Kafedrasi


MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə15/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
55 
mövzulu kitablar görərdim. Oxuduqlarının içərisində maraqlı hadisələri kafedra 
müəllimlərinə danışmağı  xoşlayardı. 
1981-ci ildə dos. O.Rəhimovu  Bakı Neft texnikumunun direktoru təyin 
edirlər. Oqtay müəllim orada fantastik işlər aparır: texnikumun stadionunun və 
tədris korpusunun tikintisi, tədris planlarının yeniləşməsi, elmi işlərin 
aktivləşdirilməsi və s.  Bir dəfə  mən ona yaxınlaşıb həyat yoldaşımın işə  qəbul 
olunması ilə bağlı müraciət etdim. Oqtay müəllimin cavabı indiyə qədər yadımda 
qalmışdır: «Sənin həyat yoldaşın bizim bacımızdır. Mən şərəf duyaram ki, o bizim 
texnikumda çalışacaq. Qoy sabahdan işə çıxsın». 
 
Məhin xanım, Oqtay Rəhimov və Qorxmaz Bəylərov 
1989-cu  ildə onu  Azərbayan respublikası təhsil nazirliyinin tədris-metodiki 
mərkəzinə direktor vəzifəsinə təyin edirlər, sonradan 1990-1992-ci illərdə o həmin 
nazirliyin material təchizat idarəsinin rəisi olmuşdur. 
Oqtay müəllim 1992-1994-cü illərdə M.Əzizbəyov adına Azərbaycan Neft 
və Kimya institutunda prorektor,1994-cü ildən isə «Neftqazmədən geologiyası» 
kafedrasında dosent vəzifəsində çalışmışdır. 
Oqtay müəllim gözəl ailə başçısı idi. Həyat yoldaşı Züleyxa xanım (1943-cü 
il təvəllədlü) Bakı şəhərində anadan olub, diş həkimidir. 
Oğlu Emin mənim tələbəm olmuşdur. Oqtay müəllim həmişə onunla fəxr edirdi. 
Emin 1967-ci ildə Bakı şəhərində anadan olub. O, müxtəlif vəzifələrdə çalışmışdır.  
Qızları Leyla (1972) və Sevda (1974)  həkimdirlər. 
Rəhimov Oqtay Paşa oğlu 17.04.2001-ci ildə vəfat etmişdir. 


 
İbrahim  Həbibov 
 
56 
 
YÜKSƏK SƏVİYYƏLİ MEXANİK, TƏCRÜBƏLİ MÜƏLLİM 
 
 
Qirimov Qalib Pirmurad oğlu 
1976-cı ildə yazdığım ilk elmi məqalənin  əl 
yazısını rəhbərim Arif Rəhimova təqdim edəndə, o 
mənə dedi:  “Mən onu oxuyub sənə qaytarandan 
sonra mütləq tanış olmaq və rəyini bildirmək üçün 
Qalib Qirimova göstər. O çox savadlı yoldaşdır”. 
Onunla məqalədə qoyulmuş  məsələnin 
aktuallığını, həlli yollarını  və alınmış  nəticələri 
müzakirə  etdikdən  sonra  Qalib  müəllim əlavə bir 
neçə  sınaq işlərinin aparılması  və elmi işin tamamlanması istiqamətində olduqca 
əhəmiyyətli təkliflər verdi.  Bu işlərdə  mənimlə birlikdə  iştirak edəndən sonra 
«Константы уравнения состояния расплава полимеров и их роль в  процессе 
литья подавлением» adlı məqalə hazırladıq və onu 1976-cı ildə Bakıda keçirilən 
«Прогрессивная  технология    в  машиностpоении» beynəlxalq elmi texniki 
konfransda məruzə etdik.  
Qirimov Qalib 1939-cu ilin sentyabr 
ayında Azərbaycan Respublikası Qusar rayo-
nunun Piral kəndində anadan olmuşdur. 
1955-ci ildə orta məktəbi bitirmiş və həmin il  
Azərbaycan Dövlət Sənaye institutuna daxil 
olmuşdur. 1960-cı ildə bu təhsil ocağını 
fərqlənmə diplomu ilə başa vurmuşdur. Hələ 
institutun sonuncu kursunda oxuyarkən ona 
Binəqədi armatur zavodunda böyük mühən-
dis-texnoloq vəzifəsi tapşırılanda, işin öhdə-
sindən müvəffəqiyyətlə  gəlmiş, müəyyən 
səmərələşdirici təkliflər vermişdir. 
 
Arif Rəhimov və Qalib Qirimov 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
57 
1960-61-ci illərdə Azərbaycan Dövlət Neft Müəssisələrinin Layihələn-
dirilməsi institutunda layihəçi-mühəndis vəzifəsində işləmişdir. 
 
Qalib müəllim 1962-ci ildə Azərbaycan Neft 
və Kimya institutunun nəzdindəki aspiranturanın 
əyani  şöbəsinə daxil olmuş, 1965-ci ildə 
dissertasiya  müdafiə edərək, texnika elmlər 
namizədi elmi dərəcəsi almışdır. Eyni zamanda 
Azərbaycan Respublikası  Məişət Xidməti Nazir-
liyinin Konstruktor Bürosunda baş konstruktor 
vəzifəsində çalışmışdır.  
1965-ci ildə «Rəsmxət» kafedrasının elmi  və 
elmi-metodiki cəhətdən gücləndirilməsi və 
genişləndirilməsi  məqsədilə  aspiranturanı  bitirmiş
bir sıra gənc mütəxəssislər işə  qəbul olunur. Bunlardan Q.P.Qirimovu, 
B.N.Qutmanı,  İ.S.Tsibulskini, A.Sideifzadəni, “Azinmaş”dan G.A.Fuksonu 
göstərmək olar. Qalib müəllim  əvvəlcə assistent, 1968-ci ildən isə dosent 
vəzifəsində çalışmışdır. Eyni zamanda Ümumittifaq Neft Maşınqayırma 
Texnologiyası elmi-tədqiqat institutunda böyük elmi işçi vəzifəsini yerinə 
yetirmişdir. 1969-cu ildə Leninqrad Dövlət Universitetinin xarici dillər 
fakültəsində fransız dili kurslarına qəbul olunmuş, 1970-ci ildə oranı  fərqlənmə 
diplomu ilə bitirmişdir.  
1970-ci ildə o, Əlcəzairə uzunmüddətli ezamiyyətə göndərilmişdir. Orada 
kontraktla 3 il işləməli olan müəllimləri (İsmayılov C.X., Qirimov O.R.) 5 il 
saxlayırlar. Qalib müəllimə    Əlcəzair Milli Neft institutunun professoru vəzifəsi 
həvalə olunur.  
1975-1980-ci illərdə Azərbaycan Neft və Kimya institutunda pedaqoji 
fəaliyyətini davam etdirmişdir. 1980-ci ildə Q.Qirimov yenidən  Əlcəzairə 
göndərilmişdir və 1984-cü ilə  qədər orada Milli Neft instutunda kafedra müdiri 
vəzifəsində işləmişdir.  


 
İbrahim  Həbibov 
 
58 
Əlcəzair Energetika və  Təhsil Nazirliyi, həmçinin Sovet İttifaqı  Təhsil 
Nazirliyi tərəfindən  Əlcəzair respublikası üçün neft sahəsində yüksək ixtisaslı 
kadrların hazırlanmasında, eyni zamanda Sovet İttifaqı  və  Əlcəzair xalqları 
arasında dostluq münasibətlərinin inkişaf etdirilməsində Q.Qirimovun böyük 
əməyi dəfələrlə qeyd edilmiş, ona fəxri fərmanlar və qiymətli mükafatlar 
verilmişdir.  Əlcəzairdə  işlədiyi müddətdə Qalib müəllim fransız dilində 12 adda 
elmi metodik dərs vəsaiti hazırlamış və nəşr etdirmişdir.  
 
Əlcəzair Milli Neft institutunda konfrans zamanı  
1984-cü ildən Q.Qirimov Azərbaycan Dövlət Neft Akademiyasında işini 
davam etdirir.  
1998-2002-ci illərdə paralel olaraq Azərbaycan Respublikası «Qərb» 
Universitetində dərs demişdir.  
1985-1987-ci illərdə Azərbaycan KP yanında Marksizm—Leninizm 
universitetinin axşam şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir.  
Q.Qirimov fəal ictimaiyyətçidir.  İşlədiyi Neft Akademiyasının bütün 
tədbirlərində yaxından iştirak edir.  
Q.Qirimov Azərbaycan, rus və fransız dillərində yazılmış müxtəlif jurnal və 
məcmuələrdə  nəşr olunmuş 120-dən artıq elmi məqalə, metodik göstəriş, tədris 
vəsaiti və dərsliyin müəllifidir.  


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə