"Kafi" kitabından seçmələr بسم الله الرحمن الرحيم


Mutə (siğə) və nigah baradə



Yüklə 437,02 Kb.
səhifə4/4
tarix03.10.2017
ölçüsü437,02 Kb.
#3037
1   2   3   4
Mutə (siğə) və nigah baradə
Əbu Abdullahdan: “Mutə olunan qadın qul qadın hökmündə,dərəcəsindədirlər.” (Hurr Amili “Vəsailuş şia” №21/№26411; “Kafi” c.5, səh 451 (Məclisi və Behbudi bu hədisi səhih adlandırır)
”Əbu Abdullaha dedim ki,mən yollarda gözəl qadınlara rast gəlirəm.Onların yoldaşlarının olub-olmaması və ya ərdə olub-olmamaları baradə özümü tam əmin,rahat hiss edə bilmirəm.Əbu Abdullah dedi:”Onlar sənin problemin deyil.Sənin işin onları razı etməkdir.” (“Kafi” c.5,səh 462)
Əbu Abdullahdan soruşdular: “Bakirə qız ilə mutə nigahı bağlamaq olar?” İmam: “Bəli,əgər o ona gülünəcək uşaq deyilsə.” İmamdan soruşdular: “O neçə yaşına çatmalıdır ki,ona gülməsinlər?” İmam dedi: “On yaş” (“Furu əl Kafi” c.5,səh 463; Tusi “Təhzib”)
“Əbu Həsəndən soruşuldu.Mutə nigahındakı ən az müddət nə qədərdir və insanın nigah bağlayacağı qadınla bir dəfə cinsi əlaqədə olub,sonra onu tərk edəcəyini şərt qoşması caizdir?

Cavabında İmam dedi ki,bəli caizdir...!” (“Kafi” 5/460)


Zurarə rəvayyət edir ki, o, imam Cəfər əs-Sadiqdən müvəqqəti nigah bağlanılan qadınların icazə verilmiş dörd qadına aid olub-olmamasını soruşduqda, o belə cavab verib: “İstəyirsən lap mini ilə evlən, axı bunlar icarəyə götürülən qadınlardır” (“Kafi” c.5,səh 452;Behbudi bunu səhih hesab etmişdir)
“Əbu Abdullahdan soruşdular: “Kişinin cəriyəsinin fərci qardaşına halaldı?” İmam dedi: “Bəli bunda problem yoxtur” (“Kafi” c.5,səh 48; Tusi ”İstibsar” c.3,səh 136)
Muhəmməd ibn Mudarrib Əbu Abdullahdan rəvayyət edir: “İmam mənə dedi: “Ey Muhəmməd! Bu kənizi götür.O,sənə qulluq edəcək və sən onunla yatağını bölərsən.Getmək istədikdə isə onu bizə qaytararsan.” (“Furu əl Kafi”c.2,səh 200; Tusi “İstibsar”c.3,səh 136)

Əbu Abdullahdan: “Bir kişinin iki kəniz və iki azad qadın arasında yatmağının heç bir eybi yoxdur. Sizin qadınlarınız oyun üçündür” (“Kafi” c.5,səh 560; Hurr Amili “Vəsailuş şia” c.21, səh 200, hədis 26894)


İmam Əbu Abdullah dedi: “Bir şəxs qadın qul ilə kişi qulunu evləndirsə, ondan sonra o qadını istəsə kişi qula deyər ki ondan uzaqlaş, qadın aybaşı olduqda, onun ilə yaxınlıq edər, sonra istəsə onu qaytarar” (“Kafi” c.5, səh 481)

Əli ibn Suveyd İmam Əbul Həsəndən soruşdu: “Məndə gözəl qadınlara baxmaq baradə problem vardır.Onları görəndə onlara baxmaqdan çəkinə bilmirəm.İmam dedi: “Allah niyyətini bildiyinə görə bunda problem yoxdur.Amma,zinadan çəkin.Çünki,o həyanın və imanın itməsinə səbəb olur.” (“Kafi” c.5,səh 542)

Məclisi “Mirat” kitabında bu hədisi səhih adlandırıb.
Əbu Abdullahdan: “Müsəlman olmayanın övrətinə baxmaq, eşşəyin övrət yerinə baxmaq kimidir” (“Kafi” c.6, səh 501)
Sistani də yazır:

Sual 524. Yayda, yarı çilpaq gəzən,müsəlman olmayan qadınlara baxmağın hökmü nədir?

Cavab. “Baxmaq fəsada gətirməsə və şəhvət istəyi daşımırsa, problem yoxdur.”

http://www.sistani.org/html/eng/menu/2/books/2/inside/52.htm


Əbu Həsən Madidən: “Övrət ikidir, qabaq və anus. Anusa gəlincə onu budlar örtür. Penis ilə yumurtaları örtsən, artıq örtülmüsən”( “Kafi” c.6, səh 501)
Səffan ibn Yahyadan, İmam Rzaya dedi: “Sənin tərəftarlarından biri bir məsələni səndən soruşmağı mənə əmr etdi. Özü səndən soruşmaqdan utandı”. (İmam) dedi: “Nə məsələdir?” (Ravi): “Kişi öz qadını ilə arxadan (yaxınlıq edir) olur”. (İmam): “Olar”. (Ravi):”Sən bunu edirsən?” (İmam): “Yox biz bunu etmirik” (“Kafi” c.5, səh 540, Həmçinin bax Tusi “Təhzib əl əhkam” 7 çild, 415-416 səhifələr, hədis 1663, 36 bab)

9562 - 1 - علي بن إبراهيم، عن هارون بن مسلم، عن مسعدة بن زياد، عن أبي عبدالله (ع)


قال: قال أمير المؤمنين (ع): إياكم ونكاح الزنج فإنه خلق مشوه. (1)

İmam Əli (r.a) dedi: “Zənci qadınlarla evlənməyin.Çünki,onlar pozulmuş məxluqlardır.” (“Kafi” c.5,səh 352,hədis №1 (9562)



Mutənin yasaq olması
Əmmar Əbu Abdullahdan rəvayyət edir ki,İmam ona və Süleyman ibn Xalidə dedi: “Mutə nigahı qadağandır.” (“Furu əl Kafi”c.2,səh 48; “Vəsailuş şia” c.14,səh 450)

Əbu Abdullah dedi: “Sizlərdən biriniz belə vəziyyətdə yaxalanmaqdan utanmırmı?Hansı ki,bu ona və onun saleh yoldaşlarına kölgə salır.” (“Furu əl Kafi”c.2,səh 44; “Vəsailuş şia” c.14,səh 450)

Əli ibn Yəktin İmam Əbul Həsəndən mutə nigahı baradə soruşanda o dedi: “Ondan sənə nə? Allah səni bundan uzaq etmişdir.” (“Furu əl Kafi”c.2,səh 43;“Vəsailuş şia” c.14,səh 449)

Abdullah ibn Umeyr İmam Əbu Cəfərə dedi: “Sənin xoşuna gələrmi əgər sənin zövcələrin, qızların,bacıların və əmin qızların mutə nigahına girsinlər? İmam Əbu Cəfər ondan bu sözləri eşidəndə üz döndərdi.” (“Furu əl Kafi”c.2,səh 42;“Təhzib” c.2,səh 186)


Bəzi rəvayyətlərindən
Kuleyni özünün “Kafi” kitabında Əbu Abdullahdan belə rəvayət edir ki, münafiqlərdən bir kişi ölürmüş, Hüseyn ibn Əli cənazə ilə birlikdə yola çıxır.Onun qarşısına bir mövlası çıxır, imam Hüseyn ondan soruşur: “Hara gedirsən?” O deyir: “Bu münafiqin cənazəsindən qaçıram ki, onun üçün namaz qılmayım.” İmam ona deyir: “Sən namaz zamanı mənim sağımda dayan və məndən nə eşitsən, sən də elə de.” Hüseyn təkbir duasında belə söyləyir: “Allahü əkbər! Allah, sən bu qulun filankəsə min dəfə eyni, bir-birindən fərqlənməyən lənətlər yağdır. Qullarından birini cəzalandır, onu Cəhənnəm odunun qızmarına at, ona Özünün ən şiddətli əzabını daddır.Çünki, o sənin düşmənlərinə dost, övliyalarına düşmən olmuşdur. O, sənin Peyğəmbərinin ailəsinə nifrət etmişdir.” (“Kafi” “Kitab əl-cənaiz” , “Düşmənçilik edənlər” fəsli, c.3,səh 189, İran)

Bu hədisi həmçinin, Tusi “Təhzib”,Şeyx Səduq “Mən lə yəhduruhul fəqih”,Hurr Amili “Vəsailuş şia” kitablarında nəql etmişlər.


Peyğəmbər (s.a.s)-dən rəvayət edirlər: “Xına ilə rənqlənməyə sərf olunan bir dirham, Allah yolunda sərf olunmaqdan daha üstündür. Onda 14 keyfiyyət var: Qulaqlardan küləyi qovur, burnu yumuşaldır, ağız iyini yaxşılaşdırır, damağı gücləndirir, özündən getməyi aradan qaldırır, gözdən pərdəni qaldırır, şeytanın vəsvəsənini azaldır, mələklər ona sevinir, mömin mücdələnir, Kafir isə qəzəblənir. O bir zinətdir, bir ətirdir (aromatdır). Qəbirdə onun üçün bəraətdir. Münkər və Nəkir ondan utanırlar” (“Kafi” c.6, səh 482; Eyni tipli hədis “Vasailuş şia” c.2, 85-86 səhifə, hədis*1561

Əbu Həsəndən: “İki kafir və iki mömin çaylar var. İki mömin çay, Fərat və misirin Nil çaylarıdır. İki kafir çay isə Dəclə və Bəlx çaylarıdır” (“Kafi” c.6, səh 391)

Kuleyni isə rəvayyət edir: “Bir kişinin iki uşağı olmuşdur. Əbu Abdullah onu təbrik etdi. Sonra dedi: “Hansı böyükdür?” Dedi: “1-ci dünyaya göz açan”. Əbu Abdullah dedi: “Yox, axırıncı çıxan böyükdür. Sən bilmirsən, qadın onun ilə birinci hamilə olub, o biri onun yoluna daxil olub. O cıxmayana qədər, bu da çıxa bilməyib. Axırıncı çıxan, onların böyüyüdür” (“Kafi” c.6, səh 53)

İmam Cəfər Sadiq deyir: “Gözəl qadın bəlğəmi kəsir.Qara qadın isə qara ödü coşdurur.” (“Kafi” c.5, səh 336)
Əbu Abdullah dedi: “Cəbrayıl Peyğəmbər (s.a.s)-ə Cənnətdən bir qab ilə gəldi. İçində hərisə (yemək növü) var idi. (Cəbrayil) dedi: “Bunu sənin üçün huzul (huriya) düzəldib. Sən, Əli və sizin nəslindən olanlar yesinlər. Onu sizdən başqası yeməməlidir” Allahın elçisi (s.a.s), Əli, Fatimə, Həsən və Hüseyn oturub yedilər. Həmin yeməkdən Peyğəmbərə 40 kişinin qüvvəsi gəlmişdir. İstədiyi vaxt bir gecədə qadınların hamısı ilə ola bilirdi”( “Kafi” c.5,səh 565)

Əbu Abdullah dedi: “Bir kişi öz arvadı ilə Ömərin yanına gəldi və dedi: “Bu qadınımdır. O da qaradır, məndə. O ağ uşaq doğub”. (Ömər) öz ətrafındakılara dedi:” Nə deyiriz?”. Dedilər:”Biz deyirik onu daşqalaq etmək lazımdır.” Əri qara özü qara,amma ağ uşaq doğub”. Onu daşqalaq etməyə aparanda, Əmirəlmöminin (Əli) dedi: “Sizə nə olub?” Ona danışdılar. Qaraya dedi: “Qadınını ittiham edirsən?” Dedi, yox. (Əli) soruşdu:”O aybaşı olanda ona yaxınlaşmısan?” (Qara): ”O, mənə gecələrin birində demişdir ki, aybaşılıdır. Ancaq mənə elə gəldi ki, o soyuqdan qorxur (yəni qüsl etmək istəmir) və onunla yaxınlıq etdim”. Qadına dedi: “Sən aybaşılı olanda yaxınlaşıb?” Dedi: “Bəli, ondan soruş mən imtina edirdim”. (Əli) dedi: “Gedin, sizə bəraət var. O, sizin oğlunuzdur. Qan nütfəyə üstün gəlib o da ağarıb. Hərəkət etsəydi qaralardı. Böyüyəndə qaralacaq” (“Kafi” c.5, səh 566)


İmam Həsəndən (r.a) rəvayyət olunur: “Allahın iki şəhəri var. Biri şərqdə biri qərbdə. Onları dəmir divarlar əhatə edir. Hər birinin 1000 1000 (yəni 1000 000) qapısı var. Həqiqətən orada 70 min min (yəni 70 000 000) dil var. Hər dildə danışanlar var. Mən isə bütün dilləri və onlarda (şəhərlərdə) olanları bilirəm. Onlara mən və qardaşım Hüseyndən başqa höccət yoxdur”( “Kafi” c.1, səh 462; Müqaisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli kafi” kitabında səh 817)

Muhəmməd ibn Muslim: ”Bir gün İmam Əbu Cəfərin yanında idim. Birdən divarın üstünə iki çöl göyərçini qondular və başladılar qullamağa. Əbu Cəfər onlara bir saat cavab verdi. (Yəni, aralarında bir saat söhbət gedirdı). Sonra qalxdılar, divara qonanda, erkək dişi ilə bir saat danışdı. Sonra isə uçub, getdilər. (Mən) dedim: “Sənə fəda olum, bu nə quşdur?” (İmam) dedi: “Ey ibn Museyim.Allahın yaratdığı quş, heyvan dan hər bir varlıq bizə Adəm oğlundan daha itaətkardır. Bu xoruz göyərçin öz qadınından (fərəsindən) şübhələnib. O, da ona and içib ki, heç nə etməmişəm. (Fərə) dedi: “Sən Muhəmməd ibn Əliyə razısan hakim kimi?” o da razılaşdı. Mən ona dedim ki o zülm edir, və o inandı”( “Kafi” c.1,səh 470-471; Müqaisə üçün Azərbaycan dilində, “Mubahilə” tərəfindən, 2005 ildə nəşr olunan “Usuli Kafi” kitabında səh 832)

Əbu Abdullah: “Daş (yəni qara) Allah yanında böyük bələklərdən idi” (“Kafi” c.4, səh 185)

Kuleyni Əbu Abdullahdan rəvayyət edir: “Uşaqlıgın yolu dörddür. Hər hansı yola spermatazoid düşsə, bir, iki, üç və dörd uşaq olar, hər yolda bir uşaqdan çox olmaz” (“Kafi” c.6,səh 16-17)

Əbu Həsən Rzadan: “Fil məsxdir (çevrilmiş heyvandır). O zinakər bir şah idi. Cənavar məsxdir. O dəyus bir bədəvi idi. Dovşan məsxdir ərinə xəyanət edən bir qadın idi. Yarasa məsxdir. İnsanların xurmasını oğurlayırdı. Donuz və meymun bəni israildən olan bir qövmdir. Altıncı günü aşmışdılar. Kərtənkələ və cirris İsaya süfrə enməsinə inanmayan bir qövmdür. Onlar azdılar, bir dəstəsi suya, bir dəstəsi qururya düşdü. Sıçan balası fasiqdir. Əqrəb söz gəzdirən idi, ayı və arı tərəzidə aldadan qəssablar idilər” (“Kafi” c.6, səh 246)

Əbu Abdullahdan: “Cəsurluq ürəkdədir, rəhmət və köbudluq qara ciyərdədir, həya isə ağ ciyərdədir” (“Kafi” c.8, səh 165)

Əbu Abdullah dedi: “Ağ xoruz mənim və bütün möminlərin dostudur”

Əbu Həsən: ”Xoruzda peyğəmbərdən beş xislət var:”Əli acıqlıq, şücaət, qənaət, namaz vaxtlarını biliyi, çoxlu cinsi əlaqədə olma imkanı və qeyrət” (“Kafi” c.6, səh 550)


Yunis Qəsridən: “Mədinəyə qəldim və Əbu Abdullahı ziyarət etdim. Ona dedim: “Səna fəda olum, sənin yanına gəldim. Ancaq əmirəl möminini ziyarət etmədim”. (İmam):”Nə pis iş gördün. Sən bizim şiələrimizdən olmasaydın üzünə belə baxmazdım. Sən mələklər lə Allah, peyğəmbər və möminlər ziyarət edəni ziyarət etmirsən?” (“Kafi”c. 4, səh 580)

Kuleyni “Kafi” kitabında “Cəfərin dünyaya gəlməsi” fəslində yazır: “Əbu Abdullah hicri 83 ildə anadan olub və 148-ci ildə vəfat edib.Onun 65 yaşı var idi.O,”Baqi”də atasının və babasının basdırıldığı qəbirsanlıqda dəfn olunub.Onun anası Umm Fərva bint əl Qasim ibn Muhəmməd ibn Əbu Bəkr,anasının anası isə Əsma bint Əbdurrahmən ibn Əbu Bəkr idi.” (“Kafi” c.1,səh 472)
İmam Cəfər Sadiqdən rəvayyət olunur: “"إِنْ نَسِيتَ مَسْحَ رَأْسِكَ حَتَّى تَغْسِلَ رِجْلَيْكَ فَامْسَحْ رَأْسَكَ ثُمَّ اغْسِلْ رِجْلَيْكَ"

“Əgər başa məsh çəkmədən ayağı yusan,gərək birinci başa məsh çəkəsən,sonra ayağı yuyasan.”

(Kuleyni “Kafi” c.3,səh 35,hədis №6)

Kuleyni və Hurr Amili Əbu Abdullahdan rəvayyət edir ki,İmam Əli (r.a) dedi:

“والثانية ما رواه الكليني والحر العاملي عن أبي عبد الله رحمه الله قال: قال أمير المؤمنين عليه السلام بعثني رسول الله صلى الله عليه وسلم في هدم القبور وكسر الصور"

الكافي 6/528 ، وسائل الشيعة 2/870 ، جامع أحاديث الشيعة 3/445

Peyğəmbər (s.a.s) məni hündür qəbirləri və bütləri dağıtmaq üçün göndərdi.”

(Kuleyni “Kafi” c.6,səh 528; Hurr Amili “Vəsailuş şia”c.2,səh 870)

وروى الكليني عن فضل بن ميسر قال: كنا عند أبي عبد الله عليه السلام فجاءه رجل فشكى إليه مصيبة أصب بها. فقال له أبو عبد الله عليه السلام: أما إنك إن تصبر تؤجر، وإلا تصبر يمضي عليك قدر الله الذي قدّر عليك وأنت مأزور"[ الكافي 3/225، الذكرى ص 71، وسائل الشيعة 2/913].

Kuleyni “Kafi”-də Əbu Abdullahdan rəvayyət edir ki,insana ağır anlarda səbr etmək lazımdır.” (Kuleyni “Kafi” c.3,səh 255; “Vəsailuş şia” c.2,səh 193)


وما رواه الكليني أيضا عن الصادق عليه السلام أنه قال: " لا ينبغي الصياح على الميت ولا بشق الثياب[الكليني في الكافي 3/225، وأخرجه الفقيه الأكبر محمد بن مكي العاملي في ذكرى الشيعة ص 72 والفيض في الوافي 13/88، والحر في الوسائل 3/914، والنجفي في الجواهر 4/369، والبروجردي في جامع أحاديث الشيعة 3/483]


Kuleyni rəvayyət edir ki, “ölülər üçün ağı demək və üzərindəki paltarı yırtmaq haramdır.” (Kuleyni “Kafi” c.3,səh 255; Kəşani “əl Vəfi” c.13,səh 88; Hurr Amili “Vəsailuş şia” c.3,səh 914; “Cami əhadis əş şia” c.3,səh 483)

Əbu Abdullah dedi: “Şam əhli Rum əhlindən, Mədinə əhli Məkkə əhlindən pisdir. Məkkə əhli Allaha açıq aydın küfr edirlər”(“Kafi” c.2, səh 409)


Bir sonrakı səhifədə: “Məkkə əhli Allaha açıq aşkar küfr edir. Mədinə əhli Məkkə əhlindən daha xəbisdir. Onlardan 70 dəfə çox xəbisdilər”( “Kafi” c.2, səh 410)

Kuleyni “Kafi” kitabında Muhəmməd ibn Yəhya və başqalarından belə rəvayyət edir: “Bu, Həsən əl Əsqəridir.Öz əcəli ilə və yatağında ölmüşdür. Öldüyü zaman, yanında Əmirul –mömininin xidmətçilərindən və güvənilən adamlarından filankəs və filankəs, qazilərdən filankəs və filankəs, təbiblərdən filankəs və filankəs var idi. Sonra (Həsən əl-Əsqərinin) üzünü örtdülər və cənazəni qaldırdılar. Cənazə evin ortasından götürüb atasının dəfn edildiyi otağa basdırıldı. Dəfn etdikdən sonra bir müddət mirasın paylaşdırılmasına da ara verdilər. (Çünki) Hamilə olduğu zənn edilən cariyənin (Nərcisin) başında dayananlar, hələ də gözləməkdə idilər. Lakin cariyənin (Nərcisin) hamilə olmadığı bilindi. Onun hamilə olmadığını başa düşəndə, (Həsən əl-Əsqərinin) mirası anası və qardaşı arasında paylaşdırıldı.” (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1-ci cild, səh 900, hədis № 1323)


Imama dedilər: “Şiələriniz sizə o qədər bağlıdırlar ki,əgər onları nizələrə qarşı aparsanız və ya odun üzərinə aparsanız onlar sizə tabe olarlar.Bununla belə yanınızdan ayrılarkən bir-birindən fərqli müxtəlif fikirlərə görə ayrılarlar.” (“Kafi” Elmin fəzilətləri”,Hədis ixtilafı babı həd 5)
Yüklə 437,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə