Kanallar və onlar üzərindəki qurğuların konstruksiyaları



Yüklə 16,56 Kb.
tarix27.03.2018
ölçüsü16,56 Kb.
#34812

Kanallar və onlar üzərindəki qurğuların konstruksiyaları

Kanallar layihələndirilən zaman maillik, suyun sürəti və kanalın en kəsiyinin bütün elementləri düzgün seçilibsə, aşağıdakı tələblərə cavab verməlidir:


-suvarma qrafikinə uyğun olaraq, sahələri fasiləsiz su ilə təmin etmək;

-lillənməməli, yuyulmaya məruz qalmamalı:

-maksimum suburaxma , minimum sizma qabiliyyətinə malik olmalı;

-dayaniqli olmalı;

-mexanizasiya işlərinin geniş tətbiqi və s. təmin olunmalıdır.
Əksər suvarma kanallarının en kəsiyi trapes şəkilli olur. Kanalın en kəsiyinin axar su ilə tutulan hissəsi onun canlı en kəsiyi adlanır.

Kanalın canlı en kəsiyinin yer səthindən yerləşməsinə görə qazma, tökmə, yarıqazma, yarı tökmə formalarda və dağ ətəyi hissələrdə tikilir.

Kanalın canlı en kəsiyi tam qazmada olarsa, o bütövlükdə yer səthindən aşağıda yerləşir, belə kanallarda sızma itkiləri minimum olur.

Kanalın canlı en kəsiyi tam tökmədə olarsa, yer səthindən yuxarıda yerləşir, belə kanallarda sızma itkiləri çox olur, tikintinin dəyəri baha başa gəlir, dambalarin dağılma təhlükəsi ehtimalı yüksək olur.

Kanalın canlı en kəsiyi yarı qazma və yarı tökmədə tikintisi geniş yayılmışdır. Belə kanallarda az torpaq işləri tələb olunur, suvarılacaq sahələrin su ilə təmin olunmasi tam mümkün olur.

Əgər kanallar qayalıqlardan və dağ ətəyi hissələrdən keçərsə, onun en kəsiyini tam qazmada tikmək mümkün olmur, belə ki, onun aşağı hissələri en kəsiyinin bərpası üçün torpaq dambalarla bərkidilir. Belə ərazilərdə maillik 0.1-dən çox olarsa, sürüşmə olmasın deyə, kanalın aşağı hissələri pilləli şəkildə bərkidilir. Yuxarı hissələrdə isə səthi suları kənar etmək üçün kiçik kanalları olan, 2-3 metr enində bermalar tikilir.





Kanallar üzərində qurğular layihələndirilən zaman çalışmaq lazımdır ki, onlarin sayı mümkün qədər az olmaqla, bir qurğu bir neçə funksiyanı yerinə yetirsin : suyun bölünməsi,ölçülməsi, nizamlanması və s.


Bütün qurğular təmin etməlidir:

-suvarma şəbəkəsinin bütün elementlərinin normal işini;

-su sərfinin operativ hesabatlarının aparılmasını;

-suyun götürülərək kiçik itkilərlə sahələrə verilməsini;

-kanal və qurğuların ayrı-ayrı hissələrinin bağlanmasının mümkünlüyünü;

-sistemdə sudan istifadə planına müvafiq işlərin təşkilini;



-kanal və qurğuların təmiri zamanı mexanizmlərin maksimum hərəkətinin əlverişli olmasini: və s.
Mənbədən suyun götürülməsi üçün baş sugötürən qurğu, ana kanaldan bölüşdürücü kanallara suyun verilməsi üçün nizamlayıcı, su buraxıcı, səviyyə qaldıran, sadə suölçən qurğular və kanalın sonunda isə suyun sutullaylcl şəbəkəyə axmasının qarşısını almaq üçün bağlayıcı qurğular tikilir.
Suvarma şəbəkələrinin təhlükəsiz istismarını təmin etmək və tədricən və ya tamamilə suyun kənarlaşdırılması və eləcə də, gözlənilməyən sərfləri dəf etmək üçün kanalın sonunda qəza sutullayıcıları tikilir. Sutullayıcılar sahə yolları ilə kəsişərsə, borulu keçidlər quraşdırılır.
Yuxarıdakı qurğulardan əlavə, kanalın yüksək maillikli yerlərində birləşdirici qurğular (cəldaxıdan, düşmələr və s.), kanal dərə, vadi və buna bənzər maneələrdən keçərsə akveduk, avtomobil və dəmir yollarla kəsişərsə, düker və ya borulu keçidlər tikilir.
Nov kanallarda isə adətən, əvvəlcədən layihələndirilmiş su buraxıcıların bir neçə növü—su bölüşdürücülər, keçid şəkilli dükerlər, səviyyə qaldıran və arakəsən qurğular (şlüzlər) tikilir.
Bağlı suvarma şəbəkələrində müxtəlif növıü hidrantlar, vantuzlar, bölüşdürücü və tullayıcı qurğular, bağlayıcı və boğucu qurğular, əks klapan və hidravlik zərbələri dəf edən qurğular və s. tikilir.
Kanallar və onlar üzərindəki qurğularda həyata keçirilən əsas qulluq və texniki xidmət kanallarının lillənmədən, uçqunlardan təmizlənməsi, yamacların düzəldilməsi və hamarlanması, alaq otlarının, kol-kosun və digər su bitkilərinin kənar edilməsi, suyun hərəkətinə mane olan kənar əşyaların çıxarılması, qaldırıcı mexanizmlərin və qurğuların profilaktikası, metal konstruksiyaların korroziyadan qorunması üçün rənglənməsi, beton üzlüklü kanallarda yerini dəyişmiş və çökmüş plitələrin normal vəziyyətə gətirilməsi, dəmir-beton üzlüyün sualtı və suüstü hissələrində çatların, sınıqların, zədələnmiş tikişlərin bərpa edilməsi, yamaclarda kiçik zədələnmələrin bərkidilməsi, nov kanallarda novların yararsız hala düşmüş elementlərinin dəyişdirilməsi, çökmüş dayaqların düzəldilməsi, hidrotexniki qurğularda başlıqların çökməsinin və əyilməsinin düzəldilməsi, qurğu ətrafına torpağın tökülməsi və hamarlanması, çatların, boşluqların və çuxurların təmizlənməsi və beton məhlulu ilə doldurulması, qurğunun giriş və çıxışında və yamaclarda olan zədələnmələrin bərpası, yuyulma baş verdikdə əlavə qrunt tökməklə və plitələr qoymaqla sudöyənin bərpası, altındakı əks süzgəcin dəyişdirilməsi və konstruksiyanın bərpa edilməsi, hidroizolyasiyanın dəyişdirilməsi, qurğunun sualtı hissələrinin qoruyucularının bərpa edilməsi, akveduk və körpülərin aşırımlarında, yol örtüyündə kiçik zədələnmələrin aradan qaldırılması, çayın və kanalın yuyulmuş yerlərinin, dayaqların ətrafının daşlarla doldurulması, akvedukun novunun dəyişdirilməsi, hidroizolyasiyanın dəyişdirilməsi, drenajın düzəldilməsi, sürgülərdə, qaldırıcı mexanizmlərdə və torlarda rezinlərin dəyişdirilməsi, sürgüdə olan çatların qaynaq edilməsi, sürgü mexanizminin köhnəlmiş yastıqlarının və boltlarının düzəldilməsi, xidməti körpülərdə sınıqların düzəldilməsi, zibiltutan torların əyilmiş hissələrinin düzəldilməsi, elektromexaniki hissələrin dəyişdirilməsi, sürgünün çıxarılması və qaldırıcı mexanizmin sökülməsi, qaynaq, yaxud pərçim edilməsi, detalların dəyişdirilməsi, mexanizmlərin yağlanması, xırda zədələnmələrin aradan qaldırılması, hidrometrik müşahidə qurğularında avadanlıqların iş qabiliyyətinin bərpa edilməsi üçün qüsur və zədələrin aradan qaldırılması, dağılmış və uçmuş hidrometrik qurğuların bərpası, istismar yollarının hamarlanması və bərkidilməsi, su kənarlaşdırıcı kanalların təmizlənməsi, yol altından keçən suötürücü və drenaj qurğularının bərpası və s. işlərdən ibarətdir.
Yüklə 16,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə