Kafedrasi



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix10.11.2017
ölçüsü0,6 Mb.
#9589
1   2   3   4   5   6   7   8   9   ...   25

 

səbəbdən  də,  təcrübədə  adları  çəkilən  mənbələrdən  çıxarılan  zülallar  toz  şəklində, 



məhlul və pastalar şəklində qidalanma üçün geniş istifadə edilə bilmirlər. 

Ənənəvi  məhsullara  zülalların  qatqı  kimi  işlədilməsi  isə  hələ  də  məhduddur 

və  bir  sıra  hallarda  onların  istifadəsi,  rəngsizləşdirilən  məhsulun  mövcud  unikal 

strukturasının  (quruluşun)  pozulmasına  gətirib  çıxarır.  Bəzən  isə  onların  dadı  və 

istehlak keyfiyyətinin aşağı düşməsinə səbəb olur. 

Bütün  bunlar,  müxtəlif  mənşəli  zülallar  əsasında  yeni,  yeni  forma  və 

quruluşlu  qida  məhsulları  hazırlanması  üsullarının  əsas  məsələlərini  meydana 

çıxarır ki, bunların həlli də ənənəvi metodları bilmədən mümkün deyildir. 

Elmdə  bu  istiqamət  keçən  əsrin  80-ci  illərindən  meydana  çıxmış,  çox  zaman 

o, süni qida məhsullarının – yeni formalı qida məhsullarının istehsalı adını daşıyır. 

Yeni  formalı  qida  məhsullarının  istehsalında  əsas  tələb  ondan  ibarətdir  ki, 

zülalı  qida  kimi  münasib-cəlbedici  görünüşdə  və  xassələrdə  geniş  istehlaka  cəlb 

etmək  təmin  olunsun.  Başqa  sözlə,  yeni  formalı  qida  məhsullarının  istehsalında 

yeni  istiqamət  ucuz,  tam  dəyərli  və  insan  üçün  cəlbedici  qida  məhsullarını 

yaratmaqdır.  20-30  ildən  çoxdur  ki,  dünyada  bu  istiqamət  xeyli  genişlənmiş,  bir 

sıra ölkələrdə, hətta sənaye sahəsinə çevrilmişdir. 

Bu  işin  elmi  cəhətdən  əsaslandırılması  və  izahı  əsasən  Moskvada  –  keçmiş 

SSRİ dövründə Nesmeyanov adına Element-Üzvi Tərkibli Birləşmələr İnstitutunda 

(rusca İNEOS) V.B.Tolstoquzov, Braudo E.B. və başqalarının rəhbərliyi altında və 

bilavasitə  iştirakı  ilə  həyata  keçirilmiş  və  indi  də  davam  etməkdədir.  İlk  ideya  isə 

akademik A.M.Nesmeyanov tərəfindən 1961-ci ildə irəli sürülmüşdür.  

Hal-hazırda  iki  istiqamətdə  aparılan  tədqiqatlar  onu  göstərir  ki,  kənd 

təsərrüfatı  xammalının  kompleks  emalı  hesabına  və  süni  qida  məhsullarının 

alınması  hesabına  kənd  təsərrüfatı  istehsalında  effektivliyə  nail  olmaq  və  qida 

məhsullarına olan artan tələbatı ödəmək mümkün olacaqdır. 



 

Buradan belə fikir yaranır ki, yaxın gələcəkdə yeni formalı qida məhsullarının 



yaranması  hesabına  ənənəvi  qida  məhsulları  istehsalı  ilə  müqayisədə  nisbətlər 

dəyişəcək, bitki zülalının istehsalı yüksələcək və onun birbaşa emalı hesabına ət və 

süd  məhsullarını  xatırladan,  onlardan  keyfiyyətcə  heç  fərqlənməyən  məhsulların 

istehsalı  artacaqdır.  Bu  isə  son  mərhələdə  mikrobioloji  metodlarla  zülal  və  digər 

qida  maddələri  əsasında  təşkil  olunmuş  süni  qida  məhsulları  istehsalının  kənd 

təsərrüfatının tətbiqi olmadan inkişafına gətirib çıxarmalıdır. 

Ona  görə  də  yeni  formalı  qida  məhsulları  texnologiyalarının  işlənib 

hazırlanmasında  əsas  elmi  və  elmi-praktiki  problemlərin  öyrənilməsi  ilk  növbədə 

zülalların emalı problemlərinin öyrənilməsindən başlanır. 

Bunun  üçün  ilk əvvəl ənənəvi  məhsullar  istehsalı səviyyəsi  və zülal  istehlakı 

ilə əlaqədar məsələlər dünya miqyasında təhlil olunmalıdır. 

Dünya  əhalisinin  sayca  artımı  onu  göstərir  ki,  bizim  eranın  başlanğıcından 

keçən  16  əsr  ərzində  inkişaf  tempi  hər  il  0,1%  olmaqla,  son  dövrlər  0,2%-ə 

çatmışdır. Belə bir inkişaf XX əsrdə demoqrafik partlayış adını almışdır. 

Eramızın  əvvəlində  əhali  sayı  200  mln  nəfər  olmuşsa,  onun  sayı  18  əsrdən 

sonra – 1930-cu ildə 1 mlrd., ondan 100 il sonra isə 1930-cu ildə 2 mlrd., 1960-cı 

ildə 3 mlrd., 4-cü artım 4 mlrd., ondan 15 il sonra 1976-cı ildə baş vermişdir.  

Beləliklə,  BMT  məlumatları  əsas  götürülməklə  onu  demək  olar  ki,  XX  əsrin 

sonunda  dünya  əhalisi  1,5  dəfə  artmışdır.  Buna  baxmayaraq,  bəşəriyyətin 

qidalanma səviyyəsi istər miqdarca, istərsə də keyfiyyət baxımından aşağıdır. Qida 

məhsullarının  miqdarca  çatışmazlığı  orta  hesabla  dünya  əhalisinin  15%-ni  əhatə 

edir. Bu, ilk növbədə kalori (enerji) çatışmazlığı ilə əlaqədardır. 

Qida  fiziologiyası  və  digər  elmlərdən  məlumdur  ki,  insanların  kaloriyə  olan 

tələbatı  onların  yaşı,  cinsi  və  həyat  fəaliyyətinə,  peşəsinə  uyğun  olaraq  iqlim  və 

digər  şərtlərdən  asılıdır  və  əsasən  karbohidratlar  və  yağlar  (qidanın  energetik 

komponentlərinin) hesabına ödənilir. Bu ödəniş müxtəlif ölkələr üzrə müxtəlifdir. 




10 

 

XX  əsrin  sonuna  kimi  qəbul  olunmuş  normalara  görə  1  gündə  hər  bir  insan 



qidalanma  hesabına    3000  kkal  (orta  hesabla)  qəbul  etməlidir.  Bunun  daha  da 

artırılması  piylənməyə  və  çəki  artımına  gətirib  çıxarır  ki,  bunlar  da  xəstəliklərin 

artımına səbəb olurlar və son nəticədə ömrün azalmasına gətirib çıxarır. 

Beləliklə, inkişaf etməkdə olan ölkələrdə kasıb təbəqə üçün qida probleminin 

həlli  kalori  defisitinin  aradan  götürülməsi  ilə  əlaqədar  olursa,  inkişaf  etmiş 

ölkələrdə əksinə, onun aşağı salınmasına yönəldilməlidir. 

Yaxud  əsrlərlə  aclığın  qarşısının  alınması  fiziki  işlə  daha  çox  məşğul  olanlar 

üçün  həyata  keçirilirdisə,  hazırda  bu  iş,  indiki  halda  əqli  əməklə  məşğul  olanlar 

üçün  qidanın  keyfiyyətinin  yüksəldilməsi  və  rasionda  enerji  dəyərinin  aşağı 

salınması hesabına həll olunmalıdır. 

Bütövlükdə  götürdükdə,  qidalanma  probleminin  miqdar  aspekti  rasionda  tam 

dəyərli  zülalların  çatışmazlığı  ilə  əlaqədardır  və  bu  dünya  əhalisinin  2/3  hissəsini 

əhatə  edir  və  inkişaf  etməkdə  olan  Asiya,  Afrika  və  Latın  Amerika  ölkələrində 

özünü daha qabarıq göstərir. 

Qidalanma  probleminin  keyfiyyət  tərəfi  isə  qəbul  olunan  bitki  zülallarının 

tərkibcə  ayrı-ayrı  aminturşuları  ilə  dəyərləndirilməməsidir.  Çünki  mövcud  20 

aminturşudan  zülalların  tərkibində  8-9-u  əvəzedilməz  sayılır,  yerdə  qalanlarını  isə 

insan orqanizminin özü sintez edə bilir. 

Başqa  sözlə,  orqanizmin  ehtiyacı  üçün  tələb  olunan  əvəzedilməz 

aminturşunun  minimal  miqdarı  orqanizmin  digər  aminturşularla  təmin  olunması 

dərəcəsini təyin edir və bu da zülalın bioloji dəyərliyini müəyyənləşdirir. 

Bitki  zülallarından  fərqli  olaraq,  heyvanat  xammalının  zülalları  aminturşu 

tərkibinə  görə  orqanizmin  əvəzolunmaz  aminturşulara  olan  tələbatına  daha  çox 

cavab verir. 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə