Kahada öLÜm höKMÜ



Yüklə 43,71 Kb.
səhifə3/5
tarix31.08.2018
ölçüsü43,71 Kb.
#65926
1   2   3   4   5

Suzanna


(razılıqla qoluna baxır)
Türklər qırılmalı Arsaqdan daha,

Az qalıb o xoşbəxt, gözəl sabaha.

Dünən bir türk gördüm meşədə qəfil,

Yamanca qorxurdu yəqin ki, tifil.

Əzrayıl da yoldan məni çağırdı

Arsaqda türk görmək necə ağırdı?

O kişi tək deyil gərək ki, orda,

Qaçıb gizləniblər o vurhavurda.
Baş zabit

(qəhqəhələrlə)
Erməni qızına eşq olsun bu gün,

Qoy Stepanakerdə çatsın müjdə, ün

Xankəndini etdik stepankəndi biz,

Bu yurdla əbədi vurur qəlbimiz!..

Gedib axtararıq elə indicə,

Bilirəm Suzanna söyləməz becə.

Özün apararsan gördüyün izə,

Göstər o yuvanı bu saat bizə.
Suzanna

(qürurla)

Baş üstə, göz üstə, ey Vətən oğlü,

İlahi tək bizə veribdi ağlı
Onlar tələsik çıxırlar, on nəfər erməni əskəri ilə yola düşürlər.Gedənlərin arasında iki nəfər muzdlu zənci, iki nəfər rus var.
4- şəkil
Dolu nahar vaxtı. Sultan kişinin ailəsinin gizləndiyi kaha,

Azərtac gecə gördüyü yuxunu həyacanla danışır. Kahanın

bir küncündə ocaq tüstülənir, ocağın üstündə hisli qazanda

su qaynayır
Azərtac

(ağlar)
Yuxuda gördüm ki, qurulub mağar,

Burada qədər qohum, tanış var.

Qorquda toy edir bütün el, elat,

Dava yox şadlıqla çağlayır həyat.

Mən qol götürüb toyda süzürəm,

Sanki yad baxanın bağrın üzürəm.
Fatimə ana

(həyacanla)
De ki, axırımız çatıb bu sabah,

Özün arxa dayan bizə, ey Allah!

Ya bir ölüm yolla hamımız bataq,

Köçlə, külfət ilə kahada yataq.

Yada ki

Ümidsiz hönkürür.
Sultan kişi

qəzəbli qorxulu düşüncələr içində
Sus, sus, şivən salma, ay arvad, dayan,

Allaha borcluyuq bir quruca can.

Gəlsələr əlimlə qıraram sizi,

Görən olmayıbsa kim tapar bizi?

(qəlbi ilə danışır)

Bir quş tüfəngi yoxdu, ay Allah,

Düşmən sinəsindən qoparım min ah!

Yağının əlində topu, tankı var,

Bəli, silahsızı silahlı qovar

Biz hələ yatmışıq fil qulağında,

Vətənin, torpağın ağır çağında,

Kürsü düşkünləri kürsüyə əsir,

Anamız, bacımız yağıya əsir
Bu zaman Fatimə ananın fəryadı gəlir
Fatimə ana

(nalə ilə)
A kişi, getdin xəyala yenə,

Alışır nifrətdən, hiddətdən sinə.
Sultan kişi

(diksinir)
Ay arvad, ağzını bağla bir hovur,

Axmaq fikirləri başından sovur.

Erməni evləri talayır indi,

Xocalı odlanıb, Allah, gündü?!
Bu zaman yaxınlıqda erməni, fransız, rus dillərində

danışıq, kobud əskər çəkməsinin səsi gəlir


Yüklə 43,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə