Kamran qəDİRLİ ulduzlar dəNİZİ



Yüklə 320,02 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix30.12.2017
ölçüsü320,02 Kb.
#18684
1   2   3   4   5   6   7   8   9   10   11

 

9

 



 

 

 



NƏHAYƏTSİZ DƏNİZ 

 

Yəqin ki, Aysız gecədə ulduzları müşahidə 

etmisiniz. Sanki, onlar qara məxmər üzərinə bərki-

dilmiş, işıq saçan mirvari dənəcikləridir. Sizə elə 

gəlir ki, sayrışan bu dənəciklər bir sferanın üzərin-

dədir və siz də bu sferanın mərkəzindəsiniz. Həqi-

 

10

qətdə isə gördüyümüz ulduzlar bizdən və bir-



birindən müxtəlif məsafələrdə yerləşir. 

Uzunmüddətli müşahidə aparsaq belə, ulduz-

ların bir-birinə  nəzərən tərpənməz olduğunu gö-

rərik. Lakin bu belə deyil. Ulduzların hamısı hərə-

kət edir və bir-birinə  nəzərən yerini dəyişir. Bəs, 

onda biz onların hərəkətini niyə görmürük? 

Təsəvvür edək ki, uzaqdan axan çaya baxırıq. 

Bu zaman çaydakı suyun hərəkətsiz olduğunu gö-

rərik. Çayın sahilinə yaxınlaşdıqda isə onun ayrı-

ayrı hissələrinin müxtəlif sürətlə axdığını müşahidə 

edərik. Eyni ilə ulduzlu səma da buna bənzəyir. Ul-

duzlarla aramızdakı məsafə çox böyük olduğundan 

biz onların hərəkətini hiss etmirik. 

Bizə ən yaxın olan ulduz Sentavır bürcündəki 

alfa ulduzudur. Ona qədər olan məsafə 4,3 işıq ili-

nə  bərabərdir. Bu isə  4∙ 10

13 

km deməkdir. Qütb 



ulduzuna qədər olan məsafə isə bundan təxminən 

140 dəfə böyükdür. Ellipsoid formalı Qalaktikamı-

zın böyük oxu üzrə məsafəsi 100000 işıq ilidir. İşıq 

sürətinin saniyədə 300000 km olduğunu yada sal-

saq, Qalaktikamızın nə qədər nəhəng olduğunu tə-

səvvür edə bilərik. Ağla sığmaz ölçüyə malik olan 

Qalaktikamızda alimlər 250-300 milyard ulduz ol-

duğunu söyləyirlər. 




 

11

Lakin elm və texnika inkişaf etdikcə müəy-



yən edilmişdir ki, Bizim Qalaktika kainatda yeganə 

ulduz sistemi deyil. Bizə yaxın sayılan Andromeda 

bürcündəki spiral şəkilli qalaktikaya qədər məsafə 

təxminən 2 milyon işıq ili qədərdir. Hələ bu da son 

hədd deyil! Müasir teleskoplarla bir neçə milyard 

işıq ili məsafəsində yerləşən qalaktikaları müşahidə 

etmək mümkündür. Astronomlar kainatda milyard-

larla qalaktikanın mövcud olduğunu söyləyirlər. 

Bu qalaktikalarda da Bizim Qalaktikadakı  qədər 

ulduz olarsa, kainatı  nəhayətsiz ulduzlar dənizinə 

bənzətmək olar.

 

Qalaktikalar bu dənizin dalğaları, ulduzlar isə 



bu dalğalardan qopan zərrəciklərdir.  

Gənc dost, bu dənizdə  gəmi salıb üzən ilk 

səyyah bəlkə sən olacaqsan? Bu nəhayətsiz dənizin 

sirlərini açmaq, kainatın ənginliklərinə baş vurmaq 

bəlkə, sənin taleyinə yazılıb?

  

 

12



 


 

13

ULDUZ NƏDİR





ULDUZ NECƏ OLUR

? 

Eşitdim dünyadır parlaq ulduzlar,  

Hər birinin yeri, asimanı var.  

Nizami Gəncəvi 



  

Ulduzlar işıq saçan, közərmiş qaz kürələridir. 

Yerə ən yaxın ulduz yeri işıqlandıran, isindirən, bir 

sözlə, qidalandıran Günəşdir. Günəş daim yanar 

nəhəng səma cismidir. Alimlər müəyyən ediblər ki, 

Günəş orta ölçülü sarı ulduzdur. 

Kainatda bizim Günəşdən böyük və kiçik, isti 

və soyuq ulduzlar vardır.  Əltair, Kostar, Mitsar, 

Antares, Betəlgeyzə və bu kimi digər ulduzlar Gü-

nəşdən dəfələrlə böyükdür. Antares və Betəlgeyzə 

Günəşdən 300-400 dəfə iridir. Betəlgeyzə o qədər 

nəhəng ulduzdur ki, onun içərisində Günəş sistemi-

nin, Mars da daxil olmaqla planetlərin orbitləri 

yerləşə bilər. Arabaçı bürcündəki “Epsilon A” və 

“Epsilon B” adlandırılmış ulduzlardan birincisinin 

diametri Günəşinkindən 190 dəfə, o birininki isə 

2700 dəfə (!) böyükdür. Əgər “Epsilon B” ulduzu-

nu Günəşin yerinə qoysaq, onun daxilində Urana 

qədər bütün planetlərin orbitləri yerləşərdi. Bu ul-

duzun həcmi Gü-nəşinkindən 20 milyard dəfə çox-

dur. Yəni onun içərisinə 20 milyard Günəş yerləşə 

bilər! Lakin bu qədər nəhəng olmasına baxmaya-

 

14

raq, “Epsilon B”-nin kütləsi Günəşinkindən cəmi 



25 dəfə artıqdır. Sıxlığı isə suyun sıxlığından dü-

şünə bilməyəcəyimiz qədər – təxminən 600 milyon 

dəfə azdır. Belə böyük ulduzların temperaturu isə 

bəzən 2000 

0

C-dən də az olur.  



Kainatda nəhəng ulduzlar olduğu kimi, kiçik 

ulduzlar da mövcuddur. Çox kiçik olduğundan 

 

ulduzu


Günəş

Günəş


C

 ulduz


ırtdan

Epsilon-B

 

 

 



Ulduzların müqayisəsi

 

 (



Epsilon-B ulduzunun içərisinə 20 milyard

 

Günəş, Günəşdə 



 isə bir neçə on milyon cırtdan ulduz yerləşə bilər.)  

  

 



onları  cırtdan ulduzlar adlandırıblar. “Volf 457” 

adı verilmiş ulduz Yer kürəsindən 3 dəfə kiçikdir. 

Kütləsi isə təqribən Günəşinkinə bərabərdir. Ölçü-

sünə görə Aydan çox az fərqlənən bu cırtdan uldu-

zun temperaturu isə 10000

0

C-ə yaxındır. O, hətta 



Günəşdən də istidir. “Cirtdan” olmasına baxma-

yaraq, onun kütləsi Yerinkindən 100 minlərlə dəfə 




 

15

artıqdır. Bu cırtdan ulduz diametrinə görə Günəş-



dən 2700 dəfə böyük olan “Epsilon B” ulduzundan 

800000 dəfə kiçikdir. 

 

 

 



Buğa bürcündəki Pleyadalar (Ülkər ulduzu) 

(Adi gözlə bu topluda 6 parlaq ulduz görünür. Durbinlə baxdıqda onlarla, 

teleskopla isə bütün görüş sahəsində minlərlə ulduzun səpələndiyi müşa-

hidə olunur.) 

 

Qaranlıq gecədə  səmaya nəzər saldıqda ul-



duzları  tək-tək, ayrı-ayrılıqda görürük. Lakin adi 

gözlə  və kiçık teleskoplarla tək görünən bəzi ul-

duzlar böyük teleskoplarda iki və ya bir neçə ulduz 

kimi görünür. Bu ulduzlar rəqs edirmiş kimi bir-

birinin ətrafına dolanır və bir-birinə cazibə qüvvəsi 

 

16



ilə bağlıdırlar. Belə ulduzlar “qoşa ulduzlar” adla-

nır. 


Yuxarıda tanış olduğumuz Arabaçı bürcündə-

ki “Epsilon A” və “Epsilon B” qoşa ulduzlardır. Bu 

ulduzlar arasındakı məsafə Günəşlə Yer arasındakı 

məsafədən 8 dəfə böyük olub, 1,2·10

km-ə  bəra-



bərdir. 

 

 



  

Günyə bürcündəki NGC 6164-5 dumanlığında 

üç ulduzdan ibarət sistem 

 

Tanınmış  nəhəng ulduzlardan biri də “Plos-



ketta”dır. Bu da qoşa ulduzdur və bir-birinin ətra-

fında 14 sutkaya tam dövrə vururlar. Plosketta ul-

duzları təqribən eyni kütləyə malikdir və Günəşin-

kindən 50-60 dəfə çoxdur. 




Yüklə 320,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə