Kafedrasi


MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI



Yüklə 19,74 Kb.

səhifə6/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   37

 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
19 
 
YÜKSƏK ƏXLAQİ KEYFİYYƏTLƏRƏ MALİK İNSAN 
 
 
Bünyadov Sabir Bünyad oğlu 
Bünyadov Sabir Bünyad oğlu 1933-cü ildə 
Göyçay rayonunda anadan olmuşdur. Onun uşaqlıq 
və  məktəb illəri Azərbaycanın bu səfalı guşəsində 
keçmişdir.   
1950-ci ildə Göyçay rayonunda orta məktəbi 
bitirdikdən sonra Bakı Neft Texnologiya texnikumu-
na daxil olub oranı 1953-cü ildə bitirmişdir. 
Onun atası Bünyadov Bünyad Yaqub oğlu  Böyük Vətən müharibəsi  əlili 
olmuşdur. Anası Bünyadova Səfurə Şamil qızı öz həyatını övladlarının tərbiyəsinə 
həsr etmişdir.  
Texnikumu bitirdikdən sonra Sabir müəllim əmək fəaliyyətinə (1953-1962-
ci illərdə) Leytenant Şmidt adına maşınqayırma zavodunda başlamışdır. O, həmin 
zavodda  əvvəlcə texnoloq, sonra növbə  rəisi, daha sonra isə  ştanq sexində  rəis 
vəzifəsində çalışmışdır. Bu müddət ərzində 20-dən çox səmərələşdirici təklif irəli 
sürmüşdür. 
1956-cı ildə o, istehsalatdan ayrılmamaqla öz təhsilini davam etdirmək üçün 
M.Əzizbəyov adına Neft və Kimya institutunun «Neft-mexanika» fakültəsinə daxil 
olur. 1962-ci ildə oranı bitirdikdən sonra, böyük istehsalat təcrübəsi olduğu nəzərə 
alınmaqla, institutun «Metallar texnologiyası» kafedrasına işə dəvət olunur. 
1963-cü ildə müsabiqə  əsasında baş müəllim seçilir. Elmi-tədqiqat işlərinə 
olan böyük marağı onu aspiranturaya daxil olmağa həvəsləndirir. Bütün varlığı ilə 
tədqiqatlara başlayan Sabir müəllim 1967-ci ildə  «Исследование  сплавов  на 
цинковой  основе  применительно  к  условиям  работы  некоторых  деталей 
нефтяного  оборудования» mövzusunda namizədlik dissertasiyası müdafiə edir. 
Onun bu uğuru M.Əzizbəyov adına Neft və Kimya institutunun rəhbərliyi 


 
İbrahim  Həbibov 
 
20 
tərəfindən layiqincə qiymətləndirilir və 1969-cu ildə Sabir müəllim «Metallar 
texnologiyası» kafedrasına müsabiqə əsasında dosent seçilir.  
1973-cü ildə S.Bünyadov Moskva Polad və  Xəlitələr institutunda 
ixtisasartırma kurslarını müvəffəqiyyətlə başa vuraraq öz elmi-pedaqoji fəaliyyə-
tini genişləndirir. 
Sabir müəllim institut və  şəhər səviyyəsində böyük ictimai fəaliyyət 
göstərirdi. O, institutun Xalq Nəzarəti komitəsinin sədri, Nəsimi rayon və Bakı 
şəhər xalq nəzarəti idarələrinin daimi üzvü idi. Onun obyektivliyi  və  düzgünlüyü 
hamı tərəfindən qeyd edilirdi.  
 
Sabir müəllim 1976-1985-cı illərdə «Metallar texnologiyası» kafedrasının 
müdiri  vəzifəsində çalışmışdır. 1986-cı ildə «Mühəndis qrafikası» kafedrasına 
müdir vəzifəsinə seçilmiş və 1992-ci ilə qədər bu vəzifədə  fəaliyyət göstərmişdir. 
Bünyadov Sabir  yüksək erudisiyalı, geniş dünya görünüşünə malik alim 
olaraq çalışdığı böyük kollektivin hörmətini qazanmışdır.  
 
 
 
 
 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
21 
 
GÖRKƏMLİ   ALİM, MEHRİBAN  OĞUL VƏ ATA 
 
 
Bəxtiyarov Səyavur İsfəndiyar oğlu 
Bəxtiyarov Səyavur  İsfəndiyar oğlu 
1952-ci il may ayının 18-də Bakı  şəhərində 
ziyalı ailəsində anadan olmuşdur.   
Onun atası  İsfəndiyar Bəxtiyar oğlu 
(1925-ci il təvəllüdlü) mətbəədə retuşçu işləyib. 
Anası Hüseynova Züleyxa (1932-ci il təvəllüdlü) uşaq baxçasında tərbiyəçi 
işləyib. Bu ailədə Səyavur müəllimdən başqa iki qız uşağı da böyüyürdü -1953-cü 
il təvəllüdlü  Gülnaz və 1959-cu il təvəllüdlü Gülsədəf. Səyavur Bəxtiyarov Bakı 
şəhəri 18 saylı orta məktəbi bitirdikdən sonra 1969-cu ildə Azərbaycan Neft və 
Kimya institutunun “Qazneftmədən” fakültəsinə daxil olmuş  və 1974-cü ildə 
institutu fərqlənmə diplomu ilə bitirmişdir. O, 1975-ci ildə aspiranturaya daxil 
olmuş, 1978-ci ildən «Nəzəri mexanika» kafedarsında assistent vəzifəsində 
çalışmışdır. 1983-cü ildə müsabiqə  əsasında kafedrada dosent vəzifəsinə 
seçilmişdir. «Nəzəri mexanika» kafedrasında işlədiyi müddətdə o özünü yüksək 
pedaqoji qabiliyyətə malik savadlı  və vicdanlı müəllim kimi göstərmişdir. Onun 
gərgin əməyi nəticəsində 10-dan çox tədris-metodik iş hazırlanmışdır.  
Gənc yaşlarından aktiv elmi fəaliyyətlə  məşğul olan Səyavur müəllim qısa 
bir müddətdə hidromexanika və reologiya sahəsində  dərin professional biliklər 
qazanaraq respublikamızda və ondan kənarlarda tanınmış mütəxəssisə çevrilir. 
Onun 40-dan çox elmi işi müxtəlif səviyyəli nəşrlərdə çap olunur. 1982-ci ildə onu 
Britaniya reoloqlar cəmiyyətinə üzv seçirlər.  
Səyavur müəllim 1991-ci ildə müvəffəqiyyətlə doktorluq dissertasiyasını 
müdafiə etmiş və texnika elmlər doktoru alimlik dərəcəsi almışdır. 
1992-94-cü illərdə «Mühəndis qrafikası» kafedrasında müdir işləmişdir. O, 
kafedranın, eləcə  də akademiyanın professor-müəllim və  tələbə heyəti arasında 
yüksək nüfuz qazanmışdır. 
Səyavur müəllim gözəl ailə başçısıdır. Onun bir oğlu, bir qızı  və 2 nəvəsi 
var. O, hal-hazırda Amerika Birləşmiş Ştatlarında yaşayır. 


 
İbrahim  Həbibov 
 
22 
 
SƏNƏTİNİN  VURĞUNU, ÖVLADLARININ DOSTU 
 
 
İsmayılov Cahangir Xalıq oğlu 
Cahangir müəllim haqda olan bu yazımı 
başlamazdan  əvvəl onunla söhbət etdim. O, 
ixtisasartırma kurslarından yenicə qayıtmışdı. Ali 
təhsil sistemində belə bir qayda var - hər bir müəllim 
beş ildə bir dəfə ixtisasartırma kurslarına göndərilir. 
Məqsəd müəllimin pedaqoji və  tədris etdiyi fənlərlə 
bağlı  biliklərinin  yüksəldilməsidir.  
Azərbaycan Dövlət Neft Akademiyası üzrə  təsdiqlənmiş ixtisasartırma 
planına  əsasən Cahangir müəllim 2011-2012-ci  tədris ilinin yaz semestrində 
Azərbaycan müəllimlər institutuna ezam olunmuşdu. Söhbətimizin  əsas mövzusu 
kafedranın 80 illik yubileyi ilə bağlı idi. Bizim kafedra 1932-ci ildə yaradılmışdı.  
Cahangir müəllimlə uzun illər birgə  əməkdaşlıq etdiyimizdən onun 
tərcümeyi-halı mənə yaxşı bəlli idi, lakin mən onunla bağlı yazımda bu şəxsiyyətin 
insani keyfiyyətlərini, gənclik illəri və ümumiyyətlə onun üçün əziz və yadda qalan 
günləri də əks etdirmək istəyirəm.  
Xeyli söhbətimiz oldu Cahangir müəllimlə.  Onun haqqında məndə olan 
məlumatları və  söhbətimizdən yararlandıqlarımı qələmə almağı qərara aldım.  
Cahangir müəllim 1936-cı ilin 5 dekabrında vətənimizin paytaxtı Bakı şəhə-
rində anadan olmuşdur. Uşaqlıq illəri haylı-küylu, dava-dalaşlı,  o dövrdə Ostrov-
ski (indiki Süleyman Tağızadə) küçəsi kimi tanınan məhəllədə keçmişdir. Söhbət 
zamanı o, tez-tez məhəllədəki 21 saylı dalanı  və doğma evlərini yada salırdı. 
Atası - Xalıq Həmid oğlu (1881-ci il təvəllüdlü) və anası - Çimnaz Rəsul 
qızı da (1901-ci il təvəllüdlü) Bakı  şəhərində dünyaya göz açmışdılar. Xalıq kişi 
dərzi, Çimnaz xanım isə evdar qadın idi. Özləri savadsız olsalar da, hər üç övladla-
rını savadlı görmək istəyirdilər və bunun üçün əllərindən gələni əsirgəmirdilər. 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə