Kafedrasi



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə33/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   29   30   31   32   33   34   35   36   37

 
İbrahim  Həbibov 
 
124 
inandığını deməsi məndə  məsuliyyət hissini gücləndirirdi. Hərdən zarafata salıb 
deyirdim: «Siz məni axırda döyə-döyə alim edəcəksiniz».  
Tədqiqat illərində daim mənimlə  bərabər müxtəlif neftçıxarma idarələrinə, 
mədənlərə gedər, məni məsul şəxslərdən tutmuş fəhlələrədək hamı ilə tanış edərdi. 
Ölkəmizdə  və xaricdə keçirilən müxtəlif elmi-texniki konfranslarda çıxışlar 
edirdim. 2010-cu ildə Sankt-Peterburqda keçirilən beynəlxalq forumda fərqlənmə 
diplomuna layiq görüldüm. 2011-ci ilin noyabr ayında müdafiəyə çıxdım.  
 
Gülnarə xanım övladları Sadiq və Həsənlə 
Ümumiyyətlə  həyatımdan razıyam. Düşünürəm ki, insan pozitiv, optimist 
olmalı, pis şeyləri tez unutmalı, yaxşı şeyləri isə daim yadında saxlamalıdır. Yalnız 
belə olduqda işlərin qaydasında olacaq, auran müsbət olacaq, insanlar sənə  tərəf 
can atacaq, yaşamaq asanlaşacaq.  
Allah mənə 2 gözəl bala qismət edib. Sadiq Xüsusi Dövlət Mühafizə 
Xidmətində əsgərlikdədir. Kiçik  oğlum Həsən tam başqa uşaqdır. O, Sadiq kimi 
sakit təbiətli deyil, çox aktivdir, dərs  əlaçısıdır, sinif nümayəndəsidir,  şəkli 
məktəbin  Şərəf lövhəsindədir. Xasiyyətcə özümə oxşayır. Rəqslə  məşğul olur. 
Böyüyəndə alim-zooloq olmaq istəyir. 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
125 
Keçən il oğlum Sadiqi  sevib seçdiyi qızla nişanladım.  Əvvəldən demişəm 
ki, uşaqlarımın seçiminə müdaxilə etməyəcəm. Düzünə qalsa, gəlinim ürəyimcədir, 
çox mehriban qızdır. Həmişə  oğluma başa salmağa calışıram ki, hər  şey sənin 
özündən  asılıdır. Ailəni kişi idarə etməlidir.  
Çətinliyim olanda, çıxılmaz vəziyyətlərə düşəndə, cavabını tapmadığım sual 
qarşısında qalanda  tez İbrahim müəllimin yanına qaçıram. O həmişə bu sualların 
cavabını bilir. Allahımdan razıyam kı, mənim arxamda belə müdrik insan dayanıb. 
Ona görə  də  həyatda çox şeyə nail olmuşam. Özümü xoşbəxt sayıram. Bir 
müdrikin dediyi kimi, hər səhər həvəslə  işə, hər axşam da eyni həvəslə evə 
tələsirəm. Bundan sonra başlıca məqsədim uşaqlarımı sağlam ruhlu, gözəl 
tərbiyəli, vətənə layiqli, həyatda yerini və  nə istədiyini bilən oğullar kimi 
böyütməkdir.  
Böyük oğlumun bu yaxında mənə dediyi «Düz deyirsən, Prezidentin fəxri 
qarovulunda xidmət çətindir, lakin şərəflidir. Mən ailə saxlamalıyam, işə 
düzəlməliyəm, pul qazanmalıyam» sözləri qəlbimi qürurla doldurdu.  
Kiçik oğlum isə deyir ki, mən nəsli kəsilmək üzrə olan heyvanları 
araşdırmaq üçün Avropaya gedəcəyəm, bunun qarşısını almaq sahəsində böyük 
işlər görəcəyəm.  
Bu cür arzularla və məqsədlərlə yaşayan övladların anası olmaq böyük şərəf 
və xoşbəxtlik  deyilmi?» 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
İbrahim  Həbibov 
 
126 
 
QEYRƏTLİ OĞUL, MEHRİBAN QARDAŞ VƏ EHTİBARLI DOST  
 
 
İsmayılov Elçin Qərib oğlu 
1997-ci ilin sonuna yaxın kafedramızın baş 
müəllimi Nailə xanım mənə yaxıınlaşaraq 
qonşularından birinin oğlunun ADNA-da oxuduğunu 
və onun müəyyən problemi olduğunu bildirərək, 
köməklik göstərməyimi xahiş etdi. Problemin nədən 
ibarət olduğunu öyrənmək məqsədi ilə    tələbənin 
mənim yanıma gəlməsini bildirdim.  
Ertəsi gün Nailə xanım mənim yanıma hündür boylü, kifayət qədər cüssəli 
bir tələbə ilə yaxınlaşdı və onu Elçin İsmayılov kimi təqdim etdi. İlk baxışdın və 
qısa söhbətimizdən sonra həmin tələbənin yüksək  ədəb-ərkan, tərbiyə  sahibi 
olduğunu müəyyən etdim və ona lazımi köməklik göstərəcəyimi bildirdim. 
Problemin nədən ibarət olduğu indi yadımda olmasa da bu hadisədən sonra Elçin 
ilə mənim xoş münasibətlərim yarandı.  
İsmayılov Elçin Qərib oğlu 1975-ci il may ayının 21-də Ermənistanın Spitak 
rayonunda anadan olub. 1982-ci ildə Bakı şəhərində orta məktəbə getmiş, 1992-ci 
ildə orta məktəbi bitirmişdir. 
1997-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Qaz-neft mədən” 
fakültəsinə daxil olmuş, 2001-ci ildə oranı bakalavr pilləsi üzrə bitirmişdir. Həmin 
ildə  də ADNA-nın QNMF-nin magistraturasına daxil olmuş, 2003-cü ildə oranı 
fərqlənmə diplomu ilə bitirmişdir.  
Maqistraturada oxuduğu  müddətdə Elçin tez-tez kafedraya gələrək onun 
həyatında aktiv fəaliyyət göstərirdi. Bu münasibətlərin qarşısında mən ona 0,5 ştat 
baş laborant vəzifəsində çalışmağı  təklif etdim. Onun razılığından  sonra  bu 
məsələ öz müsbət həllini tapdı.  
2003-cü ildə E.İsmayılov bizim kafedraya müsabiqə yolu ilə assistent 
vəzifəsinə seçilmişdir. Hal-hazırda da həmin vəzifədə çalışır. 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
127 
Elçin müəllim ailədə böyük oğul olaraq onun bütün problemlərinin həllində 
iştirak edir. Son illər ailənin başçısı olan Qərib müəllimin səhhətində yaranan 
problemlər Elçini çox narahat edir. Atasını  xəstəxanaya yerləşdirərkən onun göz 
yaşı axıtdığının  şahidi olmuşam. Qardaşı Eldara olan münasibəti çoxları üçün 
örnək ola bilər.  Bu bir epizoddur, lakin insanın daxili dünyasnı göstərir. 
O, kafedrada çalışan müəllimlərə  və texniki personala yüksək hörmət 
bəsləyərək  həmişə yararlı olmağa çalışır.  
İşlədiyi müddət  ərzində o, özünü intizamlı  işçi, yaxşı pedaqoq kimi 
göstərmişdir, kafedranın  əməkdaşları arasında dərin hörmət qazanmışdır. Elçin 
ADNA-nın və NMF-nin bütün tədbirlərində yaxından iştirak edir. Bu müddət 
ərzində o, kafedranın elmi-tədqiqat işlərində aktiv iştirak etmişdir. 
 
İsmayılov Elçin Qərib oğlu  12  elmi  işin, o cümlədən 1 monoqrafiyanın, 6 
məqalənin, tezis və konfrans materiallarının müəllifidir. 
Evlidir. İki övladı var. 
 
 
 


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə