Kafedrasi


MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə13/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
47 
 
QAYĞIKEŞ BABA, SEVİMLİ ATA VƏ ETİBARLI AİLƏ BAŞÇISI 
 
 
Səmədov Faiq Əlövsət oğlu 
Mən M.Əzizbəyov adına Azərbaycan Neft 
və Kimya institutunda oxuduğum müddətdə ixti-
sas dərslərimizin çoxu əsas binanın həyətində 
yerləşən laboratoriyada olurdu. Orada böyük 
preslər, müxtəlif kəsici dəzgahlar və alətlər var 
idi.  
Həmişə oraya dərsə  gələndə  gənc bir oğlanın plastik materiallardan nə isə 
hazırladığının, sonradan onları müxtəlif sınaqlara uğratdığının  şahidi olurdum. 
Onun gördüyü işlər məndə böyük maraq yaradırdı. Onunla birlikdə tədris ustası da  
çalışırdı.  Onun  adı  Altay idi.  Tələbələrlə xoş münasibəti vardı. Bir dəfə  mən 
Altay müəllimdən soruşdum: Bu oğlan kimdir və  nə ilə  məşğul olur? O cavab 
verdi ki, aspirantdır, adı Faiqdir  və elmi-tədqiqat işi ilə məşğuldur.  Hər dəfə onun 
işlərini gördükcə məndə də elmi-tədqiqat işləri aparmaq arzusu güclənirdi. 
Faiq  Əlövsət  oğlu Səmədov 5 yanvar 1941-ci ildə Bakı  şəhərində ziyalı 
ailəsində dünyaya göz açmışdır. Onun atası dövrünün tanınmış  təhsil işçisi 
olmuşdur. İxtisasca bioloq olan Əlövsət  müəllim  Azərbaycanda bu sahədə  elmi 
ad almış alimlərdəndir. O, Azərbaycan Dövlət Universitetində (indiki BDU)  
dosent vəzifəsində çalışmışdır.  
Anası Lumu xanım İsmayıl qızı evdar qadın idi. Ailədə uşaqların tərbiyəsi 
və tədrisi, eləcə də digər problemlər bu xanımın üzərində idi. Müharibə və ondan 
sonrakı illərdə üç oğlan uşağını nizam-intizam, səliqə-səhman içində saxlamaq 
olduqca çətin missiyalardan biri idi. 
Ailənin böyük övladı olan Tofiq 1938-cı ildə anadan olub.Tofiq müəllim 
texnika elmlər doktorudur. Uzun illər ADNA-nın «Qazneftmədən» fakültəsinin 
dekanı  vəzifəsində çalışıb. Hal-hazırda həmin fakültənin ixtisas kafedralarından 


 
İbrahim  Həbibov 
 
48 
birinin - «Qaz və kondensat yataqlarının işlənməsi və istismarı» kafedrasının 
müdiridir.  Faiq müəllimin kiçik qardaşı Namiq də böyük qardaşlarının yolunu 
təkrarlayaraq Azərbaycan Neft və Kimya institutunu bitirib. İxtisasca neftçidir  və 
uzun müddət neft mədənlərinin birində mühəndis vəzifəsində işləyib.  
Faiq 1949-cu ildə orta məktəbə getmiş və 1960-cı ildə  məktəbi bitirərək
sənədlərini Azərbaycan Politexnik institutuna vermişdir.  1965-ci ildə institutun 
«Neft mexanika» fakültəsini «Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar 
və alətlər» ixtisası üzrə bitirmişdir.  
Ali məktəbdə oxuduğu illəri yada salan Faiq müəllim böyük hörmət və 
ehtiramla ona dərs deyən müəllimləri - Q.Qarayevi, N.Məlikaslanovu, 
A.Məmmədovu, E.Ağayevi  və F.M. Yaroşevskini  xatırlayır.  
Ali məktəbin ictimai-mədəni həyatında fəal iştirak etməyindən, futbol və 
basketbol yarışlarından həvəslə danışır. Qrup yoldaşları arasındakı mehribanlıqdan 
söz salarkən  institutun əsas binasının fonunda yadigar çəkdirdikləri  şəkildəki 
dostlardan bircə-bircə mənə danışdı. 
 
Faiq müəllim tələbə dostları ilə 
Həmin illər ali məktəb tələbələri istehsalat təcrübələrini SSRİ-nin qabaqcıl 
müəssisələrində keçirdilər. Mühəndis hazırlığında bu olduqca faydalı bir iş idi. 
Belə bir təcrübə Faiq müəllimin həyatında da baş tutmuşdu. «Maşınqayırma 
texnologiyası» kafedrasının müdiri Fedor Markoviç  Yaroşevski  belə  təcrübə 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
49 
qruplarının birinin tərkibinə 3-cü kurs tələbəsi Faiqi də daxil etdi. Təcrübə Moskva 
şəhərində yerləşən məhşur Lixacov adına avtomobil  və 1 saylı podşipnik 
zavodlarında keçirdi. Təcrübədən səmərəli istifadə edən Faiq müəllim sonradan 
diplom işini də  podşipniklərin hazırlanma texnologiyası ilə əlaqələndirmişdi.  
 
1965-ci ildə institutu bitirdikdən sonra  
onu ordu sıralarına çağırırlar. Hərbi xidməti ba-
şa vurduqdan sonra qısa bir müddətdə Bakıdakı 
Kondisioner zavodunda aparıcı mühəndis 
vəzifəsində çalışır. 1967- ci ildə Azərbaycan 
Neft və Kimya institutunun «Maşınqayırma 
texnologiyası» kafedrası üzrə aspiranturaya 
qəbulla bağlı elan edilmiş müsabiqədə  iştirak 
edir və kafedranın əyani aspirantı olur.  
«Plastik kütlələrin neftmədən avadanlıqlarında tətbiqi» mövzusunda 
dissertasiya işi üzərində çalışmağa başlayır. 1970-ci ildə dissertasiya işini davam 
etdirmək məqsədi ilə ony Leninqrad şəhərinə (indiki Sankt-Peterburq) ezamiyyətə 
göndərirlər.1971-ci ildə dissertasiya işinin istiqamətinin Tribologiyaya yaxın 
olduğunu nəzərə alaraq  institutun elmi şurası prof. S. M. Mustafayevin həmin işə 
rəhbər təyin edilməsi haqda qərar verir. 
Faiq müəllim 1973-cü ildə namizədlik dissertasiyasını müdafiə edir və 1974-
cü ilin mart ayının 1-də SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə ona texnika 
elmlər namizədi alimlik dərəcəsi verilir.  
1970-ci ildə müsabiqə yolu ilə Azərbaycan Neft və Kimya institutunun 
«Rəsmxət» kafedrasına assistent vəzifəsinə seçilir. Həmin kafedrada tərcübəli 
müəllimlərlə: Y.Fərzanə,  Ə.B. Hacıyev,  İ.P.Çernikova, Z.Hasımmədova, F.Sulta-
nova, S.Məlikova, Q.A.Fukson, B.M.Qutman, C.Camalov və başqaları ilə birgə 
çalışır və onlardan müəllim olmağın sirlərini öyrənməyə başlayır.  
 
 
 


 
İbrahim  Həbibov 
 
50 
 
 
Kafedra seminarlarının birində 
 
1978-ci ildə Rumıniyanın  paytaxtı Buxarest şəhərində Politexnik insti-
tutunda  elmi məzuniyyətdə olur. 
Faiq müəllimin ADNA-da böyük hörməti vardır. Kafedranın əməkdaşları və 
tələbələr arasında nüfuz sahibidir.  
Faiq müəllim 1975-ci ildə ailə  həyatı qurmuşdur. Gənclik illərində klassik 
musiqiyə, teatra olan məhəbbət onun qarşısına Məlahət xanım kimi incə zövqlü bir 
qadın çıxarmışdır. Məlahət xanım Azərbaycan  Dövlət Konservatoriyasını 
fortepiano ixtisası üzrə bitirib. Hal-hazırda V.Mustafazadə adına uşaq incəsənət 
məktəbində fortepiano şöbəsinin rəhbəri vəzifəsində  işləyir. Bakıda keçirilən bir 
çox mədəni tədbirlərə mənim qatılmağıma köməklik edir. 
Bu gözəl cütlüyün və səmimi ailənin iki qızı vardır:  
İlhamə  və Ülkər. 
Hər ikisi bizim akademiyada tədris keçiblər və mühəndisdirlər. İlhamə artıq anadır. 
Onun bir övladı var. 
 
 
 
 
 


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə