Kafedrasının baş müəllimi MÜASİr təSNİfat sistemləRİ VƏ onlarin təTBİQİ



Yüklə 302,03 Kb.
Pdf görüntüsü
tarix15.11.2018
ölçüsü302,03 Kb.
#79772


30 

 

S



ənubər MUSTAFAYEVA 

                             

“Kitabxana resursları və informasiya axtarış sistemləri” 

kafedrasının baş müəllimi   

 

MÜASİR TƏSNİFAT SİSTEMLƏRİ VƏ ONLARIN TƏTBİQİ 

 

Açar sözl

ər: Təsnifat sistemləri, Respublikada tətbiq edilən təsnifatlar, 

M.Dyunin t

əsnifatı,  Universal Onluq Təsnifat, Kitabxana Biblioqrafiya 

T

əsnifatı. 

Ключевые  слова:  Классификационные  системы,    Классификации 

применяемые  в  республике,  Классификация  М.Дьи,Универсальная 

десятичная 

классификация, 

Библиотечно-библиографическая 

классификация. 

Keywords:

 

Klassifikacionnıe  system,  Klassifikacii  primeny  are  emıe  and 



respublike, Klassifikaciy are MDi, Universalnay posts are klassifikaciy are 

ticnay are desy, Bibliotecno-biblioqraficeskay posts are klassifikaciy. 

 

H

ər  bir  xalqın,  dövlətin mədəni səviyyəsinin göstəricisi olan 



kitabxanalar 

ən böyük informasiya mənbəyi  olub,  insanların  bu  qiymətli 

x

əzinəsinin qorunmasini, nəsildən-nəsilə  ötürülməsini  həyata keçirirlər. 



Xalqımızın  əsrlər  boyu  yaratmış  olduğu  qədim və  bənzərsiz mədəniyyətin 

t

ərkib hissəsi  kimi kitabxanalar dünya mədəniyyətini misilsiz incilərlə 



z

ənginləşdirən mənəvi və  intellektual sərvətimizin  qorunub  saxlanmasına  və 

yayılmasına xidmət edir. Azərbaycan Respublikasının Mədəniyyən və Turizm 

Nazirliyinin kitabxana şəbəkəsində müxtəlif formada 40 milyon nüsxəyə yaxın 

informasiya daşıyıcıları və digər ənənəvi sənədlər qorunub saxlanılır. Son illər 

ərzində  ölkədə  kitabxana  işinin  inkişafı  sahəsində  bir  sıra  mühüm  sənədlər  

q

əbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində 



latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”...”2005-2006-

cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin 

siyahısının  təsdiq edilməsi  haqqında”...sərəncamları  ilə  təsdiq  edilmiş  siyahı 

üzr


ə  latın  qrafikası  ilə  nəşr  olunmuş  kitablar  ölkənin  bütün  kitabxanalarına 

h

ədiyyə edilmişdir.    



 Q

ədim zamanlardan indiyə  kimi  kitabxanaların  əsas  funksiyaları 

insanlara informasiya verm

ək, cəmiyyət üzvlərinin informasiyadan istifadə 

etm

əsini təmin etməkdir. Azərbaycan Respublikasının kitabxana işi haqqında 



qanununda deyilir: “Kitabxana f

əaliyyəti  -  oxucuların  sərbəst surətdə  

informasiya almaq huququnu t

əmin etmək, onların kitablara, dövri nəşrlərə və 

kitabxana fondunu t

əşkil  edən digər sənədlərə  olan tələbatını  ödəmək 

m

əqsədilə həyata keçirilən fəaliyyət”dir.(9) 




31 

 

İnformatika elmi məlumatın quruluşunu və xassələrini, həmçinin  elmi 



informasiya f

əaliyyətinin  qanunauyğunluqlarının  nəzəryyəsini, tarixini, 

metodikasının təşkilini öyrənən elm sahəsidir.(5,s.250) Sənəd latın sözü olub 

“sübut”, “şahid” mənasını ifadə edir. Sənəd insanların istifadəsi üçün müxtəlif 

informasiya daşıyıcılarında geniş əksini tapmış sosial informasiyadır. (5,s.271) 

Kitabxanalar q

ədər sənədlərin ictimai istifadəsini təşkil edən başqa bir 

elmi-m


əlumat idarələri yoxdur. Kitabxanalarda informasiya xidmətinin 

düzgün  t

əşkilinin  spesifik  xüsusiyyətləri  vardır.  Ən  mühüm  ploblem 

kitabxana  fondlarının    müxtəlif  oxucu  qruplarının  tələbatına  uyğun  təşkil 

etm

əkdən,  onların  istifadəsini operativ təmin etməkdən ibarətdir. Fondla 



oxucu  arasında  qarşılıqlı  əlaqəni  əks etdirən məlumat-axtarış  sistemi  bu 

problemin mühüm t

ərkib  hissəsidir. Kitabxanalara sənəd  axını  nə  qədər 

çoxalarsa,  onların  axtarılması  da  çox  vaxt  tələb  edərək mürəkkəbləşir.  Bu 

ç

ətinliklərin aradan  qaldırılması    məqsədilə  müxtəlif təsnifat sistemləri 



yaranmışdır. Təsnifat sistemləri əsasında həm kitabxana fondları təşkil edilir, 

h

əm  oxucuların  tematik  sorğuları  ödənilir, həm sənədlər məzmununa görə 



t

əsnifləşdirilir,  həm də onların əsasında kataloqlar yaradılır.  

T

əsnifləşdirmə elmdə və ictimai təcrübədə geniş tətbiq edilən fəaliyyət 



sah

əsidir. Bu problem və hadisələrin ümumi əlamətlərinə və onların arasındakı 

f

ərqə  görə  dərəcələrə  (siniflərə) və  qruplara bölünməsi deməkdir. 



T

əsnifləşdirmə, nəinki sənədlərə, həm də  fiziki cisimlərə, müxtəlif bilik 

sah

ələrinə  aiddir. Ümumiyyətlə  istənilən  obyekti,  predmeti  axtarıb  tapmaq 



işini asanlaşdırmaq üçün onları müəyyən qayda ilə qruplaşdırmaq lazımdır. Bu 

qruplaşdırma, sistemləşdirmə qaydaları təsnifat sistemlərində öz əksini tapir. 

T

əsnifat sistemləri  əsasən iki qrupa bölünür: 1) təbii və  ya elmlər 



t

əsnifatı; 2) süni və ya sənəd təsnifatı. 

Elml

ər təsnifatı müxtəlif dövrlərdə elmlərin inkişafı xüsusiyyətləri ilə 



əlaqədar öyrənilmişdir. Fəlsəfə tarixində elmin təsnifatı  problemi ilə məşğul 

olmayan görk

əmli filosof tapmaq çətindir. Qədim dövrdə  elmin təsnifatı 

probleml


ərilə  Demokrit, Platon və  Aristotel, müxtəlif dövrlərdə  Bekon, 

Dekart, Hobbs v

ə Lokk, Leybnits və Yum,  XIX əsrin əvvəllərində Kant və 

Hegel m


əşğul olmuşlar (10, 74). 

Rus aliml

ərindən M.R.Lomonosov, D.İ.Mendeleyev, K.A.Timiryəzev, 

biokimyaçı  Bax,  fizik  Vaviov  və  başqaları  elmlərin təsnifləşdirilməsi 

haqqında müəyyən fikirlər söyləmişlər. 

Süni v


ə  ya sənəd təsnifatları  öz  kökü  etibarılə  elmlər  təsnifatına 

əsaslanır və demək olar ki, bilavasitə ondan asılıdır. Asılılıq onunla müəyyən 

edilir ki, t

əsnif  edılən  əsər bu və  ya digər elm sahəsinə,  insanların  ictimai-

t

əcrübi fəaliyyətinin müəyyən cəhətlərinə aiddir. Bu asılılıq kitabın bilik, elm 



il

ə,  elmi  ədəbiyyat  arasındakı  üzvü  əlaqədən  yaranır.  Bu  əlaqələri nəzərə 

almadan elmi c

əhətdən yetgin olan kitabxana təsnifatı  yaratmaq  mümkün 




32 

 

deyildir.  Əlbəttə, kitabxana təsnifatı  elmlər təsnifatına  əsaslansa da onun öz 



spesifik  c

əhətləri  vardır.  Kitabxana  təsnifatının  elmlər təsnifatından  asılılığı 

kitabla elmi biliyin, elmi 

ədəbiyyatla elmin obyektiv əlaqəsinə əsaslanır. Fərq 

ondan ibar

ətdir ki, burada təsnif edilən obyektlər eyni deyildir. Elm mücərrəd 

xarakterli, kitab is

ə konkret obyektdir. 

Kitabxana t

əsnifatının  tarixi    elmlər təsnifatının  tarixi  kimi  qədimdir. 

O, uzun  inkişaf yolu keçərək cəmiyyətin inkişafı ilə əlaqədar təkmilləşmişdir. 

Kitabxana t

əsnifatı  həmişə  elmlər təsnifatı  ilə  əlaqədar  inkişaf  etmiş  və  ona 

əsaslanmışdır. Hələ qədim dünyada gələcək elmi biliklərin inkişafına kömək 

etmiş  elmlər təsnifatı  işlənib  hazırlanmışdır.  Bu  onu  göstərir ki, o dövrdə 

Yunanıstanda və Romada kitabxana  təsnifatı yüksək səviyyədə olmuşdur (10, 

83). 

Sonrakı  illərdə  kitabxana təsnifatı  cədvəlləri  inkişaf  edərək  müxtəlif 



ölk

ələrdə, müxtəlif illərdə  biri-birinə  yaxın  olan  və  yaxud da biri-birindən  

t

əmamilə fərqlənən təsnifat cədvəlləri meydana gəlmişdir.  



Müasir t

əsnifat sistemlərindən bəhs edərkən Amerika 

kitabxanaşünasları    Melven  Dyunin,  Carlız  Ketterin,  Martenin, H.Blissin, 

ingilis kitabxanaşünası Ceyms Braunun, hind kitabxanaşünası Ş.Ranqanatanın 

adını  qeyd  etmək  lazımdır.  Lakin  müasir    dövrdə  kitabxanalarda  ən  geniş 

t

ətbiq edilən Universal Onluq Təsnifat (UOT) və  Kitabxana Bibllioqrafiya 



T

əsnifatı  (KBT)  cədvəlləridir. Bu təsnifat cədvəllərindən  Respublikamızın 

elmi v

ə kütləvi kitabxanalarında ayrı-ayrılıqda istifadə edilir.  



İnformasiya birlikləri 1995-1996-cı illərdə Universal Onluq Təsnifatın 

100  illiyini  qeyd  etmişlər. Universal Onluq Təsnifat 110 ildən artıqdır  ki, 

yaradılaraq beynəlxalq aləmdə  istifadə  olunan təsnifat  sistemidir.  Yarandığı 

dövrd


ən  başlayaraq  UOT  dəyişikliklərə  uğramış,  dəfələrlə  tənqid  edilmişdir. 

Lakin müasir v

ə  tarixən  mövcud  olmuş  təsnifat sistemlərinin heç biri UOT 

q

ədər geniş yayılmamışdır (15, 46). 



Beyn

əlxalq biblioqrafiya təsnifatı  sistemi  kimi  yaranan  UOT  hazırda 

dünyanın 60-dan çox ölkəsində, əsasən təbiətşünaslıq və texnika sahəsindəki 

bütün s


ənədlərin təsnifləşdirilməsində  istifadə edilən vahid təsnifat sistemidir. 

Müxt


əlif məlumat-axtarış  sistemlərində, o cümlədən mexanikləşdirilmiş  və 

avtomatlaşdırılmış  məlumat-axtarış  sistemlərində  UOT-un tətbiqi  onun 

perspektiv  inkişafini müəyyən edən əsas cəhətdir.  

UOT-


un  tarixi  inkişafına  nəzər yetirdikdə  məlum olur ki, bu təsnifat 

ame


rika kitabxanaşünası Melvel Dyunin  “Onluq təsnifat” cədvəlinin əsasında 

yaranmışdır.  1851-1931-ci illər  arasında  yaşayan  M.Dyui  məşhur  amerika 

kitabxanaşünaslarından  biri  olmuşdır  və  Amerika  kitabxanaçılıq  birliyinin 

yaradıcısı  və  təşkilatçısıdır.  M.Dyui  hələ  21  yaşında  Amxer  kolledcində 

oxuyark

ən  kollec  kitabxanasında  işləmiş  və  oradakı  ədəbiyyatı 



sisteml

əşdirmək üçün “Onluq təsnifat” cədvəlini işləyib hazırlamışdır. 1876-cı 




33 

 

ild



ə ABŞ-in ümumi kitabxanasının buraxdığı məcmuədə M.Dyunin məqaləsi 

d

ərc olunur. Bu məqalədə “Onluq təsnifat”ın əsas prinsirləri izah edilir. Yenə 



h

əmin ildə onun “Kitabxanalarda kataloqların tərtibi və kitabların düzülməsi 

üçün t

əsnifat və predmet göstəricisi” adlı kitabçası nəşr edilir. Kitabça cəmisi 



42 s

əhifədən ibarət idi. Bunun  11 səhifəsi təsnifatdan,  qalanı  isə  predmet 

göst

əricisindən ibarət idi. 



M.Dyunin “Onluq t

əsnifat”ında  bütün  bilik  sahələri (0-dan-9-a kimi) 

əsas şöbəyə bölünmüşdür. Təstifatda hər şöbə 10 yarımşöbəyə, hər yarımşöbə 

öz növb


əsində  10 bölməyə  və  bu qayda üzrə  daha kiçik 10 bölmələrə 

bölünmüşdür. Təsnifatda istənilən  qədər bölgü həddi almaq mümkündür. 

M.Dyunin t

əsnifatında  hər  bir  anlayışın  və  predmetin dəqiq və  sabit 

yeri  şöbələr,  yarımşöbələr və  bölmələrin  hamısı  ərəb rəqəmləri ilə  ifadə 

edilmişdir.  Bu  cəhət  “Onluq təsnifat”ın  beynəlxalq  xarakterini  asanlaşdırır. 

Hazırda  M.Dyunin  “Onluq  təsnifat”ı  əsasən  ABŞ  kütləvi  kitabxanalarında 

t

ətbiq  olunur.  ABŞ  Konqres  kitabxanasının  buraxdığı  çap  kartoçkalarında 



M.Dyunin t

əsnifatının indeksi verilir. Beləliklə, M.Dyunin “Onluq təsnifat”ını 

ABŞ milli təsnifatı kimi adlandırmaq olar. 

Hazirda M.Dyunin t

əsnifatının 21-ci nəşri çap edilmişdir. Təsnifat 30-

dan  artıq  xarici  dilə  tərcümə  edilmişdir.  135  ölkənin 200 mindən  artıq 

kitabxanasında tətbiq edilir. M.Dyünin təsnifatının 21-ci nəşri 4 cilddən ibarət 

rus dilin

ə  tərcümə  edilmişdir.  Birinci  cild  girişdən, ikinci və  üçüncü cildlər  

əsas cədvəllərdən, dördüncü cild isə əlifda-predmet göstəricisindən ibarətdir.  

Universal, y

əni bütün bilik sahələrini  əhatə  edən təsnifat sistemi 

yaratmaq  ideyası    nəzəri  şəkildə  ABŞ-da  Boston  kitabxanasının  əməkdaşları 

M.Nafonel v

ə Mertlef tərəfindən irəli şürülmüşdür. 

Sonralar UOT-

un yaradıcıları Pol Otle (1868-1944) və Anri Lafonten 

(1854-


1943)  olmuşlar.  Hər iki alim 1895-ci ildə  Beynəlxalq Biblioqrafiya 

institutu  yaratmış  və  bu insititut sonradan Beynəlxalq Sənədləşdirmə 

Federasiyasına çevrilmlşdir.  

1895-ci ild

ə  Brüsseldə  birinci Beynəlxalq  biblioqrafiya  konfransı  

çağrılır  və  qərara  alınır  ki,  düyada  bütün  bilik  sahələrinə  dair  ədəbiyyatın 

kartoçka kataloqunu 

əks etdirən “Universal biblioqrafik repertuar” yaradılsın. 

Bu  repertuarın  yaradılmasına  rəhbərlik  işi    P.Otle  və  A.Lafontenə 

tapşırılmışdır. 

“Universal biblioqrafik repertuar”a lazımi ədəbiyyat tapmaq üçün hər 

şeydən əvvəl bilik sahələrinin o dövr üçün bölgüsünü, təsnifatını işləmək tələb 

olunurdu. Bu m

əqsədlə  P.Otle və  A.Lafonten M.Dyunin “Onluq təsnifat”ını 

əsas götürmüşlər. M.Dyunin təsnifatını öyrənərkən məlum olmuşdur ki, o dövr 

üçün n


əşr olunmuş ədəbiyyatın xeyli hissəsinin məzmununu ifadə etmək üçün 

t

əsnifatda rubrikalar yoxdur, sənəddə  bəhs olunan obyektləri və  onlar 




34 

 

arasındakı  münasibətləri,  əlaqələri indeksləşdirmək mümkün deyildir. 



Bel

əliklə, yeni təsnifat yaratmaq əsas məsələ kimi qarşıya çıxır. 

P.Otle v

ə  A.Lafontenin rəhbərliyi  altında  1895-1905-ci illərdə 

Beyn

əlxalq Biblioqrafiya institutunun “Onluq təsnifat” cədvəlləri  işlənib 



hazırlandı.  1905-ci ildə  təsnifatın  fransız  dilində  birinci nəşri,  1927-1933-cü 

ill


ərdə isə tam işlənmiş 2-ci nəşri çap olunur.(12, 161) 

İkinci  nəşrdən etibarən təsnifat  fransız  dilində  “Universal Onluq 

T

əsnifat”  (UOT)  adlandırılır.  UOT-un  üçüncü,  daha  genişləndirilmiş  nəşri 



1934-1954-cü ill

ərdə alman dilində çap edilmişdir.  

Artıq  ikinci  dünya  müharibəsinə  qədərki dövrdə  Beynəlxalq 

Biblioqrafiya ins

titutunun  işində  dünyanın  200  kitabxana-biblioqrafiya 

t

əşkilatı  və  500-ə  qədər  alimi  iştirak  edirdi.  Ona  görə  də,  UOT-un ikinci və 



üçüncü n

əşrləri məzmun cəhətdən tam və əhatəli hazırlanmışdır. 

1938-ci ild

ə  Beynəlxalq Biblioqrafiya institutu Beynəlxalq 

S

ənədləşdirmə  Federasiyasına  çevrildi.  Federasiyanın  əsas vəzifəsi 



s

ənədləşdirmənin nəzəri problemlərini  işləmək və  müxtəlif bilik sahələrinə 

dair s

ənədlərin  yaradılmasını  və  istifadəsini təşkil  etməkdən ibarət idi. Bu 



v

əzifələrlə  əlaqədar olaraq Federasiya təsnifləşdirmə  problemlərinə  ciddi 

əhəmiyyət verirdi. XX əsrin 40-cı illərə qədərki dövrdə Federasiyanın nəzarəti 

altında UOT-un tam, ixtisaslaşdırılmış və sahəvi cədvəlləri nəşr edilmişdir.  

İkinci dünya müharibəsi dövründə  və  müharibədən  sonrakı  5  il 

müdd


ətində  maliyyə  çatışmamazlığına  görə  təsnifləşdirmə  sahəsində 

Federasiyanın işi bir qədər zəifləmişdir. XX əsrin 50-ci illərindən başlayaraq 

UOT-un alman dilind

ə  üçüncü nəşri,  ingilis  dilində  dördüncü  nəşri,  fransız 

dilind

ə  beşinci  nəşri,  həmçinin təsnifatın  dolğun  beynəlxalq xarakterli nəşri, 



yapon dilind

ə altıncı nəşri və digər nəşrləri çap edilmişdir. Ümumiyyətlə, 50-

ci ill

ərdən  başlayaraq  UOT-un çoxdilli nəşrləri hazırlanmışdır.  1945-ci ildən 



başlayaraq Beynəlxalq Sənədləşdirmə Federasiyasının nəzdində təsnifləşdirmə 

üzr


ə Mərkəzi Komitə yaradılmışdır. Bu komitə UOT-da dəyişiklik və əlavələr 

edir, onun yeni n

əşrlərini hazırlayırdı. 

Ümumiyy


ətlə, Beynəlxalq Sənədləşdirmə Federasiyası tərəfindən UOT 

c

ədvəllərinin dörd beynəlxalq nəşri olmuşdur. Birinci və ikinci tam köhnə nəşr 



Brüsseld

ə  fransız  dilində  (1905-1907 və  1927-1933  –cü illərdə) və  üçüncü 

n

əşri  Standartlar  institutu  tərəfindən  hazırlanmışdır.  1934-1954-cü illərdə  isə 



UOT-un alman dilind

ə 11 ciddən ibarət nəşri çap edilmişdir. Dördüncü nəşr 

ingilis dilind

ə 1936-cı ildə çap edilmişdir.(4,s.68) 

UOT-

un sonrakı illərdə  də qısa nəşrləri  çap edilmişdir ki, bunlar kiçik 



fonda malik olan kitabxanalar üçün n

əzərdə  tutulmuşdur.  Həmin cədvəllər 

1958, 1968-ci ill

ərdədə çap edilmişdir. 




35 

 

60-



cı illərin axırlarında UOT cədvəllərinin yeni nəşr növü, tam nəşrin 

orta h


əcminə  malik olan nəşri  çap  edilmişdir.  UOT  cədvəllərinin orta nəşri 

Standartlar Komit

əsi tərəfindən 1967-ci ildə iki cilddə çap edilmişdir. 

Rusiyada  UOT  sisteminin  detallaşdırma  dərəcəsinə  görə  müxtəlif 

c

ədvəl variantları nəşr edilmişdir. Təbiətşünaslıq və texniki elmlər üzrə UOT-



un tam c

ədvəli  6  buraxılışda  nəşr  edilmişdir:  birinci  nəşr  1963-1966-cı  il; 

ikinci n

əşr  1969-1971-ci il; üçüncü nəşr  7  buraxılışdan  ibarət  1974-cü il. 

UOT-un orta n

əşri 1969-cu ildə, qısaldılmış nəşrinin birinci variantı 1962-ci 

ild

ə professor E.İ.Şamurin tərəfindən   tərcümə və redaktə edilmiş, 2-ci nəşri 



is

ə 1978-ci ildə çap olunmuşdur (4, 69). 

1979-1986-

cı  illərdə    bir  sıra  əlavə  və  dəyişikliklərlə  ayrı-ayrı 

buraxılışlardan  ibarət UOT-un rus  dilində  nəşri  çap  edilmişdir.  Universal 

Onluq T


əsnifatın    rus  dilində  son təkmilləşdirilmiş  nəşri  2001-ci ildə  nəşr 

edilmişdir. Burada şöbələr aşağıdakı ardıcıllıq üzrə verilmişdir: 

0.  Ümumı şöbə 

 1.  F


əlsəfə. Psixologiya. 

 2.  Din. Teologiya. Ateizm. 

 

3.  İctimai elmlər. Hüquq. İdarəetmə 



4.  1961-ci ild

ən boşdur.Əvvəllər bu şöbədə “Dilçilik” verilirdi. Həmin 

şöbə  8-ci  şöbəyə  keçirilmişdir.  Ehtimal  edilir  ki,  4-cü  şöbədə  sahələrarası, 

müştərək elmlərin təsnifat qrupları veriləcəkdir.  

 5.  Riyaziyyat. T

əbiətşünaslıq elmləri.  

 6.  T

ətbiqi elmlər. Tibb.Texnika. 



7.    İncəsənət. Dekorativ-tətbiqi incəsənət. Fotoqrafiya. Musiqi. 

Oyunlar. İdman. 

8.  Dilçilik. Filologiya. B

ədii ədəbiyyat. Ədəbiyyatşünaslıq. 

9.  Coğrafiya. Tərcümeyi hallar. Tarix . 

UOT-da müxt

əlif elm sahələrinə  dair  ədəbiyyatın  təsnifləşdirilməsi 

köm


əkçi cədvəllərə  əsaslanır.  Burada  köməkçi cədvəllər təyinedicilər 

adlandırılır.  Təyinedicilər iki yerə  bölünür: analaitik təyinedicilər, ümumi 

t

əyinedicilər.  



Analitik t

əyinedicilər UOT-da defis (-  .) və  nöqtə,  sıfır  işarələri ilə 

(0...) göst

ərilir. Bu təyinedicilər əsasən 5-ci və 6-cı şöbələrdə verilir və konkret 

anlayışları ifadə edir (qurğu, alət, təmir və s.).  

UOT-da veril

ən ümumi təyinedicilər iki qrupa bölünür. 

1. S


ənədlərin məlumat  formasını  ifadə  edən təyinedicilər (dil, forma, 

yer v


ə zaman təyinediciləri) 

2. S


ənədin məzmununu  daha  da  geniş  və  konkret  şəkildə  açmağa 

imkan ver

ən təyinedicilər (nöqteyi-nəzər, şəxs və material təyinediciləri). 



36 

 

UOT universal onluq t



əsnifat olmasına baxmayaraq və eləcə də bütün 

avtomatlaşdırıılmış sistemlərdə müvəffəqiyyətlə tətbiq edilməsinə baxmayaraq 

bir sıra nöqsanlara malikdir: 

1. Yeni elm, texnika v

ə mədəniyyətin müasir inkişafı onluq çərçivəsinə 

sığışmır. 

2. H

ər bir bölmə  və  yarım  bölmə  yalnız  on  yerə  bölündüyünə  görə 



yeni bilik sah

ələrini əks etdirmək üçün UOT-da ehtiyat rubrikalar yoxdur.  

3. Ümumi bölgü olduqca mür

əkkəbdir. 

4. Elml

ərin  düzülüşündə  məntiqi  ardıcıllıq  pozulub.  Şöbələr qeyri-



b

ərabər yüklənir, xüsusən 5, 6, 7 şöbələr. Gələcəkdə 5 və 6-cı şöbədən bəzi 

elm sah

ələrinin 4-cü şöbəyə keçirilməsi nəzərdə tutulur (4, 70). 



Lakin bütün bunlara baxmayaraq Universal Onluq T

əsnifat 


müv

əffəqiyyətlə tətbiq edilən təsnifat sistemi kimi qəbul edilir.  

Rusiya  kitabxanaşünasları  XX  əsrin 50-ci illərindən  başlayaraq  yeni 

kitabxana-biblioqrafiya t

əsnifatı  yaratmaqla  məşğul  olmuş  və  60-cı  illərin 

sonunda bu işi başa çatdırmışlar. 

T

əsnifatın yaradıcıları Rusiya Dövlət Kitabxanası, M.Y.Saltkov-Şedrin 



adına  Sankt-  Peterburq Dövlət  Kitabxanası,  Rusiya  Elmlər  Akademiyası  və 

Rusiya Dövl

ət Kitab Palatasının kollektivləri olmuşdur (10, 111). 

T

əsnifatda bütün bilik sahələri obyektiv aləmin tərkib hissələrinə 



uyğun olaraq üç  sahəyə bölünmüşdür. 

1. Cansız təbiət haqqında elmlər – dəqiq elmlər 

2. Canlı orqanizmlər  haqqında elmlər –biologiya elmləri 

3. C


əmiyyət haqqında elmlər – ictimai elmlər 

1960-


cı illərdən etibarən Kitabxana-Biblioqrafiya Təsnifatı (KBT) nəşr 

edilm


əyə  başlamış  və  onun müxtəlif  variantları  çap  edilmişdir.  KBT-nin 

əsasən 5 variantı hazırlanmışdır. 

1.KBT. Tam variant (iri elmi kitabxanalar üçün – 

25  buraxılış  30 

kitabdan ibar

ət 1961-1968-ci illərdə çap edilmişdir) 

2.  KBT.  Elmi  kitabxanalar  üçün  qısaldılmış  cədvəllər  (5  buraxılış,  6 

kitabdan ibar

ət  1969-1972- ci illərdə çap edilmişdir) 

3. KBT. Vilay

ət  kitabxanaları  üçün  (4 kitabdan ibarət, 1980-1983-cü 

ill


ərdə çap edilmişdir) 

4. KBT. Kütl

əvi kitabxanalar üçün 1 cilddə (ilk nəşri 1977-ci ildə çap 

edilmişdir) 

5. KBT. Uşaq və məktəb kitabxanaları üçün 1 cilddə ( ilk nəşri 1986-cı 

ild


ə çap edilmişdir) (10,s.111-112) 

KBT-nin tam n

əşrinin  ümumi  həcmi 500 çap vərəqindən ibarətdir. 

T

əsnifatın  hazırlanmasında  800-dən  artıq  alim  (akademiklər, müxbir üzvləri, 



elml

ər doktorları və namizədləri) məsləhətçi kimi iştirak etmişdir.  




37 

 

KBT-



nin  elmi  kitabxanalar  variantının  əsas cədvəlləri  21  şöbədən 

ibar


ətdir. Elmlər təsnifatına  uygun  olaraq  bu  şöbələr  aşağıdakı  kimi 

yerl


əşdirilmişdir: 

A  - 


Əvvəllər  bu  şöbə  marksizm-leninizm  adlandırılmışdır.  Hazırda 

şöbənin         

f

əaliyyəti dayandırılmışdır. 



Б -  Təbiətşünaslıq elmləri 

B -  Fizika-riyaziyyat elml

əri  

Г -  Kimya elmlər 



Д -  Yer haqqında elmlər 

E -  Biologiya elml

əri 

Ж/0 - Texnika. Texniki elmlər 



П -  Kənd və meşə təsərrüfatı 

P -  S


əhiyyə. Tibb elmləri 

C -  Bütünlükd

ə ictimai elmlər 

T -  Tarix. Tarix elml

əri 

У -  İqtisadiyyat. İqtisadi elmlər 



Ф -  Siyasət. Siyasi elmlər 

X -  Dövl

ət və hüquq. Hüquq elmləri 

Ц -  Hərbi elm. Hərbi iş 

Ч-  Mədəniyyət. Elm. Maarif 

Ш -  Filologiya elmləri. Bədii ədəbiyyat  

Щ -  İncəsənət. Sənətşünaslıq 

Э -  Din. Ateizm 

Ю -  Fəlsəfə elmləri. Psixologiya 

Я-  Universal məzmunlu ədəbiyyat  (2, 75). 

T

əsnifatda böyük rus hərfləri ilə işarə edilmiş bütün şöbələr obyektiv 



al

əmin  tarixi  inkişafı  baxımından,  yəni təbiət-cəmiyyət-təfəkkür silsiləsinə 

əsasən qurulmuşdur.   

KBT-nin mühüm hiss

əsini köməkçi tipik bölgü cədvəlləri 

(t

əyinedicilər) təşkil  edir.  Tipik  bölgü  cədvəlləri  əsas cədvəllərdən fərqli 



olaraq ist

ənilən bilik sahəsinin ümumi cəhətlərini təsnifləşdirməyə  imkan 

verir. Ümumi tipik bölgül

ər təsnifatın əsas cədvəlləri vasitəsilə təsnifləşdirilən 

ədəbiyyatın  müəyyən tiplər üzrə  qruplaşdırılmasını  təmin edir. Bu bölgülər 

formal v


ə  mövzu bölgülərindən ibarətdir. Tematik bölgülərdə  elmşünaslıq 

m

əsələləri (məsələn,  elmin  metodologiyası,  tarixi, təşkili  və  s.), formal 



bölgül

ərdə isə sənədin forma və istiqaməti ( məsələn, müxtəlif biblioqrafik və 

soraq materialları, nəşr növləri və s.) verilir. Ümumi tipik bölgü cədvəllərinin 

şöbələri kiçik rus hərfləri ilə,  sonrakı  bölgüləri isə  əlifba-rəqəm  işarələri ilə 

göst

ərilir.  




38 

 

KBT-d



ə  ərazi tipik bölgülər də  işlənmişdir.  Bu  bölgü  əsasında 

s

ənədləri məhəlli, ərazi əlamətlərinə görə təsnifləşdirmək olar. Cədvəldə ərazi 



tipik bölgül

əri  iki  variantda  işlənmişdir:  təbiətşünaslıq  elmləri üçün  -  fiziki 

cografi rayonlara gör

ə; ictimai elmlər üçün –  siyasi inzibati bölgülərə  görə. 

H

ər iki bölgüdə indekslər mötərizə içərisində rəqəmlərlə (...) işarə edilir. 



T

əsnifatda xüsusi tipik bölgü cədvəlləri də  vardır.  KBT-nin sahəvi 

buraxılışlarında  bu  cədvəllərin miqdarı  150-yə  qədərdir. Xüsusi tipik bölgü 

c

ədvəlləri əlaqədar şöbədə rubrikalardan sonra verilir.  



KBT-nin tam n

əşrinin  əlifba-predmet göstəricisi də  verilmişdir.  Bu 

göst

əricidə 20 minə yaxın rubrika vardır.  



Sonralar KBT-nin n

əşrləri bir qədər  inkişaf  etdirilərək kütləvi 

kitabxanalar,  uşaq  və  məktəb  kitabxanaları  üçün  nəşrləri  yaranır.  Bu 

variantlarda  ixtisarlar  aparılaraq  bütün  elm  sahələri  9  şöbə  daxilində 

qruplaşdırılmışdır. Şöbələr ərəb rəqəmləri ilə işarə edilmişdir: 

1. Ümumelmi v

ə  fənnlərarası  biliklər.  Əvvəllər  bu  şöbə  marksizm-

leninizm 

adlandırılırdı 

2. T


əbiətşünaslıq elmləri 

3. Texnika. Texniki elml

ər 

4. K


ənd və meşə təsərrüfatı 

5. S


əhiyyə. Tibb elmləri 

6/8. İctimai və humanitar elmlər 

9. Biblioqrafik v

əsaitlər. Məlumat nəşrləri (10, 114-115). 

Hazırda 1993-1995-ci illərdə ideoloji və siyasi aləmdə baş verən sosial 

d

əyişiklikləri özündə əks etdirən KBT-nin yeni nəşrləri hazırlanır.  



1998-

ci  ilin  oktyabrında  KBT-nin nəşrinin  30  illiyinə  həsr  edilmiş 

Beyn

əlxalq  konfransda  dünya  standartlarına  cavab  verə  bilən KBT-nin 



n

əşrlərinin  yeni  variantlarının  hazırlanması  məsələsi irəli  sürülmüşdür. 

Əvvəlcə  KBT-nin tam nəşrinin  hazırlanması  fikri  əsas  götürülmüşdür.  Bu  

variant m

əlum  olduğu  kimi  1960-1968-ci illərdə  30 kitabdan ibarət çap 

edilmişdir.  Belə  bir  həcmdə  olan nəşrin  çapı  baha  başa  gəldiyindən qərara 

alınmışdır  ki,  elmi  kitabxanalar  üçün  olan  variantının  (1970-1972-ci illər, 6 

kitabdan ibar

ət) təkrar  çapı  hazırlansın  və  burada tibb və  kənd təsərrüfatı 

şöbələrinin detallaşmasına xüsusi diqqət yetirilsin.  

Bunun n

əticəsi olaraq Rusiyada elmi-tədqiqat mərkəzi KBT 



c

ədvəllərinin yeniləşməsinə  ictimai elmlər  şöbəsindən    başlamışdır.  2000-ci 

ild

ən başlayaraq müəlliflər kollektivi arasında iş birliyi yaradılmışdır.  



Elmi  kitabxanalar  üçun  ixtisar  edilmiş  variantın  nəşrinin  8  ciddən 

ibar


ət çap edilməsi qərara alınmışdır. Ayrı-ayrı buraxılışlar üçün materialların 

aşağıdakı qayda üzrə yerləşdirilməsi nəzərdə tutulmuşdur. 

A,Я    1,9  Ümumelmi  və  fənnlərarası  biliklər. Universal məzmunlu 

ədəbiyyat. 




39 

 

Bu buraxılışda həmçinin giriş, tipik bölgülər cədvəli veriləcək. 



Б/E     2    Təbiət elmləri. 

Ж/O    3     Texnika. Texniki elmlər. 

П/Р  4/5  Kənd və  meşə  təsərrüfatı.  Kənd və  meşə  təsərrüfatı  elmləri.       

S

əhiyyə. Tibb elmləri.    



C/T  60/63    İctimai  elmlər ümumilikdə.  Sosial fəlsəfə. Sosiologiya. 

Statistika. Demoqrafiya. Tarix. Tarix elml

əri. 

У/Ц     60/68  İqtisadiyyat. İqtisadi elmlər. Siyasət. Siyasi elm. Hüquq. 



Hüquq elml

əri. Hərbi iş. Hərbi elm.       

Ч/Ю  70/88    Mədəniyyət, elm, maarif. Filologiya elmləri. Bədii 

ədəbiyyat. İncəsənət. İncəsənətşünaslıq. Din. Mistika. Azad düşüncə. Fəlsəfə. 

Psixologiya. (3,s.32) 

8-

сi  cilddə  bütün cildlərə  aid toplu əlifba-predmet göstəricisi 



veril

əcəkdir. Digər cildlərin hər birində  də  əlifba-predmet göstəricisinin 

verilm

əsi nəzərdə tutulmuşdur. 



Buraxılışlar  hazırlandıqca  çap  edilir.  Hər  bir  buraxılış  çap  edilib  

istifad


əyə verildikcə ona dair əlavə və dəyişikliklər də çap ediləcəkdir. 

XXI 


əsrdə  yaşadığımızı    nəzərə  alaraq modernləşmə  prosesini 

dayandırmaq olmaz. Biz həmişə yeni problemlərlə üzləşirik, ona görə də bütün 

bu probleml

ər təsnifat cədvəllərində öz əksini tapmalıdır. 

T

əsnifat cədvəlinin  bu  variantı  bütün  kitabxanalar  üçün  (universal, 



elmi, milli, kütl

əvi kitabxanalar və  s.) nəzərdə  tutulmuşdur.  2001-ci ildən 

başlayaraq KBT-nin buraxılışlarla nəşrləri çap edilir. 

Qeyd etm


ək lazımdır ki, adları qeyd edilən təsnifat sistemlrindən UOT 

v

ə  KBT  respublikamızın  kitabxanalarında  geniş  tətbiq  edilmişdir.  Universal 



Onluq T

əsnifat Azərbaycanda ötən  əsrin 20-ci illərindən  başlayaraq  elmi, 

xüsusi v

ə  kütləvi kitabxanalarında tətbiq edilməyə başlamışdır. 1950-ci illərin 

sonuna q

ədər  demək  olar  ki,  respublikanın  bütün  tədris, elmi və  xüsusi 

kitabxanalarında  sənədlərin sistemləşdirilməsi və  kataloqlaşdırılması 

Universal Onluq T

əsnifat üzrə  aparılmışdır.  Lakin  1960-cı  illərdən etibarən 

Rusiyada yeni t

əsnifatın  yaradılması  ilə  əlaqədar olaraq Universal Onluq 

T

əsnifatın  elmi  və  xüsusilə  də  kütləvi kitabxanalarda tətbiqini 



m

əhdudlaşdırmışdır.  Çünki,  bu  təsnifat cədvəlləri bütün kitabxanalarda 

m

əcburi olaraq tətbiq edilirdi. Lakin elmi-texniki tərəqqinin durmadan 



inkişafı, informasiya tələbatçılarının mürəkkəb və çoxsahəli sorğularının tam 

öd

ənilməsi məqsədilə keçmiş SSRİ Nazirlər Soveti 11 may 1962-ci il tarixində 



“Ölk

ədə  elmi-texniki məlumatın  yaxşılaşdırılması  haqqında”  qərar qəbul 

etmişdir.  Qərara müvafiq olaraq UOT ölkədə  təbiətşünaslıq  və  texniki 

ədəbiyyatın  təsnifləşdirilməsində  texniki, tibb, kənd təsərrüfatı  kitabxanaları 

v

ə elmi-texniki informasiya orqanları üçün vahid təsnifat sistemi kimi  qəbul 



edilmişdir (10, 115). 1962-ci il qərarına müvafiq olaraq    Respublikanın bir 


40 

 

sıra  kitabxanalarında  Azərbaycan Dövlət  Neft  Akademiyasının,  Respublika 



Elmi  Texniki  Kitabxanasının,  Azərbaycan Dövlət  Tibb  Universitetinin,  Bakı 

Dövl


ət Universitetinin, Respublika  Tibb  kitabxanasında  təbiətşünaslıq  və 

texniki 


ədəbiyyatın sistemləşdirilməsi UOT üzrə aparılır. İctimai və humanitar 

elml


ərə dair ədəbiyyatın təsnifləşdirilməsində isə KBT tətbiq edilir. 

Respublikanın  digər elmi və  xüsusi  kitabxanalarında  (məsələn, 

M.F.Axundov  adına  Milli  Kitabxanada,  Azərbaycan Milli Elmlər 

Akademiyasının  Mərkəzi  Elmi  Kitabxanasında)1960-cı  illərdən, kütləvi 

kitabxanalarda  is

ə  1980-ci illərdən  Kitabxana Biblioqrafiya təsnifatı  tətbiq 

edilir.   

Bel


əliklə, bütün bu deyilənlərdən  məlum olur ki, müasir dövrdə 

kitabxanalarımızda tətbiq edilən təsnifat cədvəlləri içərisində Universal Onluq 

T

əsnifat və  Kitabxana Biblioqrafiya Təsnifatı  xüsusi  yer  tutur.  Bu  təsnifat 



c

ədvəlləri yarandığı dövrdən müntəzəm olaraq təkmilləşir. 

 

 

ƏDƏBİYYAT    

1. “Az


ərbaycan  Respublikasında  kitabxana-informasiya sahəsinin 2008-2013 illərdə  inkişafı 

üzr


ə  Dövlət  Proqramı”nın    təsdiq edilməsi barədə  Azərbaycan  Respublikası  Prezidentinin 

S

ərəncamı // Respublika. – 2008. – 7 oktyabr. 



2. 

Библиотечно-библиографическая  классификация  :Таблицы  для  научных  библиотек: 

Вып.1: Введение.- М.,1968.- 300 с. 

3.  Библиотечно-библиографическая  классификация  :Средние  таблицы:  Практическое 

пособие / Рос. Гос. б-ка, Б-ка Рос.акад. наук.- Вып.1. С/Т Социальные науки в целом. 

(Обществознание). История и исторические науки.-  М.:  Изд-во Либерея, 2001.- 320 с. 

4. Əliyev A. Universal Onluq Təsnifat (UOT) : Yaranması, quruluşu və təşkili prinsipləri // 

Kitabxanaşünaslıq və biblioqrafiya.-1998.- №1.-  S.65-74. 

5.  X

ələfov A. Kitabxanaşünaslığa giriş: 3 his-də: h.1-2. Kitabxanaşünaslıgın nəzəri əsasları. 



Kitabxana işi haqqında təlim.- B.: BDU nəşr-tı, 2001,-398 s. 

6.  X


ələfov A. Kitabxanaşünaslığa giriş:3 his-də: h.3.  Kitabxana işi haqqında təlim .- B.: BDU 

n

əşr-tı, 2003.-312 s. 



7. X

ələfov  A.  İnformasiya  cəmiyyətinin  formalaşmasında  kitabxanaların  vəzifələri // 

Kitabxanaşünaslıq və biblioqrafiya.-2005.-№2.- S. 5-17. 

8.X


ələfov A. Bakı Dövlət Universitetinin Elmi Kitabxanası 90 il elm və təhsilin xidmətində / 

Red. K.As

ıan; M.Məmmədov; Rəyçi S.İbrahimova.-B.: BDU nəşr-tı, 2009.- 210 s.  

9. Kitabxana işi haqqında Azərbaycan Respublikasının qanunu // Azərbaycan.- 1999.- 14 mart.  

10.  Kitabxanaşünaslıq  :(Kitabxana  kataloqları):  Dərs vəsaitləri / A.Xələfovun  red.  İlə.-  B.: 

BDU n


əşr-tı, 1996.- 210 s. 

11. Mehdiyev C.M. Elmi-texniki m

əlumatın  təşkili  və  axtarışı  sistemləri /C.M. Mehdiyev, 

Ə.M. Rüstəmov.- B.: Maarif, 1976.- 258 s. 

12.Mustafayeva, S.M. Normativ-texniki s

ənədlərin təsviri və təsnifləşdirilməsi: Dərs vəsaiti / 

Elmi 

red. Ə.M.Rüstəmov; Red. T.F.Quliyev.- B.: BDU nəşr-tı, 2001.- 214 s. 




41 

 

13.  Mustafayeva  S.M.  Respublika  kitabxanalarında  KBT-nin müasir vəziyyəti və 



t

əkmilləşdirilməsi məsələləri  // Kitabxanaşünaslıq və biblioqrafiya.- 1997.- № 1.- S.130-134. 

14.Mustafayeva  S.M. Kitabxana biblioqrafiya t

əsnifatı:  yeniliklər və  dəyişikliklər // 

Kitabxanaşünaslıq və biblioqrafiya.-2009.-N2.- S.82-93. 

15. 


Универсальная  десятичная  классификация  :  Сокращенные  таблицы.-  М.:  Книжная 

палата, 1962.- 450с. 

 

С.МУСТАФАЕВА 

 

СОВРЕМЕННЫЕ КЛАССИФИКАЦИОННЫЕ 

СИСТЕМЫ И ИХ ПРИМЕНЕНИЕ 

 

РЕЗЮМЕ 

 

            

В 

статье 


освещаются 

возникновение 

и 

развитие 



современных 

классификационных  систем.  Широко  характеризуются  классификация  М.Дьи, 

Универсальная  Десятичная  Классификация  и  Библиотечно-библиографическая 

классификация. А также говорится об их применении в библиотеках республики. 



 

 

 

 

  S.MUSTAFAYEVA 

MODERN CLASSIFICATION 

SYSTEMS AND APPLICATIONS 

 

 

 

 

SUMMARY 

 

The paper highlights the emergence and development of modern classification systems. 

Widely characterized classification M.Di, Universal Decimal Classification and bibliographic 

classification. And also describes their use in the libraries of the country. 

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

Yüklə 302,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə