır: - “Yeraltı və yerüstü sərvətlər ilə zəngin olan Kəlbəcərə hər il 
yaz aylarından başlayaraq kəşfiyyat işləri aparmaq üçün çoxlu sayda geoloq dəstə-
ləri gəlirdi. Geoloqlar çayın kənarında müxtəlif rəngli kiçik çadırlar qururdular. Bir 
çoxları kimi onların həyat tərzi, əmək fəaliyyətləri mənim üçün də çox maraqlı idi. 
Mən sinif yoldaşlarımla birlikdə kənardan onları izləyirdim. Bir müddətdən sonra 
mən yaşlı bir geoloqla dostluq əlаqəsi qura bildim. Təəssüflər olsun ki, artıq onun 
adını unutmuşam. O, məni özü ilə dağlara aparır, onların çadırlarında yatıb-
dincəlməyimə icazə verirdi. Beləliklə, geoloqlarla olan dostluğum məndə geoloq 
olmaq  arzusu yaratdı. Bir gün həmin yaşlı geoloqdan - geoloq olmaq üçün nə 
etmək lazımdır? - deyə soruşdum. O, gülümsəyərək diqqətlə üzümə baxdı. Başımı 
sığallayaraq dedi: “Sən bacarıqlı oğlana oxşayırsan. Bunun üçün yaxşı oxumalısan. 


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə