Kafedrasi


MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə17/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
63 
Turan xanımın cavabı isə belə oldu: «Mənim bu institutdan başqa heç 
nəyim, bu kollektivdən savayı heç kimim yoxdur. Mən hamıya öz dərin 
minnətdarlığımı bildirirəm».  
2001-ci dərs ilinin sonunda Turan xanım mənə yaxınlaşaraq dedi: «İbrahim 
müəllim, mən səndən və bütün kollektivdən həmişə hörmət görmüşəm. Lakin artıq 
yaşlaşmışam və hiss edirəm ki, getməliyəm. Sən məni dilə tutma, ərizəmə qol çək 
gedim. Söz verirəm kafedraya gəlib-gedəcəyəm». 
Ərizəsini stolumun üstünə qoyub ağır addımlarla otağımdan çıxdı. Mən hiss 
etdim ki, onun qərarı  qətidir. Buna baxmayaraq bir neçə gün onun ərizəsinə qol 
çəkmədim. Hər gün dərsə gələndə o mənə baxanda gözlərində: «Məni incitmə, qoy 
gedim» ifadəsini oxuyurdum. 
2001/2002-ci  tədris ilindən Turan xanım artıq təqaüdə çıxmışdı. Yaxın rəfi-
qələri olan Məleykə xanım və Nailə ilə tez-tez zəngləşirdilər. Söz verdiyi kimi ka-
fedraya da gəlirdi. Bəzən həyat yoldaşı Tücarla birlikdə gəlirdilər. O, çox səmimi, 
dərin təfəkkürə malik, alicənab hərbçi  idi. Onların «torpağı bir yerdən götürülmüş-
dü». Qəlbləri kimi adları da uyğun idi — Turan və Tücar. Onlar bir-birini çox sevir-
dilər. Məleykə xanım bu sevginin bir epizodundan danışmağı Turan xanımdan xa-
hiş edəndə o, tərəddüd edərək susurdu, sonra gülərək söyləyirdi ki, Moskvadan 
Aviasiya institutunda ixtisasartırma kurslarını bitirib geri döndükdə, evimizin 
böyük otağının divarında mənim böyüdülmüş  şəkilimin asıldığını gördüm. «Ay 
Tücar, bu nədir belə? Cavan uşaqsan məgər?»  — deyə ondan soruşanda mənim 
üçün çox darıxdığını və bu səbəbdən  şəklimi gözləri önündə asdırdığını dedi. 
Məleykə xanım zarafata salıb: «Turan müəllimə, deyəsən Tücar sizi çox 
sevir» — deyəndə o, ürəkdən güldü. Biz hər ikimiz bir-birimizi çox sevirik — dedi. 
Çox  şərəfli və  mənalı  həyat yolu keçmiş, peşəkar müəllim, elmli, bilikli 
ziyalı, sevilib seçilən, nüfuzlu nur-ziya sahibi Turan xanım haqqında çox yazmaq 
olar, lakin  onun təvazökarlığını gözümün qabağına gətirəndə elə bilirəm ki,- 
«Bəsdir, bilirsən ki, tərifdən xoşum gəlmir» deyəcək. 
Allah sənə rəhmət eləsin, Turan xanım!      
 


 
İbrahim  Həbibov 
 
64 
 
«TƏRSİMİ HƏNDƏSƏ» FƏNNİNİ MƏNƏ SEVDİRƏN MÜƏLLİMİM 
 
 
Əyyubova Raisə Osman qızı 
1968-ci ildə M.Əzizbəyov adına Azərbaycan 
Neft və Kimya institutuna daxil oldum. Sentyar 
ayının 1-ni səbirsizliklə gözləyirdim. Bu institutun 
qapısından keçmək, auditoriyalarında oturmaq, 
müəllimlərin dərslərinə qulaq asmaq və onlara cavab 
vermək istəyim digər arzularıma gün-gündən üstün 
gəlirdi.  İlk dərsimiz «Tərsimi həndəsə» dərsi idi. 
İndiki kimi yadımdadır, dərsimiz 508 saylı 
auditoriyadaydı. 
Tələbələrin bir-birini tanımaması, eləcə  də institutun bizə tanış olmayan 
aurası hər birimizdə dərin bir sıxıntı yaratmışdı.  
Zəng vurulan kimi auditoriyaya bir xanım müəllimə daxil oldu. Özünü 
təqdim edərək dedi: «Mənim adım Raisə xanım, soyadım isə  Əyyubovadır.  İlk 
gündən  sizləri xəbərdar etmək istəyirəm  — “Tərsimi həndəsə” fənni üç günə, üç 
həftəyə öyrənilən dərs deyildir. Siz bu fənni məktəbdə keçməmisiniz, odur ki, 
diqqətli olunuz. Fənni mənimlə paralel öyrənsəniz, nə isə alınacaq, əks halda heç 
nə alınmayacaq». 
Sentyabr ayının istisi və Raisə müəllimənin bu sözləri daxilimdə bir ağırlıq, 
diskomfort  yaratdı. Tənəffüsdə ona yaxınlaşıb soruşdum: «Müəllimə, mən 
mühəndis olmaq istəyirəm, bunun üçün ilkin olaraq Sizin fənni yaxşı mənimsəmək 
lazımdır. Mən isə burada böyük çətinliklər görürəm. Nə etməliyəm»? 
Raisə xanım diqqətlə məni dinləyərək, iti baxışları ilə gözümə baxaraq dedi: 
«Sən ürəkli oğlana oxşayırsan. Mühazirələrimi tam yaz, evdə  təkrarla və iki-üç 
dərsdən sonra mənə yaxınlaşarsan, onda bir qərara gələrik». Üstümdən elə bil 
böyük bir dağ götürüldü. Raisə xanımın köməkliyi ilə bu fənni elə öyrənmişdim ki, 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
65 
25 il ötdükdən sonra mən «Mühəndis qrafikası» kafedrasında işləməyə başlayanda 
o biliklər hələ də yadımda idi. 
Raisə xanım  11 fevral 1924-cü ildə Azərbaycanın Qazax şəhərində anadan 
olmuşdur. Onun atası  Əyyubov Osman Mustafa oğlı 1920-ci ildən Kommunist 
partiyasının üzvü olmuş  və  məsul vəzifələrdə çalışmışdır. Anası  Pəri Kazım qızı 
isə Bakı şəhərindəki uşaq bağçalarının birində müdir olmuşdur.    
Raisə xanımın qardaşı Fuad ixtisasca yol inşaat mühəndisi idi. O, 
Azərbaycan dəmiryolu idarəsində layihə bürosunda çalışmışdır. 
R.O.Əyyubova 1932-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbin birinci sinfinə 
getmiş  və oranı 1942-ci ildə bitirmişdir. 1943-cü ildə M.Əzizbəyov adına 
Azərbaycan Sənaye institutuna daxil olmuşdur. Həmin illərdə “Neft-mexanika” 
fakultəsinin tərkibində «Avtomobil və avtomobil təsərrüfatı» ixtisası üzrə 
mütəxəssis hazırlığı aparılırdı. Raisə xanım öz gələcək həyatını bu ixtisasla 
bağlamaq istəyərək bu sənəti seçmişdi.  
1948-ci ildə İnstitutu bitirərək təyinat üzrə Azərbaycan  avtomobil nəqliyyatı 
nazirliyində  fəaliyyətə başlayır. Qısa bir müddətdə onun təşkilatçılıq qabiliyyəti, 
ictimai fəaliyyəti nəzərə alınaraq Raisə xanımın Bakı  şəhər Sovetinə deputatlığa 
namizədliyi təklif olunur. Üç çağırış Əyyubova R.O. bu şərəfli adı müvəffəqiyyətlə 
daşıyır.  
1952-ci ildə müsabiqə yolu ilə Raisə xanım «Tərsimi həndəsə» kafedrası 
üzrə vakant assistent vəzifəsinə seçilir və onun bundan sonrakı həyatı bu kafedra 
ilə bağlı olur. 1959-cu ildə Raisə xanım kafedranın baş müəllimi vəzifəsinə seçilir. 
1963-cü ildə Raisə xanım  Vladimir Filipoviç  Puzırevski ilə ailə  həyatı 
qurmuşdur.  Onların bir övladı — Eldar ixtisasca həkimdir. 
1984-cü ildə  Raisə xanım təqaüdə cıxmaq arzusu ilə institutun rəhbərliyinə 
müraciət etdikdə, ona kafedra ilə əlaqələrinin saxlanması təklif olunur.  
1984-1988-ci illər arasında Raisə xanım kafedrada əvəzçi müəllim qismində 
fəaliyyətini davam etdirir. 
Yuxarıda etdiyim qeydlər  şəxsiyyətin formal tərəfini göstərdiyindən, anket 
xarakteri daşıdığından bu yerdə dayanmaq və Raisə xanımın insani keyfiyyətləri 
haqda danışmaq istəyirəm. 


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə