Kafedrasi



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə22/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

 
İbrahim  Həbibov 
 
82 
üçün  elan olunmuş müsabiqədə  iştirak edir və oraya daxil olur.  Onun rəhbəri 
dünya şöhrətli akademik Azad Mirzəcanzadə olub.  
Rauf müəllim 1996-ci ildən «Mühəndis qrafikası» kafedrasında dosent 
vəzifəsində çalışır. O, çoxlu sayda elm, elmi-metodiki işlərin müəllifidir.  
 
Neft-mexanika fakültəsinin tələbələri ilə 
Rauf müəllim 1988-ci ildə ailə həyatı qurmuşdur. Onun həyat yoldaşı Hicran 
xanım ixtisasca həkimdir.  Bu qadın gözəl bir peşənin sahibi olmaqla  
 
yanaşı, ona Allahdan xoş xasiyyət, geniş ürək, xeyirxahlıq, səmimiyyət kimi insani 
keyfiyyətlər verilmişdir. Məndən Rauf və onun ailəsi haqda soruşanda deyirəm: 
Böyük yaradan hər kəsə layiqli qiymət verir və  əgər Raufa nəyi isə verməyibsə, 
onların  əvəzinə Hicranı onun qismətinə  nəcib edibdir. Hicran evin xanımı, həyat 
yoldaşının dostu, övlvdlarının dayağı, qohumların kömək əlidir. 
Bu ailədə bir oğlan və bir qız uşağı böyüyür. Fidan — ailənin ilk övladı -  
2011-ci ildə  Qərb universiteti bitrib, hal hazırda tanınmış bir firmada çalışır.  
Hamımızın sevimlisi Xəlil isə (ona babasının adı verilmişdir)  Türkiyənin Antalya 
şəhərindəki akademiyada təhsil alır. 
Mən tələbəmə, həmkarıma və dostuma həyatda uğurlar arzulayıram. 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
83 
 
SAKİT TƏBİƏTLİ, AÇIQLIĞI SEVƏN VƏ TƏVAZÖKAR İNSAN 
 
Kərimov Zöhrab Hacıbala oğlu 
Zöhrab müəllim ilə kafedrada işlədiyim vaxt 
tanış olmuşdum. Onun haqda  məlumatım çox olmasa 
da, bilirdim ki, o ADNA-nın tanınmış professor-
larından biri Zahid Kərimovun qardaşıdır. Kafedranın 
müəllimlər otağında mən onunla yanaşı stolda otu-
rurdum.  Arabir söhbətimiz vaxtı onun özü haqqında 
qısaca məlumatlarından aydın olurdu ki, Zöhrab 
müəllim 15 iyul 1939-cu il tarixdə Lənkəran şəhərində 
anadan  olmuşdur.  1946-cı  ildə  Lənkərandakı  3 saylı 
orta məktəbə daxil olub və 1956-cı ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. 
1956-cı ildə Azərbaycan Neft və Kimya institutunun “Energetika” fakültəsinə daxil 
olmuşdur. Bu ixtisas onun öz seçimi olduğundan bütün fənlərə böyük maraq 
göstərirmiş. 1961-ci ildə institutu bitirərək «elektrik mühəndisi» diplomunu alanda 
sevincinin həddi-hüdudu olmadığını xatırlayan Zöhrab müəllim illər keçdikdən 
sonra bu ali məktəbdə dərs deyəcəyinə heç cür inanmadığından danışardı.  
O,  əmək fəaliyyətinə 30.08.1961-ci ildə Bakı geofiziki cihazlar və 
avadanlıqlar zavodunun texniki şöbəsində mühəndis vəzifəsində başlamışdır. Bu 
müəssisədə Zöhrab müəllim 26.11.1963-cü ilə  qədər çalışdıqdan sonra «Neft və 
Kimya» institutunun «Texniki kibernetika» laboratoriyasına mühəndis vəzifəsinə 
köçürülür. Özünün daxili potensialı  və laboratoriyada hökm sürən ab-hava onu 
elmi-tədqiqat işləri ilə ciddi məşğul olmağa sövq edir.  1972-ci ildə Zöhrab 
müəllim namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmlər namizədi elmi 
dərəcəsi almışdır. 
1976-cı ildə  Azərbaycan Neft və Kimya institutunun «Mühəndis qrafikası» 
kafedrası üzrə assistent vəzifəsini tutmaq üçün müsabiqə elan olunduqda Zöhrab 
müəllim zavoddakı uğurlarına və yüksək statusuna baxmayaraq orada iştirak edir 
və doğma ali məktəbə işə qəbul olunur.  


 
İbrahim  Həbibov 
 
84 
Aktiv tədris prosesinə qoşulan Zöhrab müəllim tezliklə dosent elmi adına 
layiq görulur. O, kafedrada işlədiyi müddətdə ardıcıl olaraq bir sıra metodiki işlər 
hazırlayır, onların nəşrini həyata keçirərək tədris prosesində geniş tətbiqinə səbəb 
olur.  
Zöhrab müəllim sadəliyi, açıqlığı və təvazökarlığı ilə öz müəllim yoldaşları, 
eləcə də institutun kollektivi arasında hörmət qazanmışdır.  
O, maraqlı söhbətlər edərdi. Yığıncaqlar keçirmək, istirahət günlərində yaxın 
yoldaşlıq etdiyi müəllimlərlə yığışmağı, birlikdə şənlənməyi çox sevərdi.  
 
Uzaq məsafələrə  səyahət etməyi xoşlayardı  və hara getsə  tək övladı olan 
Aydını özü ilə aparardı. Aydın 1974-cü ildə anadan olmuşdur. O, Zöhrab 
müəllimin həyatının mənası idi. Aydının uğurlarından danışmağı çox xoşlayırdı. 
Onsuz heç bir yerə getməzdi. Öz müəllim yoldaşları ilə Qara dəniz sahillərinə 
avtomobillə gəzintiyə çıxdıqda Aydını özü ilə götürmüşdü.  
Zöhrab müəllim tələbələr arasında da böyük hörmət qazanmışdı. Öz 
tələbələrinə diqqətlə yanaşmağı bacaran müəllim idi.  
Allah ona rəhmət eləsin, ruhu şad olsun.     
 
 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
85 
 
PROFESSİONAL MÜHƏNDİS, TƏLƏBKAR MÜƏLLİM  
 
 
Quliyev Böyükağa Rəhman oğlu 
Hər dəfə mühazirə və məşğələ dərslərimdə tələbə-
müəllim münasibətlərindən danışarkən Azərbaycan Neft 
və Kimya institutunda oxuduğum dövrdə özümlə 
Böyükağa  müəllim arasında yaşanan günlərdən, ondan 
hansı çətinliklə məqbul almağımdan söhbət açıram. 
Mən ikinci kursda oxuyanda məqbul işlərini 
mərkəzləşmiş  qaydada  kafedra  tərəfindən müəyyən 
edilmiş  komissiya qəbul  edirdi.  
Axşam saat 18-də başlanan məqbul işlərinin qəbulu saat 22-də başa çatırdı. 
Kafedra üzrə bu işə Böyükağa müəllim rəhbərlik edirdi. O, qrupumuzda dərs 
aparmadığı üçün bizləri yaxşı tanımırdı. Buna baxmayaraq hamımız ona cavab 
verməliydik. Onun xasiyyətcə  ağır, prinsipial bir insan olduğu, proteksionizmdən 
uzaqlığı hamıya bəlli idi. Bunlarla bərabər Böyükağa müəllimi institutda obyektiv bir 
müəllim kimi tanıyırdılar. Mənim hər dəfə ona məqbul vermək istəyim nəticəsiz 
qalırdı. Elə düşünürdüm ki, ondan heç vaxt qiymət ala bilməyəcəyəm. Bütün günüm 
institutun 5-ci mərtəbəsində keçirdi. «Rəsmxət» kafedrası orada yerləşirdi. Dərsdən 
sonra tələbələrdən bəziləri boş otaqlarda toplaşaraq ev tapşırıqlarını yerinə yetirməkdə  
bir-birilərinə köməklik edir, bəziləri isə müəllimlərin məsləhətlərinə qulaq asırdı. 
Kafedranın detal parkında çoxlu sayda, müxtəlif quruluşlu və mürəkkəbliyi ilə bir-
birindən seçilən detallar vardı. Mən onları bir-bir götürüb, eskizlərini tərtib edirdim. 
Lakin məqbul almağım müşgül bir işə çevrilmişdi. Hər dəfə komissiyaya gələndə 
Böyükağa müəllim mənə elə detalların eskizini tərtib etməyi tapşırırdı ki, verilmiş 
vaxt  ərzində bunu etmək mümkün olmurdu. Nəhayət, 17-ci dəfə  məqbul vermək 
cəhdim baş tutdu. Dəqiqliklə yadımdadır o gün. Böyükağa müəllim bir neçə  dəfə 
mənə yaxınlaşaraq tərtib etdiyim eskizə baxdı. Bu dəfəki baxışlarda xeyirxahlıq və 
səmimiyyət görürdüm. Daxilimdəki gərginlik yox olub itmişdi. Həqiqətən də insanın 


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə