Kafedrasi


MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI



Yüklə 19,74 Kb.
Pdf görüntüsü
səhifə7/37
tarix08.10.2017
ölçüsü19,74 Kb.
#3629
1   2   3   4   5   6   7   8   9   10   ...   37

 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
23 
Cahangir müəllimin uşaqlığı müharibənin ağır və çətin illərində keçmişdir. 
O, 1944-cü ildə Bakının Tolstoy küçəsində yerləşən 1 saylı, o zamanlar 
«Suvorovçular məktəbi» adlanan məktəbdə təhsil almağa başlayıb. Həmin illərdə  
qışın çox soyuq və qarlı keçdiyini xatırlayaraq özünə  məxsus sakit səslə:  
«Geyimlərimiz pis idi. Ayaqlarımıza əskidən tikilmiş ayaqqabı geyirdik. Məktəbdə 
bizə  hər gün yemək verirdilər. Dərsə  gəlməyən uşaqların yemək payını 
müəllimlərimiz evələrinə aparırdılar» deyə danışmağa başladı. Sonra gözlərini bir 
nöqtəyə dikərək xeyli müddət susdu. Həmin illərin xatırələrinə dalaraq çətin və 
ağır həyatından çox danışdı. Cahangir müəllim, qohum və yaxınlarının adlarını 
çəkdi. Hər bir kəsi xatırladıqca gözləri yaşarırdı. 
«Bazarnı» adlanan məhəllədə keçirdiyi gəncliyini ürək ağrısı ilə yada salaraq 
orada hökm sürən gərginlikdən, kriminal ab-havadan danışdı.  Tində dayanıb 
lotuluq və qoçuluq idealogiyasından danışmağı  məktəbə getməkdən yüksək tutan 
məhəllə  uşaqları ilə bağlı xatirələri yadına saldıqca onların adlarını 
dəqiqləşdirməyə çalışırdı. 
Müharibədən sonrakı dövrdə məhəllədəki uşaqların sırasında ali təhsil almış 
iki nəfərdən biri Cahangir olmuşdur. 
Altıncı sinfi bitirdikdən sonra təhsilini Bakıdakı 7 saylı  məktəbdə  davam 
etdirib. Məktəb illərinin  ən yadda qalanı siniflərində oxuyan şagirdlərin 
əksəriyyətinin çox savadlı və çalışqan olması, humanitar elmlərlə yanaşı riyaziyyat 
və fizikaya böyük marağının olması idi. Bu gün məktəb dostları arasında riyaziyyat  
və texniki elmlər doktorları, elmlər namizədlərinin olduğunu qeyd etdi.  
Siniflərindən ağız dolusu danışdı, qeyd etdi ki, 24 şagird idilər, hamı bir-biri 
ilə çox mehriban idi. Bəziləri ilə indinin özündə də ailəvi əlaqə saxladığını bildirdi. 
Bir adət olaraq hər ilin may ayının birinci istirahət günü sinif yoldaşları 
görüşürlər, keçən günləri yada salır və hal-əhval tuturlar. İl boyu tez-tez zəngləşir, 
bir-birilərinin xeyir və şərində yaxından iştirak edirlər.  
Tərcümeyi-halında Cahangir müəllim yazır: «Mən 1954-cü ildə  məktəbi 
bitirdim. Sinfimizdə oxuyan şagirdlər içərisində 5 nəfər qızıl medal almaq uğrunda 


 
İbrahim  Həbibov 
 
24 
yarışırdı. Valideynlər arasında ciddi narazılıqlar yarandığından məktəb rəhbərliyi 
belə qərara gəldi ki, heç birimizə medal verilməsin».  
Həmin illərdə, elə indinin özündə olduğu kimi  neftçi olmaq daha şöhrətli 
sayıldığından Cahangir sənədlərini Azərbaycan Neft və Kimya institutuna verdi və  
“Neft-mədən” fakültəsinin 207 saylı qrupunun tələbəsi oldu. 
Onun tələbəlik illəri çox  maraqlı keçib, görkəmli alimlər və  tərcübəli 
müəllimlərdən dərs alıb. Azərbaycanın bir çox rayonlarında, tanınmış 
müəssisələrdə istehsalat təcrübəsi keçib. Diplomqabağı istehsalat təcrübəsini 
Türkmənistan Respublikasının Nebetdağ  şəhərində keçməsindən, yeni insanlarla, 
adət-ənənələrlə tanış olmasından həvəslə danışırdı.  
1959-cu ildə institutu «Neft və qaz yataqlarının istismarı  və  işlənməsi» 
ixtisası üzrə bitirərək, «Dağ mühəndisi» adını almış  gənc Cahangir Lenin adına  
Neft-mədən idarəsinə  təyinat alır və 1961-ci ilin dekabr ayınadək mədəndə 
operator, mühəndis, böyük mühəndis və sahə rəisi kimi vəzifələrdə çalışır.  
Akademik Azad Mirzəcanzadə  ilə görüş onun həyatında yeni mərhələyə 
çevrilir. Azad müəllimin dəvəti ilə Azərbaycan Neft və Kimya institutunun «Neftin 
mexanikası» adlı laboratoriyasında mühəndis vəzifəsində fəaliyyətə başlayır.  
1962-ci ildə  gələcək ömür-gün yoldaşı, övladlarının anası Validə xanımla 
ailə  həyatı qurur. Validə xanım Azərbaycan Dövlət Universitetini «Mühasibat 
uçotu» ixtisası üzrə bitirərək  təyinatla əmək fəaliyyətinə başlamışdı. 
Cahangir müəllimin və Validə xanımın bir oğlu - Aydın 23 yanvar 1963-cü 
ildə, iki qızları: Elvira 12 dekabr 1966-cı ildə və qızı Səbinə - 19 aprel 1973-cü ildə 
anadan olmuşlar.  
Püxtələşmiş mühəndis, elmi-tədqiqatların müsbət nəticələrindən ilhamlanan 
gənc Cahangir 1963-cü ildə aspiranturaya daxil olur və  1965-ci ildə qaz-kondensat 
yataqlarının işlənməsi sahəsi üzrə dissertasiya müdafiə edərək texnika elmlər 
namizədi adını qazanır. 
Həmin illərdə dissertasiya işi müdafiəyə çıxarılmazdan əvvəl onu  SSRİ-nin 
bu sahədə aparıcı müəsissələrində müzakirəyə göndərərdilər. Cahangir müəllimin 
dissertasiya işi də  belə bir sınaqdan çıxarıldı. Onu Özbəkistanın paytaxtı Daşkənd 


 
MÜHƏNDİS  QRAFİKASI  KAFEDRASI: 
  
80
   
illik  şərəfli  yolun  tarixi 
 
25 
şəhərində yerləşən «Ümumittifaq Elmi-Tədqiqat Qaz İnstitutuna» göndərmişdilər. 
Həmişə olduğu kimi bədnam qonşularımız öz xəbis  əməllərindən  əl çəkməyərək 
gənc alimin uğurlarına mane olmaq istədilər. Ermənilərlə mübarizə etmək məqsədi 
ilə    başda Azad müəllim olmaqla, bir qrup azərbaycanlı alim -  Zaur Əhmədov, 
Faiq Quliyev və Qabil İskəndərov Daşkəndə ezamiyyətə göndərildi. Böyük çətin-
liklər, qızğın çıxışlar və mübahisələr Azərbaycan elminin qələbəsi ilə nəticələndi.   
Cahangirin müəllimlik sənətinə çox həvəsi olduğunu görən akademik Azad 
Mirzəcanzadə onun 1965-ci ildə «Tərsimi həndəsə» kafedrasına keçməsini tövsiyə 
edir. Həmin ildən bu günə  qədər Cahangir İsmayılov bu tədris ocağında  əvvəlcə 
assistent, 1966-cı ildən isə baş müəllim vəzifəsində çalışmışdır. Bu dövrdə 
«Tərsimi həndəsə» kafedrasına professor Vladimir Puzırevski rəhbərlik edirdi. 
Cahangir müəllim onunla birlikdə qısa bir müddətdə «Tərsimi həndəsə» fənni üzrə 
bir sıra metodiki göstərişləri hazırlayaraq dərc etdirir.  
1976-cı ildə «Tərsimi həndəsə» və «Rəsmxət» kafedraları birləşdirilərək 
«Mühəndis qrafikası» kafedrası yaradılır. Cahangir müəllim bu kafedraya dosent 
vəzifəsinə keçirilir. Həmin il dosent C.İsmayılov  Əlcəzair Respublikasına ezam 
olunur və bu ölkənin «Neft, qaz və kimya» institutunun «Tərsimi həndəsə  və 
rəsmxət» kafedrasında işləməyə başlayır. 
Xaricdə işlədiyi müddətdə fransız dilində bir sıra dərslik və dərs vəsaiti dərc 
etdirir. Burada keçmiş SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsi və 
Nazirlər Soveti tərəfindən təsdiq olunmuş «1980-ci ilin Sosialist Yarışının Qalibi» 
nişanı ilə təltif olunur.  
1981-ci ildə yenidən Azərbaycana qayıdan Cahangir müəllim «Mühəndis 
qrafikası» kafedrasında dosent vəzifəsində çalışmağa başlayır. 1994-cü ilin fevral 
ayından 1995-ci ilin mart ayına qədər «Mühəndis qrafikası» kafedrasının kafedra 
müdiri əvəzi vəzifəsində çalışır. 
Azərbaycan Dövlət Neft Akademiyasında işlədiyi müddətdə 4 dərslik, 1 
metodiki rəhbərlik, 8 dərs vəsaiti və 50-yə yaxın metodiki göstərişləri, elmi-
metodiki məqalələri həmmüəllif kimi çap etdirmişdir. O, tədris etdiyi fənlər, elmi-
tədqiqatlarının istiqamətləri ilə bağlı beynəlxalq və respublika konfranslarında 
maraqlı çıxışlar etmişdir. 


Yüklə 19,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə