"Kafi" kitabından seçmələr بسم الله الرحمن الرحيم


İmamlar Allahın əmrləri və elminin xəzinadarlarıdır”fəsli



Yüklə 437,02 Kb.
səhifə2/4
tarix03.10.2017
ölçüsü437,02 Kb.
#3037
1   2   3   4
İmamlar Allahın əmrləri və elminin xəzinadarlarıdır”fəsli

İmamlar Allahın yer üzərindəki xəlifələri,özündən gələn qapılarıdır” fəsli

İmamlar Allahın nurudur” fəsli

Allahın kitabında zikr edilən ayələrin imamlar olması” fəsli

Allah və Rəsulunun kainatdan fərz qıldlğı şeylərin imamlarla bərabər olması” fəsli

Elmdə dərinlik sahibi olanlar imamlardır” fəsli

Allahın qulları içərisindən seçdiyi və kitabına varis etdiyi kimsələrin imamlar olması” fəsli

İmamlar bilmək istədikləri zaman bilərlər” fəsli

İmamların nə zaman öləcəklərini bilməsi və yalnız öz istəkləri ilə ölə biləcəkləri” fəsli

İmamlar keçmişdə olanları,gələcəkdə olacaqları bilir və heç bir şey onlardan gizli qalmaz” fəsli

Allah Peyğəmbərinə öyrətdiyi bir elmi möminlərin əmirinə də öyrədilməsini əmr etməsi və elmdə onun şəriki olması” fəsli

İmamlar üzərləri örtülsə belə hər kəsin lehinə və əleyhinə olanları bildirirlər” fəsli

Din ilə bağlı məsələlərdə Rəsulullah (s.a.s)-a və imamlara üz tutulması”fəsli

Quranın imama hidayət etməsi”fəsli

Allahın Quranda zikr etdiyi nemətin imamlar olması”fəsli

Əməllərin Peyğəmbər (s.a.s)-ə və imamlara ərz edilməsi”fəsli

İmamlar elmin mənbəyi,Peyğəmbərlik ağacı,mələklərin gediş-gəliş məkanı olması”fəsli

İmamlar elmin mənbəyidir və elmi bir-birilərinə miras buraxarlar”fəsli

İmamların Peyğəmbər (s.a.s)-in,bütün əvvəlki peyğəmbərlərin və öncəki vəsilərin elminə miras olmaları”fəsli

İmamların yanında Allah tərəfindən nazil olan bütün kitabların olması və dillərinin fərqli olmasına baxmayaraq onları bilməsi”fəsli

İmamlar Davud və Davud ailəsinin hökmü ilə hökm edərlər.Dəlil istəməz və soruşmazlar.” fəsli

Quranı tam olaraq yalnız imamların bir araya cəm etməsi və Quranı tamamən bilmələri”fəsli

İmamların cümə gecəsində daha çox istəmələri”fəsli

İmamların mələklərə,peyğəmbərlərə və elçilərə çatan bütün elmlərə sahib olmaları”fəsli

İmamlarda bütün kitablar vardır və onları dilləri müxtəlif olsa da oxuyub anlaya bilirlər.” fəsli

Möminlərin bütün əməllərini imamlar və Peyğəmbər (s.a.s) tərəzidə çəkəcəklər” fəsli

İmamlar peyğəmbərlərdən daha alimdirlər” fəsli. Bu fəsildə 30 rəvayyət nəql olunur.
Muhəmməd Baqir dedi: “İmamın on əlaməti vardır: “İmam təharətli və sünnət olaraq doğulur,doğulduğu zaman əlləri üzərində düşər,səcdə vəziyyəti alar və yüksək səslə iki şəhadəti söyləyər,heç vaxt cənabət olmaz,gözləri yatar,amma qəlbi yatmaz,əsnəməz,qarşısını gördüyü kimi,arxasını da görər,nəcisi müşk ətiri verər,yerə əmr olunub ki,İmamın nəcisi örtülsün və udulsun,Peyğəmbər (s.a.s)-in zirehi əyinlərinə çox münasib halda oturar.” (“Kafi” c.1,səh 388,müq.üçün bax tər.”Mübahilə” nəşr.səh 678)

İshaq ibn Cəfər İmam Cəfər Sadiqdən rəvayyət edir ki,analar İmamları doğacaq gecə evdə bir nur görərlər.Bu nuru ondan və İmamdan başqa heç kəs görməz.Onu dünyaya gətirən zaman oturaq halda doğar.Doğuluş əsnasında ananın bətnində (cins.üzv) elə bir açıqlıq yaranar ki,o dördbucaq şəklində bayıra çıxar.Uşaq yerə düşdükdən sonra yumrulanar və hansı istiqamətdə olmasından asılı olmayaraq üzünü qiblə tərəfə tutaraq üç dəfə asqırar,barmağı ilə işarə edərək Allahı həmd edər.Göbəyi kəsilmiş,sünnət olunmuş,yuxarı və aşağı,azı və kəsici dişləri çıxmış vəziyyətdə dünyaya gələr.Əllərinin arasından işıq saçılar.Onun əllərindən gecə və gündüz qızıl axar.” (“Kafi” c.6 səh 387-388; müq.üçün bax tər.”Mübahilə” nəşr.səh 678)

Əli ibn Huseyn dedi: “Qulların gunahları çoxaldıqda və Allah Təbərəkə və Təalə onlara öz nişanələrinin biri ilə danlamaq (çəzalandirmaq) istədikdə. Ulduzların, plnetlərin, ay və günəşin axarı (orbitası) yerləşdiyi fələyin (qalaktika) cavabdehi olan mələyə həmən fələyi öz axarından dəyişməyi əmr edər.. O mələk 70 000 mələyi onu öz axarından dəyişməyi əmr edər. (Sonra İmam deyir): “Onlar onu dəyişirlər və günəş o fələydə axan dənizə düşür. Onun işığı sönür rəngi isə dəyişir. Allah öz nişanələrini böyük tutmaq istədikdə günəşi o dənizdə batırır və istədiyi kimi öz məxluqatını qorxuzur”. (Sonra İmam deyir): “Bu günəşin tutulması vaxtı olur”. (Sonra deyir):”Ayla da belədir”. (Sonra deyir):”Allah onları üzə çixartmaq və ya öz axarlarına qaytarmaq istədikdə fələyə cavabdeh olan mələyə həmən onu öz axarına qaytarmağı əmr edər. O da fələyi qaytarır, günəşdə öz axarına qayidir”( “Kafi” c.8, səh 70)
Kuleyn rəvayyət edir: “Əlinin imamətinə şübhə Muhəmmədin risalətinə olan şübhə kimidir. Özünü müsəlman sayan şəxs buna şübhə edərsə hər 2-si mümkündürsə öldürülməlidir. Digər tərəfdən yəhudi və xristian kimi kafirlər buna görə öldürülməli deyil.”(“Kafi” c.6 səh 393)
Kuleyninin “Kafi” əsərində ki, rəvayyətində deyilir: “Zeyd bin Əli, Əbu Cəfərə dedi: “Ey Əbu Cəfər! Atamla birlikdə masa qarşısında oturardıq,mənə yağlı tikə yedizdirərdi və isti tikələri soyuyana qədər soyudardı.Çünki,mənə ürəyi yanırdı. Necə olur ki, cəhənnəm atəşindən mənə urəyi yanmamışdır, sənə öyrətdiyi dini mənə öyrətməmişdir?!” Şeytanut-Taq ona

belə cavab verdi: “Sənə fəda olum! Cəhənnəm atəşinə görə də sənə urəyi yandığı üçün bunu sənə xəbər verməmişdir.Çünki, qəbul etməyərək cəhənnəmə daxil olacağından qorxmuşdur. Lakin, mənə xəbər vermişdir.Əgər qəbul etsəm nicat tapacam, əgər qəbul etməsəm, cəhənnəmə daxil olacağıma görə mənə ürəyi yanmayacaqdır.” (“Usul əl-Kafi”, c.1,səh 174)

Əlidən rəvayyət olunur: "Məndən əvvəlki valilər qəsdən Rəsulullahın xilafına olan işlər görmüş, ona verdikləri əhdi pozmuş, onun Sünnəsini dəyişmişlər" ("Kitab ər-Rovzə", səh 59,Tehran)

Kafi”də imamların xüsusiyyətləri
“Üsul Kafi”də (səh 678) Kuleyni imam Baqirdən rəvayyət edir: “İmamın 10 xüsusiyyəti vardır........7) “Onun artıqları müşk ətiri verir.”

Kuleyni Cəfər Sadiqdən rəvayyət edir: “Mən göylərdə və yerdə olanları bilirəm. Cənnət də olanları bilirəm. Cəhənnəmdə olanları bilirəm. Bu günə qədər olub keçənləri və olacaqlarıda.” (“Kafi” c.1, səh 431, hədis № 674)

Kuleyni imam Cəfərdən rəvayyət edir: " Kəbənin Rəbbinə and olsun. Üç dəfə belə deyib davam etdi: “Musa və Xızrın yanında olsaydım, onlara deyərdim ki, mən onların hər ikisindən çox bilirəm və onlara bildiklərini xəbər verərdim; Çünki,Musa və Xızra olub keçmiş şeyləri bilmək bacarığı verilib, onlara gələcəkdə olacaq və Qiyamət gününədək olan hadisələri bilmək bacarığı verilməyib"("Kafi" c.1, səh 261)

(1/407-408) Kuleyni imam Əlinin belə dediyini rəvayyət edir: “Bütün dünya bizə məxsusdur.” Məclisi hədisi yaxşı hesab etmişdir.

(1/408) Əbu Abdullahdan: “Bütün yer bizə məxsusdur.Beləliklə,Allahın oradan çıxartdığı hər şey bizə məxsusdur.”

(1/409) “Yeri əhatə edən okean imama məxsusdur.”

1/462) İmam Həsəndən: “Allahın iki şəhəri vardır. Biri şərqdə biri qərbdə. Onları dəmir divarlar əhatə edir. Hər birinin 1000 1000 (yəni 1000 000) qapısı var. Həqiqətən, orada 70 min min (yəni 70 000 000) dil var. Hər dildə danışanlar var. Mən isə bütün dilləri və onlarda (şəhərlərdə) olanları bilirəm. Onlara mən və qardaşım Hüseyndən başqa hüccət yoxdur” Məclisi “Mirat”da hədisi səhih hesab etmişdir.

(1/470) Əbu Cəfərdən soruşdular: “Siz ölüləri dirildib,kor olanları sağalda bilərsiz?” İmam dedi: “Allahın izni ilə bəli.” Məclisi “Mirat”da hədisi yaxşı hesab etmişdir.




İmamlar öz şiələri haqqında
Musa ibn Cəfər öz şiələri barədə demişdir: “Mən öz şiələrimi başqaları ilə müqayisə edəndə onları ancaq boşboğaz gördüm, onları imtahan etdim, amma mürtəd gördüm.(“Kitabur-ravda” c.8,səh 228)
Bir qrup şiə imam Əbu Abdullahın yanına gəlib dedilər: “Bizə elə ad qoyublar ki,o bizə ağır gəlir və qəlbimizi incidir.Buna görə Əmirləri də onların fəqihlərinin bildirdikləri hədisə görə bizim qanımızı halal hesab etmişlər.Əbu Abdullah dedi: “Bu Rafizi adıdır?”

Onlar: “Bəli”dedilər.

İmam: “Allaha and olsun ki, onlar sizə (rafizi) ad qoymayıblar. Lakin, o adı sizə Allah qoyub Tövratda və İncildə Musa və İsa (a.s) dili ilə.” (“Kafi” c.5,səh 34)
İmam Sadiq dedi: “Allaha and olsun ki,mən sizin aranızdan mənim dediyimi saxlayan üç mömin görsəydim,onun haqqında danışmaqdan vaz keçməzdim.” (“Usuli Kafi” c.1,səh 496)

Sədir Əssayazafi rəvayyət edir ki, Əbu Abdullah ona deyib: “Allaha and olsun ey Sədir, əgər mənim şiələrimin sayı bu çəpiş (keçi balası) qədər olsaydı, mən belə oturmazdım”. Düşdük və namaz qıldıq. Namazdan sonra, çəpişləri saydım, onların sayı 17 idi”(“Kafi” c.2, səh 243)


Musa Kazım deyib: “Əğər onları imtahan etsən (yani şiələri), onların mürtəd olduğlarını görərsən. Əgər lap araştırsan yalnız 1000 nəfər sadiq olduğunu görərsən” (“Kafi” c.88, səh 107)
“Azzə və Cəllə olan Allahın şiələrə qəzəbi tutdu. Özümü və ya onları fəda etmək üçün sərbəst buraxdı. And olsun Allaha, mən özümü fəda edərək onları qorudum”(“Kafi” c.1,səh 260; Müqaisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kafi” kitabında səh 429)
İmam Cəfər demişdir ki; “İnsanlar bizdən bir söz eşidirlər, sonra da o sözün üstünə onunu qoyurlar.”(“Kafi” 8/192)

Kuleyni “Kafi” (2/20)-də Əbu Abdullahın belə dediyini nəql edir: “Şiələr Əbu Cəfərə qədər nə həcc,nə halal-haram qaydalarını bilmirdilər.Əbu Cəfər gəldikdə isə onlara həcc qaydaları və halal-haramları öyrətdi.”




Sünnilərə müxalif olmaq
“Kafi” kitabının müqəddiməsində yazılır:

"Sünnülərin (müxaliflərin) dediyi ilə müvafiq olanı atın.Çünki,həqiqət onlara müxalif olandadır" (“Kafi” müqəddimə səh 8-9) http://www.alkadhum.org/other/mktba/hadith/alkafe01/01.htm#01

Kuleyni “Kafi” kitabında bu baradə uzun bir rəvayyət nəql edir.Orada deyilir: “Ömər ibn Hənzaladan,o da Əbu Abdullahdan rəvayyət edir ki,imamdan soruşdum: “Bizim əshamızdan iki nəfər bir borc vəya miras üstündə ixtilaf etsələr və nəticədə sultana vəya qaziyə hökm üçün getsələr,bu onlar üçün halal olarmı?..... Ravi dedi: “Əgər iki hakimin verdiyi hökm rəvayyət və raviləri etibarlı olan səbəblərə əsaslanırsa,onda nə etməli?

İmam buyurdu: “Bunlardan hansısı Kitaba,sünnətə uyğun,əimmə (sünnilər)-in fikirlərinə ziddirsə ona əsaslanılır. Ravi dedi: “Sənə fəda olum!Əgər hər iki hakim verdiyi hökmü Quran və sünnətə əsaslandırsalar və biz də rəvayyətlərdən birinin əimmənin görüşünə uyğun,digərinin isə ona zidd olduğunu görsək,bu rəvayyətlərdən hansını qəbul edək? İmam buyurdu: “Əimmənin görüşünə zidd olan rəvayyəti əsas alın.Çünki,uğur və qurtuluş ondadır. Ravi dedi: “Əgər hər iki rəvayyət də əimmədən olan iki dəstənin fikirlərinə uyğun isə,bunlardan hansı əsas alınmalıdır?”İmam dedi: “Onların hakimlərinin və qazilərinin hansı rəvayyətə meyl etdiklərinə baxılar və meyl etmədikləri rəvayyət əsas alınar.” (“Usul əl-Kafi” “Hədisdə ixtilaf” bölümü 1/68,hədis 10 (198)



Narın fəziləti haqqında
Əbu Abdullah dedi: “Elə bir nar yoxdur ki, onda cənnətdən bir dənən olmasın. Kafir onu yedikdə, Allah Əzzə və Cəllə ondan çıxartmaq üçün bir mələk göndərər” (Kafi” 6 çild, səhi.353)
Həmin səhifədə Əbu Abdullahdan rəvayyət olunur: “Kim nardan bir dənə yesə, şeytanı 40 gün xəstələndirər”.
Həmin səhifədə Yezid Əbdulməlikdən, o da Əbu Abdullahdan: “Elə bir mömin yoxdur ki, narı tam yedikdə şeytanı onun ürəyindən uzaqlaşdırmasın, kim iki nar yesə, Allah Əzzə və Cəllə şeytanı onun ürəyindən bir il uzaqlaşdırar və o şəxs ki, Allah onun qəlbindən şeytanı bir il uzaqlaşdırsa, günah etməz. Kim ki, günah etməsə cənnətə daxil olar”.

Lut qövmünün əməlini edənin müalicəsi
Ömər ibn Yeziddən: “Əbu Abdullahın yanında idim, onunla bir kişi var idi. (Kişi) ona dedi: “Sənə fəda olum, mən oğlan uşaqlarını sevirəm.” Əbu Abdullah dedi: “Və nə edirsən?” (Kişi) dedi: “Arxama alıram” (yəni,Lut qövmünün əməli).

Bu an kişi ağladı. Əbu Abdullah ona baxdı, sanki ona rəhm etmişdir, və dedi: “Ölkənə qayıtdıqda, bir yağlı dəvə (kəsilmək üçün satılan) al, onu yaxşı bağla, bir qılınc götür onun büküşünə elə vur ki, dərisi soyulsun, sonra onun üstündə isti-isti otur”... (“Kafi”c.5,səh 550)


Kürd qövmü haqqında
Əbu Rabi Şamidən: “İmam Əbu Abdullaha dedim: “Bizlərdə bir kürd qövmü var, onlar bizə satış məqsədi ilə gəlirlər. Bizdə onlar ilə alver edirik”. (İmam dedi): “Ey Əbu Rabi, onlarla yaxınlıq etmə, kürdlər cinlərin ilanlarından biridir. Allah onların üstündəki örtüyü götürüb, onlarla yaxınlıq etmə” (“Kafi” c.5,səh 158)

Kafi” kitabında digər insanlara münasibət
Kuleyni Əbu Abdullahdan rəvayyət edir: “İnsanlar üç qismə bölünür: Alimlər,öyrənən tələbələr və artıqlar.Biz Əhli beytİmamları alimlərik,bizim şiələr tələbələr,digər artıq insanlar isə zibildirlər.” (“Kafi” c.1,səh 51-52,hədis 4 (56)

Məclisinin rəyi:

http://www.ali12.com/mybooks/find.php?do=show_reslusts&id=869&table=table_hadeeth_s
İmam Əbu Cəfərdən: “Ey Əbu Həmzə! And olsun Allaha ki, bizim şiələrimizdən başqa bütün insanlar fahişələrin övladrarıdır.”( “Kafi” c.8, səh. 239)
İmam Rzadan gələn bir hədisdə: ”Şübhəsiz ki,bizim şiələrin adları atalarının və özlərinin adları ilə bir yerdə yazılıdır.Allah bizdən və onlardan söz almışdır.Onlar ki,bizim gəldiyimiz yoldan gəlirlər və getdiyimiz yola gedərlər.Biz və bizə tabe olanlardan başqa heç kəs İslamda deyil.Bizlər qurtuluşun dostlarıyıq.Bizlər vəsiyyət edilmişlərin övladlarıyıq. ” (“Kafi”c.1, səh 223)
Əbu Abdullahdan: (Əbu Bəsirə dedi): Həqiqətən şeytan kişi qadına yaxınlaşdığı kimi yaxınlaşır, etdiyi kimi edir, cinsi əlaqədə olduğu kimi olur” (Ravi) dedim: “Bu nə ilə bilinir?” (İmam cavab verdi): “Bizə olna sevgi və nifrətlə, kim bizi sevir qulun (sperması olur) kim nifrət edər (sperma şeytanın olar)”( “Kafi” 5 çild, səh 502)
Eyni tipli rəvayyət “Vasail uş şia” c.20, səhifə 135-136, hədis 25233)
Həmçinin, İmam Əbu Cəfərdən belə hədis yazırlar: “Əbu Həmzə İmama dedi: “Bəzi yoldaşlarımız müxaliflərə böhtan atırlar.”dedi.İmam ona: “Sussan yaxşı olar.Allaha and olsun ki,bizim şiələrdən başqa bütün insanlar fahişə övladlarıdır.” (“Ravdatul Kafi” c.8,səh 239,285; Hurr Amili “Vəsailuş şia” c.16,səh 37,hədis 2910)
Kafi”də coğrafiya dərsləri
İmam Əbu Abdullahdan soruşdular: “Yer nəyin üzərində qurulub? İmam buyurdu: “Yer balinanın üzərindədir.”Ravi soruşdu: “Bəs,balina nəyin üzərindədir?” İmam: “Suyun içində” Ravi soruşdu: “Bəs,su nəyin üzərindədir?” İmam: “Qayanın üzərindədir.” Ravi soruşdu: “Qaya nəyin üzərindədir?” İmam: “Qaya öküzün buynuzları üzərindədir.” Ravi soruşdu: “Öküz nəyin üzərindədir?” İmam: “Öküz yerin üzərində dayanıb...” (“Kafi” c.8,səh 89)

Məclisi bu hədisi səhih adlandırıb (“Miratul uqul” hədis 55)

Əbu Abdullahdan: “Yeri daşıyan balığa elə gəlmişdir ki, o yeri öz qüvvəsi ilə daşıyır. Və ona görə Allah ölcüsü 22.5 sm balaca, 18 sm böyük bir balığ göndərdi və o balığ böyük balığın burnuna girdi. (Yeri daşıyan balığ) özünü ititirib, 40 gün belə qaldı. Allah ona rəhm edib, burnundan balaca balığı çixartdı. Allah yerə zəlzələ göndərmək istəyəndə, həmən balaca balığı yeri daşıyan böyük balığa göndərir, o diksinəndə isə, yer də titrəyir” (“Kafi” c.8, səh 212)


Kafi”də üç səhabədən başqa hamının küfrdə ittiham edilməsi
Kuleyni imam Baqirdən rəvayyət edir: “İnsanlar Peyğəmbər (s.a.s)-dən sonra üç nəfər xaric mürtəd oldular.”Bunlar Salman,Əbu Zərr və Miqdaddır.” (“Kafi”c.8,səh 245-246; hədis 341)

Kafi”də Quranın təfsiri
Kuleyni “Kafi” kitabında Əbu Abdullahdan rəvayyət edir: “Kafirlər deyəcəklər: "Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi tovlayıb yoldan çıxardanları bizə göstər ki, biz onları tapdağımız altına salıb yerlə yeksan edək" (Fussilət 29) ayəsi haqqında Əbu Abdullahın: “O ikisidir,filan kimsə də şeytandır” dediyini bildirir.” (“Kafi”c.8,№ 523)
Məclisi “Miratul uqul” kitabında bu hədisin şərhində yazır: “O ikisi yəni Əbu Bəkr və Ömərdir.Filankəsdən qəsd olunan Ömərdir.Yəni,ayədə nəzərdə tutulan cin Ömərdir.Bu adla adlandırılmasının səbəbi onun şeytan olmasındadır.Ya vələdüz-zina olmaq baxımından şeytanın üzərində şərikliyi vardır,ya da aldadıb,azdırmaq səbəbi ilə şeytan kimidir.”Filan” adı ilə Əbu Bəkrin qəsd olunması da mümkündür.” (“Miratul uqul” 26/488)
Əbu Abdullahdan rəvayyət olunur ki,imam ”Onlar gözəl kəlamlar öyrənməyə nail olmuş və tərifəlayiq Allahın yoluna yönəldilmişlər” ayəsini oxudu və dedi: ”Onlar Həmzə, Cəfər, Ubeydə,Salman,Əbu Zərr,Miqdad və Əmmardır.Onlar möminlərin əmirinə tabe olmuşdular. Digər ayəni: “Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır” oxudu və dedi: ”Bunun mənası möminlərin əmiridir və “küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır” haqqında isə dedi ki, ”bunlar Birinci,ikinci və üçüncüdür.” (“Kafi” 1/426)
(1/ 417): Cəbrayıl Muhəmməd (s.a.s)-ə bu ayə ilə nazil olmuşdu: “Əgər bəndəmizə Əli haqqında nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və doğru danışanlarsınızsa Allahdan savayı bütün şahidlərinizi gətirin.”

Əsl ayə belədir : “Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə və doğru deyirsinizsə, onda ona bənzər bir surə gətirin və Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın!” (Baqara 23)


(1/414): Əbu Bəsir Əbu Abdullahdan rəvayyət edir: “(O) dedi: Ayə belə enib: “Hər kəs Allaha və Peyğəmbərinə Əli və imaların vilayət məsələsində itaət etsə, böyük bir səadətə nail olar.”

Əsl ayə belədir: “O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar.” (Əhzab 71)


(1/416) Abdullah ibn Sinan Əbu Abdullahdan rəvayyət edir: ”Bu ayə belə nazil olmuşdu. “Biz bundan əvvəl Adəmlə Muhəmmədi, Əlini, Fatiməni, Həsəni, Hüseyni və onların nəslini (unutmamağı) tövsiyyə etmişdik.Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.” Sonra imam dedi: “Allaha and olsun ki, Muhəmməd (s.a.s)-ə ayə belə nazil olmuşdur.”

Əsı ayə belədir: “Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.” (Taha 115)


(1/417) Əbu Cəfərdən: “Cəbrayil Muhəmməd (s.a.s)-ə bu ayəni belə nazil etmişdi: Öz lütfündən bəxş etməsinə həSədd aparmaq və Onun Əli haqqında nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir!”

Əsl ayə belədir: “Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həSədd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar Allahın onlara bəslədiyi qəzəbi daha da şiddətləndirdilər kafirlərə alçaldıcı bir əzab vardır.” (Bəqara 90)


(1/417) Əbu Abdullah dedi: “Cəbrayıl Muhəmməd (s.a.s)-ə bu ayələri nazil etdi: “Ey Kitab verilmişlər! Bizim Əli barasində nazil etdiyimizə iman gətirin.”

Əsı ayə belədir: “Ey Kitab verilmişlər! Üzləri sıyırıb dümdüz edərək arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə yanınızda olanı təsdiqləyici kimi nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir.” (Nisa 47)


(1/420-421) İmam dedi: “Allaha and olsun ki,bu ayə onlar ikisi və onların davamçıları haqqında nazil olmuşdu.Cəbrayılın gətirdiyi bu ayə belə idi: “Bu ona görədir ki, onlar Allahın Əli barasində nazil etdiyinə nifrət edənlərə: "Biz bəzi işlərdə sizə itaət edəcəyik!"– dedilər. Allah onların sirlərini bilir.”

Əsl ayə belədir: “Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət edənlərə: "Biz bəzi işlərdə sizə itaət edəcəyik!"– dedilər. Allah onların sirlərini bilir.” (Muhəmməd 26)


(1/424) Əbu Cəfər dedi: “Bu ayə belə nazil olmuşdu: “Əgər onlar özlərinə verilən Əli haqqında öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.”

Əsl ayə belədir: “Əgər Biz onlara: "Özünüzü (aranızdakı günahkarları) öldürün və yaxud yurdlarınızdan çıxın!"– deyə buyurmuş olsaydıq, içərilərindən çox azı bunu yerinə yetirərdi. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı.” (Nisa 66)


Allah Təala İnşiqaq surəsində buyurur:

15. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.

16. And içirəm şəfəqə,

17. gecəyə və onun ağuşuna aldıqlarına,

18. bədirlənmiş on dörd gecəlik aya!

19. Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz.

20. Onlara nə olub ki, iman gətirmirlər


(1/413) İmam Cəfər dedi: “Ey Zürarə! Məgər bu ümmət Peyğəmbər (s.a.s)-də sonra filan və filan mərhələləri keçmədimi?” O,bu sözləri Allahın bu ayəsi haqqında dedi: “Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz.” Məclisi və Behbudi hədisi səhih hesab etmişlər.
Allah Təala Qasəs surəsində buyurur:

51. Biz Sözü onlara çatdırdıq ki, düşünüb ibrət alsınlar.

52. Qurandan əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər.

53. Onlara Quran oxunduğu zaman: "Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!"– deyirlər.


(1/415) Kuleyni “Biz Sözü onlara çatdırdıq ki, düşünüb ibrət alsınlar.” ayəsi haqqında imamın belə buyurduğunu nəql edir: “imam ardınca imam.”

Allah Təala Bələd surəsində buyurur:

1. And içirəm bu şəhərə (Məkkəyə)!

2. Sən də o şəhərin sakinisən.

3. And olsun valideynə və onun törəməsinə!
(1/414) Kuleyni bu ayələr haqqında imamın belə buyurduğunu nəql edir: “Burada möminlərin əmiri və onun övladları olan imamlar nəzərdə tutulur.”

Allah Təala Bəqara surəsində buyurur:

40.Ey İsrail oğulları! Sizə bağışladığım nemətimi yadınıza salın və Mənə verdiyiniz əhdə sadiq olun ki, Mən də sizə verdiyim əhdi yerinə yetirim Təkcə Məndən qorxun!

41. Sizdə olanı təsdiqləyici kimi nazil etdiyimə (Qurana) iman gətirin və onu inkar edənlərin ən birincisi olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun.

42. Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin.

(1/431) Kuleyni “Mənə verdiyiniz əhdə sadiq olun” ayəsi haqqında imamın,yəni “Əlinin vilayəti” dediyini nəql etmişdir.

Allah Təala Bəqara 245-də buyurur: “Kim Allaha gözəl bir borc versə (malından Allah yolunda xərcləsə), O da onun üçün bunu qat-qat artırar? Allah kimisinin ruzisini azaldar, kimisinin ruzisini də artırar. Siz Ona qaytarılacaqsınız.”

(1/537) Kuleyni rəvayyət edir ki,bu ayədə yəni,malın imama verilməsi nəzərdə tutulur.


“De: Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın". Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir!” (Kəfh 29) ayasi haqqında Feyz Kəşani yazır:
“Kafidə İmam Baqirdən hədisdə buyrulur: “Cəbrayil (ə) bu ayə ilə belə nazil oldu: “Əlini vilayəti haqqında haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın". Biz Muhəmmədin ailəsinə garşı zalımlar üçün elə bir Od hazırlamışıq ki...” (c.3, səh 241)
Allah Təala Əraf surəsində buyurur:
44. Cənnət əhli Od sakinlərini səsləyib deyəcəklər: "Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbimizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü?" Onlar: "Bəli!"– deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: "Allahın lənəti olsun zalımlara!

45. O kəslərə ki, insanları Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər".

46. Hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi simasından tanıyan insanlar olacaqdır ki, onlar Cənnət əhlini səsləyib: "Sizə salam olsun!" deyəcəklər. Halbuki özləri çox istədikləri halda hələ Cənnətə girməyəcəklər.
Kuleyni imam Cəfərin 46-cı ayə haqqında belə dediyini nəql edir: “Biz Ərafda olacağıq və bizlərə yardım edənləri üzlərindən tanıyacağıq.” (“Kafi”səh 299, №469)
Allah Təala Bəqara surəsində buyurur:
269.Allah istədiyi kəsə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir. Bunu isə ancaq düşüncəli insanlar anlayarlar.
Kuleyni imam Cəfərdən nəql edir: “Burada məqsəd Allaha itaət və imamı tanımaqdır.” (“Kafi” səh 300, №471)
Allah Təala Nəml surəsində buyurur:
89. Hər kim yaxşı əməllə gəlsə, ona daha yaxşısı (Cənnət) verilər. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar.

90. Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. Onlara deyilər: "Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınızmı?"


Kuleyni Əli ibn Əbu Talibin belə dediyini nəql edir: “Yaxşı əməllər”dən qəsd olunan vilayətin təsdiqi və bizə məhəbbətdir.”Pis əməllər” dən məqsəd isə vilayətin inkarı və bizə olan düşmənçilikdir.” (“Kafi” səh 300-301, №474)
Allah Təala Nisa surəsində buyurur:
51. Kitabdan pay verilmiş kəsləri görmədinmi? Özləri cibtə və tağuta inanmaqla yanaşı hələ bir kafirlər üçün də: "Bunlar möminlərdən daha doğru yoldadırlar"– deyirlər.

52. Onlar Allahın lənətlədiyi kəslərdir. Allah kimi lənətləyərsə, ona heç bir yardımçı tapmazsan.

53. Yoxsa hökmranlıqdan onların bir payı vardır? Elə olsaydı, onlar insanlara xurma çərdəyinin

bir qırıntısını belə verməzdilər.

54. Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar? Biz

İbrahimin nəslinə də Kitab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik.

Kuleyni ayədə olan “onlara böyük bir səltənət vermişdik” sözləri haqqında imam Əbu Cəfərin belə dediyini nəql edir: “Burada məqsəd budur: “İnsanlara imamlara itaət etmək fərz olunmuşdur. (“Kafi” səh 303, №478)
Əbu Abdullahdan: (Bu ayəni oxuyub)“Doğrusu, bundan əvvəl Adəmə də Muhəmmədi, Əlini, Fatiməni, Həsəni, Hüseyni və onların nəslini (unutmamağa) tövsiyə etmişdik. Lakin o (tövsiyəmizi) unutdu”-(sonra imam dedi): “Allah and olsun ki, Muhəmmədə (ayə) belə nazil olmuşdur” (“Kafi”c. 1,səh 416; Müqaisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kafi” kitabında səh 729)
Əbu Abdullahdan: “(O) dedi: Ayə belə enib: “Hər kəs Allaha və Peyğəmbərinə Əli və imaların vilayət məsələsində itaət etsə, böyük bir səadətə nail olar” (Əhzab 71) (“Kafi” c.1,səh 414; Müqaisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kafi” kitabında səh 724)
(Sənədi ilə) İmam Əbu Cəfər dedi: “Cəbrayıl bu ayə ilə belə nazil oldu: “Lakin insanların çoxu Əlinin vilayətinə küfrdən başqa bir şey qəbul etmədilər” (Və) dedi: “Cəbrayıl (ə) bu ayə ilə belə nazil oldu: “De: "Əlini vilayəti haqqında haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın". Biz Muhəmmədin ailəsinə qarşı zalımlar üçün elə bir od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir” (c.2,səh 326)

Əbu Həmzədən rəvayyət olunur ki,o imam Cəfərə dedi: “Sənə fəda olum.Tərəfdarların səndən bu ayənin təfsirini soruşuşur. “Onlar nə barədə bir-birindən soruşurlar? Böyük bir xəbər barəsində”


İmam Cəfər dedi: “Bunu istəyirsən onlara xəbər verim,istəmirsən də xəbər vermiyim. Amma,mən sənə bunun təfsirini deyəcəm.

“Bu Möminlərin Əmiri Əli haqqındadır.Əli (r.a) buyurur ki,Allahın məndən daha böyük bir ayəsi və məndən daha əzəmətli xəbəri yoxdur.” (“Kafi” c.1,səh 207)


“Kafi”də Səlimdən nəql olunan hədisdə Əbu Cəfərdən bu ayəni soruşdular. “Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur.”

İmam dedi: “Öndə gedənlər” İmamlardır,”orta yolu tutanlar” İmamı bilənlər,”özünə zülm edənlər” isə İmamı bilməyənlərdir.” (“Kafi” c.1,səh 214)


“Kafi”də Əbu Abdullahdan “İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır.” ayəsi haqqında dedi ki,bu Muhəmməd (s.a.s)-in gətirdiyi imamların vilayətidir.Filankəsin vilayətinə filankəsinkini qarışdırmazlar.” (“Kafi” c.1,səh 413)
“Kafi”də Əbu Cəfərdən rəvayyət olunur: “Allah Peyğəmbərinə vəhy etdi: “Odur ki, sən özünə vəhy olunan ayələrə sarıl! Əslində, sən düz yoldasan.” yəni,”sən Əlinin vilayəti üzərindəsən və Əlinin yolu doğru yolun özüdür.” (“Kafi” c.1,səh 417)
“Mufəddəl ibn Ömərdən nəql olunan rəvayyətdə deyilir: “Əbu Abdullahdan bu ayəni soruşdum. “Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz.”

Dedi: “Siz onların vilayətini (Əbu Bəkr,Ömər,Osman və s.) üstün tutursuz. “Axirət isə daha xeyirli və daha sürəklidir.” və ona dedi ki,Möminlərin Əmirinin yəni,Əlinin vilayətidir.” Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir,İbrahimin və Musanın səhifələrində.” (“Kafi” c.1,səh 418)


Əbu Abdullahdan: “Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.” ayəsi və buna təfsir olaraq dedi ki,yəni vilayətdə əgər başqasını ona şərik qoşarsan əməlin boşa gedər.” (“Kafi” c.1,səh 427)


Yüklə 437,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə