Kahada öLÜm höKMÜ



Yüklə 43,71 Kb.
səhifə2/5
tarix31.08.2018
ölçüsü43,71 Kb.
#65926
1   2   3   4   5

Suzanna



A kişi, şad xəbər verəcəm sənə,

De, alacaqsan əvvəlcə mənə?

Bəxtimiz gətirib qazanc yeri var

Boris

(acgözlüklə)
Axçi, ay arvadım, a sevimli yar,

Bir tuluq çaxırım sənə muştuluq,

Süfrə , mən özüm eyləyim qulluq.

Axırları çatıb, türklər öləcək,

Vazgen özü bir gün bura gələcək.

Suzanna


(tədbirli)
Oğuldan uşaqdan heç nəyimiz yox,

Bir məni saxlaya bilməyirsən tox.

Boris


(əsəbəi)
Arvad, bildiyini bir danışsana,

Özün öz işinə sən qarışsana.

Məzhəb haqqı məni gətirdin cana,

qədər var-dövlət gərək insana?

Hələ Xocalıda yığdıqlarını,

Özgə inəklərin sağdıqlarını

Ay qız, itirmisən sən lap arını,

Qızılı, sərvəti min bir varını,

Qoymağa yerin yox, hey ağlayırsan.
Suzanna

(arxayınca)
Boris, yenə çox yorğalayırsan?

Yaxşı, sən öl, çıxma özündən daha,

Məzhəb haqqı, işin qalıb Allaha!

Türkün var-dövləti mənə şirindi,

Bizim ulduzumuz göydə göründü!..

Mükafat gözləyir ocağımızı,

Şad müjdə verəcək erməni qızı!
Boris

(son dərəcə maraqla)
Söylə, qəlbindəki muradı anım,

Uzatma, bir danış, sən mənim canım.
Suzanna

(pıçıltıyla)
Meşənin yanından keçirdim, Allah,

Gördüm kol-kosluqda türk kişisi ah.

Əyilə-əyilə odun yığırdı

Göydən lopa-lopa lam qar yağırdı.

O məni görmədi, canımda qorxu,

Sakitcə sivişdim, sanki bir yuxu!

Dedim, görsə məni boğar bir anda,

Sus, bunu danışma sən hər yanda.

Özüm deyəcəyəm sabah zabitə,

Ki, ovun üstünə sakitcə yetə.

Mən var atəşindən bir an sönmərəm,

Bəxşiş verməsələr evə dönmərəm.

Gərək bəhərini əlimlə dərəm,

Bu işin bəhrəsin özüm görəm.
Boris

(hiyləgərcəsinə)
Ay arvad, gözlərin yaman itidir,

, sabah gedirsən, fikrin qətidir?

Bəlkə biz işlədək onu həyətdə,

Saxlayaq heyvan tək onu xəlvətdə.
Suzanna

(tədbirli)
Bəlkə, heç tək deyil o türk kişisi,

Çoxdur ağaclıqda erkək, dişisi

Ətrafdan gəlirdi ocaq iyisi.

Boris

(kefi kök)
Yəqin ölüm çəkib onun da meysi,

Erkən rast gəlib sən əzrayıla,

Vallah, canı-dildən könlüm maila,

İş sənə havalə, özün bilərsən,

Əhsən, belə arvad fəhminə əhsən.
2- PƏRDƏ

(3- şəkil)
Sübh açılır, səhər öz üzünü göstərmək üzrədir. Əskəranda erməni zabitlərinin olduqları bir mərtəbəli bina, uzaqdan sərxoş əskərlərin qəhqəhələri gəlir. Sanki onlar rus qoşunlarının köməkliyi ilə qanlar içində boğduqları Xocalının ahı-fəryadlarını bayram edirlər. Bu zaman Suzanna tələsə-tələsə özünü dəhlizə yetirir. Dəhlizin qapısında əli avtomatlı erməni əskəri dayanıb, erməni qadını onun qulağına isə pıçıldayır içəri daxil olur. Gözətçi onu başqa bir əskərlə baş erməni zabitinin olduğu otağa yollayır. Suzanna qapını döyməmiş özünü içəri salır.
Suzanna

(hiyləgərcəsinə)
Başımızın tacı gəlmək olarmı?

Baş zabit

(təkəbbürlü)
Millət bir-birindən izin alarmı?

Erməni hardasa, orda dayağım,

Meşinli qapılar açar ayağım!

Canımla, qanımla millətə qulam,

Mən ölsəm yolumla gedəcək balam.
Suzanna

(nazla)
Erməni zabiti, xoş gördük sizi,

Mən dünən tapmışam növbəti izi

Göylərə qaldırar igidlik eli,

Axsın türkün qanı gurlatsın seli!

Bizim şöhrətimiz dünyanı aşıb,

Ayrı planeti gəzib dolaşıb.

Amerka, Fransa bizə can deyir,

Ruslar bir süfrədə bizimlə yeyir.

Sizdəki qüdrətə baş əyirəm mən,

Çəkilsin Arsaqdan çiskin, duman, çən.

Ondoqquzuncu əsr yüz əlli nəfər,

Üz qoydu İrandan Arsaqa səfər.

İndi yüz əlli min olmuşuq bu gün,

Sadəlövh türklərsə yurdsuz, didərgin.

Mərhəba, erməni xalqı, bir gün ,

Şahı olacaqsan yerin, göyün !..
Baş zabit

(qəhqəhə ilə)
Axçi, ay madonna, dilin bıçaqdır,

Erməni qızları, vallah, qoçaqdır!

Gəl yüz tut arağı vurum səninlə,

Mən bir tost deyəcəm, sən məni dinlə.
Suzanna

( Özündən razı)
Mən ki, cənab zabit, əmrə müntəzir,

Könlümdə dəhşətli bir qisas gəzir.
Baş zabit

( mizin üstündəki tut arağından

iki qədəhə süzür.)
Erməni gözəli, qədəhi götür,

Könlümə bir dürlü səadət yetir.

Gəl vuraq qədəhi qədəhə bir an,

Qoy cövlan eləsin bu hiss, həyacan

İç, böyük xalqımın gözəl maralı,

Mələklər tərəfdən sinəm yaralı!..
(zabit Suzannanın dodaqlarından öpür)
Suzanna
Yaralı köksünə mən özüm qurban,

Sənə müjdə verim izin ver bir an.

Söylə, mükafatım sonda olar?

Bu işdə bəndənə bəxşiş qalar?
Baş zabit
(bir az kefli mizin siyirməsini çəkir, orda bir xeyli zinət əşyaları bərq vururdu, o göz oxşayan altunların içindən qızıl bir saatı əlinə alır özü Suzannanın qoluna salır. O, təkəbbürlü)

Dünən türk qızını gəbərtdim burda,

Cəsədin tullatdım meşədə qurda!

Öncə iynə vurub gecə kef etdim,

Kefim istəyən tək kamıma yetdim,

Qızları pak çıxır bu batmışların

Qoynuna qoymuşdu altunun, varın.

Əvvəl danışmırdı o heç bir ağız,

İynə vuran təki bülbül oldu qız.

Demə, nişan olmuş ona keçən ay
Suzanna

(əsəbi)

Yaxşı ki siz ona tez qurdunuz vay!
Baş zabit
Bu qızıl saatı, xeyli altunu,

İnsanın sabahı, yaşam atını,

Tökdü ayağıma, buraxım onu,

Bilmədi çatıbdı bədbəxtin sonu..!

Yalvardı toxunmum mən paklığına,

qədər girdimsə çox qılığına,

Yaxın buraxmadı məni o zalım.

Basım qucağıma kamımı alım.

Yaman möhkəm olur bu türk qızları,

Namus-ar onların bəxt ulduzları.

İynə öz işini gördü bircə an,

Bir gecə qoynumda oldu gözəl can.

Zülmlə öldürdüm türkün gözəlin,

Günah özündəydi, kəsmədi dilin

Sonra da döşlərin üzdüm yerindən,

Köksünə güllələr düzdürdüm dən-dən


Yüklə 43,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə