Kafedrasi


MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə32/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   29   30   31   32   33   34   35   36   37

 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
121 
İnstitutun 2-ci kursundan bizi pambıq yığmağa Sabirabad rayonuna 
apardılar. Heç getmək istəmirdim. Amma bu bir ay o qədər maraqlı keçdi ki, 
düşünürəm, həyatımın ən maraqlı anları bu ayla bağlıdır. Hər səhər  tezdən rəfiqəm 
Tamilla ilə 1-2 kq pambıq yığıb, sonra onu yastıq formasına salıb yatırdıq. 
Atamın qaz təsərrüfatı sistemində  işlədiyindən bu rayonda dostları çox idi. 
Prorabları  hər gün mənə qazanla dolu ev xörəkləri gətirirdilər. Axşamlar isə 
diskoteka qurub oynayırdıq. Bütün kənd əhli yığışıb sanki teatra baxmağa gəlirdi. 
Kənd camaatı bizi növbə ilə qonaq çağırırdi. Beləliklə, 1 ay necə  gəlib keçdi
bilmədik. 56 kq çəki ilə pambığa yollanıb, 66 kq çəki ilə qayıtdım. 
Mən ikinci kursda oxuyanda nənəm birdən birə  xəstələndi və  qısa bir 
zamanda dünyasını dəyişdi. 84 yaşı vardı. Gümrah qadın idi, 7-ci mərtəbəyə ayaqla 
qalxıb düşürdü. Axır zamanlar bibimgildə qalırdı. Son dəfə ona dəyməyə gedəndə 
mənə bir fincan bağışladı, dedi pensiyama almışam, çay içəndə məni xatırlayarsan. 
İndi də bu finçanı  əzizləyib saxlayıram. Dekabrın 31-i  idi. Axşam atamı 
gözləyirdik ki, bayram süfrəsinin arxasına oturaq. Qapının zəngi çalınanda qapıya 
qaçdım. Atam içəri girib uşaq kimi hönkür-hönkür ağlamağa başladı  və söylıədi: 
«Nənə keçindi». Həyatımda ilk ağır itki ilə üzləşdim. Sevimli nənəmi beləcə 
itirdim... 
Anamın ağır xasiyyəti və bizləri daim nəzarətdə saxlamağı səbəbindən mənə 
yaxınlaşan oğlanları rədd edirdim. 5-ci kursun axırında gələcək həyat yoldaşımla 
tanış olduq. Cox görkəmli olduğundan və  əvvəllər heç kimlə ünsiyyətdə 
olmadığımdan ona qarşı məndə ülvi hisslər yarandı. O məni evə ötürməyə başladı. 
Əmək fəaliyyətimə Bakı radiozavodundan başlamışam. Həmin il Uranla 
nişanlandım. Yadımdadır, evimizə elçiliyə dörd nəfər xanım gəlmişdi. Onlar adlı-
sanlı  Aşurbəylilər nəslindən idilər. Buna baxmayaraq anam Uranla şəxsən tanış 
olmaq istədiyini, sonra cavab söyləyəcəyini bildirdi. Ertəsi gün anam rəhmətliklə 
görüşdü və evə gəlib mənə dedi: «Ona ərə getmə, ürəyim rahat deyil». Lakin bu 
dəfə mən öz xarakterimi göstərərək dedim: «Razılaşmasanız, qaçacağam».  


 
İbrahim  Həbibov 
 
122 
1990-cı ildə, «İnturist» restoranında toyumuz oldu. Oğlumuz Sadiq dünyaya 
göz açdı. Bu adı ona yoldaşım qoydu. Əvvəlcədən danışmışdıq ki, qızımız olsa 
onun anasının, oğlumuz olsa mənim atamın adını qoyaq. 
Atamın sevincinin həddi-hüdudu yox idi. O, Urandan çox sevinirdi. 
Xəstəxanadan məni evə aparmağa gələndə atam o vaxt dəbdə olan «Çayka» 
markalı dövlət maşını sifariş etmişdi. O da, yoldaşım da təzə  bəyə oxşayırdılar. 
Balaca Sadiqi qucağına kimin götürəcəyi uğrunda  bəhsə girmişdilər.Yoldaşımın 
mənə gül dəstəsi verməyə başı qarışan kimi atam gənc oğlan çevikliyi ilə tibb 
bacısına şirinlik verib körpəni qucağına aldı.  
Mən işləmək istəyirdim, lakin atam razılıq vermirdi. Onda İbrahim müəllim  
ona başa salırdı ki, institutda yaxşı oxuyub, boş yer həmişə olmur, qoy mənim 
yanımda işləsin. Uşağa baxmaq üçün hər cür imkan yaradarıq. 
İbrahim müəllimin sözündən atam keçə bilmədi. Beləcə 2003-cü ildə 
ADNA-nın «Mühəndis qrafikası»  kafedrasında baş laborant vəzifəsində işləməyə 
başladım. Bu arada ikinci oğlum Həsən dünyaya göz açdı, lakin mən işdən 
ayrılmadım. Körpəni Tanya adlı dayənin yanında qoyub işləyirdim. Az sonra 
müsabiqə yolu ilə assistent vəzifəsinə keçdim. 
 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
123 
Atam dünyasını  dəyişəndə 64 yaşı vardı. O, heç cür öləcəyi ilə barışmaq 
istəmirdi. Axı 64 yaş həyat eşqi ilə qəlbi dolu kişi üçün nədir ki? 
Yadımdadır, həmin gün axşam ona dəyməyə getdim. Ağır nəfəs alırdı. Atam 
Sadiqi görmək istədi. Mən dedim ki, yatıb, indi gedib durquzaram, gələr. Onda 
Sadiqin 13 yaşı var idi. Atam icazə vermədi, dedi: «Durquzma, özün də evə get. 
Uşaqları  tək qoyma». Mən tərpənmədim. Atam yavaşca dedi: «Məni 
əsəbiləşdirmə, uşaqların yanına get». Mən çıxanda atam dedi: «Əyil».  Əyiləndə 
məni öpdü. O halsız, taqətsiz, can verən insanın bu güclü öpüşü məni indi də 
yandırıb yaxır. O zaman bu qüvvət ona hardan gəldi ki, məni belə bərk öpdü?... 
Evə yollandım. Səhərə yaxın bacım zəng vurdu ki, gəlin, son nəfəsidir. 
Amma mən çatmadım. Hələ  də niyə atama qulaq asıb evə getdiyimi özümə 
bağışlaya bilmirəm. Hətta bacılarımın və anamın mənə sən xəstə idin, allah-təala 
belə  məsləhət bilib desələr də. Allah heç kimə itki qismət etməsin. Atamın 
dünyadan köçməsi mənə ağır dərd oldu, axı o mənim ən yaxın dostum, həmdəmim, 
qardaşım  idi. 
Beləcə günlər bir-birini əvəz etməyə başladı. Başımı  işlə  və  uşaqlarımla 
qatırdım. Kafedra müdirimiz mənə bu ağır günlərimdə yaxın həmdəm oldu. 
Yenidən yoldaş, qardaş, ata...bir sözlə onun simasında özümə dayaq, arxa tapdım.  
Kafedrada yaşanan mehribançılıq və qarşılıqlı hörmət prinsipi hər birimizi 
işə tələsməyə sövq edirdi. 
Mənim addımbaadım, pillə-pillə inkişafımda bütün kollektivin - rəhmətlik 
Valentina Yejkovadan, laborant qızlarımızdan tutmuş, ağsaqqal müəllimlərə qədər 
hər bir insanın əməyi var. Yadımdadır, 2011-ci ilin əvvələrində dissertasiya işimin 
müdafiəsi  ərəfəsində laborant qızların otağına «köçmüşdüm». Biri mənə yemək 
hazırlayır, digəri kompüterdə yazılarımdakı  səhvlərimi yoxlayır, biri də 
sənədlərimi qaydaya salmağa kömək edirdi. Bəzən Rəbiyə mənə görə evə gec də 
gedirdi. Hər bir əməkdaşımıza minnətdaram.  
Kafedra müdirimiz, professor İbrahim müəllim barədə ayrıca danışmaq 
istəyirəm. O olmasaydı, mən bəlkə  də müdafiə etmək həvəsinə  də düşməzdim. 
Onun mənimlə söhbətləri,  savadlı olduğuma və  hər bir sahədə  uğur qazanmağa 


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə