Kafedrasi


MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə16/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
59 
Qalib müəllim tələbkar və qayğıkeş pedaqoq, tanınmış alim və bacarıqlı 
metodistdir. Onun elmi əsərləri, dərs vəsaitləri öz aktuallığını itirməmişdir, 
onlardan mütəxəssislər və tələbələr geniş şəkildə istifadə edirlər. Ötən illəri yada 
salan Qalib müəllim qeyd edir: - Tələbələr maraqlı həyat keçirirdilər. Çox həvəslə 
oxuyur və işləyirdilər. Onlar dərsləri ilə bərabər ictimai işlərdə də çox fəal idilər, 
dərnəklərə, kitabxanalara, tamaşalara maraqları cox böyük idi. Çoxlu bədii 
ədəbiyyat oxunurdu. Bir-birilərinə  və  əsasən müəllimlərə diqqət və hörmətlə 
yanaşırdılar, tələbkar idilər. İndi tələbələr çox fərqlidirlər. 
 
Qalib müəllim səmimi ailə başçısıdır. Üç övladı  — iki oğlu, bir qızı var və 
onlar bizim akademiyanın tələbələri olmuşlar. 
Qalib müəllimin böyük oğlu Babək qeyri-səlist məntiq sahəsində tanınmış 
alimlərdəndir. Kiçik oğlu  Şamil Azərbaycan Dövlət Neft Şirkəti 
“Neftqazelmitədqiqatlayihə” institutunda baş elmi işçidir. Sonbeşiyi, qızı Amal 
ADNA-nın nəzdində olan “Neftin, qazın geotexnoloji problemləri və kimya” ETİ-
da çalışır.  
Qalib müəllim indi də pedaqoji və elmi fəaliyyətini müvəffəqiyyətlə davam 
etdirir, «Maşınqayırma və material emalı» kafedrasında bakalavr və əsasən magistr 
pillələrində oxuyan tələbələrə dərs deyir, onların elmi işlərinə rəhbərlik edir. 
Qalib müəllimə möhkəm cansağlığı və işində uğurlar arzulayırıq. 
 
 
 
 
 


 
İbrahim  Həbibov 
 
60 
 
AĞBİRÇƏK XANIM, MEHRİBAN RƏFİQƏ, PEŞƏKAR MÜƏLLİMƏ 
 
 
Dadaşova Turan Dadaş qızı 
Qədim tarixə  və  zəngin elmi potensiala malik 
olan Azərbaycan xalqı zamanının hər bir dövründə 
fədakar müəllimləri, qabaqcıl pedaqoqları ilə öyün-
müşdür. Gələcək mühəndislərin yüksək səviyyədə 
hazırlanmasında  əmək sərf edərək çalışan müqəddəs 
peşə sahibləri ilə öyünməyə əlbət ki, haqqımız, hüqü-
qumuz vardır. Haqqında söz açdığımız Turan xanım 
Dadaşova 31 illik, yüksək səviyyədə elmi-pedaqoji 
təcrübəyə malik ziyalı olaraq, çox gənc yaşlarından 
əmək fəaliyyətinə başlamışdır. 
O, 1927-ci ildə Balaxanıda neftçi-fəhlə ailəsində anadan olmuşdur. 1934-cü 
ildə  Bakı neft texnikumuna daxil olmuş  və 1948-ci ildə isə texnikumu əla 
qiymətlərlə bitirmişdir. Sonradan təhsilini davam etdirmək üçün o, sənədlərini 
M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutuna vermişdir. İnstitutda öz 
bacarığı, biliyi ilə çalışan Turan xanımın professor-müəllim və  tələbələr arasında 
xüsusi hörməti vardı. Hamı bu gənc qızın yaşına məxsus olmayan ağlı, təmkini və 
iradəsinə məətəl idilər. 
 
Aspiranturada təhsil aldıqda 
 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
61 
Turan xanım 1953-cü ildə institutu bitirərək dağ mühəndisi ixtisasını 
almışdır. Həmin il onu Azərbaycan SSR Elmlər Akademiyası Neft 
Ekspedisiyasının yeraltı hidravlika laboratoriyasında kiçik elmi işçi vəzifəsinə  
qəbul edirlər. Çalışdığı müəssisənin rəhbərliyi ona aspiranturaya daxil olmağı 
təklif edərkən Turan xanım tərəddüd etmədən razılaşır və 1956-1959-cu ildən  
Azərbaycan SSR EA-aspiranturasında təhsilini davam etdirir. 
1959-cu ildən 1963-cü ilə qədər «Neft-qaz yataqlarının işlənməsi və istisma-
rı» institutunda mühəndis, 1963-cü ildən 1969-cu ilədək Azərbaycan elmi Tədqiqat 
Neftçıxarma institutunda kiçik, daha sonralar baş elmi işçi vəzifələrində çalışmışdır.  
Turan xanım dünya şöhrətli akademik Azad Mirzəcanzadənin ilk aspirantı 
olmuş  və onun rəhbərliyi ilə 1962-ci ildə dissertasiya işini müvəffəqiyyətlə 
müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini almışdır.  
1968-ci ildə ona SSRİ  Ali Attestasiya Komisiyasının qərarı ilə baş elmi işçi 
elmi adı verilmişdir. 
Turan xanım neftə, qaza və onlarla bağlı elmə  həvəsi valideynlərindən 
almışdır. Onun atası Dadaşov Dadaş neftçi olmuşdur və 1926-cı ildən Kommunist 
Partiyasının üzvü idi. Anası T.M.Dadaşova evdar qadın olsa da həyatı neft 
buruqları və neft quyularının arasında keçmişdi. 
Turan xanım 1970-ci ilin yanvarında Azərbaycan Neft və Kimya 
institutunun «Rəsmxət» kafedrasına müsabiqə yolu ilə assistent vəzifəsinə  qəbul 
olunmuş və həyatının sonuna qədər bu kafedrada çalışmışdır. 1975-2001-ci illərdə 
«Mühəndis qrafikası» kafedrasında dosent vəzifəsində çalışmışdır. Hətta təqaüdə 
çıxandan sonra da o, kafedra ilə əlaqələrini kəsməmişdi. 
Dadaşova Turan xanım mühazirə və məşğələ dərslərini özünə məxsus tərzdə, 
tələbələr üçün tez qavranıla bilən səviyyədə aparırdı. O, həqiqi mənada öz peşəsini 
çox sevirdi, tələbələrlə  dərsdən kənar vaxtlarda saatlarla işləyərək, onları böyük 
həvəslə öyrədirdi. Müəllimlik onun alnına yazılmışdı, belə müəllimlər mində bir 
nəfər olur. Mən onun iş prinsipini dəfələrlə müşahidə etmişəm. Onda olmazın səbr 
vardı. Tələbə fənni, mövzunu anlamayana qədər ondan «əl çəkməzdi».  


 
İbrahim  Həbibov 
 
62 
Turan xanım öz elmi pedaqoji fəaliyyətini daim inkişaf etdirirdi. Müxtəlif 
səviyyəli konfranslarda iştirak etməkdən, ixtisasartırma kurslarına getməkdən zövq 
alırdı. Mən ondan soruşurdum:  «Turan xanım, o kurslar sizə  nə verə bilər? Siz 
oradakılara dərs deməyə layiqsiniz». Cavabında deyərdi: “Hər  şeyi bilmək 
mümkün deyildir, lakin bilikləri təzələmək vacibdir”. Turan xanım 1978-ci ildə 
Moskva Aviasiya institutunda, 1995 və 2001-ci illərdə Azərbaycan Baş Pedaqoji 
kadrların ixtisasının artırılması  və yenidən hazırlanması institutunda tam 
ixtisasartırma kursunu bitirmişdir. 
Turan xanım 50-dən çox elmi məqalə və elmi metodiki vəsaitin müəllifidir. 
O həmişə kollektivin hörmət və diqqət mərkəzində olmuşdur. Hamı ona böyük 
bacı, ana, ağbirçək kimi müraciət edirdi.  
 
Turan xanımın 70 illik yubileyi 
1997-ci il 5 yanvar tarixində ADNA-nın rəhbərliyinin iştirakı ilə  kafedrada 
Turan xanımın 70 illik yubileyi təntənə ilə qeyd olundu. ADNA-nın rektoru 
professor Pərviz müəllim çıxış edərək, Turan xanıma akademiyadakı uzun müddət 
səmərəli və qüsursuz fəaliyyətinə görə minnətdarlığını  və    təşəkkürünü bildirdi. 
Rektorun çıxışının bir hissəsini xüsusi olaraq qeyd etmək istəyirəm:  «Turan 
xanım! Siz təkcə bu kafedra üçün deyil, bütövlükdə Azərbaycan Dövlət Neft 
Akademiyası üçün örnəksiniz. Sizin kimi şəxsiyyətlərin akademiyada 
çalışması bizim hamımıza şərəf və şöhrət gətirir»


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə