Kafedrasi


MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə2/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   2   3   4   5   6   7   8   9   ...   37

 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 

şəkildə öz fəaliyyətini bərpa edir və kafedraya rəhbərlik yenidən V.F.Puzırevskiyə 
həvalə edilir. Kafedranın formalaşmasında və inkişafında bu şəxsin böyük zəhməti 
və rolu olmuşdur. Məhz onun kafedraya rəhbərlik etdiyi dövrdə xüsusiləşdirilmiş 
auditoriyalar və laboratoriyalar təşkil olunmuş, dərs prosesləri coxlu sayda əyani 
və texniki vasitələrlə  təchiz olunmuşdur. 1940-cı ildə  Ə.Məmmədov, 
V.F.Puzırevski və K.Məmmədov tərəfindən azərbaycan dilində «Tərsimi həndəsə» 
adlı ilk dərslik hazırlanııb nəşr olunmuşdur.  
Professor V.F.Puzırevskinin rəhbərlik etdiyi dövrdə respublikada tanınmış 
mühəndis və gənc mütəxəssislər, o cümlədən, Ə.Hacıyev, A.Vəliyev, M.Qluskin, 
A.Buşnev, l.Buşneva, M.Əliyeva, O.Rəhimov, Z.Əhmədov, C.İsmayılov, 
O.Qurbanov, R.Əyyubova,  Ə.Mirzəbəyli, L.Mirantsev, V.Bernşteyn, B.Vetoxin 
kafedrada fəaliyyətə başlamışlar.  
1962-ci ildə həmin kafedranın əsasında iki müstəqil kafedra təşkil olunması 
qərara alınır. O zamanlar institut M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya 
İnstitutu (AzİNEFTEXİM) adlandırılırdı. Yeni və müstəqil «Tərsimi həndəsə» 
kafedrasına rəhbərlik etmək professor V.F. Puzırevskiyə həvalə edilir. «Rəsmxət» 
kafedrası isə dosent A.V. Dmitrevskinin rəhbərliyi altında fəaliyyətə başlayır. Bu 
şəxsiyyətlərin hər biri öz işinin gözəl biliciləri olmaqla yanaşı yüksək səviyyəli 
təşkilatçılıq bacarığına malik idilər. Onlar ətraflarına topladıqları gənc və bacarıqlı 
mütəxəssislərin köməkliyi ilə kafedraların texniki bazasının yüksəldilməsinə
keçirilən dərslərin maraqlı olmasına yönəldilməsi istiqamətində böyük işlər görə 
bilmişdilər. Həmin illərdə «Rəsmxət» kafedrasına yeni müəllimlər cəlb edilir: 
R.Rəfiyev, B.Quliyev, İ.Çernikova, A.Cavadov, S.Baxışev və C.Əliyev.  
Bu illərdə ilk dəfə olaraq, təkcə Azərbaycanda deyil, keçmiş SSRİ 
məkanında da «Tərsimi həndəsə və rəsmxət» fənlərinin tədrisində elektrik əsasında 
işləyən cihazların, maketlərin və s. tədris vəsaitlərinin dərs prosesində  tətbiqinə  
başlanılmışdır.  
1965-1971-ci illər  ərzində «Rəsmxət» kafedrasına dosent K.M. Bağırzadə 
rəhbərlik edir. Onun dövründə kafedraya böyük istehsalat təcrübəsi qazanmış, 
aspiranturanı bitirərək namizədlik dissertasiyası müdafiə etmiş mütəxəssislər işə 


 
İbrahim  Həbibov 
 

dəvət edilirlər. Bu sırada texnika elmlər namizədləri S.Süleymanov, A.Əsədov, 
Y.Fərzanə, Q.Fukson, T.Dadaşeva, M.Məmmədova, Q.Qirimov, Z.Kərimov, 
P.Məlikov, B.Qutman, eləcə  də X.Babayeva, B.Sultanova, İ.Tsibulski, Z.Hacı-
məmmədova, K.Hüseynov, A.Hüseynov, M.İsmayılov, M.Balakişiyeva, M.Fətəli-
yeva, U.Datskovski, S.Məlikova, C.Camalov və X.Cavadovanı göstərmək olar. 
971-ci ildən «Rəsmxət» kafedrasına professor Z.M. Əhmədov rəhbərlik 
etmişdir. 1975-cı ildə yenidən bu iki kafedra «Mühəndis qrafikası» adı altında 
birləşdirilir və ona rəhbərlik etmək professor Z.M. Əhmədova həvalə edilir. Bu 
illərdən başlayaraq kafedrada yenidənqurma işləri aparılır. Belə ki, kafedranın 
adının «Mühəndis qrafikası» qoyulması onun müasirləşdirilməsini və yeni statusa 
uyğun gəlməsini tələb edir. Kafedrada küllü miqdarda təsərrüfat hesablı elmi işlər 
yerinə yetirilir, tədris otaqlarındakı avadanlıqlar yeniləri ilə əvəz olunur, yeni dərs 
vəsaitləri və metodiki göstərişlərin nəşri qaydaya salınır. Eyni zamanda kafedraya 
yeni qüvvələr cəlb edilir: R.Səttərova, F.Səmədov, Ə.Babayev və N. Sadıqova. 
1981-1986-cı illərdə kafedraya professor Ə.Həsənov rəhbərlik etmişdir. Bu 
müddətdə kafedrada böyük və güclü müəllim potensialı formalaşmış və onların bir 
qrupunun iştirakı ilə «Tərsimi həndəsə» kursu üzrə yeni dərsliyin nəşri üçün geniş 
işlər aparılmışdır. İlk dəfə olaraq tədris proqramlarına qrafiki proqramlaşdırma ilə 
bağlı mövzular daxil edilmişdir. 
1986-1992-ci illərdə kafedraya rəhbərlik dosent S.Bünyadova həvalə edilir. 
Bu dövrdən kafedrada tədris prosesində geniş şəkildə elektron hesablama maşınları 
tətbiq olunmağa başlayır. Kafedra o vaxtlar üçün müasir olan DBK-3 tipli fərdi 
kompüterlər ilə təchiz olunur.  
1991-cı ildə institutun adı  dəyişdirilir və o universitet statusu alaraq 
Azərbaycan Sənaye Universiteti (AzSU)
 
adlandırılır. Dosent S.Bünyadovun rəh-
bərliyi ilə 1991-ci ildə maşın qrafikası üzrə I Respublika elmi-metodiki konfrans 
keçirilir. Kafedraya yeni müəllimlər cəlb olunur. Onlardan S.Mustafayev, Z.Nur-
məmmədova, S.Tağıyev, V.Məmmədov və R.Ərəbovu misal göstərmək olar.  
1992-ci ildə Respublika Nazirlər Kabinetinin qərarı ilə AzSU-nun adı 
dəyişdirilərək Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) adlandırılır. 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 

1992-1994-cü illərdə kafedraya professor S.İ.Bəxtiyarov rəhbərlik edir. 
1995-ci ildən ADNA-nın «Mühəndis qrafikası» kafedrasına t.e.d., professor 
İ.Ə.Həbibov rəhbərlik edir. Bu müddətdə kafedranın tədris, metodiki, elmi-
tədqiqat və digər sahələrində ciddi yenidənqurma işləri aparılır. Tədris prosesində 
kompüterləşmə işi, texniki və əyani vasitələrin tətbiqi xüsusi vüsət alır. Kafedranın 
elmi fəaliyyət istiqaməti dəqiqləşdirilərək neft-mədən avadanlıqlarının layihələn-
dirilməsində kompüter qrafikasının tətbiqi ilə  əlaqələndirilir. Bu sahədə alınmış 
nəticələr mütəmadi olaraq elmi konfranslarda, mətbuatda, seminar və simpozium-
ların materiallarında dərc olunur. 1998-ci ildə professor İ.Ə.Həbibovun rəhbərliyi 
altında azərbaycan dilində ilk dəfə olaraq «Kompüter qrafikası və onun mühəndis-
layihə işlərində tətbiqi» dərsliyi hazırlanıb nəşr olunur. 
1999-cu ildə «Kompüter qrafikası və informatikanın neft maşınqayırmasında 
tətbiqi» mövzusunda səyyar elmi-texniki konfrans keçirilmiş  və kafedranın bu 
sahədə apardığı işlərin tezisləri konfransın materiallarında dərc edilmişdir. 
2000-ci ildə «Maşıınqayırma texnologiyası» kafedrası ilə birlikdə, ADNA-
nın 80 illik yubileyi ilə bağlı Suraxanı NQÇİ-də «Dəniz və quruda işləyən neft 
avadanlıqlarının işinin effektivliyi və etibarlılığı» mövzusunda elmi praktiki 
konfrans keçirilmişdir. 
Son illərdə kafedrada çoxlu sayda dərslik, dərs vəsaiti və metodiki göstəriş-
lər hazırlanıb nəşr olunmuşdur.  İxtisaslaşdırılmış  dərs otaqları, o cümlədən, yerli 
şəbəkə sistemi əsasında işləyən «Kompüter sinfi» yaradılmışdır. 
2010-2011-ci illərdə professor İ.Ə.Həbibovun rəhbərliyi ilə ilk dəfə olaraq 
ümumtəhsil məktəblərinin 8 və 9-cu sinifləri üçün «Rəsmxət» dərsliyi yazılmış və 
küllü tirajla çap olunaraq tədris prosesində tətbiq edilmişdir. 
Tələbələrin elmi-tədqiqat işlərinə  cəlb olunması kafedranın  əsas fəaliyyət 
istiqamətlərindən birinə çevrilmişdir. Kafedrada hazırlanan tələbə elmi işləri 
diplomlarla qiymətləndirilir. 
Son illərdə kafedrada aparılmış elmi işlərin yekunları yaxın və uzaq xarici 
ölkələrin elmi jurnallarında, o cümlədən Çində, Rumıniyada, Rusiyada, Türkiyədə


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə