Kafedrasi



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə1/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
  1   2   3   4   5   6   7   8   9   ...   37



 
İBRAHİM  HƏBİBOV 
 
 
 
MÜHƏNDİS QRAFİKASI 
KAFEDRASI:  
80  
İLLİK ŞƏRƏFLİ YOLUN TARİXİ  
 
 
 
 
 
 
 
BAKI - 2013 
 
 


 
İbrahim  Həbibov 
 

  
 
 
 
 
 
 
 
 
İbrahim Həbibov. 
Mühəndis qrafikası kafedrası: 80 illik şərəfli yolun tarixi.  
Bakı, ADNA-nın mətbəəsi, 2013, 156 səh.  
 
Bu kitabda əsası 1932-ci ildə qoyulmuş  və respublikada ilk dəfə olaraq «Tərsimi 
həndəsə» fənninin tədrisi ilə məşğul olan ali məktəb kafedrasının keçdiyi şərəfli yolun tarixi, bu 
yolda bilik və bacarıqlarını  əsirgəməyən  şəxsiyyətlər haqda məlumatlar toplanmışdır. Bu 
insanların hər birinin ali məktəblərdə texniki biliklərin inkişafında, respublikada qrafiki 
mədəniyyətin yüksəldilməsində, yanacaq-enerji kompleksi üçün savadlı  və yüksək ixtisaslı 
mütəxəssislərin yetişdirilməsində böyük və əvəz olunmaz rolu olmuşdur. 
Kitab mühəndis hazırlığı prosesində iştirak edən professor-müəllim heyəti, texniki profilli 
ali məktəlbərdə təhsil alan bakalavr, magistr və gənc tədqiqatçılar üçün yararlı vəsait ola bilər.  
 
 
ISBN 978-9952-440-39-9 
 
 
 
 
 
© İbrahim  Həbibov, 2013 
 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 

 
 
ÖN SÖZ ƏVƏZİ 
 
Azərbaycan Dövlət Neft Akademiyasının «Mühəndis qrafikası» kafedrası 
onun strukturuna daxil olan, zəngin tarixi və özünəməxsus idarəçilik prinsipləri ilə 
fərqlənən, illər boyu formalaşmış ənənələrini saxlayan kafedralardan biridir.  
Keçdiyi 80 illik şərəfli yol boyunca bu kafedrada dahi şəxsiyyətlər, peşəkar 
müəllimlər, öz işini dərindən sevən fədailər, həyatını təhsil sahəsinə həsr edənlər, 
burada illər boyu formalaşan adət və ənənələri qoruyub saxlayan insanlar yaşayıb 
yaratmışdır.  
Bu insanların zəhməti nəticəsində «Mühəndis qrafikası» kafedrasının şöhrəti 
Azərbaycanın sərhədlərini aşaraq dünyanın müxtəlif guşələrinə yayılmışdır. Kafed-
ranın yetirmələri Azərbaycan iqtisadiyyatının bütün sahələrində çalışaraq hansı ali 
məktəbin tələbələri olduqlarını uğurla təsdiqləyərək ona baş ucalığı gətirirlər. 
Bu gün tam əminliklə demək olar ki, «Mühəndis qrafikası» kafedrası 
ölkəmizin təhsil sisteminin qızıl üzüyü olan Azərbaycan Dövlət Neft 
Akademiyasının ən dəyərli bəzək daşıdır. 
Kafedranın kollektivi bu ilin payızında onun yaradılmasının 80 ilinin qeyd 
olunmasına hazırlaşır.  
Bu kitabın yazılmasının  əsas səbəbi «Mühəndis qrafikası» kafedrasının 
yaranmasında və formalaşmasında xidmətləri olan insanları yad etmək, onların 
adlarını layiq olduqları səviyyədə əks etdirməkdir.  
Bu, kafedranın tarixini özündə əks etdirən ilk kitabdır. Kitabla tanış olanlar 
burada bəzi müəllimlər haqda məlumatların olmadığını qeyd edə bilərlər. Bəri 
başdan onlardan üzr istəyərək deməliyəm ki, bu arxiv materiallarının olmaması, 
müəyyən şəxslərin yaşayış məkanlarının dəyişməsi və ya əlaqələrin tam itməsi ilə 
bağlı olmuşdur. Məqsəd mümkün qədər kafedranın qısa tarixini və burada çalışan 
insanlar haqqında əldə olunmuş materialları əbədiləşdirməkdir. 
Hörmətlə, 
 
İbrahim Həbibov 
 


 
İbrahim  Həbibov 
 

 
«Mühəndis qrafikası» kafedrasının qısa tarixi 
 
Əsası 1920-ci ildə qoyulan, neft elminin beşiyi hesab edilən Azərbaycan 
Dövlət Neft Akademiyasında mühəndis hazırlığında xüsusi yeri olan kafedralardan 
biri də «Mühəndis qrafikası» kafedrasıdır.  
1924-1925-ci tədris ilinə  qədər,  Azərbaycan Politexnik İnstitutu adını 
daşıyan bu ali məktəbdə, «Tərsimi həndəsə» və «Rəsmxət» fənləri institutun 
aparıcı professor-müəllim heyətinə  həvalə edilmişdi. Belə ki, «Tərsimi həndəsə» 
fənni professor D.N.Qolovin, B.Q.Pobedinski, L.İ.Yelkin, «Rəsmxət» fənni isə 
tanınmış mühəndislər A.Q.Babayev, B.A.Bayer, V.S.Qridin, B.Y.Starodub və 
başqaları  tərəfindən tədris olunurdu. Adları  çəkilən fənlərə metodiki təminat və 
onların tədrisi ilə bağlı problemlərin həlli institutda yaradılmış «Fənn 
komissiyaları» tərəfindən həyata keçirilirdi. İnstitut inkişaf etdikcə, tələbə 
kontingenti artdıqca və bu fənlərin mühəndis hazırlığındakı vacibliyi zəruriliyi 
nəzərə alınmaqla, onların tədrisinin konkret kafedralar tərəfindən aparılması 
aktuallaşmağa başlayır. Bu məqsədlə institutda 1924-1925-ci tədris ilində «Maşın 
hissələri, yük qaldıran mexanizmlər, tərsimi həndəsə  və  rəsmxət» kafedrası 
yaradılır. Kafedrada «Tərsimi həndəsə» və «Rəsmxət» dərslərini V.F.Puzırevski, 
Ə.Məmmədov, K.Məmmədov və digər müəllimlər aparmağa başlayırlar. 1930-
1931-ci tədris ilində kafedraya yeni gənc müəllimlər qəbul olunur. Bunların 
sırasında İ.İ.Qarayev, Ə.A.Əliyev və V.N.Qorsenskinin adlarını çəkmək olar.  
1930-cu ilin may ayının 29-da Azərbaycan Poitexnik institutu M.Əzizbəyov 
adına Azərbaycan Neft İnstitutuna (ANİ) çevrilir. Az sonra, 1932-ci ildə 
Dekanlar  Şurasının qərarı ilə ilk dəfə olaraq «Tərsimi həndəsə  və  rəsmxət» adlı 
müstəqil kafedra yaradılır və kafedraya rəhbərlik V.F. Puzırevskiyə tapşırılır.  
1934-cü ildə bu təhsil ocağının adı  dəyişdirilərək  Azərbaycan Sənaye 
İnstitutu (ASİ) adlandırılır.  İnstitutda müəyyən struktur çevrilmələri aparılır və 
kafedra yenidən «Maşın hissələri və maşınqayırma mexanizmləri» kafedrası ilə 
birləşdirilir. Bu vəziyyət 1938-ci ilə qədər davam edir. Sonradan kafedra müstəqil 


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə