Kafedrasi



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə19/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

 
İbrahim  Həbibov 
 
70 
zövq alırdılar. Mina xanım səsinin ahəngi, müsbət enerjisi və  təkrarolunmaz 
təbəssümü ilə hamıya  sakitçilik bəxş edə bilirdi. 
 
1980-cı il Mina xanım tələbələri ilə 
 
Xoşbəxt ailənin xoş anlarından birinin xatirəsi 
 
Telefon söhbətlərimizin birində Mina xanımdan sorusdum: 20 il ali 
məktəbdə dərs demisiniz, həyatınızın böyük bir hissəsini tələbələrə həsr etmisiniz, 
buna heyfslənmirsiniz? 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
71 
Mina xanım cavabında dedi: “Bir az keçmişə qayıtmaq istəyirəm. 1998-ci 
ildə  səhhətimdə yaranan problemlə  əlaqədar  İsraildə müalicə olurdum. Bir nəfər 
mənə yaxınlaşıb – Mina xanım, məni tanımadınız? Mən sizin dərs dediyiniz 474 
saylı qrupun tələbəsi olmuşam. Mən və qrupumuzun digərləri Sizi həmişə 
məhəbbətlə xatırlayırıq – deməsi məni qürurlandırdı. İnsana bundan da gözəl dəyər 
vermək olarmı? Çох vaxt şəhərdə  nəvələrimlə  gəzərkən, müxtəlif mərasimlərdə 
olarkən və ya ictimai nəqliyyatda gedərkən mənə ilk baxışdan tanış olmayan 
insanlar salam verərək soruşurlar: «Mina xanım, deyəsən məni tanımadınız? Sizin 
tələbəniz olmusam. Siz həmişə yadımızdasınız. Minnətdarıq!» Mən cox xoşbəxtəm 
ki, müəllim olmuşam və  bu institutda işləmişəm”. 
Nadir müəllim və Mina xanımın üç gözəl qızları və altı nəvəsi  var.  
Böyük qızı - Gülnarə Mirzəyeva Üzeyir Hacıbəyov adına Musiqi 
Akademiyasının  “Xüsusi fortepiano” kafedrasının baş müəllimidir. O, həmçinin 
Bül-Bül adına musiqi məktəbində çalışır. Bu kafedranın rəhbəri, Azərbaycan 
Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəylidir.  
Ortancıl qız  -  Elmira Fərəcullayeva Azərbaycan Xarici Dillər institutunu 
bitirib. O, filologiya elmlər namizədidir. Hal-hazırda BDU-də fransız və  alman 
dili kafedrasının müdiri vəzifəsində işləyir.  
Kiçik qızı - Nailə Balakişiyeva çox istedadlı  dəri-zöhrəvi həkimidir. O, 
atasının soyadını saxlamışdır, belə ki, professor-anatom Kamil Balakişiyevdən 
başlayaraq ailə bütöv bir həkim nəslindən ibarətdir. Nailə xanim böyük şer 
həvəskarıdır. Onun Qarabağ, vətən sevgisi, insani münasibətlərlə bağlı yazılarına 
internet və müxtəlif  ədəbiyyat səhifələrində    rast  gəlmək olar. Mənim ürəyimcə 
olan bir serinin bir bəndini diqqətinizə çatdırmaq istəyirım: 
 
Бакинка - я! И нет священней дара! 
В какую б даль не занесла меня судьба, 
Я Каспия, Торговой и Бульвара 
От вздоха первого и дo смерти раба.. 
 
 


 
İbrahim  Həbibov 
 
72 
Doğma şəhərə, Bakıya olan məhəbbəti bundan artıq necə izah etmək olar? 
Mina xanımın altı  nəvəsi var, onlardan Gülnarənin qızı Firuzə Mirzəyeva 
hüquq elmləri namizədidir. Onun bacısı  Fərizə Mirzəyeva həmçinin BDU-nin 
“Hüquq” fakültəsini bitirmişdir. O, hüquq üzrə magistrdir və xarici şirkətdə işləyir. 
Onların hər ikisi ulu babaları - Qaragin qəzasının prokuroru, babaları-Nəsimi rayon 
prokuroru Mirzəyev Hüseynin, ataları – Bakı  şəhəri Sabunçu rayon prokuroru 
Fuad Mirzəyevin davamçılarıdır.  
Nəvəsi – Elmiranın qızı – Praqa şəhər Karlov Universitetinin 
magistraturasını bitirmişdir. 
Nailənin böyük qızı  Cəmilə - BDU-nin “Dünya İqtisadiyyatı” fakültəsinin
kiçik qızı - Leyla isə Azərbaycan Diplomatiya Akademiyasının tələbələridirlər. 
Elmira xanım və Əli müəllim öz övladlarına, bu böyük ailənin yeganə oğlan 
nəvəsinə babası Nadirin adını qoyublar. Nadir  Fərəcullayev  23 №-li məktəbin 10-
cu sinif şagirdidir və hal-hazırda ABŞ-da “Flex” proqramı üzrə təhsil alır. 
Mina xanımın iki nəticəsi vardır: Fuad - ana babasının və Adil - ata 
babasının adlarını daşıyırlar. Hər ikisi məktəblidirlər. 
Bu böyük ailəyə xoş günlər arzulayırıq. 
 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
73 
 
XATİRƏLƏRDƏ DAİM YAŞAYAN MÜƏLLİM 
 
 
Qurbanov Oqtay Əli Əsgər oğlu 
 
M.Əzizbəyov adına Neft və Kimya institutunda 
oxuduğumuz müddətdə Oqtay müəllim bizim qrupda 
dərs aparmasa da bütün tələbələr onun «Tərsimi 
həndəsə» kafedrasının aparıcı müəllimlərindən biri 
olduğunu deyirdilər. O, hər bir kəsə diqqət və vaxt 
ayırmağa həmişəhazır olan müəllim idi. Bu gün də 
onun keçmiş  tələbələri öz xatirələrində Oqtay 
müəllimi xeyirxah insan kimi xatırlayırlar. 
Qurbanov Oqtay Əli Əsgər oğlu 4 iyun 1936-cı ildə Bakı şəhərində qulluqçu 
ailəsində anadan olmuşdur.  
1946-cı ildə Oqtay  və qardaşı Mövsüm kiçik yaşlarda olanda  anaları  Mehri 
Hacı  Məmməd qızı onları  tək böyütməyə  məcbur olur. Mehri xanım (1916-cı il 
təvəllüdlü) onların boya-başa çatdırılmasındakı çətinlikləri dəf etməyə çalışsa da, 
bu yükün ağırlığını həmişə hiss edirdi.  
1951-ci ildə Mehri xanım  Qasım Məmməd oglu Bağırzadə ilə yeni həyat 
qurur və övladları bu qayğıkeş insanın himayəsində böyüməyə başlayırlar. 
Qasım müəllim oğlanların tərbiyəsinə xüsusi fikir verirdi. Oqtay da bunu 
layiqincə qiymətləndirirdi. Bütün məsələlərin həllində Qasım müəllimlə 
məsləhətləşməyi vacib bilirdi. Oqtayda texniki fənlərə olan həvəs Qasım müəllim 
tərəfindən yaranmışdı.    
Oqtay müəllimin qardaşı Qurbanov Mövsüm Əli Əsgər oğlu 1942-ci ildə ana-
dan olmuşdur. Digər qardaşı Bağırzadə Elxan Qasım oğlu isə 1953-cü ildə dünyaya 
göz açmışdır. Onların hər ikisi Azərbaycan Neft və Kimya institutunu bitirmişdirlər. 
Oqtay müəllim 1950-ci ildə Bakı  şəhərindəki 32 saylı  məktəbin 7-ci sinfini 
bitirdikdən sonra Neft texnikumuna daxil olmuş və 1954-cü ildə bu texnikumu fərq-


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə