Kafedrasi



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə30/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

 
İbrahim  Həbibov 
 
114 
onu tədqiqat və layihə institutuna konstruktor şöbəsinə keçirirlər. Burada böyük 
təcrübə toplayan Ədalət müəllim 1965-1966-cı illərdə Azkommunalayihə 
institutunda qazlaşdırma  şöbəsində mühəndis vəzifəsində çalışır və sonra 
Azərbaycan Neft Maşınqayırma elmi-tədqiqat və layihələndirmə institutunda 
(AzİNMAŞ) baş mühəndis vəzifəsinə köçürülür.  
Ədalət müəllim Azərbaycan Neft və 
Kimya institutunda 1972-ci ilin 22 
noyabrından işləməyə başlamışdır. O, 
müsabiqə yolu ilə “Rəsmxət” kafedrasına 
assistent vəzifəsinə  qəbul olunur və beş 
ildən sonra (1977-ci ilin 19 dekabrından)  
baş müəllim kimi çalışmağa başlayır. 
Ədalət müəllim professional metodist müəllim idi. O dərslərini elə yüksək 
səviyyədə aparırdı ki, mühəndislik ixtisasını ürəkdən sevməyərək instituta daxil 
olan tələbələr belə onun dərslərindən sonra öz peşələrinə tamamilə başqa müna-
sibət bəsləməyə başlayırdılar. O, tələbələrə rəsmxətin incəliklərini dərindən öyrədə 
bilirdi. 
Ədalət müəllim həmişə öz üzərində  işləyib biliyini, təcrübəsini artıran, 
məsuliyyətli, peşəkar müəllimlərdən idi. O, 20-dən çox elmi və elmi metodik 
işlərin müəllifidir. Bu işlər öz aktuallığını saxlamaqdadırlar.  
Ədalət müəllim gözəl ailə başçısı idi. Həyat yoldaşı Zemfira xanımla 1981-
ci ildə ailə qurmuşdular. Zemfira xanım da ixtisasca mühəndis idi, 1960-cı ildə 
Azərbaycan Neft və Kimya institutunu bitirmişdi.  Onların bir oğlu - Babayev 
Azər, bir qızı  - Babayeva Mətanət  və dörd nəvələri var.  Onlar Ədalət müəllimin 
istinad yeri idilər.  
Ədalət Babayev 26 yanvar 2003-cü ildə dünyasını  dəyişmişdir. Onun 
vəfatından bir az sonra Zemfira xanım  əbədiyyətə qovuşmuşdur.  
Ruhunuz şad olsun! 
 
 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
115 
 
ÖMRÜNÜ ÖVLADLARINA HƏSR EDƏN ANA,  
SƏDAQƏTLİ HƏYAT YOLDAŞI 
 
Sadıqova Rəfiqə Camal qızı 
 
Tələbəlik  illərimi xatırlayarkən, zaman 
ötdükcə hörmətini həmişə  əziz tutduğum, 
böyük məhəbbət və ehtiramla  yad etdiyim 
müəllimlər sırasında Ağa Sadıqov xüsusi 
önəm kəsb edir. Sonuncu kursda Ağa müəllim 
bizim qrupda «Əmək mühafizəsi və  təhlükə-
sizlik texnikası» fənni üzrə dərs aparırdı. Mən 
ilk gündən onun alicənablığı, mədəniyyəti və 
davranışına heyran olmuşdum. 
Qrupumuzun bütün tələbələri Ağa müəllimi XX əsrin ziyalısının 
ümumiləşmiş obrazı kimi qəbul edirdilər.  
1996-cı ilin yazında Ağa müəllim mənə yaxınlaşaraq özünə məxsus tərzdə, 
sakit səslə  və böyük ehtiramla həyat yoldaşı  Rəfiqə xanımın bizim kafedraya işə 
qəbul olunması təklifi ilə müraciət etdi. Mən ona söylədim ki, xanımınızın bizdə 
işləməsi hamımız üçün şərəfdir, lakin akademiyanın rəhbərliyinə müraciət etmək 
lazımdır.  Ağa müəllim bu sözün əvəzində söylədi ki, sizin razılığınız olmasa mən 
heç vaxt, heç kəsə müraciət etmərəm. Bu hərəkət, bu söhbət bir daha onun 
böyüklüyünü göstərdi.   
Sadıqova Rəfiqə Camal qızı Qarabağda geniş tanınan, məhşur bir ailənin 
qızıdır. O, 1944-cü il may ayının 17-də Füzuli şəhərində Hacıyev Camal Alış 
oğlunun ailəsində anadan olmuşdur. Hacıyev Camal Qarabağ bölgəsində yerləşən 
bir çox rayonlarda müxtəlif səviyyəli dövlət qulluqlarında çalışmışdır. Öz 
prinsipiallığı  və qayğıkeşliyi ilə hamının hörmətini qazanmışdır. O torpağına, 
xalqına çox bağlı bir insan idi. Camal müəllim 1970-ci ildə  vəfat etmişdir. 


 
İbrahim  Həbibov 
 
116 
Qarabağın, ona doğma olan Cəbrayılın, Füzulinin dəhşətli günlərini görməsə  də 
belə, 100% əminliklə deyə bilərəm ki, onun ruhu bu yerlərin, işğal altında olan, 
doğma ocaqlarının üzərində dövran edir. Ruhun şad olsun Camal müəllim! 
Rəfiqə xanımın anası Rəna xanım evdar qadın olmuşdur. Ailədə böyüyən  9 
uşağın (2 qız və 7 oğlan) tərbiyəsi, böyüyüb-başa çatması  Rəna xanımın üzərinə 
düşmüşdür. Hər iki valideyn uşaqların ali təhsilli, cəmiyyət üçün faydalı olmasında 
böyük zəhmət çəkmişdi. Onların övladlrı Füzuli və Bakı şəhərində müxtəlif elmi, 
pedaqoji, tibbi və dövlət qulluğu sahələrində  məsul vəzifələrdə çalışmış  və bu 
gündə çalışmaqdadırlar. 
Rəfiqə xanım 1951-ci ildə Füzuli şəhər orta məktəbin I sinfinə daxil olmuş 
və oranı 1963-cü ildə əla qiymətlərlə bitirmişdir. Həmin il ali məktəbə qəbul olmuş 
və 1968-ci ildə lifli materialların texnologiyası ixtisası üzrə tam kursu bitirmişdir.  
 
Ağa müəllim və Rəfiqə xanım 
Rəfiqə xanım 1968-ci ildə ADNA-nın aspirantı  Ağa Sadıqovla ailə 
qurmuşdur. Ağa Sadıqov aspiranturanı bitirib texnika elmlər namizədi alimlik 
dərəcəsi aldıqdan sonra ADNA-da əmək fəaliyyətini davam etdirmişdir. Az sonra 
bu gənc ailə SSRİ  Təhsil Nazirliyinin inkişaf etməkdə olan ölkələrə yardım 
məqsədilə qabaqcıl elmi-pedaqoji proqram çərçivəsində Əlcəzairə ezam edilir. Ağa 
müəllim  Əlcəzairin Bumerdes şəhərində yerləşən Milli Neft və Qaz institutunun 
«Qazıma və istismar» kafedrasında ilkin olaraq müəllim, sonradan kafedra mudiri 
vəzifəsində çalışır.  


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
117 
Əlcəzairə birinci səfərlərində bu cənc ailənin iki övladı (Oqtay və Natiq) 
dünyaya gəlir. Rəfiqə xanımın əsas vəzifəsi dünyalar qədər sevdiyi həyat yoldaşı 
Ağa müəllimə  və övladlarına qulluq etmək, onların sağlamlığının keşiyində 
durmaq, uşaqların təhsili ilə məşğul olmaqdan ibarət olur. Həmin illərdə Bumerdes 
şəhərində Sovetlər İttifaqı səfirliyinin təşkil etdiyi 8 illik orta məktəb var idi və bu 
ölkədə çalışan bütün mütəxəssislərin övladları burada təhsil alırdılar.  
1977-ci ildə Əlcəzairdə yaşayan zaman Rəfiqə xanımın üçüncü oğlu Samir 
dünyaya gəlir.  1981-ci ildə 5 illik müqavilə bitdikdən sonra Rəfiqə xanım ailəsi ilə 
birlikdə Bakıya qayıdır və Respublika Məişət Xidməti Nazirliyi sistemində olan 
müəssisələrin birində mühəndis vəzifəsində çalışmağa başlayır.  
1984-cü ildə  Ağa müəllim yenidən  ƏXDR-na ezam olunur. Əlcəzairdəki 
məktəbin 8 illik oluğundan bu dəfə ailənin böyük oğlu Oqtay Bakıda qalır. Rəfiqə 
xanım Natiq və Samirlə Bumerdesə gedirlər. Həmin il Samir I sinifdə, Natiq isə 
VII sinifdə təhsil almağa başlayırlar. 
1988-ci ildə növbəti ezamiyyət müddəti başa çatdığındın ailə Bakıya qayıdır. 
Ağa müəllim ADNA, Rəfiqə xanım isə    Məişət Xidməti Nazirliyində öz 
fəaliyyətlərini bərpa edirlər.  
Rəfiqə xanım 1994-cü ildə Ümumittifaq Təhlükəsizlik elmi-tədqiqat 
institutunda mühəndis, 1995-ci illərdə isə ADNA-nın hazırlıq fakültəsində 
metodist vəzifəsində çalışır.   
 


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə