Kafedrasi



Yüklə 19,74 Kb.

səhifə5/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   37

 
İbrahim  Həbibov 
 
16 
də metodiki rəhbərliy»ə, «Qeyri-Nyuton neftli yataqların işlənməsi  və istismarının 
xüsusiyyətləri» adlı metodiki göstərişə, habelə VI Beynəlxalq neft konqresində 
dinlənilmiş xüsusi məruzələrin siyahısına daxil edilmişdir.  
Professor  Z.Əhmədovun neft-qaz sənayesi üçün yüksək ixtisaslı kadrlar 
hazırlanmasında da çox böyük xidmətləri olmuşdur. O, 1965-ci ildən ADNA-da 
assistent, baş müəllim, dosent vəzifələrində işləmişdir. 
 
1971-ci ildə Zaur müəllim «Rəsmxət» kafedrasına müdir vəzifəsinə  təyin 
edilmişdir. 1975-cı ildə «Rəsmxət» və «Tərsimi həndəsə» kafedraları «Mühəndis 
qrafikası» adı altında birləşdirilir və ona rəhbərlik etmək professor Z.M. 
Əhmədova həvalə edilir.  Zaur müəllim 1973-1979-cu illərdə keçmiş SSRİ-nin 
neft, qaz, neft-kimya sənayesi sahələri üçün təşkilatçılar hazırlayan yeganə 
fakültənin dekanı, 1979-1991-ci illərdə «Qazneftmədən» fakültəsinin dekanı 
olmuş, 1993-cü ildən 2011-ci ilin sentyabr ayınadək ADNA-nın tədris işləri üzrə 
prorektoru vəzifəsində çalışmışdır.  
O, 1996-2001-ci illərdə namizədlik və doktorluq dissertasiyalarının 
müdafiəsi üzrə Ali Attestasiya Komissiyasının ADNA-nın nəzdində yaratdığı 
ixtisaslaşdırılmış Elmi Şurasının sədri olmuşdur. Hal-hazırda ali təhsilin, tədris 
prosesinin mahir bilicisinə və təşkilatçısına çevrilmişdir.  
Z.M.Əhmədov bu gün də öz bilik və bacarığını, parlaq zəkasını gənclərin elmi 
yaradıcılığının və dünya görüşlərinin formalaşmasına, yüksək ixtisaslı mütəxəssis 
kimi yetişməsi işinə sərf edir, təhsilin, neft elminin inkişafı üçün böyük səy göstərir. 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
17 
 
 
 
 
Həsənov Əli Qulamhüseyn oglu 
 
Mən həmişə  Əli müəllimi Allah tərəfindən 
sevilib seçilən insan hesab etmişəm. Onun həyat 
yolu uğurlu və yaşadığı ömür şərəfli idi. Sadə, lakin 
zəhmət sevər bir ailədə dünyaya göz açan bu insan 
yüksək səviyyəli dövlət qulluqçusuna qədər 
yüksəlmiş, elmin zirvələrini fəth edə bilmişdir.    
Həsənov Əli Qulamhüseyn oglu 1927-ci ildə Bakı şəhərində fəhlə ailəsində 
anadan olmuşdur. Atası Həsənov Əliqulam kişi dəmir yolunda fəhlə işləmişdir və 
1929-cu ildə  vəfat etmişdir. Anası inqilaba qədər evdar qadın olmuş, sonrakı 
illərdə və Böyük Vətən müharibəsi dövründə Bakıda trikotaj  və tikiş fabriklərində 
işləmişdir.  
Həsənov  Əli 1945-ci ildə    Bakı  şəhərində  1 saylı orta məktəbi  bitirmiş
həmin ildə  də M.Əzizbəyov adına  Azərbaycan Sənaye institutunun “Neft-
mexanika” fakültəsinə  daxil olmuşdur. O, 1950-ci ildə institutu bitirmiş  və 
aspiranturaya qəbul olana qədər Lenin adına avtotəmir zavodunda işləmişdir. 
1950-ci ilin dekabr ayında Moskva Avtomexanika institutunun aspirantura-
sına qəbul olunmuşdur.  Tədqiqat işlərinin uğurlu nəticələri və Əli müəllimin bilik 
səviyyəsi nəzərə alınmaqla ona eyni zamanda işləməyə icazə verilmişdir. 
Əli müəllim 1952-53-cü illərdə Moskvada Lixaçev adına avtomobil 
zavodunda işləmişdir. Aspiranturanı bitirdikdə namizədlik dissertasiyasını  uğurla 
müdafiə etdikdən sonra, onu Bakıya doğma institutuna işləməyə göndərmişdilər. 
1955-59-cu illərdə gənc alim institutun «Maşın avadanlıqları» kafedrasında 
assistent vəzifəsində çalışmağa başlayır və 1955-ci ilin yanvar ayında həmin 
kafedrada dosent vəzifəsinə təyin olunur.  
Əli müəllimin bundan sonrakı  həyatı onun çalışqanlığı  və  zəhmətkeşliyinə 
uyğun olaraq pillə-pillə artmağa, yüksəlməyə doğru inkişaf edir.  İlkin olaraq onu 


 
İbrahim  Həbibov 
 
18 
“Neft-mexanika”  fakültəsinin  dekan  müavini  vəzifəsinə  təyin  edirlər.  O, 1962-
65-ci illərdə institutun ümumtexniki fakültəsinin dekanı olur.  
1968-1972-ci illərdə  Əli müəllim Azərbaycan Kommunist Partiyasının 
Mərkəzi Komitəsində elm və  tədris müəssisələri  şöbəsində müdir müavini 
vəzifəsində çalışmışdır. 
Həsənov  Əli Qulamhüseyn oglu 1957-ci ildə ailə  həyatı qurmuşdur. Onun 
həyat yoldaşı Həsənova  Züleyxa Rza qızı (1934-cü il təvəllüdlü) ixtisasca həkim 
olmuşdur. O da həyat yoldaşı kimi elmə böyük maraq göstərirdi, 1957-ci ildə 
müvəffəqiyyətlə dissertasiya işi müdafiə edərək tibb elmləri namizədi adı almışdır. 
Əli müəllim və Züleyxa xanımın 3 övladı var. Qızları Sevinc 1959-cu ildə, 
oglu Namiq 1961-ci ildə, sonbeşiyi Orxan isə 1984-cü ildə anadan  olmuşdur.  
Namiq bizim institutun aspirantı olmuşdur. Texnika elmlər namizədidir.  
1972-76-cı illərdə Əli müəllimi Çingiz İldırım  adına Azərbaycan  Politexnik 
institutuna  prorektor vəzifəsinə  təyin edirlər.  İnzibati işlər onu elm və  tədris 
prosesindən ayırmır. O, paralel olaraq həmin institutun «Maşın avadanlıqları»  
kafedrasında  professor  vəzifəsində çalışır. 
Professor 1981-86-cı illərdə «Mühədis qrafikası» kafedrasında kafedra 
müdiri vəzifəsində  çalışmışdır. Onun xoş xasiyyəti, insanları ələ almaq qabiliyyəti
işgüzarlığı kafedranın əməkdaşları tərəfindən bu gün də yada salınır. Əli müəllim 
olduqca səliqəli bir insan idi. Hər bir sənədi, kiçicik kağızı hara qoyduğunu və ya 
kimə verdiyini dəqiq bilirdi.  İnstitutda, fakültədə hamı ona böyük hörmət və 
ehtiramla yanaşırdı.  
Əli müəllim tədris işlərini mükəmməl bilən, yaxşı təşkilatçı, qanun-qaydaya 
ciddi riayət edən, gözəl metodist idi. O, 5 dərslik,  10-dan çox dərs vəsaiti və coxlu 
metodik vəsaitlərin, elmi məqalələrin müəllifidir. Onun səmərəli elmi-pedaqoji 
fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. Həyatının 
sonuna qədər o Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü  olmuşdur.  
Professor Həsənov Əli Qulamhüseyn oglu 2003-cü ildə vəfat etmişdir.  
 
 
 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə