Kafedrasi



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə34/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   29   30   31   32   33   34   35   36   37

 
İbrahim  Həbibov 
 
128 
 
DÖVRÜNÜN ZİYALISI, MÜHƏNDİS VƏ PEDAQOQ 
 
 
Fukson Herts Abramoviç 
Fukson Herts Abramoviç 1922-ci il noyabrın 15-
də Bakı  şəhərində qulluqçu ailəsində anadan olub. O, 
1925-1930-cu illərdə valideynləri ilə birlikdə  İranda 
yaşamışdır. Valideynləri SSRİ-nin  İrandakı  səfirliyinin 
Ticarət nümayəndəliyində işləyirdilər. Herts Abramoviç 
1939-cu ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye 
İnstitutunun «Qazneftmədən» fakültəsinə daxil olmuş-
dur,    lakin   Böyük   Vətən  müharibəsinin  başlanması 
ilə  əlaqədar, təhsilini yarımçıq qoyaraq 1941-ci ildə  cəbhəyə getmişdir. O, Sovet 
Ordusu sıralarında böyük döyüş yolu keçmişdir.  Əvvəlcə müdavim, sonradan 
tağım komandiri, batalyon komandiri, diviziya qərargahı  rəisinin köməkçisi 
olmuşdur.  O «За  оборону  Кавказа», «За  победу  над  Германией», «20 лет 
победы над Германией» medalları ilə təltif olunmuşdur. 
Müharibədən sonra 1946-cı ildə  təhsilini davam etdirmiş,  təhsil aldığı 
müddətdə «Stalinneft»də, «Leninneft»də müxtəlif vəzifələrdə çalışmışdır. 1950-ci 
ildə institutu bitirdikdən sonra «Stalinneft»də əvvəlcə usta, sonra isə 1953-1959-cu 
illərdə mədənlərdə baş mühəndis və rəis müavini işləmişdir. 
1959-cu ildən  ştanqsız quyu nasosları üzrə XKB-da mühəndis, layihə 
rəhbəri vəzifələrində çalışmışdır.  
Q.A.Fukson 1965-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1967-ci 
ildə müsabiqə yolu ilə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutunun 
«Mühəndis qrafikası» kafedrasına dosent vəzifəsinə işə qəbul olunmuş və burada 
1993 -cü ilə qədər çalışmışdır. 
O, 1969-cu ildə N.E.Bauman adına Moskva Ali Texniki Məktəbdə 
ixtisasartırma kurslarında olmuşdur. 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
129 
Fukson Herts Abramoviçin həyat yoldaşı Midviani Elena Qeorqiyevna 
ingilis dili üzrə mütəxəssis idi. Onların bir oğlu (Aleksandr) və bir qızı (Anna) var. 
Poçt markaları  yığmaq onun hobbisi idi. O, Azərbaycan filatelistlər 
cəmiyyətinin üzvü olaraq beynalxalq konfranslara dəvət alardı. Bir neçə dəfə mənə 
markalarını gostərmişdi.   
H.A.Fuksonla mənim xoş münasibətlərim vardı. O mənə öz köməkliyini heç 
vaxt əsirgəmirdi. Kafedrada işlədiyim ilk illərdə «Tərsimi həndəsə» fənninin çətin 
bölmələrini mənə dəfələrlə izah edərdi. Bunun olduqca korrekt və diqqətlə edərdi 
ki, məndə sıxıntı yaranmasın. 
SSRİ dağılandan sonra bir çoxları kimi H.A.Fukson da ailəsi ilə birlikdə 
Azərbaycanı tərk etdilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
İbrahim  Həbibov 
 
130 
 
MÜHƏNDİS, ALİM VƏ PEDAQOQ 
 
 
Əliyeva Marina Lipmanovna  
 
Əliyeva Marina Lipmanovna  1935-ci il aprelin 5-də 
Amur vilayətinin Svobodnıy şəhərində anadan olub, sonra 
Leninqrad  şəhərində yaşayıb. 1943-cü ildə Moskva 
şəhərində 1-ci sinfə gedib. 1944-1951-ci illərdə 
Leninqradda orta məktəbdə oxuyub. 1951-ci illərdə ailəsi 
ilə birlikdə Bakıya köçüb.  
1953-cü ildə Bakıda 134 saylı orta məktəbi gümüş medalla bitirib. Məktəbin 
sonuncu sinfində oxuyarkən Marina xanım mühəndis olacağını  dəqiqləşdirmişdi. 
Bu səbəbdən həmin il  Azərbaycan Politexnik inistitutunun «Dəmir yol nəqliyyatı» 
fakültəsinə daxil olur və 1958-ci ildə institutda Körpü və Tunellərin inşaat ixtisası 
üzrə tam təhsilni başa vurur.  
Marina xanım təyinat üzrə  1958-1961-ci illərdə Azərbaycan Su Təsərrüfatı 
dövlət layihə institutunda mühəndis işləyib və sonradan 1961-66-cı illərdə 
Dənizneftlayihə elmi-tədqiqat institutunda əvvəlcə  mühəndis, sonradan isə böyük 
mühəndis vəzifəsində çalışıb. Müəllimliyə olan böyük məhəbbət onu 1966-cı ildə 
Ümumittifaq yeyinti sənayesinin qiyabi institutunun Bakı filialına gətirir və o
burada 1967-ci ilə qədər «Mühəndis qrafikası» kafedrasında  müəllim vəzifəsində 
çalışır. 
1966-cı ildən M.Əzizbəyov adına Neft və Kimya institutunun «Tərsimi 
həndəsə» kafedrasında vakant assistent vəzifəsini tutmaq üçün müsabiqə elan 
olunur. Marina xanım bu müsabiqədə  iştirak edir və qalib olur. O,  1983-cü ilə 
qədər «Mühəndis qrafikası» kafedrasında assistent vəzifəsində çalışıb. 
O, 1969-cu ildə  Bauman adına Moskva ali texniki məktəbdə ixtisasartırma 
kurslarında olmuşdur. Bir il sonra Əliyeva M.L. 1970-ci ildə Moskva Aviasiya 
institutunun aspiranturasının qiyabi şöbəsinə  qəbul olunur və 1977-ci ildə böyük 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
131 
müvəffəqiyyətlə texnika elmlər namizədi adını almaq üçün dissertasiya işi müdafiə 
edir. 
1983-cü ildə «Mühəndis qrafikası» kafedrasında onu baş müəllim vəzifəsinə, 
1989-cü ildə isə dosent vəzifəsinə seçirlər. 
Marina xanım ziyalı bir ailədə tərbiyə almışdır. Onun atası Lyandres Lipman 
İzrailoviç  Azərbaycan Politexnik institutunun «Geodeziya» kafedrasının müdiri 
işləyib. O, 1955-ci ildə  vəfat edib. Anası Lyandres Fanya Moyiseyevna isə 
Azərbaycan Dövlət Universitetində ingilis dilindən dərs deyib. 
Marina Lipmanovna 1968-ci ildə  Əliyev Zaur ilə ailə  həyatı qurub. Mən 
institutun birinci kursunda oxuyanda Zaur müəllim “Neft-mexanika” fakültəsinin 
dekanı idi. Onların  iki  oglu var.  
Marina xanım 1990-cı ildə öz xahişi ilə işdən azad olunmuşdur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə