Kamran qəDİRLİ ulduzlar dəNİZİ



Yüklə 320,02 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix30.12.2017
ölçüsü320,02 Kb.
#18684
1   2   3   4   5   6   7   8   9   10   11

 

51

 



 Müasir observatoriyanın görünüşü 

 

mümkündür. 



Göy cismlərini öyrənmək üçün optik teles-

koplarla yanaşı, radioteleskoplardan da geniş isti-

fadə olunur. Optik teleskoplar göy cismlərindən 

gələn işığın qeyd olunmasına  əsaslanırsa, radio-

teleskoplar kainatdakı obyektlərin  şüalandırdığı 

elektromaqnit dalğalarının öyrənilməsinə əsaslanır. 

Güzgülü radioteleskopların diametri onlarla metrə 

çatır. Tərpənməz radioteleskopların diametri isə bir 

neçə yüz metr ola bilər. Belə teleskoplarla kainatın 

ən uzaq nöqtəsindəki obyektin fiziki təbiətini, 

 

52

hərəkətini, kimyəvi tərkibini və temperaturunu 



öyrənmək mümkündür.  

 Radar adlanan cihazın köməyi ilə bizə yaxın 

olan göy cismlərinə siqnal göndərmək və onlardan 

əks olunan radio dalğaları  qəbul etmək mümkün-

dür. Radio dalğaların cismə gedib qayıtması vaxtı-

na görə cismə qədər olan məsafəni də ölçmək olar. 

Günəş sistemindəki bəzi planetlərə  qədər məsafə 

belə  təyin edilmişdir. Göy cismlərinin radioteles-

koplar və radarlarla öyrənilməsi ilə radioastrono-

miya əsri başladı. 

 

 

 



KAİNATIN ÖYRƏNİLMƏSİNDƏ TÜRK 

ALİMLƏRİNİN ROLU 

 

 

Orta əsrlərdən başlayaraq türk alimləri kaina-

tın öyrənilməsi və  dərk edilməsi ilə  əlaqədar çox 

böyük və dəyərli işlər görüblər. Bu dövrdə Fərabi, 

Bəhmənyar kimi dahi filosoflar, Biruni, Nəsrəddin 

Tusi, Uluq bəy kimi böyük astronomlar yetişmiş-

dir.  

  



 

53

 Fərabi  



  

 

 Böyük  türk  filo-sofu 



Fərabi 870-ci ildə Orta 

Asiyanın Fərab (Türk-

mənistan) 

şəhə-rində 

anadan olmuşdur. Döv-

rünün ən məşhur filoso-

fu və alimi hesab edilir-

di. Deyilənlərə görə Fə-

rabi 70-ə qədər dil bilir-

miş. O, yunan 

fəlsəfəsini Avropaya tanıtmaqla da ad çıxarmışdır. 

Böyük qərb filosofları uzun müddət Fərabinin 

təsiri altında olmuşdur.  Əsərləri bütün dünyaya 

yayılmışdır. Həmin dövrlərdə  qərbdə  və  şərqdə 

Aristoteldən sonra ikinci o, tanınırdı. 

Fərabinin də kainatın quruluşu haqqında öz 

fikirləri vardır. Ptolemey kimi o da, kainatın 

mərkəzində Yerin durduğunu, sükunətdə olduğunu 

və bütün səma cismlərinin onun ətrafında hərəkət 

etdiyini söyləyirdi. 

Fərabi 950-ci ildə  Şam  şəhərində (Suriyada) 

vəfat etmişdir. 

  

 

54



Biruni 

 

Əbu-Reyhan Mə-



həmməd  İbn  Əhməd  əl-

Biruni  əl Xarəzmi 973-

cü ildə  Kəf  şəhərində 

anadan olmuşdur. Biruni 

coğrafiya, astronomiya, 

riyaziyyat, fizika elm-

lərinə aid 150-dən çox 

əsərin müəllifidir. Orta 

əsr Avropasında Aliborono adı ilə tanınmış Biruni 

siyasi çəkişmələrin biri digərini  əvəz etdiyi bir 

dövrdə yaşamış, nəzəri biliklərlə kifayətlən-məyə-

rək, hər  şeyi empirik yolla sübut və  dərk etməyə 

çalışmışdır. Biruni Yerin kürə  şəkilli olduğunu 

söyləmiş, hündür yerdən üfüq xəttinin enmə buca-

ğını ölçərək Yer çevrəsinin uzunluğunu (41500 

km) Eratosfenə  və  ərəb astronomlarına nisbətən 

dəqiq təyin etmişdir. Biruninin ideya və kəşfləri or-

ta əsr Şərq fəlsəfəsinin və təbiətşünaslığının inkişa-

fına böyük təsir göstərmişdir. Biruni Kopernikdən 

600 il əvvəl Yerin Günəş  ətrafına hərəkət etməsi 

fikrini söyləmişdir. Biruni Ptolomeyin və bir çox 

orta əsr alimlərinin Yerin sükunətdə olması fikrini 

inkar edərək, hind astronomu Bramaquptanın “Yer 



 

55

hərəkətdə, göylər isə sükunətdədir” nəzəriyyəsinə 



tərəfdar çıxmışdır. 

Biruninin dövrümüzədək gəlib çatmış ilk iri 

həcmli əsəri “Keçmiş nəsillərdən qalan izlər” əsəri-

dir.  Əsərdə müxtəlif xalqlarda gecə  və gündüzün 

başlanğıc vaxtının təyini, şəmsi və qəməri illər, qə-

rinə və s. haqqında zəngin məlumat vardır. Bu əsə-

rin son fəsili isə bütövlükdə astronomiyaya həsr 

edilmişdir. 

“Astronomiya və ulduzlara dair Məsud cəd-

vəli” əsərində Biruninin riyaziyyat, astronomiya və 

coğrafiyaya dair dərin elmi fikirləri öz əksini tap-

mışdır.  Əsərdə coğrafi uzunluqların triqonometrik 

qaydada ölçülməsi izah edilmış, dünyanın bir çox 

şəhərləri ilə yanaşı  Ərdəbil, Təbriz, Mərənd, Ma-

rağa, Arranın paytaxtı  Bərdə, Beyləqan, “ağ neft 

mədəni” olan Bakuh (Bakı) və digər şəhərlərin en 

və uzunluq dairələri göstərilmişdir. 

Biruni 1048-ci ildə Qəznə şəhərində (indi Əf-

qanıstanın ərazisində yerləşir) vəfat etmişdir. 

Yaxın və Orta Şərqin bir çox alimləri, o cüm-

lədən Ömər Xəyyam, Nəsrəddin Tusi, Uluqbəy Bi-

runinin elmi görüşlərindən faydalanmışdır.  

 

56

 İbn Sina 



 

Alim, filosof, hə-kim, 

şərqdə Aristotel ideyaları-

nın yayıcısı olan İbn Sina 

980-ci ildə Buxara yaxınlı-

ğında anadan olmuşdur. 

Buxara, Səmərqənd, Xa-

rəzm və Nişapurda ona 

Əbu  Əli  İbn Sina deyirdi-

lər. Avropada isə onu Avi-

senna kimi tanıyırdılar. Fəl-

səfədə Fərabinin davamçısı olan İbn Sina Aristotel tə-

liminə əsaslanaraq antik fəlsəfi fikrin inkişafında mü-

hüm rol oynamışdır. 

Təbabət elmində  təcrübəsini, eləcə  də  fəl-səfə, 

riyaziyyat, astronomiya və kimya sahəsində geniş bi-

liklərini İbn Sina özünün “Müalicə elmi kitabı”, “Tibb 

elminin qanunu” və “Bilik kitabı” (“Danusnamə”) və 

bir sıra əsərlərində şərh etmişdir. 

İbn Sina bütün Şərqdə, o cümlədən Azər-bay-

canda “Loğman” adı ilə məşhur olmuş, haq-qında çox-

lu rəvayətlər yaranmışdır. 

Böyük Azərbaycan filosofu Bəhmənyar İbn  

 Sinanın şagirdi və davamçısı olmuşdur. 

İbn Sinanın “Məntiq”, 5 hissədən ibarət “Tibb 

ensiklopediyası”,  ərəb və fars dillərində  şeirləri və 




Yüklə 320,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə