Kafedrasi


MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə29/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
109 
 
 
 
Sevil xanım kafedrada işlədiyi müddətdə öz tələbkarlığı, ciddiliyi, tələbə-
müəllim münasibətlərini yüksək səiyyədə qoruyub saxlamağı bacaran 
müəllimlərdən olmuşdur. Tələbələri həmişə ona böyük hörmət və  məhəbbət 
bəsləmişdirlər. O, bir sıra elmi-metodiki işlərin müəllifidir. 
 


 
İbrahim  Həbibov 
 
110 
 
TƏCRÜBƏLİ İNŞAATÇI, PEŞƏKAR MÜƏLLİM, SEVİMLİ ANA 
 
 
Sultanova Bikə-Bacı Hüseynbala qızı 
Kafedranın 80 illik yubileyi ilə  əlaqədar 
vaxtı ikən burada çalışan, sonradan təqaüdə çıxan 
və ya dünyasını  dəyişən  əməkdaşlar haqda 
məlumat toplayarkən Fəridə xanımın qohum-
larından birinin —  Xədicə xanımın bizim 
akademiyada işlədiyini müəyyənləşdirdim. Mən 
ondan xahiş etdim ki, bizim keçmiş əməkdaşımız 
haqda  mənə materiallar versin. Bir  neçə  gündən 
sonra o mənə  Fəridə xanım haqda kiçicik bir yazı  gətirdi. Yazını oxuduqda çox 
təəcübləndim. Səbəb-burada Fəridə xanım yox, Sultanova Bikə-Bacı haqqında   
məlumat   yazılmış idi.  Səbəbini soruşduqda mənə belə bir izahat verdilər ki, onun 
əsl adı Bikə-Bacı olmuşdur, lakin anası, sonradan isə bütün qohumlar  uşaq 
yaşlarından ona Fəridə deyə müraciət ediblər. Fikirləşdim, görəsən nə üçün insana 
qoyulan ad ilə deyil, başqa birisi ilə müraciət edirlər? Görən bu dəyişiklik onun 
həyat yoluna, yaşadığı ömrə təsir edibmi? Belə hadisələrin tədqiqatı aparılıbmı?  
Mən onu Fəridə xanım kimi tanımağıma baxmayaraq yazımda ona Bikə-
Bacı deyə müraciət etməyə qərar verdim.  
Sultanova Bikə-Bacı Hüseynbala qızı 4 oktyabr 1928-ci ildə  Dərbənd 
şəhərində azərbaycanlı ailəsində anadan olmuşdur. Onun atası Hüseynbala 
Nəbiyev, anası Böyük-Bikə zatən Dərbəndlidirlər. 
Bikə-Bacı 1949-cu ildə   Bakı şəhərindəki 23 saylı orta məktəbi fərqlənmə 
diplomu (gümüş medalla) ilə bitirərək Azərbaycan Sənaye institutuna qəbul 
olmuşdur. Qurmaq və yaratmaq  həvəsində olan  Bikə-Bacı xanım bu ali məktəbdə 
“İnşaat” fakültəsini seçir. 1954-cü ildə institutu bitirərək doğma  şəhərlərinə  — 
Dərbəndə qayıdır və  şəhər sovetində layihə-smeta bürosuna rəhbərlik etməyə 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
111 
başlayır. Şəhər rəhbərliyi onda yüksək mühəndis xüsusiyyətlərini müəyyən edərək
kənd təsərrüfatı texnikumuna müəllim vəzifəsinə dəvət edirlər.  
Artıq Bikə-Bacı xanım öz həmyerlisi Sultanov Səftər  Əlyar oğlu ilə  ailə 
qurmuşdu. Səftər müəllim də inşaatçı idi. O, ilkin olaraq Bakı kommunal tikinti  
texnikumunu, sonra isə  Novoçerkassk Politexnik institutunun “İnşaat” fakültəsini 
bitirmişdi.  Səftər müəllim  əfsanəvi bir həyat yaşamışdır, 2-ci Dünya 
müharibəsinin iştirakçısı olan Səftər müəllimin igidliyi 4 orden və 16 döyüş medalı 
ilə qiymətləndirilmişdir.  
Səftər və Bikə-Bacı xanımın yaş fərqi böyük olmağına baxmayaraq bu ailədə 
mehribançılıq və qarşılıqlı hörmət olub. Onların bir oğlü və iki qızı vardır. 
1951-ci ildə Bikə-Bacı xanım və  Səftər müəllimin ilk övladı dünyaya göz 
açır. Onun adını Zərifə qoyurlar. Zərifə ixtisasca iqtisadçıdır, Azərbaycan Neft və 
Kimya institutunu bitirmişdir. Zərifə xanımın bir qızı vardır. Oğlu Əlyar müəllim 
1974-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir, tibb elimləri namizədidir, 
bir övladı var. Bikə-Bacı xanımın ikinci qızı Bahar xanım isə həkimdir, onun iki 
övladı var. Bahar  xanımın oğlu, Bikə-Bacı xanımın nəvəsi Fərid ADNA-nı 
bitirmişdir. 
Sultanova B.H. 1959-cu ildə Bakı 
şəhərinə köçür və onu  Tikinti Sənayesi 
nazirliyində baş mütəxəssis qismində  işə  qəbul 
edirlər. Lakin müəllim olmaq, tələbələrə  dərs 
demək, öyrətmək istəyi Bikə-Bacı xanımı 
Azərbaycan Neft və Kimya institutuna gətirir. 
O,  əvvəlcə elmi-tədqiqat sektorunda kiçik elmi 
işçi, 1961-cı ildən isə «Mühəndis qrafikası» 
kafedrasında  əvvəlcə assistent, sonradan isə 
baş müəllim vəzifəsində çalışmışdır. 
Bikə-Bacı xanımla az bir müddətdə 
işlədiyimə baxmayaraq o, mənim xatirimdə xoş 
təəsüratlarla     qalmışdır.     Onun    valehedici 


 
İbrahim  Həbibov 
 
112 
təbəssümü vardı. Səsinin ahəngi, danışıq tərzi söhbət  əsnasında yarana biləcək 
bütün   gərginlikləri  yox edir  və insanı yormurdu. Kafedranın müəllimləri və 
tələbələr arasında böyük hörməti və nüfuzu vardı. İstənilən məsələnin həllində sülh 
tərəfdarı kimi çıxış edərdi. Kafedraya gələn gənc müəllimlərə köməkliyini 
əsirgəmirdi. Dəfələrlə ona etdiyim müraciətlərə  təmkinlə  və hörmətlə cavab 
verərdi. 
Sultanova Bikə-Bacı  təqaüdə  çıxandan sonra asudə vaxtını, sevgi və 
məhəbbətini nəvələrinə yönəldərək, onların tərbiyəsi və sağlamlığı ilə  məşğul 
olurdu. Arabir kafedraya gələrək, iş yoldaşları ilə söhbətlər edər, mütləq mənimlə 
görüşərdi.  Həmişə  mənə  təskinlik verərək deyərdi: “Bu kafedra çox mürəkkəb 
kafedradır, lakin burada gözəl insanlar toplaşıblar. Onlarla işləməyə dəyər.”   
Allah Bikə-Bacı xanıma qəni-qəni rəhmət eyləsin.    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
113 
 
BAKILI BALASIYAM, BAKIDA QALASIYAM 
 
 
Babayev Ədalət Əliməmməd oğlu 
«Mühəndis qrafikası» kafedrasında çalışan 
müəllimləri profesionallıq göstəricilərinə görə iki qrupa 
bölmək olar: nəzəriyyəçilər və metodistlər.  Ədalət 
Əliməmməd oğlu Babayev kafedranın aparıcı 
metodistlərindən biri idi. O, 1934-cü il sentyabrın 12-də 
Bakıda fəhlə ailəsində anadan olmuşdur. Atası 
Əliməmməd  Əli oğlu Babayev 1899-cu ildə Bakı 
şəhərində  dünyaya  gəlmişdir.   Əliməmməd   kişi  qısa  
ömrünü fəhləliklə keçirmişdir. O, dünyasnı  dəyişəndə 37 yaşındaydı  və balaca 
Ədalətin iki yaşı vardı. Atasını lap kiçik yaşlarında itirən Ədalət müəllim həmişə 
ata nəvazişi görmədiyini böyük ürək ağrısı ilə danışırdı. Anası Aliyə Kamil qızı 
Babayeva 1902-ci ildə dünyaya gəlmiş, evdar qadın olmuşdur. Cavan yaşında 
kimsəsiz qalan bu cəfakeş qadın bütün həyatını balalarının böyüməsinə  sərf 
etmişdi. 1970-ci ildə  vəfatından  əvvəl övladlarına son vəsiyyətində demişdi: 
“Kasıbçılıq qəbahət deyil, ailədə əsas mehribançılıqdır.” 
Ədalət müəllim 1944-cü ildə Bakının «Sovetski» deyilən küçəsində yerləşən 
17 saylı məktəbin 1-ci sinfinə getmişdir. O, 1951-ci ildə həmin məktəbin yeddinci 
sinfini bitirərək Bakı Neft texnikumuna daxil olub 1955-ci ildə oranı  fərqlənmə 
diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan Neft və Kimya institutunun “Qaz-
neftmədən” fakültəsinə daxil olur. Onun institut həyatı çox rəngarəng və maraqlı 
olub. Onunla eyni qrupda dərs apardığım zaman Ədalət müəllim tələbələrdəki 
süstlüyü, tənbəlliyi görəndə çox əsəbləşərdi və öz gənclik illərindən danışardı. 
Eyni zamanda rəqs, dram dərnəklərində  iştirakından, idman məşğuliyyətindən və 
bunların dərslərə paralelliyindən, seçdiyi ixtisasa hörmətdən söhbət açardı.   
Ə.Ə.Babayev 1960-cı ildə institutu bitirib istehsalata işləməyə göndərilir. 
İlkin olaraq Leninneft NQÇİ-də qaz təsərrüfatı sexində işləməyə başlayır, sonradan 


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə