Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
  1   2   3   4   5   6   7   8   9   ...   73



 
Kandavlizm  
Şahin Böyükağa oğlu Əlibəyli 
 
Candaulism  
Shahin Boyukaga oglu Alibeyli 
 
Кандавлизм  
Шахин Боюкага оглы Алибейли 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
Giriş 
 
«Mənimlə arvadım Olimpiya arasında olan mübarizə həyatım boyu apardığım 
ən çətin müharibədir»  
Makedoniyalı İsgəndərin atası Makedoniyalı İkinci Filipp 
 
* * * 
 
«Əgər arvadın səni söyürsə, buna normal bir şey kimi yanaş, hərgah tərifləməyə 
başlayıbsa, dərhal onun günahının nədə olması barəsində fikirləş». 
Bolqar yazıçısı, şair və dramaturqu, yumorist və aforist Veselin İvanov 
Geirgiyev (1935–2013) 
 
Alimlər  qeyri-standart  seksual  münasibətləri  «parafiliya»
1
  termini  ilə  ifadə 
edirlər.  Parafiliyalı  insanın  qəlbinə  girən  arzular  onu  həmişə  didib-dağıdır,  lakin  çıxıb 
getmək istəmir. Belə arzular insana «xoş əzab» bəxş edir. Bu mənəvi əzabın özünəməxsus 
«şirinliyi», «cəlbediciliyi» ucbatından insan həmin arzularının tükənməsini istəmir, bütün 
ömrü  boyu  onları  saxlamağa  çalışır.  Həzz  verən,  ləzzət  bəxş  edən  bir  şeydən  ayrılmaq 
insan üçün çətin olur. Parafiliyalardan əziyyət çəkən insanın həyatı məhz iztirab verən arzu 
üzərində qurulur. Gümüş əsr rus şairi, akmeizm məktəbinin yaradıcısı, prozaik, tərcüməçi 
və ədəbi tənqidçi Nikolay Stepanoviç Qumilyov
2
 1920-ci ildə qələmə aldığı «Altıncı hiss» 
şeirində «daim gizli arzusuyla əzab çəkir» misrasını sanki parafiliyalı insan üçün deyibmiş, 
çünki belə insanın həyatı həqiqətən misrada deyilənlərə uyğun surətdə keçir. 
Heç bir ailənin parafiliyadan sığırtalanmadığını əminliklə söyləmək olar. Bunun 
səbəbi  belə  izah  edilir  ki,  parafiliyanın  ayrı-ayrı  növləri  çox  müxtəlif  inkişaf 
mexanizmlərinə malik olur və istənilən yaşda təzahür edə bilir. Hətta ən müvəffəqiyyətli 
nikah  hesab  edilən  hallarda  ər-arvaddan  kimdəsə  (çox  vaxt  birində,  nadir  hallarda  hər 
ikisində) parafiliya qeydə alına bilər. Zahirən xoşbəxt olmasına şübhə edilməyən ailələrdə 
parafiliya olmasına inanmaq çətindir, ancaq firavan həyat sürən insanlar özləri bunu etiraf 
etdikdə  artıq  deməyə  söz  tapılmır.  Ömrünün  ilk  30–35  ilini  normal  cinsi  həyat  sürmüş 
insanın  bundan  sonra  mübtəla  olduğu  parafilik  meyldən  başı  açılmaya  bilər.  Təməli 
uşaqlıq  illərində  qoyulmuş  hər  hansı  parafiliya  forması  müvafiq  situasiya  yarandığı 
təqdirdə  artıq  özünü  gizlətməkdən  qalır.  Təsadüfi  deyildir  ki,  ayrı-ayrı  insanlara  anonim 
məsləhətlər  verən  mərkəzlərin  mütəxəssisləri,  xüsusən  nikah-ailə  məsləhətxanalarında 
çalışan  həkim-psixoloq  (klinik  psixoloq),  psixiatr  və  seksoloqlar  yardım  almaqdan  ötrü 
onlara müraciət edən ər-arvadların problemlərini araşdırarkən bir çox hallarda mübahisənin 
bir  tərəfinin  məhz  parafilik  tendensiyaya  bağlı  olduğunu  aşkara  çıxarırlar.  Həqiqətən 
parafiliyaların  bir  çox  növləri  ailə  münasibətlərinə  ciddi  zərər  verir,  tərəflər  arasında 
inamsızlıq mühiti formalaşdırır, onları bir-birindən incik salır. Bu baxımdan kandavlizm 
daha ciddi narahatlıq doğuran bir parafiliya formasıdır.  
Seksual  meylin  pozulması  formalarından  biri  kimi  kandavlizm  elə  çox  rast 
gəlinməsə  də,  ancaq  onun  barəsində  dürüst  elmi  məlumatların  əldə  olunması  vacibdir. 
Təkcə  seksoloq  və  psixiatrlar  deyil,  eyni  zamanda  nevroloqlar,  mama-ginekoloqlar, 



 
androloqlar,  ümumi  praktika  həkimləri,  həmçinin  qeyri-tibb  ixtisasları  üzrə  çalışan 
mütəxəssislər, xüsusən psixoloqlar, sosioloqlar, kulturoloqlar, hüquqşünaslar və başqaları 
belə məlumatları əldə etməkdə maraqlıdırlar.  
Oxuyacağınız monoqrafiyada kandavlizmdən geniş bəhs edilir. Monoqrafiya iki 
fəsildən  ibarətdir.  Birinci  fəsildə  «kandavlizm»  termininin  definitiv-sinonimik  səciyyəsi 
açıqlanır və etimoloji-tarixi təhlili verilir. İkinci fəsildə kandavlizmin kandavlistin portreti, 
kandavlizm formalarının təsnifatı və onların ayrı-ayrılıqda klinik mənzərəsi, etiologiyası və 
patogenezi,  diaqnostikası,  müalicəsi  və  profilaktikası  haqqında  söhbət  edilir.  Aydın 
olmayan, yaxud barəsində əlavə məlumat verilməsi lazım gələn sözlərin axırında qüvvət 
şəklində  yazılmış  ərəb  rəqəmləri  monoqrafiyanın  sonundakı  «İzahlı  qeydlər»  bölməsinə 
yönləndirmə məqsədini güdür. 
Dünyada  «Qurani-Kərim»  kitabından  savayı  heç  bir  kitab  nöqsanlardan  xali 
deyildir.  Aydın  məsələdir  ki,  kandavlizmdən  bəhs  edən  monoqrafiya  da  nöqsansız  ola 
bilməz.  Elə  buna  görə  də  monoqrafiya  haqqında  oxucuların  tənqidi  fikir  və  qeydləri, 
həmçinin  onun  gələcəkdə  təkmilləşdirilməsinə  xidmət  edə  biləcək  faydalı  məsləhət  və 
göstərişləri bu sətirlərin müəllifi tərəfindən minnətdarlıq və səmimiyyətlə qarşılanacaqdır. 
 
Birinci fəsil. «Kandavlizm» termininin definitiv-sinonimik səciyyəsi və 
etimoloji-tarixi təhlili 
 
§ 1.1. «Kandavlizm» termininin definitiv-sinonimik səciyyəsi 
 
«Həqiqət nadir hallarda təmiz olur və heç vaxt birmənalı olmur». 
İrland mənşəli ingilis filosofu, estet, yazıçı və şairi  
Oskar Finqal Oflaerti Uills Uayld  
(Oscar Fingal O’Flahertie Wills Wilde; 1854–1900) 
 
* * * 
 
Ofisdə yanaşı əyləşən iki yoldaşdan biri digərindən soruşur: 
– Dünəndən yoldaşlardan kimsə mənim kompüterimdə bir qadının şəkillərini 
saxlayıb, deyə bilməzsən, bu bədləkər kimdir? 
– Bu mənim arvadımdır. 
– A, sən allah bağışla, bilmədim, ağılsızlıq etdim. 
– Yox, yox, qardaş, qəti narahat olma, başıboş mənəm, adama deyərlər, sənin 
arvadının çılpaq şəkilləri mənim kompüterimdə nə gəzir ki, mən də onlara baxanda bu 
bədheybətin kim olduğunu soruşuram?! 
(Lətifə) 
 
Bəzi  hallarda  individdə  öz  seksual  partnyorunu  çılpaq  halda  başqalarına 
nümayiş etdirmək tələbatı yaranır. Belə bir qarşısıalınmaz tələbatın meydana çıxmasından 
ibarət  olan  cinsi  pozğunluğa  çılpaq  seksual  partnyorun  başqalarına  nümayiş  etdirilməsi 
sindromu deyilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə