Kafedrasi



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə3/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   2   3   4   5   6   7   8   9   ...   37

 
İbrahim  Həbibov 
 

Gürcüstanda, Qazaxıstanda, Almaniyada, Yunanıstanda, Ukraynada, Belarusda 
nəşr etdirilmişdir. 
Kafedrada ardıcıl olaraq dissertasiya işləri müdafiə olunur və bu istiqamətdə 
fəaliyyət genişləndirilməkdədir.  
Kafedranın kadr bazasının gücləndirilməsi istiqamətində daim böyük işlər 
görülür. Son illərdə kafedraya işə  qəbul olunan gənc mütəxəssislərin sırasında 
dosentlər R.Məlikov və O.Mirzəyev, assistentlər E.İsmayılov və G.Bağırovanı 
göstərmək olar.  
Hal-hazırda kafedrada 1 professor, 7 dosent, 3 baş müəllim və 2 assistent 
çalışır.  
İllər boyu kafedrada tədris prosesinin yüksək səviyyədə  təşkil edilməsində 
onun texniki işçilərinin də böyük zəhmətləri olmuşdur. Kafedranın əyani vasitələr 
bazasının genişlənməsində  və  tədris prosesinin texniki təminatının yüksəldil-
məsində böyük xidmətləri olan M.S.Qorbunov, N.Mahmudzadə  və V.Yejkovanı 
göstərmək olar. Hal-hazırda tədris prosesinin maraqlı keçməsində yaxından iştirak 
edən T.Sadıqova, R.Nəcəfquliyeva, L.Əliyeva, A.Qafarova, G.Qafarova və H.Əh-
mədova bu sıradan olan əməkdaşlardır. 
Azərbaycan Dövlət Neft Akademiyasının «Mühəndis qrafikası» kafedrası 80 
illik  şərəfli yol keçmişdir. Onun tədris, elmi və elmi-metodiki işlərinin nəticələri 
təkcə ölkəmizdə deyil, onun sərhədlərindən çox-çox uzaqlarda tanınır. 
ADNA-nın aparıcı kafedralarından biri olan «Mühəndis qrafikası» kafedra-
sının professor-müəllim heyətini bu yubiley münasibəti ilə təbrik edirik. 
 
 
 
 
 
 
 
 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 

 
KAFEDRANIN YARADICISI, BÖYÜK TƏŞKİLATÇI VƏ ALİM 
 
 
Puzırevski Vladimir Filipoviç 
 
Bu kitabın hazırlanması ilə  əlaqədar 
işləri başlamazdan  əvvəl kafedranın 
arxivində saxladığım köhnə qovluqları 
araşdırarkən  əlimə Vladimir Filipoviç 
Puzırevski ilə bağlı sənədlər düşdü. Onların 
birində bu böyük şəxsiyyətin səhifə 
yarımlıq tərcümeyi-halı yazılmışdı. 
Bir anlığa gözlərimin önünə bu insanın Azərbaycanda «Tərsimi həndəsə» 
elminin inkişafındakı rolu, yazdıqları kitablar, dərsliklər, metodiki tövsiyələr, 
ümumiyyətlə gördüyü işlər və yaratdığı qurğular canlandı.  Əgər bütün işləri 
siyahıya alsaydıq onların həcmi avtobioqrafik yazıdan qat-qat çox olardı.  
V.F.Puzırevski 1904-cü ilin may ayında Leninqrad vilayətinin Yanburq 
şəhərində  kəndli ailəsində anadan olmuşdur. Filip Puzırevski ailəsini arı 
saxlamaqla və onun payına düşən balı satmaqdan əldə etdiyi gəlirlə saxlaya bilirdi.  
1912-ci ildə atası balaca Vladimiri Bakıda yaşayan və övladı olmayan 
bacısının yanına göndərir. Həmin il o, Bakıdakı  məşhur 2 saylı «Realnoe 
uçilişeyə» daxil olur. (Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra bu təhsil 
ocağı 13 saylı  məktəb kimi fəaliyyət göstərməyə başlamışdır). 1922-ci ildə 
V.F.Puzırevski orta təhsilini başa vurur.  
Məktəbdə  təhsil almaqla bərabər o 1920-1922-ci illərdə Bakıda fəaliyyət 
göstərən kontorların birində çalışır. 1922-1925-ci illərdə Azərbaycan SSR Xalq 
Komissarlığının katibliyində çalışır.  
1923-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olur və 1930-cu ildə bu 
ali məktəbi mühəndis-mexanik ixtisası üzrə bitirir. Həmin il Bibi-Heybət NQÇİ-də 
mühəndis-konstruktor kimi çalışmağa başlayır, eyni zamanda, artıq Azərbaycan 


 
İbrahim  Həbibov 
 
10 
Neft  İnstitutu adlanan doğma ali məktəbində müqavilə  əsasında dərs deməyə 
başlayır.  
1931-ci ilin payızında institutda tam əmək fəaliyyəti ilə  məşğul olmağa 
başlayır. 1932-ci ildə müstəqil «Tərsimi həndəsə  və  rəsmxət» kafedrasının 
yaranması ilə əlaqədar olaraq, bu kafedraya rəhbərlik etmək ona həvalə olunur. 
Onun gərgin fəaliyyəti nəticəsində kafedranın maddi-texniki bazası dövrün 
tələblərinə uyğun formalaşmağa başlayır, dərsliklər, metodiki tövsiyələr işlənib 
hazırlanır. Onun kafedraya rəhbərlik etdiyi dövrdə xüsusiləşdirilmiş auditoriyalar 
və laboratoriyalar təşkil olunur, dərs prosesləri coxlu sayda əyani və texniki 
vasitələrlə  təchiz olunur. Respublikada tanınmış mühəndis və  gənc mütəxəssislər 
kafedrada işləməyə dəvət olunurlar. 
1938-ci ildə V.F.Puzırevskinin metodiki fəaliyyəti nəzərə alınaraq SSRİ Ali 
Attestasiya Komissiyasının qərarı ilə ona kafedra üzrə dosent elmi adı verilir.  
1940-cı ildə  Ə.Məmmədov, V.F.Puzırevski və K.Məmmədov tərəfindən 
azərbaycan dilində «Tərsimi həndəsə» adlı ilk dərslik hazırlanııb nəşr olunur.  
Tükənməz enerji sahibi olan Vladimir Filipoviç 1942-ci ildə namizədlik 
dissertasiyası müdafiə edərək texnika elimlər namizədi alimlik dərəcəsi alır. 
 
Q.M.Bağırzadə və V.F.Puzırevski 
V.F.Puzırevskinin geniş elmi və  tədris 
fəaliyyəti, yaradıcılıq uğurları  qısa bir 
müddətdə onu respublikanın tanınmış  şəxs-
lərindən birinə çevirir. Ali məktəblər onu dərs 
deməyə dəvətlər göndərir.  
O, 1934-1942-ci illərdə Azərbaycan 
Dölət Universitetinin fizika-riyaziyyat fakül-
təsində, 1942-1944-cü illərdə Ali hərbi-də-
nizçilik məktəbində, Dəmiryol mühəndisləri 
institutunda «Tərsimi həndəsə» fənni üzrə 
dərslər aparır. V.F.Puzırevskinin olduqca gözəl 
əl  qabliyyəti vardı.  O,  lövhədə  çertyojları  elə


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
11 
səliqə ilə  çəkirdi ki, onlara yaradıcılıq  əsəri kimi baxmaq olurdu. Muhazirələri 
xüsusi tərzdə aparardı. Tələbələr onu maraqla dinləyərdilər.  
1965-ci ildə ona professor elmi adı verilmişdi. Bu adı o qürür hissi ilə 
daşıyırdı.  
Vladimir Filipoviç kafedrada çalışan Rəisə xanım  Əyyubova ilə ailə 
qurmuşdu. Onların bir övladı var — Eldar. O həkimdir. 
İnstitutun ictimai həyatında aktiv iştirak edirdi. 1942-ci ildən Elmi Şuranın 
üzvü olmuşdur. Ali məktəbin rəhbərliyi onun fikirlərinə  və  təkliflərinə xüsusi 
hörmət və ehtiramla yanaşırdılar. 
«Vışka» qazetinin 03.11.2006-cı  il tarixli nömrəsini oxuyanda Geologiya 
institutunun direktoru, akademik Akif müəllim  Əlizadənin müsahibəsində bir 
qeydə rast gəldim. (Akif müəllim bizim institutu bitirmişdir.) Jurnalist ona belə bir 
sual verir: «Sizə ali məktəbdə  dərs deyən müəllimlərdən  ən çox kimləri 
xatırlayırsınız?» Akademik bu suala geniş cavab verir, lakin mən bir bəndini 
göstərmək istəyirəm  —  «… ilk kurslarda “Tərsimi həndəsə” fənnindən bizə 
Puzırevski Vladimir Filipoviç adlı bir müəllim dərs deyirdi. Olduqca yadda 
qalan şəxsiyyət idi. Öz fənnini gözəl bilirdi və tələbələrdən təxminən bunu da 
tələb edirdi. Puzırevskidən keçmək, “Tərsimi həndəsə”dən məqbul almaq o 
demək idi ki, sən AzSİ-də təhsilini davam etdirə bilərsən…» 
V.F.Puzırevskinin böyük əmək fəaliyyəti dəfələrlə müxtəlif səviyyəli dövlət 
təltifləri ilə qiymətləndirilmişdir. Bu gün də onun yetirmələri  şərəflə müəllim-
lərinin yolunu davam etdirirlər. 
 
 
 
 
 
 
 
 


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə