Kamran qəDİRLİ ulduzlar dəNİZİ



Yüklə 320,02 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix30.12.2017
ölçüsü320,02 Kb.
#18684
1   2   3   4   5   6   7   8   9   10   11

 

63

əyyən etmişdir. Bu müasir təyindən cəmi 58 saniyə 



fərqlənir. 

Uluqbəy 27 oktyabr 1449-cu ildə düşməni 

Abbas bəy tərəfindən öldürülür. Sonra o, Uluqbə-

yin  şöhrətini məhv etmək üçün Səmərqənd rəsəd-

xanasını da darmadağın etdirir. Lakin Uluqbəyin 

özündən sonra gələn dünya alimlərini heyrətdə qo-

yan kəşfləri, məşhur elmi əsərləri heç də it-bata 

düşmədi. Onlar Uluqbəyin tələbəsi, məşhur Türk 

astronomu və  Səmərqənd rəsəd-xanasının müdiri 

olan  Əli Quşçu tərəfindən xilas edildi. Əli Quşçu 

elmi  əsərləri götürərək  əvvəlcə Herata, oradan da 

İstanbula gətirdi. Ulduz cəd-vəlini, o cədvələ aid 

olan girişi və digər  əsərləri çap etdirdi. Həmin 

əsərlər az sonra Dəməşqdə, Qahirədə çap olundu. 

Oradan Londona, Parisə, Florensiyaya, Cenevrəyə 

və nəhayət, bütün dünyaya yayıldı. 

Uluqbəyi yenidən  şöhrətləndirən Hindistan 

racası Çaysinqh olmuşdur. Onun əmrilə böyük ali-

min əsərləri Hindistanda dəfələrlə nəşr edilib yayıl-

dı. O, Uluqbəyin rəsədxanasına bənzər 5 rəsədxana 

tikdirdi. Rəsədxanalara dünyanın hər yerindən 

astronomlar gətirərək, Uluqbəyin yarım-çıq qalmış 

işlərini davam etdirdi. 

 

64



Uluqbəy rəsədxanasının qalıqları yalnız 500 

ildən sonra, 1908-ci ildə arxeoloq V.L.Vyatkin 

tərəfindən tapılmışdır. 

 1948-ci 

ildə rəsədxanann qalıqları tapılmış tə-

pədə qazıntı işləri aparmaq üçün külli miqdarda və-

sait ayrıldı və bu da rəsədxananın tam aşkarlanma-

sına və onun yenidən bərpasına imkan verdi. Bu, 

Səmərqənddə Gur Əmir mavzoleyində uyuyan 

Uluqbəyin ruhuna böyük ehtiram idi. 

 

 

 



 Əli Quşçu 

 

 Tanınmış türk as-



tronomudur. Bəzi mən-

bələrdə  təxminən 1400-

ildə anadan olduğu 

göstərilir.  İlk təhsilini 

Səmərqənddə almış, 

Bursalı Qadızadə ilə 

Uluqbəydən riyaziyyat 

və astronomiyanı öyrən-

miş, sonra Səmərqənd rəsədxanasına müdir təyin 

olunmuşdur. Artıq həmin dövrdə Uluqbəyin taxtın-

da oğlu  Əbdüllətif oturmuşdu. O, Əli Quşçunun 

ölümü haqqında fərman verir. Ona görə  də  Əli 




 

65

Quşçu Səmərqənddən qaçmalı olur. O, Təbrizə 



gəlir, burada Ağqoyunluların hökmdarı Uzun Hə-

sən tərəfindən yaxşı qəbul edilir. Bir müddət Təb-

rizdə, sonra İstanbulda təhsilini artırmaqla məşğul 

olur, daha sonra Ayasofiya mədrəsəsinə müdir 

təyin olunur. Burada riyaziyyat və astronomiyaya 

aid  əsərlər yazır. Bunlardan ən məşhuru farsca 

yazılış “Risalətü Fif Nef” əsəridir. 

Əli Quşçu 1474-cü ildə vəfat etmişdir. 

 

 

 İbrahim Haqqı  



 Həzrətləri  

 

 İbrahim Haqqı  Həz-



rətləri 1703-cü il-də 

Türkiyənin  Ərzu-rum 

vilayətinin Həsən-qala 

şəhərində anadan ol-

muşdur. O, tibb, riya-

ziyyat, astronomi-ya 

ilə  dərindən məşğul 

olmuşdur. 

İbrahim 

Haqqı Həzrətləri kainatın yaranmasını, Ayın Yerə 

təsirini, Günəş sistemi planetlərinin hər birinin xü-

susiyyətləri və parametrləri haqqında həmin dövrə 

 

66

uyğun məlumatlar vermiş, planetlərin ilgəh şəkilli 



hərəkətlərinin səbəblərini söyləmişdir. Planetlərin 

peykləri barədə məlumat vermişdir. İbrahim Haqqı 

Həzrətlərinin elmi fikirləri onun ən böyük əsəri 

“Mərifətnamə”də öz əksini tapmışdır. 

 İbrahim Haqqı  Həzrətləri 1780-ci ildə  Hə-

sənqalada vəfat etmişdir. 

 

 

 



QURANİ- KƏRİM” KAİNAT 

HAQQINDA 

 

Alimlər elmi sübutlara əsaslanaraq kainatın 



“Böyük partlayış”dan yarandığını söyləyirlər. Belə 

ki, qalaktikaların kainatın ənginliklərinə doğru bö-

yük sürətlə  hərəkət etdiyi və bir-birindən uzaqlaş-

dığı müşahidə olunur. 

 Müsəlmanların müqəddəs kitabı olan “Qura-

ni-Kərim”də kainatda cismlərin yaranışı, nizamlı 

düzülüşü, hərəkəti və digər bu kimi hadi-sələr ba-

rədə müasir elmi bilikləri 1400 il qabaq-layan hey-

rətamiz fikirlər mövcuddur: 

 

“... Biz göyü qüdrətimizlə yaratdıq və Biz 



onu genişləndirməkdəyik” (Əz-Zariyyat, ayə 47). 


 

67

“... Kainatda olan hər şey müəyyən bir müd-



dətədək (qiyamət gününə  qədər) hərəkət edər ” 

(Əz-Zumət, ayə 5). 

“... Ulduzlar, Günəş, Ay hər biri bir səmada 

üzür (öz hədəqəsində, öz dairəsində (orbitində) hə-

rəkət edir)” (Əl-Ənbiya, ayə 33). 

“Günəş  və Ay müəyyən bir ölçü ilə  hərəkət 

edir ” (Ər-Rəhman, ayə 5). 

“Günəş  də özü üçün müəyyən olunmuş yerdə 

seyr edər. Bu, yenilməz qüvvət sahibi olan və (hər 

şeyi) bilən Allahın əzəli hökmüdür” (Yasin, ayə 38). 

Göründüyü kimi, misal çəkilən bu Quran ayə-

lərində müasir elmlə sübut olunan çox dəyərli kə-

lamlar vardır. Burada kainatın genişlənməsi, hər 

bir səma cisminin müəyyən orbit üzrə  hərəkət et-

məsi aydın surətdə verilmişdir. Günəşin və digər 

ulduzların hər birinin bir orbit üzrə hərəkət etməsi, 

deməli, onların Qalaktikamızın mərkəzi  ətrafında 

dövr etməsi fikri göstərilmişdir. 

Kainat “böyük partlayış”dan başlanğıc götü-

rübsə, deməli, onun bir sonu da olmalıdır. Yəni 

kainatın başlanğıcı və sonu vardır. 

Əl-Ənam surəsinin 100-cü ayəsində deyildiyi 

kimi: “O, göyləri və yeri (yoxdan) var edəndir ...”. 

Əl-Ənbiya surəsinin 104-cü ayəsində: “Göyü kitab 

səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət 

 

68



gününü) yadınıza salın ...” kəlamları geniş-lənmək-

də olan göyün (kainatın) yenidən sıxılmağa doğru 

hərəkət etdirilməsinə işarə deyilmi? 

Əz-Zumət surəsinin 5-ci və 67-ci ayələrində 

isə kainatın sonu olacağına aid daha aydın işarələr 

vardır: “... O, Günəşi və Ayı ram etdi. Onların hər 

biri müəyyən bir müddətədək (qiyamət gününə qə-

dər) hərəkət edər. Agah ol ki, O, yenilməz qüvvət 

sahibidir, (günahları) çox bağışlayandır.” “Allahı 

lazımınca qiymətləndirmədilər. Halbuki qiyamət 

günü yer bütünlüklə onun ovcunun içində olacaq, 

göylər isə Onun sağ əli ilə bükülə-cəkdir ...”. 

Hazırda alimlər Yerin, Günəşin, kainatın yaşı 

barədə müxtəlif fikirlər söyləyir və qiymət-ləndirir-

lər. Bununla bağlı “Qurani-Kərim”də çox dəyərli 

kəlamlar vardır. 

“Əl-Hədid surəsinin 4-cü ayəsində yazılıb ki, 

“Göyləri və Yeri altı gündə xəlq edən, ərşi yaradıb 

hökmü altına alan Odur”. Kaf surəsinin 38-ci ayə-

sində isə belə deyilir: “And olsun ki, Biz göyləri, 

Yeri və onların arasında olanları altı gündə yaratdıq 

və bundan Bizə heç bir yorğunluq da üz vermədi”. 

Şübhəsiz ki, bu ayələrdə göstərilən ”gün” 

bizim günlə eyni deyil. İnsanların istifadə etdikləri 

zaman ölçüsü Quranda göstərilən zamandan fərqlə-



Yüklə 320,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə