Календарь налогоплательщика



Yüklə 28,96 Kb.
Pdf görüntüsü
tarix29.01.2018
ölçüsü28,96 Kb.
#22917


Mart  2013 

Azərbaycan Respublikası 

qanunvericiliyində baş vermiş 

dəyişikliklərə dair yenilənmiş bələdçi



 

 

Qanunvericilik üzrə 



məlumat: 

Qanunvericilikdə baş 

vermiş  dəyişikliklər 

 



 

“Yaşayış  yeri  və  olduğu  yer  üzrə  qeydiyyat  haqqında” 

Qanuna  və  bu  Qanunun  tətbiqi  haqqında  Əsasnaməyə 

dəyişikliklər

 

 

5 mart 2013-cü il tarixdə qəbul edilmiş qanunla yaşayış yeri və 

olduğu  yer  üzrə  qeydiyyat  prosedurlarında  dəyişikliklər 

edilmişdir.    

 

Mövcüd  dəyişikliklərə  görə,  əcnəbi  və ya  vətəndaşlığı    olmayan 



şəxslər  Azərbaycan  Respublikasına  3  gündən  artıq  müddətə 

gəldikdə  olduğu  yer  üzrə  yerin  sahibinin  (və  ya  müdriyyətinin) 

müraciəti  əsasında  Dövlət  Miqrasiya  Xidməti  tərəfindən  1  gün 

ərzində qeydiyyata alınmalıdırlar. Qeydiyyat üçün dövlət rüsumu 

tətbiq  olunmur  və  müvafiq  sənədlər  poçt,  elektron  poçt  və  ya 

şəxsən təqdim edilə bilər.  

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər 3 gündən az müddətə 

Azərbaycan 

Respublikasına 

gəldikdə 

isə 

qeydiyyatdan 



keçirilmirlər. 

Nəzərinizə  çatdırırıq  ki,  dəyişikliklərdən  sonra  əcnəbi  və  ya 

vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında qalma 

müddətindən asılı olmayara  q 

qeydiyyata 

dair 


məsuliyyət 

daşımırlar.  Dəyişikliklərdən  öncə,  əcnəbilər  və  ya  vətəndaşlığı 

olmayan  şəxslər  Azərbaycan  Respublikasında  30  gündən  artıq 

qaldıqda polis orqanına müraciət etməli idilər.  

Bu dəyişikliklər 1 aprel 2013-cü il tarixdə qüvvəyə minmişdir və 

həmin  tarixədək  verilmiş  “Azərbaycan  Respublikasında  30 

gündən 

artıq 


yaşamaq 

istəyən 


əcnəbinin 

qeydiyyat 

Hazırkı 

buraxılışda 

biz, 

aşağıdakılar 



haqqında 

qanunvericilikdə 

baş 

vermiş 


dəyişikliklərin  icmalını  diqqətinizə 

çatdırmaq istərdik: 

 

 

“Yaşayış yeri və olduğu yer 



üzrə qeydiyyat haqqında” 

Qanuna və bu Qanunun 

tətbiqi haqqında Əsasnaməyə 

dəyişikliklər; 

 

 

“ASAN xidmət” mərkəzlərinin 



fəaliyyətində dəyişikliklər. 

 



Qanunvericilik üzrə məlumat  

|

  Mart 2013 



vəsiqələri”nin  etibarlılıq  müddəti  bitənədək  bu  sənədlər  həmin 

şəxslərin qeydiyyata alınmasını təsdiq edən sənəd hesab olunur.   



 



 



“ASAN xidmət” mərkəzlərinin fəaliyyətində dəyişikliklər 

 

 

18  mart  2013-cü  il  tarixdə  Azərbaycan  Respublikasının 

Prezidentinin imzaladığı fərmanla “ASAN xidmət” mərkəzlərinin 

həyata  keçirdiyi  xidmətlərə  dəyişikliklər  etmişdir.  Dəyişikliklərə 

əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan 

Respublikasının  ərazisində  müvəqqəti  və  daimi  yaşamaq  üçün 

icazələrin,  habelə  haqqı  ödənilən  əmək  fəaliyyətini  həyata 

keçirmələri  üçün  fərdi  icazələrin  verilməsi  “ASAN  xidmət” 

mərkəzlərinin  göstərdiyi  xidmətlər  sırasına  daxil  edilmişdir. 

Bundan  əlavə,  “ASAN  xidmət”  mərkəzlərində  funksional 

yardımçı  xidmətlər  o  cümlədən,  bank,  sığorta,  tibb  və  hüquqi 

yardım xidmətləri, rəsmi internet informasiya ehtiyatı vasitəsi ilə 

və  mərkəzlərdə  quraşdırılan  xüsusi  terminallar  vasitəsi  ilə 

göstərilən xidmətlər həyata keçiriləcək. 




Qanunvericilik üzrə məlumat  

|

  Mart 2013 



 

 

 



Əlaqə üçün 

Biz hazırkı icmalın sizin üçün faydalı olmasına ümid edirik. Daha ətraflı məlumat 

üçün aşağıdakı mütəxəssis ilə əlaqə saxlamağınız xahiş olunur: 

Arzu Hacıyeva 

Partnyor, Vergi və hüquq xidmətləri 

Tel: 


+994 (12) 490 7020 

Email:  arzu.hajiyeva@az.ey.com 

 

 

Zaur Qurbanov 



 

Baş Məsləhətçi, Vergi və hüquq xidmətləri 

Tel: 

+994 (12) 490 7020 



Email: 

zaur.gurbanov@az.ey.com

 

 

 



Hidayat Əzimov 

 

Korporativ Hüquq Xidmətinin Rəhbəri, Vergi və Hüquq Xidmətləri 



Tel: 

+994 (12) 490 7020 

Email: 

hidayat.azimov@az.ey.com



 

 

 



Hazırkı nəşr diqqət ilə hazırlanmışdır, lakin ona daxil edilmiş məlumat zəruri 

olaraq qısa xülasə şəklində təqdim edilir və buna görə də ümumi xarakter daşıyır 

və ətraflı araşdırmanın və ya peşəkar rəyin əvəzi kimi nəzərdə tutulmamışdır. 

“Ernst & Young” hazırkı nəşrə daxil edilmiş məlumata əsaslanaraq hərəkət etmiş 

və ya etməmiş hər hansı şəxsə dəyən ziyana görə heç bir məsuliyyəti üzərinə 

götürmür. Hər hansı xüsusi hal ilə bağlı olaraq istinad müvafiq məsləhətçiyə 

edilməlidir. 

“Ernst & Young” haqqında 

“Ernst & Young” audit, vergi və hüquq, 

əməliyyat və məsləhət xidmətləri üzrə qlobal 

liderdir. Dünya üzrə 167,000 əməkdaşımızı 

bizim ümümi dəyərlər və keyfiyyət təqdim 

etməyə möhkəm bağlılığımız birləşdirir. Biz  

əməkdaşlarımıza, müştərilərimizə və daha 

böyük icmalara öz potensiallarını həyata 

keçirməkdə kömək etməklə fərqlilik göstəririk. 

 “Ernst & Young” MDB və Gürcüstanda da öz 

xidmətlərini və imkanlarını müştərilərinin 

ehtiyaclarına uyğun olaraq göstərir. 3,500 

peşəkar Moskva, Sankt-Peterburq, Kazan, 

Almatı, Astana, Bakı, Kiyev, Donetsk, Daşkənd, 

Tbilisi, Minskdəki və digər 18 ofisdə işləyirlər. 

Daha ətraflı məlumat üçün aşağıdakı internet  

səhifəsinə daxil olmağınız xahiş olunur: 

www.ey.com.  

 

“Ernst & Young” “Ernst & Young Global 



Limited”-in hər biri ayrılıqda hüquqi şəxs olan 

üzv şirkətlərinin qlobal təşkilatına  aiddir. 

Birləşmiş Krallığın məhdud məsuliyyətli 

cəmiyyəti olaraq “Ernst & Young Global 

Limited” müştərilərə xidmətlər göstərmir. 

“Ernst & Young” 

Audit | Vergi | Əməliyyat | Məsləhət xidmətləri 

Almatı 


+7 (727) 258 5960 

Astana 


+7 (7172) 58 0400 

Bakı  


+994 (12) 490 7020 

Kazan 

+7 (843) 567 3333 

Kiyev  

+380 (44) 490 3000 



 

Minsk  


+375 (17) 209 4535 

Moskva 


+7 (495) 755 9700 

Sankt-Peterburq 

+7 (812) 703 7800  

Daşkənd 


+998 (71) 140 6482 

Tbilisi 


+995 (32) 43 9375 

 

Yüklə 28,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə