Kafedrasi


MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə12/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
43 
Məktəbi qurtardıqdan sonra AZİ-nin (indiki Azərbaycan Dövlət Neft Akade-
miyası) “Geoloji kəşfiyyat” fakültəsinə daxil olmalısan”. 
Bu söhbət Osman müəllimin həyatında dönüş nöqtəsi olur. Payızın başlanğı-
cında, geoloqlar Kəlbəcəri tərk etdikdən sonra, o böyük həvəslə  dərslərini oxu-
mağa başlayır.  
Sevdiyin və ürəyin istəyən işlə  məşğul olduqda zaman və vaxt başqa 
miqyasda ölçülür. Osman müəllim üçün də  həmin illər tez ötüb keçmişdi. O, 
buraxılış imtahanlarından sonra sənədlərini Azərbaycan Neft və Kimya institutuna 
verir, lakin iki il dalbadal müsabiqədən keçə bilmir.  Hərbi xidmətə getməli olur. 
Onun hərbi xidməti Rusiya Federasiyasının Samara şəhərində keçmişdir. Vaxt 
tapdıqca əldə etdiyi kitabları oxuyur və qəbul imtahanlarına hazırlaşır.  
Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı “Komvol-mahud” kombinatında 
əmək fəaliyyətinə başlayır.  
1985-ci ilin aprel ayının 29-da qəzetlərin birində maraqlı elana rast gəlir. 
Burada Azərbaycan Neft və Kimya institutunun hazırlıq kursundan qovulmuş 3 
nəfərin yerinə (o vaxt 9 aylıq hazırlıq kursları fəaliyyət göstərirdi) müsabiqə elan 
edilmişdi və 30 aprel sənəd təqdimatının axırıncı günü idi.  
O, ertəsi gün işə getməyərək, topladığı  sənədlərini götürüb instituta gəlir. 
Həmin gün müsabiqə  iştirakçılarının sonuncusu olur. Elan olunmuş üç yerə 38 
nəfər sənəd vermişdi.  
O, müsabiqədən müvəffəqiyyətlə keçir və bir ay dərs keçdikdən sonra 
buraxılış imtahanı verir. İmtahandan sonra institutun prorektor və fakültə dekanları 
onlarla söhbət edərək ixtisas seçimində  məsləhətlər verirlər. Həmin illərdə 
«İstehsalat proseslərinin avtomatlaşdırılması» fakültəsinin  dekanı Razim Zeynalov 
Osmanın yüksək bal topladığını  nəzərə alaraq təhsilini onun fakültəsində davam 
etdirməyi təklif edir. Osman müəllim isə geoloq olmaq istədiyini bildirəndə o qəti 
etirazını bildirir. Qəbul komissiyası da fakültə dekanını dəstəkləyir.  
Osman müəllimin tələbəlik illəri çətin olsa da maraqlı keçib. İkinci kursu 
qurtaranadək oxumaqla yanaşı dərsdən sonra müxtəlif müəsissələrdə gözətçi işlə-
yib. O, qrup nümayəndəsi olmaqla institutun ictimai işlərində aktiv iştirak edib. İki 
il xarici tələbələrlə birlikdə tələbə inşaat dəstələrinin tərkibində komandir qismində 
fəaliyyət göstərib. İnstitutun tələbə yataqxanasında tələbə şurasının sədri olub. 


 
İbrahim  Həbibov 
 
44 
 
 
Osman müəllimin tələbə yoldaşları. 1995-ci il. I kurs. 
Yataqxanada aktivliyi nəzərə alınaraq, ikinci kursun sonunda tələbə 
şəhərciyinin direktoru Məhərrəm Bağırovun təqdimatı ilə institutun rektoru 
İbrahim  İsmayılov onu 1 saylı  tələbə yataqxanаsına komendant vəzifəsinə  təyin 
edir və о, institutu bitirənə qədər bu vəzifədə işləyir. 
1990-cı ildə institutu bitirir. O illərdə artıq fərdi kompüterlərin tətbiqinə 
başlanmışdı  və “Mühəndis qrafikası” kafedrasının nəzdində “Displey sinfi” 
yaradılmışdı. Bu sinif 10 ədəd “DVK-3” tipli kompüterlə  təchiz edilmişdir ki
bunlardan çertyojların çəkilməsində istifadə edilirdi. Sinfin təşkil edilməsinə 
baxmayaraq onu işlədən yox idi.  
Təyinat bölgüsü zamanı  İPAF-nin dekanı Osman müəllimə “Mühəndis 
qrafikası” kafedrası üzrə müsabiqə elan edildiyini söyləyir və onun burada 
iştirakını təklif edir. Müsabiqə komissiyasının sədri o illərdə kafedra müdiri Sabir 
Bünyatov, üzvləri isə dosentlər Cahangir İsmayılov və Vasif Məmmədov idilər. 
Onlar  iddiaçılarla söhbətdən sonra Osman müəllimə üstünlük verdilər və o, 1994-
cü ilə qədər  “Mühəndis qrafikası” kafedrasında işlədi.  
Müəyyən subyektiv səbəblərdən Osman müəllim bir müddət kafedradan 
uzaqlaşmalı olur. Kəlbəcər rayonunu ermənilər yenicə zəbt etmiş, yarımçıq qalmış 
elmi isi, işsizik Osman müəllimə mənəvi əzablar verirdi. O, problemlər içərisində 
ilişib qalmışdı.  


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
45 
Hər bir qaranlıq gecənin, mütləq işıqlı bir səhəri olur. Böyük Yaradan öz 
sadiq bəndələrini ümidsiz, köməksiz qoymur. Bu zaman Osman müəllimə “Neft-
qaz mədən avadanlıqları” kafedrasında işləmək təklif olunur və 1995-ci ilə qədər 
orada calışır.  
1995-ci ilin may ayında  mən “Mühəndis qrafikası” kafedrasına  müdir təyin 
edildim. Osman müəllimdən kafedraya qayıtmağı, mənə köməklik etməyi xahiş 
etdim. O gündən biz bir yerdəyik. Osmanda dağ adamlarına xas olan saflıq, 
mərdlik xüsusiyyətləri vardır. Ona 100% arxayın olmaq olar. 
 
Kafedrada məsləhət saatı 
2001-ci ildə o assistent vəzifəsinə seçilmişdir. Böyük ictimai, elmi-pedaqoji 
fəaliyyətlə məşğuldur. Uzun illər  «Neft mexanika» fakültəsi Elmi Şurasının elmi 
katibi olmuşdur. 2005-ci ildən hal-hazırki dövrə  qədər Təhsil nazirliyi 
“Maşınqayırma və metallurgiya” elmi metodiki şurasının elmi katibidir. 
O, 2004-cü ildə professor R.Ə.Əliyevin rəhbərliyi altında dissertasiya işi 
müdafiə etmişdir. 2005-ci ildə “Mühəndis qrafikası” kafedrasında dosent 
vəzifəsinə seçilmişdir. 2008-ci ildə dosent elmi adı almışdır.  Böyük həvəslə 
doktorluq dissertasiyası üzərində çalışır. 
 


 
İbrahim  Həbibov 
 
46 
 
 
2011-ci  ildən ADNA-nın “İnformasiya hesablama və  nəşr mərkəzi”nin 
rəisdir.  
2012-ci ildə Rusiya “Təbiət elmləri” akademiyasına üzv seçilmişdir. 
Həmçinin 2012-ci ilin yanvar ayında  Rusiya “Təbiət elmləri” akademiyası 
tərəfindən “Əməkdar elm və təhsil işçisi” fəxri adını almışdır. 
Osman müəllim gözəl ailə başçısıdır. Onun üç övladı vardır.  
 
Həyat yoldaşı Mirzəyeva Gülparə çox savadlı  uşaq həkimidir və  mənim 
nəvəmin ilk gündən hal-hazıra qədər sağlamlığının keşiyindədir. 
Oğlu Tural və  qızı Türkan bizim akademiyanın tələbələridir. Kiçik оğlu  
Şəhriyar isə 10-cu sinif şagirdidir.  
Bu gözəl ailəyə məhəbbət, hörmətlə dolu həyat arzulayıram.  


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə