Kamran qəDİRLİ ulduzlar dəNİZİ



Yüklə 320,02 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix30.12.2017
ölçüsü320,02 Kb.
#18684
1   2   3   4   5   6   7   8   9   10   11

 

31

 



  

 Böyük və Kiçik Magellan dumanlıqları 

XX  əsrin sonlarına qədər astronomlar bu 

qalaktikaların bizə ən yaxın olduğunu zənn edirdi-

lər. Lakin 1994-cü ildə bir qrup Böyük Britaniya 

astronomu bizə  ən yaxın yeni qalaktikanın kəşfi 

barədə  məlumat verdi. Bu, Oxatan bürcündəki el-

liptik formalı cırtdan qalak-tikadır. Çoxsaylı ulduz-

lar yığımından və toz-qaz dumanlığından ibarət 

olan bu qalaktika ilə aramızdakı məsafə 82000 işıq 

ilidir. 

 

32



Astronomların bu vaxta qədər kəşf etdikləri 

ən böyük qalaktika isə Abell 2029 qalaktikalar yı-

ğımındakı mərkəzi qalaktikadır. Qız bürcündə yer-

ləşən bu qalaktikaya qədər məsafə 1070 mln işıq ili 

qədərdir. Bu qalaktikanın diametrinin 5600000 işıq 

ili olduğu göstərilir ki, bu da Bizim Qalaktikanın 

diametrindən 80 dəfə böyükdür. Həmin qalaktika 2 

trilyon Günəşin verdiyi qədər işıq verir. 

Son zamanlara qədər güclü teleskoplarla kai-

natı  ən uzağı 3-4 milyard işıq ili məsafəsində öy-

rənmək mümkün idi. Lakin son illərdə alınmış mə-

lumatlar insanları heyrətə  gətirdi. Finlyandiya və 

İtaliya alimləri bizdən 11 milyard işıq ili məsafə-

sində olan yeni qalaktikanın kəşf edilməsi barədə 

məlumat verdilər. Bu qalaktikanın mərkəzində 

güclü elektromaqnit dalğaları  şüalandıran kvazar 

durur. Bu kəşf kainatın daha dərin “qatlarını” öy-

rənməyə, qalaktikaların yaranma prosesi haqqında 

yeni məlumatlar əldə etməyə imkan verəcəkdir. 

 



 

33

 



  

Spiralşəkilli iki qalaktikanın (NGC 2207 və İC 2168) 

qarşılıqlı əlaqəsi 

 

Kainatda ulduzlar toplusu – qalaktikalardan 



başqa, qaz və toz yığımından ibarət kütlələr – du-

manlıqlar da mövcuddur. Belə dumanlıqlardan biri 

Yerdən 1500 işıq ili məsafəsində yerləşən Orion 

bürcündəki Orion dumanlığıdır. Seyrəlmiş qaz bu-

ludlarından və toz zərrəciklərindən ibarət olan bu 

dumanlıq qaranlıq gecədə adi gözlə parlaq ləkə ki-

mi görünür. Alimlər bu dumanlığı yeni ulduz yara-

dan sahə kimi qiymətləndirirlər. 

Qaz və tozdan ibarət Bumeranq dumanlığı 

isə Yerdən 5000 işıq ili məsafəsində yerləşir. Bu 

 

34

dumanlığı kainatın  ən soyuq hissəsi hesab etmək 



olar. Bu soyuq ləkənin temperaturu 272 °C-dir. 

Qeyd edək ki, bu cür temperaturu Yer kürəsində 

 

 

 



Orion bürcündə At Başı dumanlığı 

 

yalnız laboratoriya şəraitində almaq mümkündür. 



Alimlər dumanlığın soyuma səbəbini belə izah 

edirlər. Orada bir ulduzun partlaması  nəticəsində 

qaz-toz dumanlığı sürətlə seyrəkləşmiş  və güclü 

soyuma baş vermişdir.  

  

  



 

35

ULDUZLAR ƏTRAFINDA 



PLANETLƏR 

 

Günəş  də bir ulduzdur. Günəş sisteminə 10 



planet daxildir. Bu sistemin ən böyük planeti Yupi-

terdir. Onun kütləsi qalan planetlərin və onlar ətra-

fında dövr edən peyklərin kütləsindən də artıq-dır. 

Günəş sisteminin 10 planetindən yalnız birində hə-

yat mövcuddur ki, bu da Yer kürəsidir. Planetlərin 

kütləcə böyük olmasına baxmayaraq, Günəş siste-

minin cəmi 0,13%-ini planetlər, qalan 99,87% -ini 

isə Günəş təşkil edir. 

Günəş sistemində 10 planetdən əlavə 10 min-

lərlə kiçik kütlələr – astroidlər də mövcuddur. Bu 

astroidlərin ən çoxu Marsla Yupiter arasında yerlə-

şir. Belə güman edilir ki, Marsla Yupiter arasında 

Fayton adlı bir planet olub. Bu planetin partlaması 

nəticəsində çoxsaylı astroidlər  əmələ  gəlmişdir. 

Astroidlərin çoxuna ad da verilmişdir: 

 

36



 

 

Eros, Hermes, Adonis, İkar, Apallon, Amur və s. 



Bunlardan  ən böyük astroid Sereradır. Onun dia-

metri 770 km-dir. Hermesin diametri 1600 m, di-

gər astroidlərin ölçüləri isə 1 km-ə yaxın və daha 

azdır. 


Astronomları, həmçinin bütün insanları çox 

maraqlandıran bir sual var. Görəsən, Yer kürə-

sindən başqa hər hansı bir planetdə yaşayış varmı? 

Bunun üçün də astronomlar elə ulduz axtarırdılar 

ki, onun ətrafında planet olsun. 

2000-ci ildə ABŞ–ın Texas Universitetindəki 

rəsədxanada bir qrup astronom tərəfindən Eridon 

bürcündəki Epsilon ulduzu ətrafında planet aşkar 

edildi. Bu planet Günəş sistemindən 10,5 işıq ili 



 

37

məsafəsindədir. Alimlər müəyyən etdilər ki, bu 



planet Yupiterdən bir az böyükdür.  

 

 



 

2001-ci ildə astronomlar tərəfindən bir ulduz 

da aşkar edilmişdir. Onun qeyri-adiliyi ətrafında 

nəhəng planetin olmasıdır. Astronomlar bu planeti 

HD168443 adlandırıblar. Bu planetlə Yer kürəsi 

arasındakı məsafə 123 işıq ilidir. Alimlər müəyyən 

ediblər ki, bu planet Günəş sisteminin ən böyük 

planeti olan Yupiterdən 17 dəfə böyükdür. 

 

 

  



 

38

 KAİNAT SONSUZDURMU



?

 

 SONSUZLUQ NƏDİR

?

 

 

 

 

 

Bu dünyanın əvvəli yox, sonu yox,



 

 Var olarmı yoxla – yoxun arası.

  

 

Bəxtiyar Vahabzadə 



 

 

İnsanları  həmişə belə bir sual düşündürüb. 



Görəsən, kainatın  əvvəli olubmu, sonu olacaqmı? 

Yoxsa, kainat sonsuz zaman ərzində mövcud ola-

caqdır?  

Keçmişdə  bəzi tədqiqatçılar da güman edir-

dilər ki, bütün kainat “Ağ yol”dan ibarətdir. Amma 

bu belə deyilmiş. Kainat insanların ağlına sığma-

yacaq qədər sonsuz və böyükdür. Biz kainatın həc-

mini nəinki bilmirik, heç onu təsəvvür də edə bil-

mərik.  İnsanlar üçün kainatı sona qədər dərk et-

mək çox çətindir.

 

Yunan filosofları Platon və Aristotelə görə 



kainat həmişə mövcud olub və həmişə olmaqda da 

davam edəcəkdir. 

 

Roma filosofu Lukretsi 2000 il bundan əvvəl 



“Nəsnələrin (şeylərin) təbiəti” poemasında deyirdi: 

“Kainatın heç bir tərəfdən qurtaracağı yoxdur. 

Əgər bir qurtaracağı varsa, o biri qurtaracağı da ol-

malıdır. O şeyin kənarı yoxdur ki, ondan kənarda

onu ayıran heç bir şey yoxdur. Yalnız hisslərimiz 

onu izləməyə qadirdir. Əgər biz qəbul etsək ki, 




Yüklə 320,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə