Kamran qəDİRLİ ulduzlar dəNİZİ



Yüklə 320,02 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix30.12.2017
ölçüsü320,02 Kb.
#18684
1   2   3   4   5   6   7   8   9   10   11

 

23

Ərzurum arasındakı  məsafədən də böyükdür. Bu 



şəhərlərdə yerləşdirilmiş iki tennis topunun toqquş-

ması nə dərəcədə mümkündür? Nəzərə alsaq ki, ul-

duzlar toz zərrəcikləri kimi xaotik deyil, Qalaktika-

nın mərkəzi  ətrafında nizamla hərəkət edir, onda 

onların toqquşması praktiki olaraq mümkün olma-

yacaqdır. 

 

 

 

 

GÜNƏŞ NİYƏ YANIB 

QURTARMIR

?

 

  

Novruz bayramında hamımız tonqal qalayı-

rıq. Odunu az olan kiçik tonqal tez yanıb qurtarır. 

Onda biz tonqalın odununu çox edirik ki, o gec ya-

nıb qurtarsın. Amma bu da bir neçə saat davam 

edir. Sonra bu tonqal da sönür.  

Günəş də bu tonqal kimi yanır. Lakin 5 mil-

yard ildir ki, o, yanır, hələ də yanıb qurtarmayıb. 

Alimlər Günəşin tərkibindəki qazların 2/3-si-

nin Yerdə də məlum olduğunu söyləyirlər. 1868-ci 

ildə Günəşin spektrində yeni bir sarı xəttin varlığı 

aşkar edildi. Bu, Günəşdə hansısa kimyəvi elemen-

tin olduğunu göstərirdi. Günəşin latınca mənası 

“helios” olduğu üçün həmin elementə  

 

24

 



 

GÜNƏŞ 


(Rentgen şüalarında görüntü)

 

 



“helium” – “Günəşə məxsus” adı verildi. Yalnız 30 

ildən sonra Yerdə də helium tapıldı. 

Alimlərin hesabına görə Günəşin nüvəsinin 

temperaturu 13 mln dərəcəyə

 

çatır


Günəşin daxi-

lində nüvə reaksiyaları gedir və  hər reaksiyada 4 

hidrogen 1 helium nüvəsinə çevrilir. Bu zaman 

külli miqdarda enerji – istilik və işıq ayrılır. Günəş 

saniyədə 3,8·10

33 

erq enerji şüalandırır. Bu, Gü-



nəşdə saniyədə 4 mln ton hidrogenin yanması he-

sabınadır. Yeri gəlmişkən qeyd edək ki, Günəşin 




 

25

bu qədər enerji şüalandırmasına baxmayaraq, onun 



yalnız 2,25·10

-da bir hissəsi Yer kürəsinə düşür. 



Günəş çox nəhəng olduğundan, onun həcmi-

nin 91%-dən çoxunu nüvə yanacağı olan hidrogen 

təşkil etdiyindən Günəş 5 milyard ildir ki, yanır və 

6 milyard il də yanmaqda davam edəcəkdir.  Əgər 

Günəş Yer boyda qaz kürəsi formasında olsaydı, 

çoxdan yanıb qurtarmışdı. 

 

 

 



QALAKTİKALAR HAQQINDA. 

BİZİM QALAKTİKA 

  

Qalaktika ulduzlar toplusundan əmələ gəlmiş 

nəhəng ulduz sistemidir. ”Qalaktika” sözü yunan 

dilində “südəbənzər” deməkdir. Bizim Qalaktika 

sözü isə “kuklos qalaktikos” – “südlü halqa” məna-

sını verir. 

Adətən, diametri bir neçə min işıq ilindən 

100000 işıq ilinə  qədər olan ulduzlar toplusu qa-

laktika hesab olunur. Qalaktikanın tərkibində 10 

milyondan 1 triliyona qədər ulduzun olması müm-

kündür. 


 

 

26



 

  

Bizim Qalaktika (Süd Yolu) 



(Adi spiralşəkilli qalaktikadır. Şəkildə bürclərin və 

Günəşin Qalaktikamızda tutduğu vəziyyətlər göstərilmişdir.) 

 

Bizim Qalaktikanın uzunluğu 100000, eni 



40000, qalınlığı isə 3000 işıq ili qədərdir. Onun 

tərkibində 300 mlrd ulduz vardır, kütləsi isə 600 

mlrd Günəşin kütləsi qədərdir. Günəş də 3·10

11

 ul-



duzdan biridir. Günəş sistemi Qalaktikamızın kə-

narında yerləşir.  

Qaranlıq gecədə ulduzlu səmaya baxarkən 

gümüşü rəngli “Ağ yol”u görürük. Bu “Ağ yol” isə 

Qalaktikamızın kənarıdır. Burada külli miqdarda 



 

27

ulduz olduğuna görə adi gözlə baxdıqda dumanlıq 



kimi görünür. Lakin güclü teleskopla hər bir uldu-

zu dəqiqliklə görmək mümkündür. Bu zaman bir-

birinə nisbətən yaxın olan onlarla ulduz bir yerdə 

sistem əmələ gətirir. Buğa bürcündəki Qiada ulduz 

yığımı da belə sistemlərdəndir. O özündə 300-ə 

qədər ulduz cəmləşdirmişdir. Günəşdən 150 işıq ili 

məsafəsində yerləşən bu sistemin yaşı 625 mln il 

hesab olunur. 

Bizim Qalaktikada 88 bürc qeyd olunur ki, 

bunlar hələ  qədim zamanlardan müxtəlif adlarla 

adlandırılmışdır (bax: əlavə). Məsələn, Böyük Ayı, 

Kiçik Ayı, Qu, Arabaçı, Qız, Kassiopeya bürcü və 

s. Əslində bu adlar ilə ulduzların quruluşu arasında 

heç bir əlaqə yoxdur. 

Bu 88 bürcdən 12-si Ekliptika müstəvisi 

üzərində yerləşir və zodiak bürclər adlanır. 

 Bürclər içərisində  ən kiçiyi Cənub Xaç 

bürcüdür. O, göy qübbəsinin yalnız 0,16%-ini 

tutur. XVII əsrə  qədər bu bürc Sentavr bürcünün 

bir hissəsi kimi qəbul edilirdi. Bu bürcü yalnız 

Yerin cənub yarımkürəsində görmək olar. Cənub 

Xaç bürcündə adi gözlə 3 ən parlaq ulduz görünür. 

 

 

28



 

 

Ulduzlar yığımı 



(Belə sistemlərdə yüzlərlə ulduz toplana bilər.) 

 

Bunlar ən qızğın mavi, digərləri isə nəhəng qırmızı 



ulduzlardır.  Ən böyük bürc isə Hidradır. Bu bürc 

göy qübbəsinin 3,16%-ini tutur. Bu bürc daxilində 

adi gözlə 68 ulduz görmək mümkündür. 

Bizim Qalaktikadan kənarda teleskoplar vasi-

təsilə milyardlarla qalaktika aşkar edilmişdir. Bu 

qalaktikaların formaları olduqca müxtəlifdir. Bun-

lardan spiralşəkilli, halqavari, elliptik, linzavari və 

digər formalı qalaktikaları misal göstərmək olar. 

 



 

29

 



 

Veronikanın Saçları bürcündəki adi spiral 

qalaktika –NGC 4414 

(

Bu qalaktikanın diametri 56000 işıq ili olub, Günəş sistemindən 



təxminən 60 milyon işıq ili məsafəsində yerləşir.) 

 

 Təxminən 50 qalaktikadan ibarət sistemə 



“qalaktika qrupu”, tərkibində bir neçə min qalakti-

ka olan sistemə isə “qalaktika yığımı” deyilir.  

Adi gözlə səmaya baxdıqda cəmi 3 qalaktika 

görmək mümkündür. Yerin şimal yarım kürəsində 

Andromeda dumanlığı, cənub yarım kürəsində 

 

 



30

 

 



Andromeda dumanlığında spiralşəkilli qalaktika (M 31) 

(Onun eni 300000, oraya qədər məsafə isə təxminən 2 mln işıq ilidir.) 

 

isə Böyük və Kiçik Magellan buludu yerləşir. 



Andromeda qalaktikasına qədər məsafə  təx-

minən 2 milyon işıq ili qədərdir. Magellan buludla-

rı isə bizə ən yaxın qalaktikalardandır. Böyük Ma-

gellan qalaktikasına qədər məsafə 182000 işıq ili, 

Kiçik Magellana qədər məsafə isə 165000 işıq ili 

qədərdir. 

  



Yüklə 320,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə