Kamran qəDİRLİ ulduzlar dəNİZİ



Yüklə 320,02 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix30.12.2017
ölçüsü320,02 Kb.
#18684
1   2   3   4   5   6   7   8   9   10   11

 

39

kainatdan kənarda heç nə yoxdur, onda onun heç 



bir kənarı yoxdur, sonu və hüdudu yoxdur. Kaina-

tın hansı bir hissəsində olmağın da əhəmiyyəti 

yoxdur. Sənin harda olmağından asılı olmayaraq 

tutduğun yer bütün istiqamətlərdə sonsuz olur”. 

Alimlər kainatı iki cür təsəvvür edirlər: açıq 

və qapalı. Açıq dünya bütün istiqamətlərdə sonsuz-

dur. Orda sonsuz sayda qalaktikalar, ulduzlar var. 

Belə kainatda işıq sürəti ilə getsək də, biz heç vaxt 

kainatın sonuna çata bilməyəcəyik. Bəlkə  də, kai-

nat bu cür sonsuz və sərhədsizdir. 

Qapalı dünya isə sonlu, amma sərhədsizdir. 

Lakin qapalı kainatı inandırıcı  təsəvvür etmək 

mümkün deyil. Fərz edək ki, kainat qapalı və son-

ludur. Lakin onu sonuna qədər gedib çıxsaq, təbii 

bir sual ortaya çıxacaq. Bəs ondan o tərəfdə nə var. 

Biz həmin sferanı keçib getsək, yenə bir səthə gə-

lib çıxarıq və sonra daha yeni bir səthə yetişərik. 

Bəlkə, kainat belə sonsuzdur. 

Əlbəttə, biz sonsuz kainatı  hələlik fərziyyə 

kimi düşünürük. Teleskoplar mükəmməlləşdikcə 

insanlar daha uzaq olan qalaktikaları  kəşf edib, 

kainatı daha dərindən öyrənəcəklər. Lakin insanlar 

kainatın ənginliklərinə baş vuraraq on milyardlarla 

işıq ili məsafəsində olan aləmləri kəşf etsələr belə, 

 

40

yenə kainatın sonuna yetə bilməyib onu sonsuz 



hesab edəcəklər. 

Əgər bacarırsınızsa, kainatın bu qədər sonsuz 

olduğunu təxəyyülünüzdə çanlandırmağa cəhd 

göstərin və çoxsaylı aləmləri təsəvvür edin. 

 

 

 



YER GÜNƏŞİN, GÜNƏŞ QALAKTİKANIN 

MƏRKƏZİ ƏTRAFINA 

FIRLANIR. BƏS SONRA 

?

 

 

Bildiyimiz kimi, kainatda hər bir fəza cismi 



hər hansı kütlə ətrafında hərəkət edir. Məsələn, Ay 

Yer kürəsinin, Yer Günəşin, Günəş qalaktikanın 

mərkəzi  ətrafında hərəkət edir. Bəs sonra? Astro-

nomlar çoxdan müşahidə edirdilər ki, parlaq qalak-

tikalar göydə Süd Yoluna bənzər zolaq əmə-lə gə-

tirir. Bunu əsas götürərək fransız astronomu J.Vo-

kuler hesab edirdi ki, qalaktikalar yığılaraq nəhəng 

qalaktikalar əmələ gətirir. Bunlar qalaktikaların qa-

laktikası və ya nəhəng qalak-tikalar adlanır. J.Vo-

kulerin hesablamasına görə belə qalaktikalar siste-

minin biri diametri 100 milyon işıq ili olan mərci 

dənəsini xatırladır. Onun mərkəzi Qız bürcündə 

olub, Yerdən 30 milyon işıq ili məsafəsində yerlə-



 

41

şir. Nəhəng qalaktikanın bütün kütləsi min trilyon 



(10

15

) Günəşin kütləsi və ya 3300 Bizim Qalaktika 



qədərdir. Bizim Qalaktika nəhəng qalaktikanın 

mərkəzi ətrafında 100 milyard ilə dövr edir.  

 

 

 



Göründüyü kimi, qalaktikalar da daha böyük 

olan qalaktikalar yığımının mərkəzi ətrafında dövr 

edir. 

Bir çox astronomlar J.Vokulerin fikri ilə razı 



deyildilər. Lakin kainatda 50-yə yaxın nəhəng qa-

 

42



laktika kəşf olunmuşdur ki, onların da hər biri on-

larla iri qalaktikadan təşkil olunmuşdur. 

 

 

 



KAİNAT NECƏ YARANIB? 

 

Şagird müəllimindən soruşur: “Biz nədən ya-

ranmışıq?” Müəllim cavab verir: “Biz hüceyrədən 

yaranmışıq”. 

 

Şagird: “Bəs hüceyrə nədən əmələ gəlib?” 



 Müəllim: “Yer yarananda hüceyrə də yaranıb”. 

 

Şagird: “Onda Yer kürəsi necə əmələ gəlib?” 



 Müəllim: “Fərziyyəyə görə Günəş  ətrafında 

olan qaz və toz zərrəcikləri bir yerə  yığılaraq 

planetləri, o cümlədən Yer kürəsini əmələ gətirib”. 

 

Şagird: “Bəs bu toz zərrəcikləri hardan əmələ 



gəlib?...” 

 

Qədim Babil əfsanəsinə görə göy bərk qübbə 



olub, yastı olan yerin kənarına söykənir. Göy dün-

yanı yaradan göy sakinlərinin məskənidir. 

 Aristotelə görə planetlər, Ay və Günəş  hər 

biri öz sferasındadır. Bu sferalar bir-birinin içəri-

sində konsentrik olaraq yerləşmişdir.Yer kürəsi isə 

onların mərkəzində durur. 




 

43

Orta  əsrlərdə Avropada kainat haqqındakı 



təsəvvürlər misirlilərin və yunanlarınkından da 

çox-çox bəsit idi. Hətta Yerin kürə şəklində olma-

sını inkar edir, onu yastı dairə  və ya dördbucaqlı 

hesab edirdilər. Ulduzları isə göy qübbəsinə vurul-

muş qızıl mıxlar, yaxud da mələklərin yandırdıqla-

rı çıraq hesab edirdilər. 

XX  əsrin  əvvəllərində isə kainatın böyük 

partlayışdan yaranması  fərziyyəsi irəli sürüldü.

 Belə ki, həmin dövrdə Amerika astrofiziki 

V.M.Slayfer ilk dəfə qalaktikaların bizdən uzaq-

laşmasını müəyyən etdi. O vaxta qədər heç kəs qa-

laktikaların bizdən uzaqlaşmasını bilmirdi və digər 

qalaktikalara qədər məsafələr məlum deyildi. 

V.M.Slayferin hesablamalarına görə qalaktikalar 

bizdən 200-300 km/san sürətlə uzaqlaşır. Bəzi 

qalaktikaların sürəti isə hətta 1100 km/san-yə çatır.  

V.M.Slayfer qalaktikaların bizdən uzaqlaş-

masını Dopler effektinə  əsaslanaraq söyləyirdi. 

Müşahidələr zamanı Slayfer uzaq ulduzlardan 

gələn işığın spektrinin qırmızı  tərəfə sürüşdüyünü 

görərək bu fikrə gəlmişdi.  

Fizika kurslarında işığın spektrlərə ayrıl-

masını öyrənmişik.  İlk dəfə bunu Dopler kəşf et-

mişdi. Uzaqlaşan qalaktika işıq spektrinin qır-mızı, 

 

44

yaxınlaşan isə bənövşəyi rəngə tərəf sürüş-məsi ilə 



qeyd olunur. 

Bu açıqlama göstərdi ki, bütün qalaktikalar 

bizdən uzaqlaşır. Məgər biz kainatın mərkəzin-

dəyik? Məsələ ondadır ki, bütün qalaktikalar təkcə 

Bizim Qalaktikadan yox, bir-birindən də uzaq-

laşırlar. 

Çoxsaylı qalaktikalara qədər olan məsafə ilk 

dəfə Amerika astronomu E.Habbl tərəfindən təyin 

edilmişdir. Qalaktikalara qədər olan məsafəni və 

onların sürətini müqayisə edən E.Habbl bunlar ara-

sında qanunauyğunluq tapmışdır. O, müəyyən et-

mişdir ki, çox uzaqda olan qalaktika bizdən daha 

böyük sürətlə uzaqlaşır. Bu faktlara əsaslanaraq, qa-

laktikaların sanki bir nöqtədən kainatın ucsuz-bu-

caqsız ənginliklərinə səpələndiyini söyləmək olar. 

Bunun  əsasında kainatın böyük partlayışdan 

yarandığı fərziyyəsi meydana gəlmişdir. Belə çıxır 

ki, “böyük partlayışdan”  əvvəl kainatda olan bü-

tün kütlələr bir yerdə olub. Yığılan kütlələrin çox 

böyük qüvvə ilə sıxılması nəticəsində böyük enerji 

yığılıb və sonda güclü partlayış baş verıb. Bu 

partlayış  nəticəsində bütün maddələr bir nöqtədən 

müxtəlif istiqamətlərə  səpələnmiş  və bir-birindən 

uzaqlaşmağa başlamışdır. Hazırda kainat öz ölçü-




Yüklə 320,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə