Kafedrasi



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə9/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

 
İbrahim  Həbibov 
 
30 
- Tez bir ərizə yaz, səni işə qəbul edirəm — deyir. Bu zaman qapı açılaraq bir 
nəfər içəriyə daxil olur.  
- Vaqon Ovanesov, sənin rəhbərlik etdiyin lay fizikası laboratoriyasındakı 
vakant texnik yerinə bu cavan oğlanı  qəbul edirəm, tanış ol və onu elə bu gün 
laboratoriyanın işləri ilə tanış et. O, bu gündən laboratoriyanın işçisi sayılır  — 
deyərək Abduləli müəllimin yazdığı  ərizəni tez imzalayaraq iş stolunun kənarına 
çəkir.  
- Biz o yerə başqa iki nəfəri seçmişik və fikrimiz onların birini qəbul 
etməkdir.  
- Sənin fikrin mənə aydındır, gətirdiyin Kukasyan və Vartanyan bu vakant 
yerə layiq deyillər. İndi isə get, Əsədovun iş yerini ona göstər və məlumat ver, bizə 
belə  gənc işçilər lazımdır, bildin? —  səsini bir qədər yüksəldərək, Ovanesova — 
Gedə bilərsiniz — dedi. Sonradan məlum olur ki, Mahmud Əliyeviç ona deyib ki, 
işə götürməyə azərbaycanlı  gənc oğlanları  dəvət etmək lazımdır. O isə özünün 
ermənilərini hər vəchlə instituta soxmağa çalışırdı. 
Mahmud müəllim  Əsədovun işləyə-işləyə ali məktəbdə oxumasına  şərait 
yaradaraq, bir il sonra onun mühəndis vəzifəsinə seçilməsi üçün vakant yer ayırır.  
Mühəndis vəzifəsinə keçdikdən sonra Nəriman Tahirov Abduləliyə elmi işlə 
məşğul olmağı təklif edir və o, bu işə böyük həvəslə girişir. Uğurlu illər bir-birini 
əvəz edir, institutdakı  fəaliyyətinin üçüncü ili rəhbərlik Abduləli müəllimin ailə 
qurmaq istəyində olduğu və  fəallığı  nəzərə alınmaqla öz tikdikləri yaşayış 
binasından ona üç otaqlı mənzil verir.  
O, 1961-ci ildən başlayaraq artıq öz elmi məqalələrini tanınmış jurnallarda 
dərc etdirməyə başlayır.  İlk məqaləsi «Azərbaycan Elmlər Akademiyasının 
xəbərləri»ndə  dərc olunanda çox sevincli bir gün yaşadığını xatırlayan Abduləli 
müəllim, sonrakı illər məqalələrin sayının və  əhatə diapazonunun genişləndiyini 
kafedranın gənc tədqiqatçılarına həvəslə danışır. Bunlarla yanaşı  işlədiyi lay 
fizikası laboratoriyasında eksperimentlərin aparılmasında laboratoriya müdiri 
Vaqon Ovanesovun hər növ maneçilik törətməyini və bu səylərin onda necə nifrət 
hissi yaratdığını mənimlə bölməyə çalışırdı.  


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
31 
Bir dəfə Nəriman müəllim ona təklif edir ki, məqalələrini toplayıb akademik 
Azad Mirzəcanzadəyə göstərsin. Təklifi qəbul edən Abduləli müəllim Azad 
müəllimin yanına gəldiyini və onunla söhbətdən çox xoş  təəsüratla ayrıldığını 
xatırlayır. Akademikin: - Seçdiyin mövzu aktual mövzudur, məqalələrin də 
yaxşıdır — deməsindən çox fərəhləndiyini qeyd edərək Azad müəllimin ona — sən 
A.V.Lıkovun kitabını tap, və orada 70-ci səhifədə  sənin mövzuna aid olan 
məsələlərə nəzər sal və bir neçə gündən sonra yanıma gəl - deməsinin ona yeni güc 
və qüvvə verməsindən danışdıqca bu insanın uğurlarına sevinməmək olmur.  
 
Təcrübə-sınaq işlərinin aparılması 
Növbəti görüşdə Azad müəllimin bir neçə yeni tədqiqat işlərinin 
aparılmasını təklif etdi. Eksperimentlərin nəticəsi onun çox xoşuna gəldiyi üçün o
Abduləli  müəllimin dissertasiya işinə rəhbər olmağa razılıq verir.  
24.06.1966-cı il tarixdə Abduləli müəllim texnika elmlər namizədi elmi 
dərəcəsi almaq üçün yazdığı dissertasiya işini müvəffəqiyyətlə müdafiə edir. 
Müdafiədən sonra Azad müəllim onu öz kafedrasında işləməyə  dəvət edir. 
26.06.1967-ci il tarixində Azərbaycan Neft və Kimya institutunun problem labora-
toriyasına baş elmi işçi vəzifəsinə qəbul olunaraq o, işlədiyi müddətdə elmi işlərlə 
məşğul olmaqla yanaşı, həm də tədris yükünü aparırdı. Azad müəllim öz aspirant-
larının elmi təcrübələrinə nəzarəti ona tapşırmışdı. Kafedranın gənc mütəxəssisləri 


 
İbrahim  Həbibov 
 
32 
olan Qalib İsgəndərov, Çilidən gəlmiş Süleyman, Almaniyadan gəlmiş Daşdəmiri 
Cabbarov və başqaları ilə xoş münasibətlər qura bilmişdi.  
03.01.1969-cu ildə SSRİ-nin Ali Attestasiya Komissiyasının qərarı ilə ona 
baş elmi işçi attestatı təqdim olunmuşdu. 
Akademik Azad müəllimin tövsiyəsi ilə Abduləli  Əsədov 07.02.1972-ci 
ildən «Rəsmxət» (indiki «Mühəndis qrafikası») kafedrasında assistent vəzifəsinə 
qəbul olunmuş və 13.10. 1976-cı ildə isə həmin kafedranın dosenti olmuşdur. 
ADNA-da işlədiyi müddətdə iki dərs vəsaiti, 2 metodiki göstəriş, 90-a yaxın 
elmi-metodiki məqalələri müəllif və həmmüəllif kimi nəşr etdirmişdir.  
Elmi fəaliyyətinin nəticələrini  şərh etmək məqsədi ilə beynəlxalq və 
respublika kofranslarında maraqlı çıxışlar etmiş, Rusiya Federasiyasının aparıcı ali 
məktəblərində və müəssisələrində təcrübələr keçmişdir.  
Abduləli müəllim ADNA-nın ictimai həyatında aktiv iştirak edir. Onun bu 
xidməti Təhsil nazirliyi, Azərbaycan Respublikası  Həmkarlar ittifaqının, ADNA-
nın Fəxri fərmanları ilə qiymətləndirilmişdir. 
O, kafedra müəllimləri ilə mehriban münasibətdədir. Onların ehtiram və hör-
mətini saxlamağı özünə borc bilir. Hər hansı bir müəllim ilə birgə imtahan apar-
dıqda müəllim razılığını nəzərə almadan tələbə haqda birmənalı qərar qəbul etmir. 
 
Mühəndis qrafikası fənni üzrə imtahan 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
33 
 
Ümumiyyətlə, harada olmağından asılı olmayaraq insanlarla xoş ünsiyyət 
yaratmağa çalışır. Onun olduqca yaxşı yol yoldaşlığı vardır. Hər ilin iyul—avqust 
aylarında Moskva, Sankt-Peterburq, Kiyev, Tiflis və başqa  şəhərlərə  səyahət 
etməyi xoşlayır. Son illərə  qədər kafedranın müəllimləri Cahangir, Zöhrab, Səfa, 
Oqtay və digərləri ilə avtomobil səyahətlərinə çıxardılar.  
Söhbətlərindən yadımda qalanından biri də İsmayılov Cahangir və Kərimov 
Zöhrab müəllimlə Qara dəniz sahilləri ilə Yalta şəhərinə  qədər maşınla 
səyahətləridir. Bu səyahət zamanı baş verən hadisələri maraqla danışır. 
 
Abduləli müəllim gözəl ailə başçısıdır. 
Onun həyat yoldaşı Solmaz xanım ixtisasca 
tibb bacısıdır. Onların iki oğul, bir qız 
övladı  və beş  nəvələri vardır. Övladlarının 
hər üçü ADNA-nın müxətlif fakültələrini 
bitirmişlər. Onların tərbiyələrinin, ailəyə, 
valideynlərə  və insanlara qarşı münasibət-
lərinin formalaşmasında Abduləli müəl-
limin böyük zəhməti var. Baba olmasından 
fərəhlə danışır və nəvəni dünyada ən böyük 
Allah payı kimi qiymətləndirir.  
Abduləli müəllim həmişə bir faktı qeyd edir: «Hər bir insanın həyatda 
yaşamaq 

 yaratmaq arzusu, fiziki və ruhi durumu onun ailəsindəki vəziyyət ilə 
bağlıdır. Əgər ailədə rahatlıq yoxsa, həyat normal ola bilməz».  
Mən bu prinsipial insana, sədaqətli dost və yoldaşa, mehriban ataya ailə 
səadəti və sağlam həyat arzulayıram.  
 
 
 
 
 


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə