38
Bununla belə, süni qida məhsulları üçün funksional xassələrlə bərabər zülal
xammalının alınmasında əsas kriteri kimi bioloji dəyərlik və onun qiyməti
nəzərdən qaçmamalıdır.
Zülalların tənliklər dərəcəsi nə qədər yüksək olarsa, onların standarta
uyğunluğu və funksional xassələri yüksəlir, bioloji dəyəri isə azalır və istehsal
xərcləri yüksəlir. Bu halda alınan zülal yaxşı saxlanır, istifadə üçün daha yararlı
sayılır. Bioloji dəyərin azalması isə məhsul istehsal edilən zaman ona əlavə olunan
əvəzolunmaz aminturşular və digər komponentlər hesabına tənzimlənir.
Göründüyü kimi, süni qida məhsulları üçün zülal alınmasında əsas şərt
onların qiyməti və bioloji dəyərliyi deyil, funksional xassələri hesab edilir. Onların
qida sistemlərində necə tənzimlənməsi haqqında isə bundan əvvəlki mövzularda
məlumat vermişdik.
Zülalların funksional xassələri dedikdə, emal zamanı və saxlandıqda
göstərdikləri xüsusiyyətlər başa düşülür. Bunlara isə onların duz məhlullarında,
suda, qələvi və turşu mühitində həllolma qabiliyyəti heterogenliyi, emulsiya,
köpüklər əmələ gətirməsi, dispersiya qarışıqlarda necə həlməşik yaratması, dad və
ətir formalaşdırması daxildir.
Adətən suda yaxşı həll olan yüksək qatılıqlı özlü və qatı məhlullar yaradan
zülallar yüksək funksional xassələrə malik olurlar.
Əksinə, aşağı funksional xassələrə malik olan zülallar suda həll olunur, yaxud
zəif həll olur, hətta məhlullarda qızdırıldıqda belə yüksək həlməşiklik və disperslik
yarada bilmirlər, rəngli olurlar, quru halda spesifik iyə və dada malik olurlar.
Belələrini yeni qida məhsulları yaradılması üçün istifadə etmirlər. Yalnız
hidrolizatlar alınması və yem məhsullarına qatqı kimi işlətmək məqsədi ilə istifadə
edilirlər.
Zülalların funksional xassələrini daha çox standart şəraitdə onların həll
olmasına görə, azotun həllolma əmsalı yaxud zülalın dispersiya əmələgətirmə
39
əmsalına görə qiymətləndirirlər (DƏ). Birinci halda, onlarda azotun miqdarını,
ikincisi üçün isə məhlula keçmiş zülalın miqdarını təyin edirlər. Başqa sözlə,
alınma zamanı təmizlənmə zamanı zülalların necə dəyişməsinə bu göstəricilərə
görə nəzarət edirlər.
Zülalların reoloji xassələrini isə su məhlulunda və müxtəlif temperatur
rejimlərində onların maye və həlməşik vəziyyətlərində tədqiq edirlər. Onları
məhlulda çalxalamaqla yaxud qarışdırmaqla yaranan köpüyün həcmi və saxlanma
müddətinə görə köpüklənmə qabiliyyətini, onun sabitliyini təyin edirlər. Zülal
məhlullarını bitki yağı ilə intensiv qarışdırmaqla isə ayrılan yağın miqdarına görə
onların emulsiya əmələgətirmə qabiliyyətlərini təyin edirlər. Nəticələri 1 q zülala
ayrılan yağa görə qiymətləndirirlər. Bundan daha mürəkkəb üsullar da məlumdur.
Bütün bunlar onu göstərir ki, müxtəlif mənbələrdən alınan zülalların iqtisadi
baxımdan necə sərfəli olması onların necə alınmasından və bu zaman zülalların
denaturasiyası və destruksiyasını şərtləndirən amillərin aradan qaldırılmasından
asılıdır.
Bu zaman zülalların lipidlərdən, allergenlərdən, kənar dad və ətir verən
birləşmələrdən təmizlənməsi metodlarının işlənməsi də vacibdir.
Bu nöqteyi-nəzərdən süd zülalı olan kazeinin alınması xüsusilə sərfəli sayılır.
Çünki onun xammalı olan süddə qatışıqlar yox dərəcəsindədir.
Zülal alınmasında məsələnin mürəkkəbləşdirilməsi təkcə onlara göstərilən
tələblərlə deyil, həm də ilkin xammala olan tələblərlə müəyyənləşdirilir. Bu
tələblər xüsusi metodların işlənməsi ilə yüngülləşdirilə bilər. Bütün bunlar isə
zülalların hansı formada alınmasından asılıdır.
Adətən istehsalda 3 əsas tip zülal məhsulları fərqləndirilir: un halında alınan
toxum zülalları; konsentratlar və zülal izolyatları şəklində.
Yağsızlaşdırılmış toxumlardan olan unda zülallar 50% miqdara yaxın,
konsentratlarda 70-75%, izolyatlarda isə 90-99%-ə çatır. Balıq məhsullarından
40
alınan balıq unu, konsentratları və izolyatlar, yaxud digər mənbələrdən alınan zülal
tipləri belə fərqləndirilir.
Standartlara görə ən yaxşı funksional xassələrə malik olan zülal məhsulları
izolyatlar hesab olunurlar.
Bu üç əsas zülal tipləri müxtəlif modifikasiyalarda, təmizlənməsi müxtəlif
olan variantlarda, denaturasiya dərəcəsi müxtəlif olan vəziyyətlərdə istehsal
edilirlər. Onların hər biri özlərinin funksional xassələrinə görə, həm də hansı qida
məhsuluna istifadəsinə görə istiqamətləndirilirlər.
Hal-hazırda dünyada yüksək funksional xassəli zülallar soya paxlasından
istehsal edilir və bu iş çox təkmilləşdirilmişdir. Demək olar ki, süni qida
məhsullarının böyük əksəriyyəti, hələ ki, soya zülalı əsasında həyata keçirilir.
Soya zülalının 60%-dən çoxu hazırda ABŞ-da istehsal edilir. Soyada 40%-dən
çox zülal vardır. Paralel olaraq, soya həm də yağ mənbəyidir, onun miqdarı soya
paxlasında 22%-dən çoxdur.
Soya zülalı həm də digər məhsullarla müqayisədə aminturşu tərkibinə görə də
fərqlənir. Soyada lizin daha çoxdur. Digər zülal mənbələri ilə müqayisədə soyada
zülallar 1,5-3 dəfə çoxdur. Məsələn, soyada 40-45% zülal olursa, pambıq çiyidində
30%, yumurtada 12%, pendirdə 25%, balıqda 17-20%-ə çatır.
Soyadan yağ alınması həm də ondan zülal alınmasını ucuzlaşdırır.
Soya zülalını qidaya çevirmək həm də Asiya ölkələrində 4000 il bundan
qabaq məlum olduğu üçün, ondan istifadə sərfəli sayılır. Yaponiyada soya zülalı
zülalla zəngin rasionların 12-15%-ni təşkil edir.
Onu da nəzərə almaq lazımdır ki, soya zülalı və digər zülalların tipindən asılı
olaraq onlarda olan aminturşuların miqdarı da müxtəlif olur. Məsələn, soya unu
zülalında aminturşuların miqdarı, zülal konsentratı və izolyatında olan miqdardan
az olur.